Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə32/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   28   29   30   31   32   33   34   35   ...   56

 
 
75
Dərs 34 / Mövzu 29:
 YASTI QURDLAR TİPİ
 
 
 
 
Müəllim mövzuya başlamaq üçün şagirdlərlə birlikdə  dərslikdəki mətni müzakirə 
edə bilər.  Şagirdlərin cavabları lövhədə qeyd olunur; dərsin sonunda onlara qayıtmaq 
mümkündür. Verilmiş sual üzrə aparılan müzakirələrdə şagirdlər  yastı qurdların bağırsaq-
boşluqlularla müqayisədə mürəkkəbləşməsini (fəal hərəkət edir, bədən üçqat hüceyrələrdən 
təşkil olunub, orqanlar və orqanlar sistemləri var) büruzə verdiyini söyləyirlər.
 
 Paraqrafdakı praktik iş dərslikdəki şəkillər əsasında qurulur. Dərs zamanı müəllim 
müvafiq təbii obyektlərdən, mulyajlardan, yaxud tablolardan da istifadə edə bilər. Keçmiş 
dərslərdə qazanılmış biliklərdən faydalanaraq şagirdlər bağırsaqboşluqların  əlamətlərini 
seçir və yastı qurdlar haqqında ilkin məlumatları əldə etmiş olurlar.  
 Paraqrafın nəzəri materialı ilə tanışlıq bir neçə üsulla aparıla bilər:
 
А) “Fasiləli oxu”. Mətn abzaslarla oxunur və  hər birinin məzmunu müzakirə olunur.  
Məsələn:  

 
Yastı qurdların bədəni hansı hüceyrə qatlarından təşkil olunub? 

 
Daxili orqanları arasında olan boşluq nə  ilə doludur? 

 
Yastı qurdlar tipinə hansı siniflər daxildir?  

 
Kirpikli (sorucu, lentşəkilli) qurdlar sinfinin nümayəndələrinə harada rast gəlinir?  

 
Kirpikli (sorucu, lentşəkilli) qurdların quruluşunda (həyati proseslərində hansı sə-
ciyyəvi əlamətləri qeyd etmək olar? Və s.  
B) Mətn ilə tanışlıq kiçik qruplarda (3 ya 6), yaxud cütlərlə da aparıla bilər. Yastı 
qurdların ümumi xüsusiyyətləri ilə bütün siniflə tanış olduqdan sonra müəllim sinfi qruplara 
bölür və  hər bir qrup yastı qurdların müvafiq sinfinə aid abzasdakı  məlumatı  təhlil edir 
(mətn və  şəkillər müəllim tərəfindən də hazırlana bilər). Materialı öyrəndikcə “Öyrən-
diklərinizi tətbiq edin” bölümündəki cədvəl tədricən doldurulur.  
Şagirdlərə  dərsdə ümumi cədvəl doldurmağı  təklif etmək faydalı olardı. Cədvəldə 
öyrənilən tipin müxtəlif siniflərinin nümayəndələrinə xas xüsusiyyətləri qeyd olunur. Növ-
bəti dərslərdə bu cədvəldən bəzi dəyişikliklərlə istifadə oluna bilər. Yastı qurdların mi-
salında  şagirdlər müəyyən alqoritm üzrə heyvanların quruluşunu və  səciyyəvi xüsu-
siyyətlərini təsvir etmək vərdişlərinə yiyələnirlər. Cədvəl bir neçə  dərs  ərzində, müəyyən 
tədris materialı keçildikcə də doldurula bilər.   
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
1.1.4. Canlıların sistematik kateqoriyalarını fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Yastı qurdların quruluşu və müxtəlifliyi haqqında mülahizələri-
ni şərh edir. 

 
Yastı qurdlar tipinin siniflərinə aid heyvanları fərqləndirir. 
 
 


 
76
 
Yastı qurdlar tipinin nümayəndələri 
Əlamətlər 
Ağ planari 
Qaraciyər sorucusu 
Öküz soliteri 
1. Sistematikada yeri 
 
 
 
2. Bədən forması 
 
 
 
3. Ölçüləri  
 
 
4. Həyat tərzi  
 
 
5. Simmetriya tipi 
 
 
 
6. Hərəkət orqanı 
 
 
 
7. Yapışmağa xidmət edən orqanlar  
 
 
 
8. Bədən örtüyü  
 
 
 
9. Dəri-əzələ kisəsi  
 
 
10. Həzm sistemi 
 
 
 
11. İfrazat sistemi 
 
 
 
12. Sinir sistemi 
 
 
 
13. Hiss orqanları 
 
 
 
14. Cinsiyyət sistemi 
 
 
 
15. Həyat dövriyyəsi  
 
 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda yerləşdirilən materiallardan 
istifadə etmək faydalı olardı.  
 “Öyrəndiklərinizi tətbiq edin” və “Öyrəndiklərinizi yoxlayın” bölümlərində təqdim 
olunmuş tapşırığı yerinə yetirən şagirdlər dərsdə qazanılan biliklərdən faydalanırlar. Əldə 
edilmiş biliklərin tətbiqi zamanı  dərsin məqsədlərində qeyd olunmuş bacarıqlar formalaşır.
 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=SFsaoDHEMZ4 
http://tana.ucoz.ru/load/215-2-2 
 
Dərs 35/ Mövzu 30:
 YASTI QURDLARIN HƏYAT FƏALİYYƏTİ 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Yastı qurdlar qurulu-
şu və müxtəlifliyi 
haqqında mülahizə-
lərini şərh edərkən, 
tez-tez səhvlərə yol 
verir. 
Yastı qurdlar quru-
luşu və müxtəlifliyi 
haqqında mülahizə-
lərini müəllimin kö-
məyi ilə şərh edir. 
Yastı qurdlar qurulu-
şu və müxtəlifliyi 
haqqında mülahizələ-
rini şərh edərkən 
kiçik qeyri-dəqiqliyə 
yol verir. 
Yastı qurdlar qurulu-
şu və müxtəlifliyi 
haqqında mülahi-
zələrini ətraflı şərh 
edir. 
 
Yastı qurdlar tipinin 
siniflərinə aid hey-
vanları  yalnız 
müəllimin köməyi ilə 
fərqləndirir. 
Yastı qurdlar tipinin 
siniflərinə aid hey-
vanları  fərqlən-
dirərkən   tez-tez 
səhvlərə yol verir. 
Yastı qurdlar tipinin 
siniflərinə aid hey-
vanları  fərqlən-
dirərkən   kiçik 
səhvlər buraxır. 
Yastı qurdlar tipinin 
siniflərinə aid 
heyvanları  düzgün 
fərqləndirir.    
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir. 
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Yastı qurdların quruluşu haqqında mülahizələrini şərh edir. 

 
Yastı qurdların müxtəlif nümayəndələrində gedən həyati proses-
ləri fərqləndirir.       
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə