Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə210/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   206   207   208   209   210   211   212   213   ...   229

 

571


aparmağı  qərarlaşdırsa idi,  onda bu ölkənin tərəfindən heç bir maneçiliklə 

rastlaşmayacaqdı. 

Xəzər sahilinin Mərkəzi Asiya hissəsini Qazaxıstan və Türkmənistan kimi 

dövlətlər  təmsil edir. Qazaxıstanın karbohidrogen ehtiyatları haqda bir-birini təkzib edən 

rəqəmlər olmasına baxmayaraq, mütəxəssislərin fikirləri bir məsələdə üst-üstə düşür - 

bu ölkənin Xəzərdəki milli  sektoru digərlərinə nisbətən  daha zəngindir. Təkcə “Tengiz” 

yatağının ehtiyatları 6-9 milyard barel qiymətləndirilir.  

Xəzər neftinin xarici bazarlara birgə nəqli məsələlərinə Qazaxıstanın münasibəti 

birmənalı olmasa da, onun gələcəkdə bu prosesdə fəal iştirakını proqnozlaşdırırlar. Belə 

ki, 1997-ci ilin iyununda Azərbaycan və Qazaxıstan Prezidentləri neftin xarici bazarlara 

daşınması sahəsində əməkdaşlıq haqqında niyyət protokolu imzalayıb. Bundan başqa, 

1998-ci ilin oktyabrında Qazaxıstan prezidenti Nursultan Nazarbayev də  Bakı-Ceyhan 

xətti haqqında Ankara Bəyannaməsini imzalayanlar sırasında olub, 2005-ci ildə isə bu 

xəttə qoşulacaqları haqqında bəyanat verib.  

ATƏT-in 1999-cu il İstanbul Sammitində “Bakı-Ceyhan”  əsas ixrac kəməri üzrə 

neftin daşınması haqqında sazişə münasibət bildirən Qazaxıstan nümayəndələri bu 

layihədə  iştiraklarının neft hasilatının nəticələrindən və  kəmərin tikintisinin 

maliyyələşdirilməsinə  Qərbin köməyinin həcmindən asılı olduğunu bildirdilər. Hər iki 

arqument  2005-ci ildə    Bakı-Ceyhanın  xeyrinə  dəyişib və deməli,  Qazaxıstanın  bu 

layihəyə qoşulmasına bu gün heç nə mane olmur.  

Xəzərin statusu məsələsində Qazaxıstanın mövqeyinə görə, dənizin dibi qurunun 

geoloji davamıdır və milli suverenliyin tətbiq olunduğu dənizin dibinin böyüklüyü onun 

sahil xəttinin uzunluğundan asılıdır. Yəni dəniz dibinin sərhədləri quru sərhədlərinin 

davamıdır. Qazaxıstan hesab edir ki, BMT-nin 1982-ci ildə qəbul etdiyi dəniz hüquqları 

haqqında konvensiyanın bəzi müddəaları  Xəzərdə  tətbiq oluna bilər. Barens, Baltik, 

Qara dəniz, Fin körfəzi və başqa sututarlarda tətbiq olunan "bərabər məsafə metodu" 

sadədir və praktik olaraq Xəzərdə həyata keçirilə bilər.  

Xəzər hövzəsinin Mərkəzi Asiyanı  təmsil edən digər dövləti -  Türkmənistan 

bölgədə,  ilk növbədə,  dünya əhəmiyyətli zəngin təbii qaz ehtiyatları ilə tanınır. Status 

və Qərb investisiyalarına münasibətdə  Türkmənistanın mövqeyi Azərbaycanın mövqeyi 

ilə oxşardır. Düzdür, bu yalnız ümumi prinsiplərdə müşahidə olunur, lakin milli 

sektorların sərhədləri məsələsində iki ölkə arasında ciddi fikir ayrılıqları mövcuddur. 

Azərbaycan və Türkmənistan arasında fikir ayrılığının başlıca səbəbi birinci tərəfin 

mübahisəli zonada yerləşən yataqlarda kəşfiyyat işlərinə başlaması olub. Bundan sonra 




 

572


Xəzərlə bağlı bütün regional və beynəlxalq proqramlara həvəssiz qatılan Türkmənistan 

tərəfi bu günün özündə də anti-azərbaycan siyasətini davam etdirir. Hətta bu səbəbdən  

Bakıdakı səfirliyinin fəaliyyətinə xitam verməkdən belə çəkinməyən rəsmi Aşqabad hələ 

də Xəzərin statusu və neft-qaz kəmərləri məsələsində qeyri-konstruktiv mövqe nümayiş 

etdirir. Bu isə Türkmənistanın regionda gedən proseslərdən kənarda qalmasına səbəb 

olur. 


 Bununla  belə, Türkmənistan hesab edir ki, əsas prinsip dənizin orta hissəsini 

ümumi istifadədə saxlamaqla milli zonaların müəyyənləşdirilməsi olmalıdır.  Əvvəllər 

İranın təklif etdiyi kondominium Türkmənistanı qane edirdi. Amma sonradan Xəzəryanı 

dövlətlərin atdığı addımlar (karbohidrogen resurslarının istismar edilməsi ilə bağlı) 

Türkmənistanın da mövqeyinə təsir göstərdi. 1998-ci ildən Türkmənistan milli sektorlar 

mövqeyini müdafiə edir. Türkmənistan hesab edir ki, Xəzərin dibinə, su qatına və 

ehtiyatlarına ikili yanaşma qəbuledilməzdir. Bu, əməkdaşlığın təşkilati-hüquqi 

mexanizmini mürəkkəbləşdirə bilər. Həmçinin, su qatının ümumi istifadədə olması 

ehtiyatların nəqli zamanı problemlər yaradacaq və investisiyaların cəlbinə maneçilik 

törədəcək. Türkmənistan da hər dövlətə  məxsus sektorun onun sahil xəttinin 

uzunluğuyla düz mütənasibliyinə tərəfdardır.  

Son zamanlar Xəzərin statusu yenidən sahil dövlətlərinin nümayəndələrindən 

təşkil olunmuş  işçi qrupları  səviyyəsində müzakirə edilsə  də, hələ ki yaxın gələcəkdə 

konkret qərar qəbul ediləcəyi ehtimalı hiss olunmur. Bu isə Rusiyanın bölgəyə nəzarət 

üzrə manevr imkanlarının saxlanmasına şərait yaradır. 

Xəzərin hüquqi statusu ilə bağlı bütün məsələlərdə  ən konstruktiv mövqeni 

Azərbaycan Respublikası nümayiş etdirir. 2001-ci il avqustun 1-də MDB dövlət 

başçılarının Soçi görüşü  zamanı Azərbaycan Prezidenti Heydər  Əliyev bununla bağlı 

bəyan  etdi ki,  Xəzər dənizi qapalı su hövzəsi kimi hələ SSRİ zamanında BMT-nin 

beynəlxalq “Dəniz Konvensiyası” normalarına  əsaslanaraq,  bu ölkə ilə  İran arasında 

quru sərhədlərinin parametrlərinə uyğun olaraq bölünmüşdür və bu bölgüyə yenidən 

baxmaq üçün heç bir səbəb yoxdur.  

Xəzərin hüquqi statusunun həlli məsələsində Azərbaycan Respublikasının xarici 

siyasətinin  əsas vəzifəsi beynəlxalq hüquq normalarına və prinsiplərinə söykənərək, 

mehriban dostluq və qonşuluq münasibətlərinə  əsaslanmaqla,  dövlətlərin  ərazi 

bütövlüyünə  və suverenliyinə hörmət etməklə, Xəzərin zəngin təbii ehtiyatlarından 

region  dövlətlərinin maraqları  çərçivəsində, eləcə  də dünyanın tələbatı baxımından 

səmərəli istifadə etməkdən ibarətdir.  Tədqiqatçılar hesab edir ki, Azərbaycan beş 




 

573


Xəzəryanı dövlət içərisində Xəzərin statusunun həlli məsələsində ən konstruktiv, ardıcıl 

və elmi cəhətdən  əsaslandırılmış mövqe nümayiş etdirir. Azərbaycan ardıcıl  şəkildə 

bəyan edir ki, hər bir Xəzəryanı    ölkə orta xətt üzrə bölünmüş özünə  məxsus sektoru 

üzərində (suyun həm dibi, həm də səthi) suverenlik hüququna malikdir. Xəzər sektorlara 

bölünmüşdür və  hər bir dövlətin öz sektoruna  olan hüquqları beynəlxalq hüquq 

normaları ilə qorunmalıdır. Azərbaycan özünün bu prinsipial mövqeyini qəti  şəkildə 

1995-ci il noyabrın 12-də  ümumxalq səsverməsi yolu ilə  qəbul etdiyi yeni 

Konstitusiyasında ifadə edərək Xəzər dənizinin müvafiq əraziyə bitişik sahəsini 

Azərbaycan Respublikası ərazisinin ayrılmaz tərkib hissəsi hesab etmişdir. 

Azərbaycan Respublikası  Xəzər dənizinin Azərbaycan sektorundakı neft 

yataqlarının tədqiqi və istifadəyə verilməsini təmin edərkən, bu sahədə xarici dövlətlərlə 

və  şirkətlərlə    əməkdaşlığı genişləndirərkən,  öz təbii sərvətləri və  təbii ehtiyatları 

üzərində beynəlxalq hüquq normalarına  və prinsiplərinə uyğun surətdə suverenliyini 

həyata keçirir.  Bu beynəlxalq hüququn norması kimi, beynəlxalq iqtisadi əməkdaşlığın 

möhkəmlənməsi, regionun iqtisadi yüksəlişi və inkişafı üçün mühüm əhəmiyyət kəsb 

edir.  


Qərb ölkələri və ABŞ Xəzərin hüquqi statusu məsələsində Azərbaycanın ardıcıl 

mövqeyini müdafiə edir. ABŞ dövlət katibinin yeni müstəqil dövlətlər üzrə xüsusi 

müşaviri Ceyms F. Kollinz  Xəzərin statusuna toxunaraq,  onun milli sektorlara 

bölünməsi  ideyasını müdafiə etdiyini bildirmişdir.  

Xəzər hövzəsində fəal mövqeyi ilə seçilən ölkələrdən biri də Azərbaycanın bütün 

məsələlər üzrə müttəfiqi hesab olunan Türkiyədir. Bu dövlət "Əsrin müqaviləsi" də daxil 

olmaqla, Azərbaycanın neft ehtiyatlarının xarici şirkətlərlə birgə istismarı üzrə 

imzalanmış beynəlxalq müqavilələrdə öz gücünə görə müəyyən pay almağa çalışsa da, 

maliyyə  və yüksək texnologiya imkanlarının məhdudluğu  ucbatından  əsas diqqətini 

Xəzər neftinin xarici bazarlara ixracı marşrutu üzərində  cəmləşdirmişdir. Bu məqsədlə 

də Türkiyə hökuməti Bakı-Ceyhan neft marşrutunu irəli sürüb və  kəmərin 

təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bir sıra təkliflərlə çıxış edibdir.  Türkiyə hökuməti 

kəmərin təhlükəsizliyini təmin etmək də daxil olmaqla, Azərbaycanla iqtisadi, siyasi və 

hərbi əməkdaşlığı genişləndirməklə yanaşı, regionun digər ölkələri ilə də eyni sahələrdə 

əlaqələr qurmağa can atır.  

Beləliklə, Türkiyə Xəzər dənizi hövzəsində öz ənənəvi tarixi rolunu bərpa etmək 

istiqamətində ciddi addımlar atır və siyasi-iqtisadi, strateji maraqlarını  təmin etmək 

məqsədilə Azərbaycanla fəal əməkdaşlıq edir.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   206   207   208   209   210   211   212   213   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə