Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə3/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   2   3   4   5   6   7   8   9   ...   56

 
 
7
 “Xordalı  heyvanlar. Kəlləsizlər, balıqlar, suda-quruda yaşayanlar və 
sürünənlər” bölməsində  şagirdlər xordalılar tipi ilə tanış olurlar. Kəlləsizlər, balıqlar, 
suda-quruda yaşayanlar və sürünənlərin quruluş xüsusiyyətləri, müxtəlifliyi, təbiətdə 
yayılması barədə məlumat alırlar. İnsan üçün təsərrüfat əhəmiyyəti olan, Azərbaycanda 
rast gəlinən növlərə diqqət yetirilir.  
 “Xordalı  heyvanlar. Quşlar və məməlilər” bölməsi xordalılar tipinin quşlar və 
məməlilər sinfinin quruluşuna və müxtəlifliyinə  həsr edilmişdir. Azərbaycanda quş-
ların, məməlilərin qorunması ilə bağlı keçirilən tədbirlər, qoruqlarda və yasaqlıqlarda 
görülən işlər barədə  məlumatlar  əks edilmişdir.  İnsanın digər məməlilərlə oxşar və 
fərqli cəhətləri barədə  məlumat verilmiş, nitqin və  təfəkkürün inkişafının ali sinir 
fəaliyyətinin inkişafı ilə əlaqədar olduğu izah edilmişdir. 
 
BİOLOGİYA FƏNN KURİKULUMU HAQQINDA
 
Biologiya fənn kurikulumu və onun xarakterik cəhətləri.  Biologiya fənn 
kurikulumu ölkəmizdə aparılan təhsil islahatının yerinə yetirilməsi istiqamətində gö-
rülmüş işlərdən biri kimi meydana çıxmışdır. Özündə dünyanın mütərəqqi ölkələrinin 
təhsil təcrübələrini ümumiləşdirən bu sənəd bilavasitə  şagirdlərin bir şəxsiyyət kimi 
formalaşmasına istiqamətlənməklə özünün humanist, demokratik və inteqrativ xarak-
terinə görə  fərqlənir. Orada məzmun standartlarının, təlim strategiyalarının, qiy-
mətləndirməyə dair məzmun, vasitə və mexanizmlərin verilməsi onun həm də komp-
leks bir sənəd olduğunu göstərir.  
Biologiyadan yeni məzmunun nəticələr (məzmun standartları) formasında 
verilməsi kurikulum sənədinin demokratik xarakterindən irəli gəlir. Müəllimlərə nəti-
cələrin bir standart tələb kimi verilməsi onlara fəaliyyətində sərbəst olmağa, müvafiq 
təlim strategiyaları seçməyə, yaxud öz  imkan və şəraitlərinə uyğun təlim strategiyaları 
hazırlamağa imkan yaradır. Yaxud müasir dərsliklərin, digər resursların hazırlanmasını 
istiqamətləndirir. 
Biologiya fənni üzrə yeni məzmunda insan, onun sağlamlığı, insanın sosial 
mahiyyəti, insan və təbiət münasibətləri, insanın psixoloji xüsusiyyətlərinə aid həyati 
əhəmiyyəti olan ən zəruri  bilik və bacarıqlar əhatə olunur.  
Kurikulumda canlıların hüceyrədən biosferədək təşkili səviyyələri, canlılar 
aləminin kimyəvi və bioloji təkamülü, irsi dəyişikliklərin qanunauyğunluqları, ekoloji 
problemlər, onun dərk edilməsi və həlli yolları sadədən mürəkkəbə doğru istər mərhə-
lələr, istərsə də siniflər üzrə şaquli və üfüqi inteqrasiya nəzərə alınmaqla təqdim edilir. 
Şagirdin tədqiqatçılıq bacarıqları inkişaf etdirilir. Onun məlumatları ümumiləşdirmək, 
eksperimentlər aparmaq, məruzə, referat, təqdimatlar hazırlamaq, bitkiləri becərmək, 
heyvanları bəsləmək və insan sağlamlığını qorumaq bacarıqları formalaşır. 
Biologiya fənn kurikulumunda şagirdlərin məntiqi təfəkkürünün, fənlə bağlı 
həyati bacarıqlarının inkişaf etdirilməsi, inteqrativlik, sadədən mürəkkəbə doğru inki-
şaf, məzmun və  fəaliyyətin qarşılıqlı  əlaqəsinin təşkili, fənnin tədrisində yeni texno-
logiyaların tətbiqinin təmin edilməsi məsələləri nəzərdə tutulur.  
VII
 sinif üzrə məzmun standartları 
VII sinfin sonunda şagird: 
• canlılar aləmini öyrənən elm sahələrini, onların müxtəlifliyini  şərh edir, sistematik 
kateqoriyaları fərqləndirir; 
• laboratoriya avadanlıqlarından istifadə qaydalarına əməl edir; 


 
8
• canlılarda gedən həyati prosesləri fərqləndirir, pozulma səbəblərini sadalayır, buna dair 
hesablamalar aparır; 
• insanı digər məməlilərlə müqayisə edir, onun ali sinir fəaliyyətini izah edir
• virus, bakteriya, göbələk və heyvanların törətdiyi xəstəlikləri təsvir edir, dərman 
bitkilərini qruplaşdırır; 
• təbiətdə baş verən fiziki və kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir; 
• canlıların qorunmasına dair müşahidələr aparır, respublikanın xüsusi mühafizə olunan 
təbiət ərazilərini fərqləndirir. 
  
Məzmun xətləri üzrə əsas və alt-standartlar 
1. Canlıların quruluşu və müxtəlifliyi 
Şagird: 
1.1.  Canlıların quruluşu və müxtəlifliyi haqqında biliklərə malik olduğunu nümayiş 
etdirir.  
1.1.1. Canlılar aləmindən  bəhs edən elm sahələri  barədə fikirlərini şərh edir. 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.3. Canlıların quruluşunun öyrənilməsində laboratoriya avadanlıqlarından istifadə qay-
dalarına əməl edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
  
2. Bioloji proseslər 
Şagird: 
2.1. Bioloji proseslərin tənzimlənməsinə dair bilik və bacarıqlar nümayiş etdirir.  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
2.1.2. Maddələr mübadiləsinin pozulma səbəblərini  sadalayır. 
2.1.3. Bioloji proseslərdə baş verən dəyişikliklərə dair hesablamalar aparır və  nəticələri 
ümumiləşdirir. 
  
3. İnsan və onun sağlamlığı 
Şagird: 
3.1. İnsanın biososial təbiəti haqqında bilik və bacarıqlar nümayiş etdirir. 
3.1.1. İnsanı digər məməlilərlə müqayisə edir. 
3.1.2. İnsanın ali sinir fəaliyyətini izah edir. 
3.2. Sağlamlığın qorunmasına dair bacarıqlar nümayiş etdirir. 
3.2.1. Müxtəlif canlıların insan orqanizmində törətdiyi xəstəlikləri və onların  əlamətlərini 
fərqləndirir. 
3.2.2. Müalicəvi əhəmiyyətinə görə dərman bitkilərini qruplaşdırır. 
  
4. Canlılar və ətraf mühit 
Şagird: 
4.1. Canlıların bir-biri ilə  və  ətraf mühitlə qarşılıqlı  əlaqəsinə dair bilik və 
bacarıqlar  nümayiş etdirir. 
4.1.1. Təbiətdə baş verən fiziki, kimyəvi dəyişikliklərin canlılara təsirini izah edir.  
4.2. Ətraf mühitin qorunması ilə bağlı bacarıqlar nümayiş etdirir. 
4.2.1. Yerli şəraitdə canlıların qorunmasına dair müşahidələr əsasında mülahizələrini şərh 
edir. 
4.2.2. Respublikanın flora və faunasının qorunma yollarını fərqləndirir. 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə