Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə7/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   2   3   4   5   6   7   8   9   10   ...   35

19 
 
 
 
     
Qiymətli  kağızların  tədavül  etməsi  və  likividliyi  aydın  şəkildə onu  göstərir 
ki,  qiymətli  kağızlar  xüsusi  əmtəədir  və  buna  görə  də  öz  bazarına  malikdir.  Bu 
bazarın özünəməxsus təşkili, iştirakçılar heyəti, iş qaydaları, fəaliyyət qaydaları və 
s.  mövcuddur.  Qiymətli  kağızlar  bazarı  maliyyə  bazarının  səmərəli  fəaliyyət 
göstərən  başlıca  elementlərindən  biri  olmaqla  iqtisadiyyatın  ayrı-ayrı  sahələrinə 
maliyyə  vəsaitlərinin  operativ  şəkildə  axınını  təmin  edən  və  investisiyaları 
aktivləşdirən bir sahədir.  
     
Qiymətli  kağızlar  müddətindən  asılı  olaraq  maliyyə  bazarı  qısamüddətli 
qiymətli  kağızların  iştirak  etdiyi  pul  və  uzunmüddətli  qiymətli  kağızların  iştirak 
etdiyi  kapital bazarına  bölünür.Yəni,  dolayısı  ilə qimətli kağızlar bazarı  həm  pul, 
həm  də  kapital  bazarı  kimi  fəaliyyət  göstərir.  Sxem  №1-də  qiymətli  kağızlar 
bazarının maliyyə bazarında yeri göstərilib:    
 
 
 
         Pul bazarı 
                                                     Kapital bazarı 
          Qimətli kağızlar bazarı 
 
 
      
           Sxem №1. Qiymətli kağızlar bazarının maliyyə bazarında yeri. 
     
Azərbaycan  Reapublikasının  Mülki  Məcəlləsində  bu  bazar  qiymətli 
kağızların  emissiyası,  buraxılması,  tədavülü,  ödənilməsi,  sahibliyi,  saxlanılması, 
onlarla  əqdlərin  bağlanması,  digər  əməliyyatların  aparılması  üzrə  subyektlər 
arasında  olan  hüquqi  və  iqtisadi  münasibətlərin  məcmusu  (  maddə  992-1.)  kimi 
tərifləndirilir.  Bazarın  məqsədi  sərbəst  maliyyə  resurslarını  səfərbər  etmək  və 
onların  bazarın  iştirakçılarının  qimətli  kağızlarla  keçirdiyi  müxtəlif  əməliyyatlar 


20 
 
 
 
vasitəsilə  yenidən  bölgüsünü  təmin  etməkdən  ibarətdir.  Bu  bazarın  mövcudluğu 
bütün  bazar  iqtisadiyyatlı  ölkələr  üçün  mühüm  əhəmiyyət  kəsb  edir.Qiymətli 
kağızlar  bazarı  əmtəə  və  pul  tədavülünə  fəal  surətdə  xidmət  edir.  Digər  tərəfdən 
qiymətli kağızların buraxılması və bazarda yerləşdirilməsi sərbəst pul vəsaitlərinin 
səfərbər  edilməsi  və  sosial-iqtisadi  inkişafa  istiqamətləndirilməsinin  səmərəli 
yoludur.  Bunun  nəticəsində  müvəqqəti  sərbəst  pul  vəsaitlərinin  dövriyyə  sürəti 
güclənir,  ölkədə    investisya  üçün  əlverişli  şərait  yaranır  ki,  bu  da  iqtisadi  artıma 
səbəb  olur.  Bu  bazarın  formalaşması  üçün  ilkin  şərt  qiymətli  kağızlar  buraxan 
kifayət  qədər  emitentlərin,  investorların,  qimətli  kağızların  hərəkət  və 
infrastrukturunu  reqlamentləşdirən  inkişaf  etmiş  normativ-qanunverici  bazanın, 
qiymətli kağızlarla aparılan əməliyyatlara nəzarətin təşkilinin olmasıdır. 
     
Sərbəst  pul  vəsaitlərinin  cəlb  edilməsi  zamanı  bazardakı  vasitəçilər  bu 
prosesi  sürətləndirirlər.Lakin  bəzən  vasitəçilərə  müraciət  kapitalın  cəlb  olunması 
ilə  bağlı  xərcləri  artırır.  Əgər  borc  alanın  borc  verənə    biraşa    müraciəti  imkanı 
varsa  bu,  cəlb  olunan  resursların  dəyərini  aşağı  salır.  Buna  maliyyə  bazarının 
sekyuritizasiyası  şərait  yaradır.  Bu  zaman  az  likvidli    aktivlər  qiymətli  kağızlara 
transformasiya olunur.    
        Qiymətli  kağızlar  maliyyə  vəsaitlərinin  ucuz  və  tez  cəlb  olunmasını  təmin 
edir.  Məsələn,  müəssisənin  maliyyə  vəsaitlərinə  ehtiyacı  var.  Bu  zaman  o,  banka 
kredit almaq məqsədilə müraciət edə bilər, ya da istiqraz buraxa bilər. Birinci halda 
bank  vasitəçi  kimi  çıxış  edir  və  öz  xidmətinə  görə  haqq  alır.  kinci  halda  isə 
müəssisə istiqrazları birbaşa investora satır və bu da cəlb olunma xərclərini azaldır. 
     
Qiymətli kağızlar bazarının iqtisadiyyatdakı rolu bir sıra faktorlarla bağlıdır. 
Birincisi,  dediyimiz  kimi  bu  bazar  cəlb  olunan  resursların  ucuz  başa  gəlməsinə 
şə
rait  yaradır.  kincisi,  qiymətli  kağızlar  dövr  etməyən  aktivlərin  dövr  edən 
maliyyə  aktivlərinə  transformasiyası  imkanını  təmin  edir.  Buna  misal  olaraq 
ipoteka girovnamələri və təminatlandırılmış istiqraz buraxılışını göstərmək olar.  
 
 


21 
 
 
 
(sxem №2 ): 
 
 
Hüquqi şəxslər:
 
       Şəxslər 
:   
Borc alanlar
 
                                                                                         
 istiqrazların
 
                                                                                                              
alıcıları 
  
 
 
                 əmlak  təminatı  müqaviləsi  əsasında  bankın  hüquqi  şəxslərə  ipoteka 
ssudalarını verməsi 
 
borcalanın banka girovnamə verməsi 
 
girovnamə təminatı ilə bank tərəfindən istiqrazların buraxılması və satışı 
 
Sxem№ 2. Dövr etməyən aktivlərin dövr edən qiymətli kağızlara transformasiyası. 
 
     
Bu  sxemdə  bank  hüquqi  şəxslərə  mənzil  tikintisi  üçün  əmlak  girovuna 
ə
saslanan müqavilə üzrə kredit verir. Beləliklə bank maliyyə aktivlərinə sahib olur, 
ancaq bu müqavilələr əgər bankda yatırsa, onda aktivlər işlənir. Son illər banklar 
bu  müqavilələri  girovnamələrə  daxil  edir  və  onları  təminat  kimi  göstərməklə 
etibarlı  qiymətli  kağızlar  hesab  edilən  ipoteka  istiqrazlarını  buraxır.  Etibarlı 
olduqlarından bank onlara görə aşağı faiz ödəyir. Bu, bank üçün sərfəlidir, çünki, 
bank onların satışından ucuz maliyyə resursları əldə edir. 
 
   
Bank 
    ipoteka 
istiqrazlarının     
emissiyası 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə