Microsoft Word Azerb. Xar. Siyas son doc



Yüklə 4,27 Mb.
Pdf görüntüsü
səhifə206/229
tarix20.10.2017
ölçüsü4,27 Mb.
#6137
1   ...   202   203   204   205   206   207   208   209   ...   229

 

553


Eksson (ABŞ) 8,00% 

Statoyl (Norveç) 

8, 56% 

İtoçu Slodzi (Yaponiya) 

3,92% 

Remko Enerji Qrup (Böyük  Britaniya) 

2.08% 

Yunokal (ABŞ) 10,05% 

Turkiş Petroleum Cor. (Türkiyə) 6,75% 

Delta Nimir Xəzər(Səudiyyə Ərəbistanı) 1,68% 

ARDNŞ (Azərbaycan) 10% 

 

Göründüyü kimi,  “Əsrin müqaviləsi”ndə    ən çox pay aparıcı  Qərb dövlətlərinə 

ayrılıb. Bu dövlətlər içərisində  ən mühüm pay isə ABŞ şirkətlərinə ayrılmışdır.  ABŞ-ın 

sabiq Prezidenti Bill Klintonun  1994-cü il sentyabrın 20-də göndərdiyi teleqramda 

deyilirdi: “Birləşmiş  Ştatlar tarixdə bu tipli sazişlər arasında  ən böyüyü olan bu 

müqaviləni alqışlayır.  O, bütün tərəflər üçün mənfəətli olacaq, ölkələrimiz arasında 

artmaqda olan  iqtisadi-ticarət əlaqələrinin möhkəmlənməsinə xidmət edəcəkdir”.  

Teleqramda vurğulanırdı ki, Azərbaycan neftinin işlənməsi Dağlıq Qarabağ 

regionunun daxilində  və  ətrafında uzun müddət sürən münaqişənin həll olunması ilə 

yanaşı, Azərbaycan xalqı üçün sabitlik, iqtisadi inkişaf və firavanlıq gətirilməsində  də 

mühüm rol oynaya bilər.  

“Əsrin müqaviləsi” layihəsində ABŞ-dan sonra ikinci əsas pay Böyük Britaniyanın 

“Britiş Petroleum” (17,12%) və Remko Enerji Qroup” (2,08%) şirkətlərinə ayrılmışdır.  Bu 

da məntiqi olaraq Böyük Britaniya və  Şimali  İrlandiya Birləşmiş Krallığının Avropa və 

dünyada olan iqtisadi və siyasi mövqeyi, həmçinin bu ölkənin Azərbaycan neftinə olan 

ciddi marağı ilə əlaqədar idi.  

Aparıcı  Qərb dövlətləri ilə yanaşı, Azərbaycan hökuməti tarazlaşdırılmış xarici 

siyasət prinsiplərindən çıxış edərək bölgədə böyük təsiri olan Rusiya Federasiyasına 

məxsus olan “LUKoyl” şirkətinə  də  “Əsrin müqaviləsi” layihəsində 10 faizlik pay 

ayırmışdır. Bu da təsadüfi deyildi.   Baxmayaraq ki, Rusiya 1994-cü ildə özü  dərin 

iqtisadi böhran keçirirdi və xarici neft layihələrinə ciddi investisiya qoymağa qadir deyildi. 

Lakin bu ölkə  İranla birlikdə Azərbaycanın Xəzər  dənizindəki istənilən təşəbbüsünə

xüsusən Qərb ölkələri ilə birgə  iş qurmaq istəklərinə çox qısqanclıqla yanaşır və ciddi 

maneçilik törədirdi. Xəzər dənizinin sektor probleminin həll edilməməsini bəhanə 

edərək, hər iki ölkə bağlanan müqavilələrin hüquqi qüvvəsini  şübhə altına alan  

bəyanatlar verir, Qərb şirkətlərini bu işdən çəkindirməyə çalışırdı. Odur ki, Azərbaycan 




 

554


hökuməti onları xüsusi qıcıqlandırmamaq, konstruktiv əməkdaşlığa yönəltmək üçün hər 

iki ölkəyə  “Əsrin müqaviləsi”ndə  iştirak etmək təşəbbüsü ilə  çıxış etmişdir.  Həm 

Rusiyanı  təmsil edən “LUKoyl” şirkətinə (10%), həm də  İrana müqavilədə ciddi pay 

ayrılmışdı (5%). Baxmayaraq ki, İran neft şirkətlərinin konsorsiumda iştirakına ABŞ  və 

bəzi Qərb dövlətləri açıqdan-açığa etiraz edirdilər.  Nəticədə  İran bu müqavilədə pay 

almadı.  

Azərbaycan rəhbərliyinin Rusiya və  İranla bağlı bu addımlarına baxmayaraq, 

“Əsrin müqaviləsi”nin imzalanması  ərəfəsində  və ondan sonra İran və Rusiya dairələri 

Azərbaycana çox ciddi təzyiqlər göstərməyə başlayırlar.  

“Əsrin müqaviləsi”ndə Rusiyanın “LUKoyl” neft şirkətinə ayrılan 10 faizlik pay bu 

dövlətdə bəzi dairələri narazı salmışdı. Ona görə də həmin ərəfədə müəyyən qüvvələr 

İranda da özlərinə həmfikir taparaq bu müqavilənin həyata keçirilməsinə mane olmağa 

ciddi cəhd edirdilər. Onlar tərəfindən “Xəzər dənizi bütün Xəzəryanı dövlətlər üçün 

ümumidir və onu milli sektorlara bölmək olmaz”, “Azərbaycanın birtərəfli qaydada neft 

müqavilələri bağlamaq və “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarından neft çıxarmaq 

hüququ yoxdur”  və s. kimi bəyanatlar verilməyə başlandı.  

Prezident Heydər  Əliyev  yaxşı başa düşürdü ki, o dövrdə respublikanın real 

müstəqilliyi, eləcə  də onun bir çox dövlətçilik problemlərinin həlli, o cümlədən 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi əsasən aparıcı 

Qərb dövlətlərinin səyi ilə reallaşa bilər. Lakin Rusiya və  İran kimi böyük region 

dövlətlərini də narazı salmaq yolverilməz idi. Məsələni kəskinləşdirmədən bu işləri 

addım-addım həyata keçirmək lazım idi.  Əsas məsələ indiki halda  Azərbaycan 

iqtisadiyyatına daha çox sərmayə qoyulması, onun inkişafının təmin edilməsi iqtisadi 

böhrandan çıxarılması və ictimai-siyasi sabitliyin təmin edilməsi idi.  

Müqavilə  imzalandıqdan sonra  Azərbaycan Respublikasında törədilən bir çox 

pozuculuq hadisələri də bilavasitə xaricdən qaynaqlanırdı. Lakin Azərbaycan 

Respublikası ölkə  rəhbərinin iradəsi  və  məqsədyönlü addımları ilə bütün bu 

sınaqlardan, çətinliklərdən çıxdı, təzyiqləri aradan qaldıra bildi və müqavimətlərə sinə 

gərdi.  Eyni zamanda,  məhz  dünyanın aparıcı dövlətlərinin, onların neft şirkətlərinin 

müstəqil Azərbaycan dövlətinə göstərdiyi etimad nəticəsində “Əsrin müqaviləsi” uğurla 

həyata keçirildi.  

Keçən illərdə dünyanın 16 dövlətinə  məxsus  36 aparıcı  şirkətlə 26  yeni neft 

müqavilələri bağlandı. Bu müqavilələr  əsasında 30 il  müddətinə Azərbaycan neft 

sənayesinə  70 milyard dollara qədər xarici investisiya qoyulmalıdır.  Bu gün təkcə 




 

555


“Əsrin müqaviləsi” çərçivəsində qoyulan xarici sərmayələrin həcmi 3 milyarddan  çox və 

ümumiyyətlə,   neft sənayesinə qoyulan   kapitalın ümumi həcmi  isə 10 milyarddan 

artıqdır. Adambaşına düşən xarici sərmayələrin həcminə görə Azərbaycan postsovet 

məkanında birinci yeri tutur və Şərqi Avropa ölkələri sırasında öncül mövqedədir. 

Hazırda Rusiya və  İranın  Azərbaycana ciddi təzyiqləri də artıq geridə qalıb. 

Xəzər dənizinin sektor bölgüsünün sona qədər həll edilməməsi də  (İran və 

Türkmənistan bu məsələdə qeyri-konstruktiv mövqe nümayiş etdirdiyinə görə)  “Əsrin 

müqaviləsi”nin  reallaşmasına  heç bir maneçilik törətmir.  Xəzər dənizinin 

karbohidrogen ehtiyatlarının  dünya bazarlarına çıxarılması üçün Bakı-Novorossiysk, 

Bakı-Supsa neft kəmərləri  ilə yanaşı, Bakı-Tbilisi-Ceyhan  əsas ixrac neft və Bakı-

Tbilisi-Ərzurum qaz kəmərləri çəkilir.  Azərbaycan bölgənin və dünyanın  əsas enerji 

mərkəzlərindən birinə çevrilmiş  və müasir beynəlxalq  münasibətlər sistemində layiqli 

yer tutmuşdur.  Bütün bu müvəffəqiyyətlərin – xüsusən Azərbaycanın xarici aləmlə 

hərtərəfli qarşılıqlı-faydalı    əlaqələrinin yaranmasının  əsasında Xəzər dənizinin zəngin 

karbohidrogen yataqlarının mövcudluğu və ondan düzgün istifadəni  şərtləndirən 

Azərbaycanın yeni neft strategiyası durur.  

 

3. XƏZƏR NEFTİ GEOSİYASƏT VƏ REGİON MARAQLARI ÇƏRÇİVƏSİNDƏ: 

XƏZƏRİN HÜQUQİ STATUSU 

 

Xəzər dənizi dünyada mühüm geosiyasi əhəmiyyətinə  və  zəngin karbohidrogen 

ehtiyatlarına görə seçilən bölgələrdən biridir. XX əsrin son onilliyində beynəlxalq aləmdə 

gedən ictimai-siyasi  proseslər, təkqütblü dünya nizamının yaranması, qloballaşma və s. 

nəticəsində  Xəzər dənizi və Qafqaz regionu yenidən öz əhəmiyyətinə görə dünya 

siyasətinin əsas hədəflərindən birinə çevrilmişdir.  

Xəzərin təbii ehtiyatları haqqında müxtəlif mənbələrdə    fərqli məlumatlar verilir.  

Yuxarıda  qeyd olunan rəqəmlərlə yanaşı, “Nyu-York Tayms” qəzetinin  6 avqust 1997-

ci il tarixli sayında göstərilir ki,  Xəzərin sənaye və ya karbohidrogen  mənbələri indiki 

qiymətlərlə 4 trilyon ABŞ  dolları məbləğində qiymətləndirilən 200 milyard barel neftdən, 

habelə bir o qədər  də qaz ehtiyatlarından ibarətdir.  

ABŞ ekspertlərinin hesablamalarına görə,  Xəzərin karbohidrogen yataqlarının 

ümumi həcmi 200 milyard ton, İran istisna olmaqla qalan dörd Xəzəryanı dövlətin 

yanacaq-energetika ehtiyatları isə 51-57 milyard tona bərabərdir.  




Yüklə 4,27 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə