Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə213/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   209   210   211   212   213   214   215   216   ...   229

 

579


nəqli üçün alternativ və etibarlı  nəqliyyat dəhlizlərində maraqlı olduğundan, Odessa-

Brodı-Qdansk kəməri ideyası yaxın gələcək üçün aktuallığını saxlayır. 

Ukrayna artıq  2001-ci ilin sonunda Odessa-Brodı  kəmərinin  ildə 9 milyon ton 

neft nəql etmək gücündə olan 674 kilometrlik tikintisini başa çatdırıb. 2003-cü ilin 

mayında isə Ukrayna, Polşa və Avropa İttifaqı Odessa-Brodı  kəmərinin Polşayadək 

davam etməsi və  Xəzər neftinin bu kəmərlə tranzit layihəsini dəstəkləyən birgə  sənəd 

imzalayıb. 2005-ci ilin martında Ukraynanın dövlət katibi Aleksandr Todiyçuk bəyan edib 

ki, Ukrayna ilə Polşa Odessa-Brodı  kəmərinin Qdanska qədər çəkilişini 2006-cı ilədək 

başa çatdıracaq.  İlkin hesablamalara görə, layihənin ümumi dəyəri 400-500 milyon 

dollar olacaq. 

Kəmərin strateji əhəmiyyətini artıracaq digər ölkə kimi isə Qazaxıstan qəbul edilir. 

Rəsmi Astana artıq bəyan edib ki, kəmərin Polşayadək tikintisində  iştirak etməyə 

hazırdır. Qeyd etmək lazımdır ki, Ukrayna üçün bu amil Rusiyanın enerji 

daşıyıcılarından asılılığı aradan qaldırmağa ciddi əsas verir. Çünki Odessa-Brodı 

kəmərinə maraq göstərən Qazaxıstan yaxın illərdə Ukraynaya neft və qaz ixracının 

həcminə görə Rusiya ilə rəqabət aparmaq gücündədir. Bu isə artıq Kiyev üçün strateji  

əhəmiyyət daşıyan məsələdir. Təsadüfi deyil ki, rəsmi Kiyev Qazaxıstanın «Tengiz» 

yatağının işlənməsində  iştirak etmək niyyətini gizlətmir və  tərəflər arasında müvafiq 

danışıqlar da aparılır.  

Onu da vurğulamaq lazımdır ki, Xəzər nefti Ukrayna üçün Rusiya neftindən ucuz 

başa gələcək. Hazırda Ukrayna Rusiya neftinin tonuna 300-320 dollar ödədiyi halda, 

Qazaxıstan öz neftini bu ölkəyə 305-310 dollardan satmağa hazırdır. Bu məsələ 

Prezident Viktor Yuşenkonun 2005-ci ilin mayında Astanaya səfəri zamanı  əsas 

müzakirə obyekti olub.  

Astanaya səfər ərəfəsində isə V.Yuşenko Polşa Prezidenti ilə görüşərək Odessa-

Brodı kəmərinin Qdanska qədər uzadılmasına dair prinsipial razılığa gəlib.  

Lakin Odessa-Brodı kəmərinin Odessa-Brodı-Qdansk marşrutuna çevrilməyəcəyi 

təqdirdə, Ukraynanın alternativ layihəsi da var: Brodıda neftayırma zavodunun tikintisi. 

Rəsmi Kiyev kəmərin Polşayadək tikintisinə nail olmasa, neftin  Brodıya qədər 

gətirilməsi, burada isə neftayırma zavodunda emal olunmasını dəstəkləyir. Bu həm yeni 

iş yerlərinin açılması, həm istehsal, həm ucuz neft məhsulları, həm də  əlverişli ixrac 

üçün şərait yaradacaq. 

Azərbaycanın yeni neft strategiyasının reallaşması, Xəzər dənizinin 

karbohidrogen  ehtiyatlarının dünya bazarlarına sərbəst və maneəsiz çıxarılması üçün 




 

580


əlbəttə, bu iki kəmərin imkanları yetərli deyildi. Odur ki,  Azərbaycan Rusiyanın, İranın 

bütün təzyiqlərinə baxmayaraq,  Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft kəməri ideyasını 

gündəmə  gətirdi. ABŞ  və  Qərb ölkələri Xəzər neftinin dünya enerji bazarlarına 

çıxarılmasının taleyini Rusiya və  İrana etibar etmək istəmirdilər. Odur ki, onlar da bu 

ideyanı  dəstəklədilər və Azərbaycan bu dəstəkdən məharətlə istifadə edərək Bakı-

Ceyhan layihəsinin icrasına başladı. Bu həm də Azərbaycanın qardaş Türkiyəyə böyük 

etimadı və dəstəyi idi.  Uzunluğu 1760 km, buraxılış gücü ildə 50 milyon ton olan Bakı-

Tbilisi-Ceyhan kəmərinin tikintisi təqribən 3,95 milyard dollara başa gəlir. 

1999-cu il noyabrın 18-də ATƏT-in  İstanbul Zirvə toplantısı  gedişində 

Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev, Gürcüstan Respublikasının 

Prezidenti Eduard Şevardnadze və Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman 

Dəmirəl tərəfindən  “Xam neftin Azərbaycan, Gürcüstan və Türkiyə  əraziləri ilə Bakı-

Tbilisi-Ceyhan  əsas ixrac boru kəməri vasitəsilə    nəql edilməsinə dair saziş”  

imzaladılar. Eyni vaxtda, Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan və ABŞ 

prezidentləri bu layihəni  dəstəkləyən  İstanbul bəyannaməsini qəbul etdilər. 

Bəyannamədə vurğulanırdı ki, bu kəmər Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və 

Türkiyəni daha sıx birləşdirəcək, onların dostluğunu və  əməkdaşlığını daimi edəcək, 

dünya enerji  bazarlarına sərbəst çıxışı təmin edəcəkdir. 

Azərbaycan Respublikası ilə  bərabər Xəzər regionunda dünya dövlətlərinin 

həyata keçirdiyi bu cür qlobal enerji layihələri Prezident Heydər Əliyevin uzaqgörən yeni 

neft strategiyasını  həyata keçirməsi və bir çox Qərb dövlətləri, xüsusən də ABŞ-ın bu 

strategiyanı yaxından dəstəkləməsi nəticəsində mümkün olmuşdur.   

 

 

5. AZƏRBAYCAN RESPUBLİKASININ BEYNƏLXALQ MÖVQEYİNİN 



GÜCLƏNMƏSİNDƏ ENERJİ SİYASƏTİNİN ROLU 

 

Azərbaycan Respublikasının 1994-cü ildən bəri yeritdiyi yeni neft və  enerji 

siyasəti ölkənin xarici əlaqələrini və beynəlxalq nüfuzunu xeyli gücləndirmişdir. 

Azərbaycan üçün böyük tarixi əhəmiyyətə malik olan “Əsrin müqaviləsi”nin uğurla 

həyata keçirilməsi ötən on ildə dünyanın  ən inkişaf etmiş  şirkətləri ilə  əlavə olaraq 26 

yeni neft müqavilələrinin imzalanmasına imkan vermişdir. Bu neft müqavilələrinin 

imzalanması  və  uğurla həyata keçirilməsi ilk növbədə Azərbaycan vətəndaşlarında 

ölkənin gələcəyi, onun iqtisadi, siyasi, sosial perspektivləri haqqında nikbin əhval-

ruhiyyə yaratmış, hazırkı bir çox iqtisadi,  siyasi, sosial və mənəvi problemlərin həllinə 



 

581


dəstək olmuşdur. Xüsusilə    sosial  vəziyyəti ağır olan və bazar iqtisadiyyatına çətin 

uyğunlaşan qaçqın və köçkünlərin, təqaüdçülərin, elm, təhsil, mədəniyyət və  səhiyyə 

işçilərinin problemlərinin həlli üçün dövlət etibarlı maliyyə  təminatı almışdır. “Əsrin 

müqaviləsi”nin 5 illiyi tədbirlərində  çıxış edən Azərbaycan Respublikasının Prezidenti 

İlham  Əliyev demişdir: “1 sentyabr 1999-cu ilədək təkcə bonuslar, vergi və digər 

ödənişlər  şəklində neft müqavilələrindən Azərbaycana  3 trilyon 400 milyard  manat 

vəsait daxil olmuşdur. Müqayisə üçün deyək ki, ölkənin illik büdcəsi 3 trilyon 900 milyard 

manata bərabərdir”. 

Neft müqavilələri bağlandıqdan sonra dünya siyasətçilərinin, transmilli 

korporasiyaların, iş adamlarının, beynəlxalq təşkilatların, politoloqlarının nəzər diqqəti 

daha çox Bakıya yönəlmişdir. Dünya enerji siyasətində  və beynəlxalq münasibətlər 

sistemində Azərbaycanla bağlı  yeni prioritetlər, dövlətlərarası və  beynəlxalq əlaqələrdə 

yeni istiqamətlər yaradılmışdır.  

Bu müqavilələrin bağlanması  və ötən müddətdə aparılan uğurlu enerji siyasəti 

nəticəsində  Azərbaycan Respublikasının  dövlət müstəqilliyi  daha da möhkəmlənmiş, 

respublikanın təhlükəsizliyinin və  gələcək tərəqqisinin  əlavə  təminatları yaradılmış,  

Qərb dünyasının  Azərbaycana olan etimadı artmış, onlarla mövcud olan qarşılıqlı 

faydalı əməkdaşlıq və əlaqələr dərinləşmişdir.  

Yeni neft strategiyası,  ilk öncə,  Azərbaycan-ABŞ münasibətlərinə ciddi müsbət 

təsir göstərdi.  ABŞ hökuməti birmənalı şəkildə  Azərbaycanın enerji siyasətini, eləcə də 

Şərq-Qərb enerji-nəqliyyat dəhlizi layihələrini dəstəklədi və bu işlərin Azərbaycana və 

bütün regiona inkişaf və sabit həyat gətirəcəyinə inam nümayiş etdirdi. ABŞ 

administrasiyası bu gün də Azərbaycanın, Xəzəryanı    bölgənin və  Cənubi Qafqazın  

iqtisadi cəhətdən güclənməsində, region dövlətlərinin sabit inkişafının və suverenliyinin 

möhkəmləndirilməsində  Xəzər dənizində aparılan işləri, Bakı-Tbilisi-Ceyhan layihəsini 

mühüm vasitə kimi qiymətləndirir və onun həyata keçirilməsinə hər  cür dəstək verir.  

  Prezident  C.  Buş  Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyevə 

ünvanladığı  14 iyun 2001-ci il  tarixli məktubunda yazırdı: “Həyata keçirilən  neft-qaz 

layihələrinin Azərbaycanı tezliklə güclü, sabit və dinamik inkişaf edən iqtisadiyyata malik 

dövlət edəcəyinə  qəti əminəm”.  

ABŞ hökumətinin, Konqres və Senatının, o cümlədən Avropa İttifaqının, Cənub-

Şərqi Asiyanın inkişaf etmiş ölkələrinin, transmilli korporasiyaların və dünya siyasətinə 

mühüm təsiri olan başqa qurumların Azərbaycanın enerji siyasətinə münasibətdə 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   209   210   211   212   213   214   215   216   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə