Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə217/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   213   214   215   216   217   218   219   220   ...   229

 

591


Ümumiyyətlə,  ərazisi və  əhalisinin sayına görə Avropanın böyük dövlətlərindən 

biri olan Ukrayna öz təhlükəsizlik siyasətinin prioritetini hələ 1998-ci ildə 

müəyyənləşdirib. Prezident Leonid Kuçmanın həmin ilin noyabrında təsdiq etdiyi 

Ukrayna-NATO  əməkdaşlığına dair dövlət proqramında rəsmi Kiyev Şimali Atlantika 

Alyansını “Avropada kollektiv təhlükəsizliyin  ən effektli strukturu” adlandırıb. Bu gün 

Ukraynada birmənalı  şəkildə Amerikapərəst hakimiyyətin formalaşdığını  nəzərə alsaq, 

Kiyevin də  Cənubi Qafqazdakı siyasətini Qərbin maraqları kontekstindən  şərh etmək 

olar


.  

Hazırda Ukrayna ilə ABŞ-ın əksər məsələlərə yanaşması eynidir. Regionda yeni 

geosiyasi vəziyyətin formalaşdırılması, Avropa təhlükəsizlik sisteminin bu bölgəyə doğru 

genişləndirilməsi, Xəzər neftinin nəqli üçün istifadə olunan dəhlizlər və geosiyasi 

oriyentasiya məsələlərində Ukraynanın mövqeyi Qərblə üst-üstə düşür. Qərb ölkələri 

Rusiyanı bölgədən təcrid etmək üçün Ukraynaya təsirli vasitə və ciddi amil kimi yanaşır. 

Bu baxımdan, Ukraynanın Cənubi Qafqazda təhlükəsizlik məsələlərinə müdaxiləsi, həm 

də Rusiyanın bu regiondakı ənənəvi təsirini zəiflətmək məqsədi güdür.  

Öz növbəsində, rəsmi Moskva Kiyevin Rusiyanın enerji daşıyıcılarından asılı 

olması faktından bu ölkəyə qarşı təzyiq kimi istifadə edir. Bu gün Ukraynanın Qafqazda 

və bütövlükdə Avrasiyada müstəqil geosiyasi faktor kimi çıxış etməsinə mane olan əsas 

amil də məhz onun Rusiyadan enerji asılılığı hesab olunur. Buna görə də Ukrayna bu 

asılılığı aradan qaldırmaq üçün Qafqaz və  Mərkəzi Asiyada öz mövqelərini 

möhkəmləndirməyə çalışır və bu zaman əsas diqqət Azərbaycan, Gürcüstan və 

Qazaxıstana yönəlir.  

Ukraynanın Cənubi Qafqazdakı maraqları, ilk növbədə, enerji-nəqliyyat layihələri 

ilə bağlıdır. Bu layihələr, artıq qeyd edildiyi kimi, Ukraynanın əsrlər boyu birlikdə olduğu 

Rusiyadan enerji asılılığına son qoymaq üçün yeganə çıxış yoludur. Ukraynanın Cənubi 

Qafqazda Rusiyaya qarşı alternativ kimi çıxış etməsi, ilk növbədə, rəsmi Moskvanın 

bölgədəki münaqişələrə yanaşmasından narazı olan Azərbaycan və Gürcüstan üçün 

cəlbedici görünür. Ukraynanın regional təhlükəsizlik məsələsinə yanaşması da 

birmənalı  şəkildə bu dövlətlərin maraqlarına uyğundur. Çünki rəsmi Kiyev Azərbaycan 

və Gürcüstanın  ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ, Cənubi Osetiya və 

Abxaziya münaqişələrinin bu dövlətlərin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır.  

Bu gün Ukrayna regiondakı münaqişə ocaqlarının söndürülməsi üçün ciddi səy 

göstərir. Bunun üçün rəsmi Kiyev GUAM daxilində müvafiq mexanizm yaradılmasının 

ardıcıl tərəfdarı kimi çıxış edir. İlk dəfə bu ideyanı da məhz Ukrayna Prezidenti irəli 



 

592


sürmüşdür. Onun fikrincə, yaradılacaq sülhməramlı qüvvələr münaqişəli zonalarda sülh 

yarada bilər. GUAM-a üzv olan 4 ölkədən 3-ü daxili münaqişələrlə üzləşdiyinə görə,  

Ukraynanın bu təşəbbüsü Azərbaycan, Gürcüstan və Moldovada aktiv dəstəklənir və 

rəsmi Kiyevin bölgədə ciddi güc mərkəzinə çevrilmək perspektivini yaradır.  

Bu gün Cənubi Qafqazdakı münaqişələr Ukraynanın da geosiyasi planlarına ciddi 

təhlükədir. Çünki Ukrayna üçün strateji əhəmiyyət daşıyan nəqliyyat dəhlizləri məhz 

Azərbaycan və Gürcüstan ərazisindən keçir. Ona görə də Kiyev bu ölkələrin ərazisində 

hərbi-siyasi sabitliyin bərqərar olmasında maraqlıdır.  İndiyədək Kiyevdə ölkənin bu 

istiqamətdə  təşəbbüslərinə dair bir sıra ciddi bəyanatlar səslənib. Ukrayna Silahlı 

Qüvvələrinin quru qoşunlarının komandanı, general-leytenant Valeri Frolovun ölkəsinin 

Dağlıq Qarabağa sülhməramlı qüvvələr göndərməyə hazır olduğunu bəyan etməsi də 

bunun göstəricisidir. Lakin hələlik Kiyevin bu münaqişələrin həllində vasitəçilik üçün real 

təsir mexanizmləri yoxdur. Səbəb isə münaqişə ocaqlarında separatçı qüvvələrin bu 

vasitəçiliyə skeptik yanaşmasıdır. Həm Dnestryanı separatçıları, həm Abxaziya, həm də 

Ermənistan Kiyevin bu təşəbbüsünü dəstəkləmir. Ukraynanın münaqişələrə yanaşmada 

dövlətlərin ərazi bütövlüyü prinsipini əsas götürdüyünü nəzərə alsaq, separatçıların ona 

münasibətini anlamaq çətin deyil. Ermənistanın xarici işlər naziri Vardan Oskanyan 

Kiyevin bu təşəbbüsünü “vaxtından  əvvəl verilmiş  bəyanat” adlandırıb. Abxaziya 

“prezidentinin” köməkçisi Astamur Taniyanın isə Kiyevin vasitəçilik təşəbbüsünə 

reaksiyası belə olub: “Abxaziya Ukraynanın sülhyaratma missiyaya cəlb 



olunmasının əleyhinədir. Çünki Kiyev bu münaqişələrə qeyri-konstruktiv yanaşır”. 

Bu gün Ukrayna Türkiyə, Azərbaycan və Gürcüstanla hərbi və  təhlükəsizlik 

sahəsində birgə əməkdaşlığın formalaşması üçün öz səylərini davam etdirir və Kollektiv 

Təhlükəsizlik Müqaviləsinə qoşulmayan bu ölkələrlə, o cümlədən  NATO üzvü olan 

Türkiyə ilə təhlükəsizlik sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verir. 

Beləliklə, hələlik rəsmi Kiyevin Cənubi Qafqazda ciddi geosiyasi oyunçu qismində 

çıxış etmək imkanı olmasa da, Qərb ölkələrinin verdiyi dəstək onun perspektivləri 

haqqında optimist fikir söyləməyə  əsas yaradır. Baxmayaraq ki, indiyədək region 

ölkələri tərəfindən Cənubi Qafqazda təhlükəsizlik sisteminin formalaşdırılmasına dair 

irəli sürülən təklif və sxemlərin heç birində Ukraynanın iştirakı  nəzərdə tutulmayıb. 

Regionun hər bir ölkəsi Qafqazın təhlükəsizliyi ilə bağlı  fərqli təklif və sxemlərlə  çıxış 

edir. Hətta, regional proseslərə yanaşmada müəyyən ortaq mövqe nümayiş etdirən 

İranla Rusiyanın da təklifləri bir-birindən xeyli fərqlənir. Yuxarıda göstərildiyi kimi, Rusiya 

regional təhlükəsizlik məsələlərinin yalnız KTM çərçivəsində, yaxud 4 Qafqaz dövlətinin 




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə