Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə47/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   43   44   45   46   47   48   49   50   ...   133

 

146

amillər əsasən Türkiyə, Cənub-Şərqi Asiya Ölkələrində, Rusiyada 

(1998), Latın Amerikası ölkələrində müşahidə olunurdu. 

Beləliklə  maliyyə  böhranının  tərkib  hissəsi  kimi  aşağıdakı 

elementləri müəyyən edə bilərik: 

1. valyuta böhranı – milli valyutanın devalvasiyasına gətirib 

çıxardır. 

2.

  bank  böhranı  –  dövlətdən  iri  həcmdə  maliyyə  dəstəyi 



tələb edir. 

3.  borc  böhranı  –  xarici  və  daxili  borcda  problemlərin 

kəskinləşməsi ilə bağlıdır. 

4. birja – qiymətli kağızların kursunun kifayət qədər enməsi 

prosesi. 

Valyuta  böhranları-  bu  valyuta  sferasında  stabilliyin  kəskin 

ziddiyyətləridir.  Bu  əsasən  özünü  valyuta  kurslarının  kəskin 

oynamasında, kapitalın “qaçışında”, devalvasiya və revalvasiyada, 

beynəlxalq  likvidliyin  pisləşməsində,  valyuta  kredit  və  maliyyə 

münasibətlərində  ziddiyyətlərin  kəskinləşməsində  özünü  biruzə 

verir. 

BVF-nun  müəyyənləşməsinə  görə  valyuta  böhranı  dəyişim 



kursuna  spekulyativ  hücumlar  zamanı  devalvasiyaya  yol  açan  və 

ya  hökumətin  valyutanı  müdafiə  məqsədi  ilə  kifayət  qədər  xarici 

ehtiyatlar istifadəsi zamanı baş verir. 

     Valyuta 

böhranlarının 

aşağıdakı 

klassifikasiyası 

mövcuddur: 

• Birinci  tip  –  hər  hansı  ölkədə  kursun  sabitləşdirilməsi 

şə

raitində  pul  kütləsinin  artımı  ilə  bağlıdır,  hansı  ki,  daxili 



qiymətləri  dünya  qiymətlərinə  nisbətdə  artırır  bu  isə  ticarət 

balansını pozur və nəticədə sabit valyuta kursundan imtina olunur. 

•  kinci  tip  -  həddən  artıq  dövlət  borcunun  yığılması  ilə 

ə

laqədardır. Bu müəyyən müddətdə investorların itməsinə yol açır, 



kapitalın “qaçışı” baş verir və kurs kəskin enir. 

• Üçüncü tip – özəl sektorun borcları ilə bağlıdır. 

• Dördüncü  tip-  dövlət  borcunun  həddən  artıq  yığılması  və 

bu borcun büdcənin ödəmə qabiliyyətində olmaması bu isə sonda 




 

147

inflyasiya və devalvasiyaya yol açır. 

Borc  böhranı  –  elmi  ədəbiyyatda  borc  böhranının  birmənalı 

traktovkası  yoxdur.  Bu  ele  bir  vəziyyətdir  ki,  bu  zaman  borclu 

tərəf  kredit  qrafikinə  uyğun  öz  xarici  borcunu  ödəmək 

qabiliyyətində  olmur.  Bir  çox  ölkələr  daxili  investisiyalaşdırma 

zamanı  daxili  resursların  çatışmadığına  görə  xarici  borclanmaya 

müraciət edir. Bu əsasən dövlət büdcəsinin maliyyələşməsi, sosial-

iqtisadi islahatlar, artıq mövcud borc öhdəlikləri zamanı meydana 

gələn problemdir. 

R. .Xasbulatov 

hesab 


edir 

ki, 


borc 

böhranının 

kəskinləşməsinin  səbəblərinə  aşağıdakı  amilləri  aid  etmək 

mümkündür: 

1.  Borclu  ölkənin  xarici  borclanma  sferasında  düzgün 

seçilməmiş siyasəti 

2.  Xarici  konyukturanın  kifayət  qədər  oynaması  və  ən  əsas 

beynəlxalq bazarlarda faiz dərəcələrinin kəskin artması. 

3.  Bazar  risklərinin  dəyərləndirilməsində  buraxılan  səhvlər 

və s. 


Fond  böhranı  –  fond  bazarında  böhranı  qiymətli  kağızların 

kursunun  kəskin  enməsi  ilə  müəyyən  etmək  mümkündür.  Ən 

məhşur fond böhranı 1929-1933-cü illərdə baş vermişdir. 

Maliyyə liberallaşması ilə bank böhranları arasında sıx əlaqə 

mövcuddur.  Liberallaşma  olan  ölkələrdə  bir  çox  kanallar 

mövcuddur  ki,  bunun  nəticəsində  banklara  neqativ  təsirlər  yarana 

bilər. Maliyyə liberallaşması imkan verir ki, maliyyə institutlarına 

onlar  özləri  kredit  şərtlərini,  kreditlərin  faiz  dərəcələrini  və  s. 

müəyyən etsinlər. 

Elmi  ədəbiyyatda  valyuta,  böhranının  birmənalı  şərhi  möv-

cud  deyil.  Valyuta  böhranı  maliyyə  böhranı  ilə  əlaqələndirilir  və 

qarşılıqlı  əvəz  oluna  bilən  anlayışlar  kimi  nəzərdən  keçirilir. 

Valyuta böhranına geniş nəzər onu valyuta bazarındakı vəziyyətin 

kəskin ağırlaşması  kimi təqdim edilir. Valyuta böhranı – valyuta 

sferasındakı  qarşıdurmanın    kəskin  ağırlaşmasıdır.  O,  valyuta 

kurslarının  kəskin  tərəddüdlərində,  kapital  axınında,  devalvasiya 




 

148

və  revalvasiyada,  beynəlxalq  likvidliyin  zəifləməsində,  valyuta-

kredit 

və 


maliyyə 

münasibətlərində 

qarşıdurmanın 

kəskinləşməsində özünü göstərir. 

BPF-nin  verdiyi  tərifə  görə  «valyuta  böhranı  mübadilə  kur-

suna  spekulyativ  hücumlar  zamanı  xarici  rezervlərin  xərclən-

məsinə  və ya faiz dərəcələrinin kəskin qalxmasına səbəb olur».  

Nəzərə  alsaq  ki,  real  mübadilə  kursu  yaxınlaşmaqda  olan 

valyuta  böhranını  müəyyənləşdirən  əsas  amildir,  elə  o  da  bank 

qeyri-sabitliyinin  əsas  indikatoru  olacaqdır.  Deməli,  valyuta  və 

bank  qeyri-sabiliyininin  yaranmasını  iqtisadçılar  xüsusi  terminlə 

ifadə ediblər – “ikiqat böhran” (twin crises) . 

Valyuta  və  bank  sferasının  qarşılıqlı  əlaqəsi  bu  böhranların 

indikatorlarının  da  qarşılıqlı  əlaqəsi  və  bir-birini  tamamlamasına 

səbəb  olmuşdur.  Milli  valyutanın  devalvasiyası  bank  çax-

naşmasının yaxınlaşmasının göstəricisidir.  

Maliyyə böhranının bir elementi də borc böhranıdır. Yerli və 

qərbin  iqtisadçı-alimləri  kifayət  qədər  uzun  müddətdir  ki,  borc 

böhranının  təbiətini  ətraflı  araşdırırlar.  Borc  böhranı  dövlətin  və 

təsərrüfat  subyektlərinin  kreditorlar  qarşısında  öz  öhdəliklərini 

yerinə yetirə bilməməsidir. Bu mənada borc böhranı bank böhranı 

ilə  oxşar  görünə  bilər.  Bu  iki  anlayış  arasında  yeganə  prinsipial 

fərq münasibətlərin subyektidir. Əgər bank böhranını araşdırarkən 

biz bank institutlarını nəzərdən keçiririk, borc böhranın isə finans 

müəssisələri  və  dövlətlə  bir  əlaqəsi  yoxdur.  Bundan  başqa,  bank 

böhranı mahiyyət etibarilə kredit böhranıdır, yəni kreditorun prob-

lemlərini  öyrənir  və  təhlil  edir,  borc  böhranı  isə  debitorun  və  ya 

borc alanın fəaliyyətindəki qeyri-sabitliyə işarə edir. 

Fond  böhranı  maliyyə  böhranının  ayrılmaz  hissəsidir,  belə 

ki,  xüsusən  bazar  iqtisadiyyatı  şərtləri  altında  fond  bazarında  baş 

verən  proseslər  bank  sisteminin  vəziyyətinə  müstəsna  dərəcədə 

güclü təsir  göstərir. Bir  halda ki, qiymətli kağızlar real və maliyə 

sektorlarının  (ilk  növbədə,  bankların)  aktivlərinin  əsas  hissəsini 

təşkil  edir,  birjanın  iflası,  müvafiq  olaraq,  bankların  ödəmə 

qabiliyyətini pisləşdirir.  



Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə