Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə208/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   204   205   206   207   208   209   210   211   ...   229

 

559


razılaşıblar. Sazişə görə sularda sərbəst gəmiçiliyə icazə verilir, balıqçılığın və  ətraf 

mühitin mühafizəsi isə razılaşdırılmış normalarla tənzimlənir.  

Rusiyanın bu məsələlərlə bağlı son təklifləri ondan ibarətdir ki, Xəzər milli 

sektorlara bölünürsə, o zaman bu bölgü modifikasiya edilmiş orta xətt üzrə aparılmalı və 

yalnız dənizin dibi üçün nəzərdə tutulmalıdır. Modifikasiya edilmiş orta xətt 

razılaşdırılmış bazis xətlərindən bərabər məsafədə hesablanır. Bu bazis xətlərinə ondan 

bərabər məsafədə olmayan sahələr də daxil edilir. Həmçinin, adalar, geoloji strukturlar, 

çəkilən geoloji xərclər və bir sıra başqa amillər də bazis xətlərinin 

müəyyənləşdirilməsində nəzərə alınmalıdır.  

Rusiyanın bəzi dairələri 1991-2000-ci illərdə  İranla birlikdə  Xəzərin sualtı 

sərvətlərini 5 sahil dövlətin ümumi istifadəsinə (bu dövlətlərin məsələylə bağlı veto 

hüququ saxlanılmaqla) verməyi tələb edirdi.  1998-ci ilin əvvəllərində  Xəzərin dibinin 

milli sektorlara bölünməsi haqda Qazaxıstanla razılığa gələndən sonra Moskva bölgənin 

digər dövlətlərinə qarşı  təzyiq vasitəsindən tam imtina etməsə  də, bu mövqeyini bir 

qədər yumşaltmışdır.  

Qərb kapitalını  Xəzər dənizindən uzaqlaşdırmağın mümkün olmadığını  yəqin 

edəndən sonra Rusiya nə yolla olursa-olsun, Azərbaycan neftinin öz ərazisindən nəqli 

ideyasını gerçəkləşdirməyə çalışırdı.  Şimal marşrutunun "təhlükəsiz və  sərfəli 

olduğunu" sübut etmək üçün Rusiya 1994-cü ilin dekabrında Çeçenistanda təcili 

müharibəyə başladı. Bunun ardınca Qərb ölkələri və  şirkətlərinə  təzyiq göstərərək,  

1995-ci ildə Bakı-Novorossiysk xəttini ilkin neft ixracı  kəməri kimi qəbul etdirə bildi. 

Moskva bu kəmərin  əsas neft xəttinə çevrilməsi üçün müxtəlif təkliflər verir, digər 

alternativlərlə barışmaz mübarizə aparırdı. 

Bundan başqa,  Rusiya Xəzər nefti məsələsində mövqeləri üst-üstə düşən İranla 

strateji  əlaqələrini genişləndirərək,  bu ölkənin ifrat silahlanmasına və Azərbaycana 

əsassız təzyiq göstərməsinə hər cür yardım edirdi. 

Rusiya eyni zamanda, Qərb  şirkətlərinin Xəzər neftinə marağını azaltmaq və 

diqqəti bu bölgədən  yayındırmaq üçün Xəzərdə neft ehtiyatlarının rəsmən bəyan 

edilmiş miqdardan xeyli az olması, regionu ciddi etnik və siyasi sarsıntıların gözlədiyini 

iddia edir və Bakı-Ceyhana qarşı geniş  təbliğat aparırdı. Neftin qiymətinin aşağı 

düşməsi və  Xəzər neftinin istismarı perspektivinin gündəliyə  çıxdığı bir vaxtda Rusiya 

həmçinin bir sıra ölkələrin çağırışlarının əksinə olaraq  dünya bazarına böyük miqdarda 

ucuz neft çıxarır, Xəzərin demilitarizasiyası ilə bağlı müraciətləri qulaqardına vuraraq, 

Xəzərin sahilində yeni hərbi-dəniz  bazası yaratmaqla məşğul olurdu. 




 

560


Moskvanın Xəzər nefti və Azərbaycan-Qərb  əlaqələrinin  əleyhinə yönəlmiş 

destruktiv siyasətini əks etdirən faktların sayını artırmaq da olar. "Moskovskiye novosti" 

qəzeti Rusiyanın bu bölgədə yürütdüyü siyasəti səciyyələndirərək göstərirdi ki, "Bu 

illərdə Moskva hərbi və diplomatik yollarla postsovet məkanının Cənub-Şərqində 

özünün əvvəlki nüfuzunu bərpa etm  

ȑ Ç $āĖ


  



Đ



đ  

 





N











Ș



   

RU

  Đ BU





D





 

”







 



ȑ ȑ



 



 

T

 



Ȑ Ȑ

 


ȉ


 

561


Ȑ 

  


AR( ¦ ¤   "


 

562


 









M



 

563




ȑ



 

564



 

565






” 

¤ K 






  



Nđ&

   


 



   



 

 

 





ə $Ȁ






ȑZȘ  S 







PI



ș







N

 

Ė





 


  

E

B I



 

O $



 

566


 

 

@







ɈH



 



 





U

 



ȉ




 

567


GȘDȁ

   


   

Ș

I





K

 





 

D





Ġ

Ġ.  V. Putin prezident seçildikdən sonra  



postsovet məkanında fəallığı artıran Rusiya, Xəzəryanı postsovet respublikalarına  

münasibətdə öz siyasətinə ciddi dəyişiklik edərək, qarşılıqlı faydalı  və barəbarhüquqlu 

əməkdaşlıq kursunu götürür ki, bu da tezliklə  Xəzərin statusu ətrafında yaranmış 

vəziyyəti də aydınlaşdırmağa imkan verir.  

2001-ci il yanvar ayının 8-9-da Rusiya Federasiyasının Prezidenti V. Putinin 

Azərbaycan Respublikasına etdiyi rəsmi dövlət səfəri  zamanı müzakirə edilən vacib 

məsələlərdən biri də  Xəzərin statusu məsələsi oldu. Tərəflər iki dövlət arasında  

“Dostluq,  əməkdaşlıq və qarşılıqlı  təhlükəsizlik haqqında” 3 iyul 1997-ci il tarixli 

müqavilənin prinsiplərini rəhbər tutaraq “Xəzər dənizi dibinin sektorlara – zonalara 

bölünməsi” haqqında razılığa gəldilər.  

Bundan bir qədər əvvəl,  1998-ci il iyulun 6-da Rusiya Qazaxıstan Respublikası 

ilə eyni məzmunda müqavilə imzalamışdı.  Tədqiqatçılar hər iki müqaviləni Xəzərin 

hüquqi statusunun həllinə doğru növbəti müsbət addım kimi qiymətləndirmişlər.  

Rusiya Federasiyasının xarici siyasətində  Xəzərlə bağlı bütün mübahisəli 

məsələlərin danışıqlar yolu ilə, konstruktiv şəkildə  həll edilməsinə üstünlük verməsi 

meyli bu dövlətin Azərbaycanla yaxınlaşması  və  Cənubi Qafqazda baş verən 

proseslərin birgə həlli üçün iki ölkə arasında partnyorluq münasibətlərinin qurulmasına 

şərait yaratdı. Beləliklə, 1994-cü ildən Xəzərin statusu  və karbohidrogen ehtiyatlarının 

mənimsənilməsi ətrafında mövcud olan Rusiya- Azərbaycan qarşıdurması əsasən sona 

çatmışdır. Əlbəttə, bu  o demək deyil ki, Rusiya Azərbaycanın Qərb dövlətləri ilə enerji  

sahəsindəki sıx  əlaqələrindən, onların Xəzər dənizinə külli miqdarda kapital 

qoymasından, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan marşrutu ilə dünya bazarlarına 

nəqlindən məmnundur.  Əksinə, Rusiya Azərbaycanı  və onun reallaşdırdığı transmilli 

neft layihələrini həm milli, həm də transmilli səviyyədə özünə rəqib kimi qiymətləndirir. 

Lakin Rusiya rəhbərliyi indiki  halda praqmatik düşüncə nümayiş etdirərək, 

qarşısıalınmaz olan bu işlərin  əleyhinə gedərək kənarda qalmaqdansa, layihəyə 

qoşulub müəyyən  əlavə dividentlər  əldə etməyə üstünlük verir.  Tədqiqatçılar yaxın 

zamanlarda Rusiyanın öz neftinin də bir hissəsini Bakı-Ceyhan marşrutu ilə dünya 

bazarlarına nəql edəcəyini proqnozlaşdırırlar. 

Xəzər nefti ətrafında cərəyan edən qlobal geosiyasi proseslərin fəal 

iştirakçılarından biri də  İran  İslam Respublikasıdır. Bu məsələdə  İranın Azərbaycana 

münasibətdə mövqeyi Rusiya ilə demək olar ki, üst-üstə düşür. Uzun illər Xəzərə sahib 

olan iki  dövlətdən biri sayılan  İranın regiondakı yeni dövlətlərlə münasibətləri və 



Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə