Microsoft Word bvkm-xopks docx



Yüklə 2,67 Mb.
Pdf görüntüsü
səhifə48/133
tarix14.09.2018
ölçüsü2,67 Mb.
#68617
1   ...   44   45   46   47   48   49   50   51   ...   133

 

149

Məlumdur  ki,  1929-1933-cü  illər  dünya  böhranı  Nyu-York 

birjasında  fəlakətli  çökməsi  ilə  başladı.  Bunun  nəticəsində  nəinki 

qiymətli kağızlar bazarında fəal işləyən minlərlə şirkətlərlə yanaşı 

bir  çox  banklar  da  çökdü.  1929-1933-cü  illərdə  25000  amerikan 

bankından 11000-i müflisləşdi. 1929-cu ilin oktyabr ayından sonra 

bankların  müflisləşməsi  epidemiya  miqyasını  aldı.  Əksər  banklar 

aktivlərin  “quruması”  və  əmanətlərin  tələb  olunması  arasında 

məngənəyə düşmüşdülər. Bankların aktivlərində  qiymətli kağızlar 

və  qiymətli  kağızlar  girovu  altında  borclar  üstünlük  təşkil  edirdi. 

Böhran şəraitində bu kağızların dəyəri dəfələrlə azaldı, əksəriyyəti 

isə  bütün  dəyərini  itirdi.  Misal  üçün,  1931-ci  ildə  1700  mln. 

dollarlıq  depoziti  olan  2250  bank,  1933-cü  ildə  isə  2875  mln. 

dollarlıq depoziti olan 2700 bank iflasa uğradı. 

Beləliklə, maliyyə böhranı – ağır iqtisadi və sosial nəticələr 

verən  xoşagəlməz  hadisədir.  Sistemli  finans  böhranının  bütün 

mümkün  nəticələri  arasında  ondan  cəmiyyətin  aldığı  düzgün 

dərslər və sağlam təhlil əsasında qəbul olunmuş adekvat qərarların 

reallaşdırılması müsbət nəticələr adlandırıla bilər. 

Maliyyə sarsılmaları sferasındakı işləri yekunlaşdıraraq belə 

qərara  gəlmək  olar  ki,  maliyyə  böhranının  tərkibinin  mahiyyəti 

aşağıdakılardan  ibarətdir:  maliyyə  böhranı  –  maliyyə  aktivlərinin 

dəyərinin  kəskin  düşməsi  ilə  və  ya  maliyyə  bazarında  vəziyyətin 

kəskin ağırlaşması, xüsusən də milli pul vahidinin dəyərsizləşməsi 

və  suveren  borcun  ödənilməsi  problemi,  maliyyə  sisteminin 

funksiyalarının pozulması (maliyyə bazarı və maliyyə institutları), 

nəhayət, qiymətli kağızların mübadilə dəyərinin kəskin düşməsi ilə 

xarakterizə olunur. 

Maliyyə  böhranının  tərifinə  əsaslanaraq,  yerli  və  xarici 

müəlliflərin  elmi  araşdırmalarında  maliyyə  qeyri-sabitliyinin 

yaranması və inkişafının dəqiq çərçivəsinin müəyyənləşdirilməsinə 

dair  vahid  yanaşmanın  olmadığını  əminliklə  sübut  etmək  olar. 

Maliyyə  böhranı  anlayışı  o  qədər  genişdir  ki,  onun  mahiyətini 

dəqiq  müəyyənləşdirmək  mümkün  deyil.  Maliyyə  böhranının 




 

150

strukturu  məsələsində  də  iqtisadçı  alimlər  arasında  fikir  birliyi 

yoxdur. 

Qərb  ədəbiyyatında  maliyyə  böhranı  termini,  faktiki  olaraq, 

bank böhranı kateqoriyası ilə eyni tutulur.  Lakin maliyyə böhranı 

anlayışına  belə  yanaşma  optimal  deyildir,  çünki  bank  böhranı 

maliyyə  böhranının  bir  komponentidir.  Maliyyə  böhranı  anlayışı 

bank böhranı anlayışına nisbətən daha geniş anlayışdır.  

Beləliklə,  maliyyə  böhranının  strukturu  aşağıdakı  kompo-

nentlərdən ibarətdir:  

1.

  Valyuta milli valyutanın devalvasiyasına səbəb olur;  



2.

  Bank  bir  və  ya  bir  neçə  bankın  müflisləşməsi  ölkədə 

ödəmə  böhranını  yaradır  və  onun  fonunda  da  iqtisadiyyatda 

bankların müflisləşmə epidemiyası yayılır;  

3.

  Borc daxili və ya xarici borc probleminin kəskinləşməsi 



ilə əlaqədardır;  

4.

  Birja qiymətli kağızların bazar dəyərinin sürətlə düşməsi. 



Sistemli  bank  böhranın  başlanğıcı  ümumilikdə  bank  sekto-

runda müstəsna rolu olan bir və ya bir neçə bankın ödəmə qabiliy-

yətində  ciddi  problemlərin  yaranması  ilə  bağlı  ola  bilər.  Bu  cür 

bankların  dağılması  «domino  effekti»ni  təhrik  edə  və  bununla  da 

sistemli böhran yarada bilər. 

Bank  sistemində  böhran.    Ümumiyyətlə  ,  hər  bir  ölkədə 

bank  sisteminin  böhrana  salan  fərqli    səbəblərlə  bərabər,    bütün 

ölkədə  keçərli  ortaq  səbəblər  də  var  və  beynəlxalq  təcrübədə  bank 

böhranının  ən  geniş  yayılmış  izahına  görə  əgər  aşağıdakı  dörd 

şə

rtdən biri mövcud olarsa bank sisteminin vəziyyəti böhranlı hesab 



oluna bilər: 

1.

  Bankların  aktivlərində  işləməyən,  yəni  gəlir  gətirməyən 



aktivlərin payı 10 %-dən çoxdur; 

2.

  Bankların xilas etmə əməliyyatına  sərf olunan məsrəflər 



ÜDM-un 2 %-dən çoxdur; 

3.

  Bank  sektorunun  problemləri  bankların  əhəmiyyətli  his-



səsinin (10 %-dən artıq) milliləşdirilməsinə gətirib çıxarıb; 


 

151

4.

  Əmanətçilər  arasında  şaiyələr  (panika)  yaranıb  və 



depozitlərin  kütləvi  surətdə  geri  götürülməsi  baş  verib  və  ya 

depozitlərin  dondurulması,  ya  da  ki,  böhrana  cavab  olaraq 

hökumət  tərəfindən  depozitlərə  ümumi  zəmanətlərin  tətbiq 

olunması kimi fövqəladə tədbirlər görülüb. 

Maliyyə  böhranının  hərarət  dərəcənin  şıddətlənməsinə  təsir 

edən amillər aşağıdakılardır: 

1.Faiz dərəcələrində yüksəlmə; 

2.Bankın balansındakı pozuntular; 

3.Fond birjasında çöküş; 

4.  qtisadiyyatda qeyri- müəyyənsizliyin artımı. 

Bazar  iqtisadiyyatı  şəraitində  bank  böhranları  qanunauyğun 

haldır və ona xas olan immanent disproporsiyalar və ziddiyyətlərlə 

şə

rtləndirilir.  Bu  çərçivədə  bank  sektorundakı  böhranların 



səbəblərini araşdıran elmi-tədqiqat işləri son illər artmaqdadır. 

Bank  sisteminin  böhrana  girməsinin  başlıca    problemi 

sistemin  dövlətə  və  cəmiyyətə  yüklədiyi    maliyyə  ağırlığındadır. 

Bəzi  hallarda,  bankların  xilas  edilmə  əməliyyatı    maliyyə 

böhranların şaxələrini artıraraq daha böyük zərərlərə yol aça bilir. 

2007-  ci  ildə  ABŞ-da  başlayan  və  daha  sonra  əksər  ölkələrə 

yayılan maliyyə böhranı dünyanın keçirdiyi ən iri tutumlu  qlobal 

böhranıdır.  1975-  2009  -ci  illərdə  50  -dən  artıq  ölkədə  200  -dən 

çox valyuta və 54 borc/bank böhranlarını qeydə alıb.  

 2007-  2008  -ci  illərdə  ABŞ  baş  verən  böhranın  daha  çox 

“finans  infeksiyası”  kimi  yeni  fenomenin  nəticəsi  olduğu 

aydınlaşandan  sonra  yeni  dünya  finans  böhranının  yaranma 

təhlükəsi xüsusilə kəskin şəkildə qəbul olunmağa başladı.                                                                  

1970-2000-ci illərdə maliyyə böhranları onlarla ölkədə milli 

finans  aktivlərinin  10-30  %-nin  itirilməsinə  səbəb  oldu.    2008- 

2009-cu  illərdə  bir  çox  inkişaf  etmiş  və  inkişaf  etməkdə  olan 

ölkələrin bank sistemlərində böhranlar baş verdi  və  bu böhranlar 

yalnız batan və çətin vəziyyətə düşən bankları deyil, eyni zamanda  

banklarla əlaqəsi olan real sektoru və ev idarələrini  də əhatə etdi. 

2008-ci ilin II  yarısı - fond indekslərində azalma: 70-80%, global 




Yüklə 2,67 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə