Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə2/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   2   3   4   5   6   7   8   9   ...   35


 
 
 
özüylə  bərabər  yeni-yeni  problemlər  də  doğurur.Əsas  müəssisə  vergiləri  ödəyə 
bilmir,  çünki  mal  alıcıları  aldıqları  mala  görə  borclarını  ödəmirlər.Dövlət  isə  öz 
növbəsində vergi daxilolmalarının azlığından büdcə planını yerinə yetirə bilmir və 
iqtisadiyyatın  bəzi  sahələrinə  dövlət  yardımı  gecikdirilir  və  ya  ümumiyyətlə 
yardım edilmir. Bütün bunlar isə ümumilikdə iqtisadi həyata öz təsirini göstərir və 
dövlət istər iqtisadi, istər siyasi, istərsə də digər sahələr üzrə gücünü itirir. Müasir 
dövrdə  bu  problemlərin  həll  edilməsinin  mümkün  yolları  barədə  dövlət 
dairələrində  və  müəssisə  miqyasında  müvafiq  tədbirlər  görülür.Dövlət  bu 
problemlərin həlli üçün qiymətli kağızlar bazarının inkişafını daha məqsədəuyğun 
hesab edir. 
    
Buna  görə  də  bu  bazarın  formalaşdırılması  nəinki  ölkədə  mövcud  olan  və 
iqtisadiyyatın  inkişafına  əhəmiyyətli  dərəcədə  təsir  göstərən  həmin  problemlərin 
həllinə  təsir  göstərər,  həm  də  iqtisadi  subyektlərin  iqtisadi  fəaliyyətə  daha  çox 
maraq  göstərmələrinə  və  səmərəli  işgüzar  fəallığa  cəlb  olunmalarına  imkan 
verər. ndiki müasir dövrdə qiymətli kağızlar bazarının iqtisadiyyat üçün bu qədər 
ə
hmiyyətli  olmasına  və  dövlətin  bu  barədə  irimiqyaslı  islahatlar  aparmasına 
baxmayaraq, ölkəmizdə bu barədə hələ də informasiya qıtlığı mövcuddur. Bunları 
nəzərə  alaraq  dissertasiya  işinin  yazılmasında  əsas  məqsəd  bu  sahənin  mahiyyəti 
və  əsas  cəhətlərinin  öyrənilməsi  və  təhlil  olunması,  onun  inkişaf  istiqamətlərinin 
müəyyən  edilməsi  və  respublikamızda  qiymətli  kağızlar  bazarının  formalaşması 
xüsusiyyətlərinin tədqiqi, iqtisadiyyatda rolunun açıqlamasından ibarətdir.  
       Dissertasiya  işi  girişdən  ,3  fəsildən  ,  nəticə  və  ədəbiyyat  siyahısından 
ibarətdir.Birinci  fəsildə  qiymətli  kağızlar  bazarının  formalaşmasının  nəzəri 
məsələlərindən  bəhs  edilir.Bu  fəsildə  maliyyə  bazarı  və  onun  formalaşması  , 
həmçinin  qiymətli  kağızlar  bazarının  funksiya  və  vəzifələrindən  geniş  bəhs 
edilmişdir. 
     
Dissertasiya işinin ikinci fəsilində Azərbaycanda qiymətli kağızlar bazarının 
mövcud  vəziyyəti  və  prosessual  təhlili  haqqında  bəhs  olunur.Həmçinin 



 
 
 
Azərbaycanda  ilkin  və  ikinci  (təkrar)  qiymətli  kağızlar  bazarı  və  Azərbaycanda 
qiymətli kağızların forma və növləri haqqında bəhs edilimişdir. 
     
Üçüncü  və  son  fəsildə  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar 
bazarının  formalaşması,Azərbaycanda  qiymətli  kağızlar  bazarının  təşkili 
xususiyətləri  və  Azərbaycan  Respublikasında  qiymətli  kağızlar  bazarının  inkişaf 
yolları haqqında bəhs edilir.  
       Dissertasiya  işində  həmçinin  qiymətli  kağızlar  bazarının  vəziyyətini  təsvir 
etmək  məqsədiylə  sxem  və  cədvəllərdən  istifadə  edilmişdir.Həmçinin  QKDK  və 
BFV-nın statistik göstəriciləri və məlumatlarından da istifadə edilimişdir. 
 
 
 
  
   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 



 
 
 
     I FƏS L.Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri əsasları və prinsipləri
 
       1.1. Maliyyə bazarı,onun formalaşması və nəzəri əsasları            
       
        Maliyyə bazarı pul vəsaitlərinin hərəkətinin təşkil edilməsinin xususi forma 
və  sferası  olub  maliyyə  münasibətləri  sferasında  alqı-satqı  münasibətlərinin 
məcmusudur.Bazar  iqtisadiyyatına  keçid  dövründə  maliyyə  resurslarının  fasiləsiz 
olaraq  ölkə  iqtisadiyyatına  cəlb  edilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.Belə 
ki,muasir  şəraitdə  maliyyə  bazarları  mülkiyyət  formasından  asılı  olmayaraq  həm 
makroiqtisadi  səviyyədə,  həm  də  dövlət  səviyəsində  onların  resursları  ilə  təmin 
edilməsində  mühüm  rol  oynayır.  Deməli,bazar  iqtisadiyyatının  inkişafı  maliyyə 
bazarı olmadan mümkün deyil.  
   
  lk  olaraq  onu  qeyd  edim  ki,maliyyə  bazarlarının  yaranması  obyektiv 
xarakter  daşıyır  və  o  dövlətin  və  müxtəlif  təşkilati-hüquqi  formaya  malik  olan 
müəssisələrin faliyyəti ilə əlaqədar olaraq daha da inkişaf etmişdir.Digər tərəfdən 
bazar  iqtisadiyyatı  şəraitində  dövlətin  iqtisadiyyata  müdaxilə  səviyyəsi,dövlətlə-
müəssisələrin qarşılıqlı faliyyəti də maliyyə bazarına öz təsirini göstərmişdir. 
    
Həmçinin maliyyə bazarı elə bazar formasıdır ki,burada əmtəə kimi maliyyə 
resursları çıxış edir.Başqa sözlə,maliyyə bazarı pul vəsaitlərinin iqtisadi subyeklər 
arasında bölgüsünü təmin edən bazardır. 
     
Maliyyə  bazarının  məqsədi  pul  vəsaitlərinin  səmərəli  şəkildə  səfərbər 
edilməsini  və  onların  maliyyə  resurslarına  ehtiyacı  olanlara  satışını  təmin 
etməkdən ibarətdir.Maliyyə bazarının yaranmasının zəruriliyinin əsas amillərindən 
biri  maliyyə  ehtiyatlarının  qeyri-bərabər  bölgüsüdür.Çünki  bu  bölgü  zamanı 
müəssisələrin  bir  qismində  maliyyə  ehtiyatlarının  artıqlığı,digər  qismində  isə 
maliyyə  ehtiyatlatının  çatışmamazlığı  özünü  biruzə  verir.Bu  zaman  maliyyə 
ehtiyatlarının  bir  müəssisədən    digərinə  doğu  hərəkətinin  təmin  edilməsinin 
mühüm  forması  kimi  maliyyə  bazarı  çıxış  edir.Deməli,maliyyə  bazarı  pul 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə