Microsoft Word birja isinin t?Skili v? Idar? Ediln?SI. doc



Yüklə 1,39 Mb.
Pdf görüntüsü
səhifə66/69
tarix14.09.2018
ölçüsü1,39 Mb.
#68673
1   ...   61   62   63   64   65   66   67   68   69

 
 
 
sertifikatın onu alana verilməsi anında; 
  təqdim  edənə  sənədləşdirilmiş  qiymətli  kağızların 
sertifikatlarının  və  (və  ya  )  belə  qiymətli  kağızlara  olan 
hüquqlarının  uçotunun  depozitaridə  saxlandığı  halda  –  onu 
alanın  depo  hesabı  üzrə  mədaxil  yazısı  həyata  keçirilən  anda 
onu alana keçir. 
 
 2. Adlı sənədləşdirilməmiş qiymətli kağıza olan hüquq: 
              qiymətli 
kağızlara 
olan 
hüquqların 
uçotunun 
depozitari  fəaliyyəti  həyata  keçirən  şəxsdə  aparıldığı  halda  – 
onu alanın depo hesabı üzrə mədaxil yazıldığı andan;     
 
qiymətli  kağızlara  olan  hüquqların  uçotunun  reyestr 
yazılması sistemində aparıldığı halda – onu alanın şəxsi hesabı 
üzrə mədaxil yazıldığı andan onu alana keçir. 
 
3. Adlı, sənədləşdirilmiş qiymətli kağıza olan hüquq: 
 
3.1.  onu  alanın  qiymətli  kağızlara  olan  hüquqlarının 
uçotu reyestr yazılması sistemində aparıldığı halda – onu alanı 
şəxsi  hesabı  üzrə  mədaxil  yazıldıqdan  sonra  qiymətli  kağız 
sertifikatına ona verildiyi andan;  
 
3.2.  onu  alanın  qiymətli  kağızlara  olan  hüquqlarını 
uçotunun,  depozitaridə  qiymətli  kağız  sertifikatlarını  depozitə 
qoymaqla,  depozitari  fəaliyyəti  həyata  keçirən  şəxsdə 
aparıldığı  halda  –  onu  alanın  depo  hesabı  üzrə  mədaxil 
yazıldığı andan onu alan şəxsə keçir. 
 
4. Emissiya qiymətli kağızı ilə təsbit olunan hüquqlar 
həmin qiymətli kağıza olan hüquqların keçdiyi andan onu alana 
keçir.  Adlı  emissiya  qiymətli  kağızı  ilə  təsbit  olunan 
hüquqların  keçməsi  reyestr  saxlayanın  və  ya  depozitarinin  və 
ya  qiymətli  kağızların  nominal  saxlayıcısının  xəbərdarlıq 
məktubu ilə müşayiət olunmalıdır.  
 
5.  Təqdim  edənə  verilən  emissiya  qiymətli  kağızları 
üzrə  hüquqlar  sahibin,  yaxud  onun  vəkil  etdiyi  şəxsin  onları 
təqdim etməsi ilə həyata keçirilir. 
 
6.  Adlı  sənədləşdirilmiş  emissiya  qiymətli  kağızları 
üzrə  hüquqlar  sahibi,  yaxud  onun  vəkil  etdiyi  şəxsin  həmin 


 
 
 
qiymətli  kağızların  sertifikatlarının  emitentə  təqdim  etməsi  ilə 
həyata  keçirilir.  Bu  zaman  bu  cür  qiymətli  kağızların 
sertifikatları  sahibdə  olduğu  halda  sertifikatda  göstərilən 
sahibin adı ilə reyestrda olan sahibin adı eyni olmalıdır.  
 
7.  Sənədləşdirimiş  emissiya  qiymətli  kağızları 
dipozitarilərdə saxlandığı halda qiymətli kağızlarla təsbit edilən 
hüquqlar  sahiblərin  tapşırığı  ilə,  həmin  sahiblərin  siyahısını 
əlavə  etməklə,  həmin  depozitarilərin  təqdim  etdikləri 
sertifikatlar  əsasında  həyata  keçirilir.  Bu  halda  emitent  həmin 
siyahıda göstərilən şəxsin tədim edənə verilən qiymətli kağızlar 
üzrə hüquqların gercəkləşməsini təmin edir.  
 
8.  Adlı  sənədləşdirilməmiş  emissiya  qiymətli 
kağızları üzrə hüquqlar reyestr yazılması sistemində göstərilən 
şəxslər barəsində emitent tərəfindən həyata keçirilir. 
 
Bu  cür  qiymətli  kağızın  yeni  sahibi  haqqında  həmin 
buraxılışın  reyestr  saxlayıcısına  və  ya  qiymətli  kağız 
saxlayıcısına  emitentin  qiymətli  kağızlar  üzrə  öhdəliklərini 
(səsvermə,  gəlirlərin  alınması  və  başqaları)  yerinə  yetirilməsi 
üçün  göstəricilər  reyestr  bağlanan  vaxta  qədər  məlum 
edilməyibsə,  onda  reyestrdə  onun  bağlandığı  vaxtda  qeydə 
alınmış  sahib  barəsində  öhtəliklərin  yerinə  yetirilməsi  məqbul 
hesab edilir. Vaxtında məlumat verilməməsinə görə məsuliyyət 
qiymətli kağızı alanın üzərinə düşür.  
 
9.  Qiymətli  kağızlara  olan  hüquqların  və  qiymətli 
kağızlarla  təsbit  edilmiş  hüquqların  keçməsi  haqqında 
sənədlərdə 
fiziki 
şəxslərin 
imzasının 
doğruluğu 
(qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla) 
notarius  və  ya  qiymətli  kağızların  peşəkar  iştirakçıları 
tərəfindən təsdiq edilə bilər. 
 
10. Qiymətli kağızlara hüquqların keçməsi zamanı və 
səhmdar 
cəmiyyətlərin 
nizamnamə 
kapitalının 
həcmi 
artırıldıqda  hər  hansı  emitenntin  nizamnamə  kapitalında 
səsvermə  hüququna  malik  səhmlərin  20  faizdən  çoxunun  bir 
hüquqi və ya fiziki şəxsin, yaxud bir – birinin əmlakına nəzarət 


 
 
 
edən şəxslər qrupunun əldə etməsi Azərbaycan Respublikasının 
antiinhisar  qanunvericiliyi  ilə  təmzimlənir.  Bu  tələb  emitentin 
və  investorun  nizamnamə  kapitalı  birlikdə  minimum  əmək 
haqqının  75  min  mislindən  çox  olmadığı  hallara  və  dövlət 
müəssisələrinin 
özəlləşdirilməsi 
zamanı 
yaradılan 
və 
nizamnamə kapitalı minimum əmək haqqının 50 min mislindən 
az olan səhmdar cəmiyyətlərə aid edilmir.  
 
 
IV FƏS L. Q YMƏTL  KAĞIZLAR BAZARINDA 
PEŞƏKAR FƏAL YYƏ
 
Maddə 18. Qiymətli kağızlar bazarında  
peşəkar fəaliyyətin növləri 
 
1.
  Qiymətli  kağızlarla  peşəkar  fəaliyyətin  aşağıdakı  növləri 
həyata keçirilə bilər: 
1.1.
 broker fəaliyyəti; 
1.2.
 digər fəaliyyəti; 
1.3.
 qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət; 
1.4.
 qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət 
(kliorinq); 
1.5.
 depozitari fəaliyyəti; 
1.6.
 qiymətli  kağızların  sahiblərinin  reyestrinin  aparılması 
üzrə fəaliyyət; 
1.7.
 qiymətli  kağızlar  bazarında  ticarətin  təşkili  üzrə 
fəaliyyət. 
2.
  Hüquqi  və  fiziki  şəxslərin  qiymətli  kağızlar  bazarında 
fəaliyyəti o vaxt peşəkar hesab edilir ki, o, müstəsna olaraq 
bu qanun IV fəsilində nəzərdə tutulmuş fəaliyyət növlərinə 
aid olsun. 
3.
  Kredit  təşkilatları  qanunvericiliyə  uyğun  olaraq  qiymətli 
kağızlarla əməliyyatlar apara bilərlər. 
3.1.
 Qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyət  həyata 


Yüklə 1,39 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə