Microsoft Word b-7 mv az doc



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə38/56
tarix30.12.2017
ölçüsü3,69 Kb.
#18820
1   ...   34   35   36   37   38   39   40   41   ...   56

 
88

 
Qədim zamanlardan ikitaylı molyusklardan mirvari və  sədəf alırlar. Sədəflə 
mücrülər, saatlar, tüfənglər bəzədilirdi. Çox ovlandığına görə onların sayı kəskin 
azalmışdır. Hal-hazırda onların arasında nadir və nəsli kəsilməkdə olan növlər var.  

 
Mirvari ikitaylı molyuskların  çanağı ilə manti qatı arasında yaranır. Onların 
ölçüsü müxtəlif ola bilər. Londonda ən iri  – çəkisi 450 karat (90 qram) olan 
mirvari saxlanılır.  
BİBÖ cədvəlinə əlavələr olunur, növbəti dərsdə şagirdlər cavablanmamış suallara qayı-
dacaqlar.    
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə təqdim olunmuş cədvəli həm dərs ərzində, 
həm sonda tamamlamaq mümkündür.  
Qarınayaqlılar sinfi 
İkitaylılar sinfi 
Başayaqlılar sinfi 
Tənək ilbizi, çılpaq ilbiz, 
göl ilbizi 
Sədəf ilbizi, midiya  
Kalmar, səkkizayaq 
 “Öyrəndiklərinizi yoxlayın” bölümündə  təqdim olunmuş tapşırıqlar dərsdə  mənimsənilən 
biliklərin ümumiləşdirilməsi və  dərsin məqsədində qeyd olunmuş bacarıqların 
formalaşması üçün imkan yaradır.  
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
 
Elektron resurslar: 
http://www.youtube.com/watch?v=wrwC3vHfDJQ 
http://www.youtube.com/watch?v=b67vpPu3xCI 
http://rutube.ru/video/9b3d21594d42e6698c0de4ccad14f94d/ 
http://www.youtube.com/watch?v=VDq8JIaHTa0 
http://www.youtube.com/watch?v=fcIqIYWseTw 
 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Molyuskların  qu-
ruluşu və müxtəlif-
liyi haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir. 
Molyuskların quru-
luşu və müxtəlifliyi 
haqqında  mülahizə-
lərini şərh edərkən 
səhvlərə yol verir. 
Molyuskların quru-
luşu və müxtəlifliyi 
haqqında  mülahi-
zələrini qismən 
şərh edir.  
Molyuskların quru-
luşu və müxtəlifliyi 
haqqında  mülahizə-
lərini ətraflı şərh 
edir. 
Molyuskların  
sistematik kateqo-
riyalarına aid hey-
vanları fərqlən-
dirməkdə çətinlik 
çəkir.  
Molyuskların 
sistematik kateqori-
yalarına aid heyvan-
ların fərqlərini dəqiq 
izah edə bilmir. 
Molyuskların 
sistematik kate-
qoriyalarını, 
əsasən, fərqlən-
dirir. 
Molyuskların 
sistematik kate-
qoriyalarını düzgün 
fərqləndirir. 


 
 
89
Dərs 42 / Mövzu 36:
 MOLYUSKLARIN HƏYAT FƏALİYYƏTİ  
 
 
 
   Müəllim şagirdlərin keçmiş dərsdə aldıqları biliklərə əsaslanaraq “Molyusklar tipi” 
mövzusunda “Klaster”i doldurmağı təklif edə bilər.  
 
 
 
 
 
 
Müzakirələr zamanı şagirdlər ikitaylı molyuskların təbii filtr olduğu haqqında nəticəyə 
gəlirlər. Sonra müəllim  şagirdləri dərslikdəki tarixi faktla tanış edir, suallar ətrafında 
fərziyyələr müzakirə olunur. Bu müzakirələr “Fəaliyyət” blokuna şagirdlərin hazırlan-
masına kömək edir.  
 Müəllimin seçimindən və sinfin təchizatından asılı olaraq praktik iş böyük tablo, 
şəkil-aplikasiya, yaxud dərslikdəki  şəkil üzərində aparıla bilər.  İşin gedişi və müzakirəsi 
dərslikdəki alqoritm üzrə aparılır. 
 Yeni materialın öyrənilməsi üçün “Fasiləli oxu” üsulundan istifadə etmək 
məqsədəuyğundur. Orqan sistemlərini daha əyani təsəvvür etmək üçün təqdimatlar 
(cədvəllər) nümayiş etdirmək olar. Şagirdlərə, eyni zamanda, molyuskların quruluş 
xüsusiyyətləri haqqında qısa konspekt tərtib etmək tapşırıla bilər. Molyuskların ayrı-ayrı 
siniflərinin nümayəndələrinin cədvəldə göstərilən xüsusiyyətlərinə görə müqayisəsi 
aparılır: 
Xüsusiyyətlər Qarınayaqlılar 
İkitaylılar Başayaqlılar 
Yaşadığı mühit 
 
 
 
Həyat tərzi  
 
 
Simmetriya növü 
 
 
 
Bədən hissələri (baş, bədən, ayaq)   
 
 
Hərəkət forması 
 
 
 
Çanaq (mövcudluğu, forması)  
 
 
Alt 
STANDARTLAR 
1.1.2. Canlıların müxtəlifliyi haqqında mülahizələrini şərh edir.
  
2.1.1. Müxtəlif canlılarda gedən həyati prosesləri fərqləndirir. 
 
 
Təlim 
NƏTİCƏLƏRİ 

 
Molyuskların quruluşu haqqında  mülahizələrini şərh edir. 

 
Molyusklar tipinin siniflərinə aid heyvanlarda gedən həyati 
prosesləri fərqləndirir. 
 
 
Molyusklar 
İkitaylılar 
Başayaqlılar 
Qarınayaqlılar 


 
90
Həzm sistemi və qidalanması*  
 
 
Qan-damar sistemi 
 
 
 
Tənəffüs orqanları 
 
 
 
İfrazat sistemi 
 
 
 
Sinir sistemi 
 
 
 
Gözlərin olması 
 
 
 
Çoxalması 
 
 
 
Əlavə məlumat 
Müəllim molyuskların qidalanma üsuluna görə 3 qrupa bölündüyünü şagirdlərin nəzərinə 
çatdırır: 
1. Tərkibində mikroorqanizmlər olan suyun filtrasiyası vasitəsilə qidalanan orqanizmlər 
(anadonta, midiyalar); 
2. Ağzında qaşov kimi dili olan bitki ilə qidalananlar (gölməçə ilbizi, tənək ilbizi). 
3. Balıqlarla, xərçənglərlə, molyusklarla qidalanan yırtıcılar (kalmarlar, səkkizayaqlar). 
Mövzuya aid tövsiyələrin sonunda verilmiş saytlarda müvafiq materiallar yerləşdirilmişdir. 
 “Öyrəndiklərinizi tətbiq edin” bölümündə  təqdim olunmuş tapşırığın yerinə 
yetirilməsi zamanı şagirdlər dərsdə tərtib olunmuş cədvəldən istifadə edə bilərlər.  
“Öyrəndiklərinizi yoxlayın” bölümlərində  təqdim olunmuş tapşırıqlar “Molyusklar” 
mövzusunda qazanılan biliklərin ümumiləşdirilməsi və onların müvəffəqiyyətlə  tətbiqi 
üçün imkan yaradır, nəzərdə tutulmuş bacarıqların formalaşmasına xidmət edir.  
1-ci tapşırıqda belə bir cədvəl doldurulur:  
Müsbət təsiri Mənfi təsiri 
Bir çox heyvanların qidasını təşkil edir 
Təbiətdə sanitar rolu oynayır (filtrasiya) 
Dəniz mirvarisi  ilbizində mirvari əmələ 
gəlir   
İnsanlar qida kimi istifadə edirlər 
Başayaqlı molyusklardan boyaq maddəsi 
alınır 
Tənək və  çılpaq ilbizlər meyvə  və  tərəvəz-
lərə, bağ və bostanlara ziyan vurur 
Gəmiqurdu sahildəki binaların taxtalarına 
daxil olaraq onları dağıdır. 
Qiymətləndirmə meyarları: şərhetmə, fərqləndirmə 
Elektron resurslar: 
http://tana.ucoz.ru/load/177  
http://tana.ucoz.ru/load/313 
http://tana.ucoz.ru/load/216 
I səviyyə II 
səviyyə III 
səviyyə IV 
səviyyə 
Molyuskların quru-
luşu haqqında  mü-
lahizələrini çətin-
liklə şərh edir. 
Molyuskların qurulu-
şu haqqında  mülahi-
zələrini şərh edərkən 
səhvlərə yol verir. 
Molyuskların quru-
luşu haqqında  mü-
lahizələrini qismən 
şərh edir.  
Molyuskların qurulu-
şu haqqında  mülahi-
zələrini ətraflı şərh 
edir. 
Molyusklar tipinin 
siniflərinə aid hey-
vanlarda gedən hə-
yati prosesləri yal-
nız müəllimin kö-
məyi ilə fərqləndi-
rir. 
Molyusklar tipinin 
siniflərinə aid hey-
vanlarda gedən hə-
yati prosesləri fərq-
ləndirən zaman səhv-
lərə yol verir. 
Molyusklar tipinin 
siniflərinə aid hey-
vanlarda gedən hə-
yati prosesləri, əsa-
sən, düzgün fərq-
ləndirir. 
Molyusklar tipinin 
siniflərinə aid hey-
vanlarda gedən 
həyati prosesləri 
düzgün fərqləndirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə