Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə6/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   2   3   4   5   6   7   8   9   ...   35

16 
 
 
 
    
Qiymətli  kağızlar  bazarı  haqqında  digər  suallarda  daha  ətraflı 
danışılacaq.Azərbaycan  Respublikası  maliyyə  bazarı  artıq  1995-ci  ildə  tam 
formalaşmışdır.1998-ci  ildə  ölkəmizdə  4  birja  fəaliyyət  göstərmişdir.Fond 
qiymətlərinin  bütün  növləri  üzrə  birjaların  dövriyyəsi  1767,7  mlrd  denominasiya 
edilməmiş  manat  təşkil  etmişdir.1998-ci  ildə  547  səhmdar  cəmiyyəti,sahələr  və 
regionlar  arasında  kapitalın  axınını  təmin  edən  79  kommersiya  bankı,xeyli  sayda 
siğorta 
kompaniyaları,kredit 
ittifaqları, 
investisiya 
fondları 
fəaliyyət 
göstərmişdir. ndi Azərbaycanda 15 birja fəaliyyət göstərir. 
    
Son beş  ildə  respublikamızda  maliyyə  bazarı  və  onu təşkil  edən  seqmentər 
üzrə  normativ  baza  yaradılmış,  yəni  bir  çox  qanun  və  qərarlar  qəbul  edilmişdir.    
Onlardan  “Milli  Bank  haqqında”  ,  “Banklar  haqqında”  ,  “Səhmdar  cəmiyyətlər 
haqqında”  ,  “Qiymətli  kağızlar  haqqında”  ,  “Valyuta  tənzimlənməsi  haqqında”  
qanunları  eləcə  də  Azərbaycan  Respublikasının  Nazirlər  Kabinetinin  bir  sıra 
qərarlarını göstərmək olar. 
    
1998-ci  ildən  başlayaraq  Azərbaycan  Respublikasının  maliyyə  bazarında 
kəmiyyət  və  keyfiyyət  baxımından  ciddi  dəyişikliklər  baş  vermişdir.Maliyyə 
resurslarının  alıcıları  sırasında  müəssisə  və  təşkilatların  payı  artmağa  və  dövlətin 
payı  azalmağa  başlamışdır.Cəlb  edilən  vəsaitlərin  dəyərinin  nisbətən  azaldılması 
sayəsində  onların  əldə  edilməsi  çoxsayılı  müəssisələr  üçün  mümkün 
olmuşdur.Lakin  hal-hazırda  Azərbaycanın  maliyyə  bazarı  inkişaf  etməkdə  olan 
maliyyə bazarı  qrupuna aiddir. 
    
Azərbaycanda maliyyə bazarının əsas problemlərindən biri resurs bazasının 
çatışmamazlığıdır.Maliyyə resursları bazarında ilkin satışında əsas rol kommersiya 
strukturlarına mənsubdur.Onlar təsərrufat fəaliyyətini həyata keçirərək əldə edilmiş 
mənfəəti  və  amortizasiya  ayirmalarını  toplayır,  müxtəlif  ehtiyyat  fondları 
yaradırlar.Lakin  Azərbaycan  Respublikasının  kommersiya  strukturları  məhdud 
həcmdə sərbəst vəsaitlərə malikdir. 
          
 


17 
 
 
 
      I FƏS L.Qiymətli kağızlar bazarının formalaşmasının nəzəri əsasları və prinsipləri 
           1.2.Qiymətli kağızlar bazarı,onun funksiya və vəzifələri       
 
     
Qiymətli  kağızlar  bazarının  mahiyyət  və  məzmununu  anlamaq  üçün  ilk 
növbədə  qiymətli  kağızın  mahiyyətini  dərk  etmək  lazımdır.  Çünki,  bu  bazarın 
başlıca  alətləri  qiymətli  kağızlardır.  Bu  baxımdan  respublikamızda  qiymətli 
kağızlar  sahəsində  qanunvericiliklə  bir  çox  normativ-hüquqi  aktlar  müəyyən 
olunmuşdur.  Beləki,  14  iyul  1998-ci  ildə  qəbu  olunmuş  Azərbaycan 
Respublikasının  “  Qimətli  kağızlar  haqqında”  Qanununda  (fəsil  1,  maddə  1) 
qiymətli  kağıza  aşağıdakı  kimi  tərif  verilmişdir:”  Qiymətli  kağız  öz  sahibinin 
ə
mlak  və  qeyri-əmlak  hüquqlarını  və  bu  hüquqların  verilməsi  imkanını  müəyyən 
edilmiş formaya və məcburi rekvizitlərə riayət etməklə təsdiqləyən sənəddir”. 
     
Resbublikamızın Mülk Məcəlləsində (1iyun 2000-ci il,  IV fəsil, maddə987)  
isə  deyilir:  “Qiymətli  kağız  müəyyənləşdirilmiş  formaya  riayət  olunmaqla  hər 
hansı  hüququ  təsdiqləyən  elə  bir  sənəddir  ki,  həmin  hüquq  bu  sənəd  olmadan  nə 
həyata  keçirilə  bilər,  nə  də  başqa  şəxsə  verilə  bilər.  Qitmətli  kağız  başqasına 
verildikdə onun təsdiqlədiyi bütün hüquqlar da keçir”.Qimətli kağızların müxtəlif 
növləri  mövcuddur.  Onlara  istiqraz,  səhm,  veksel,  çek,  depozit  sertifikatları, 
opsion,  fyuçers  və  s.  qiymətli  kağızları  misal  göstərmək  olar.  Qanunvericiliyimiz 
qiymətli  kağızları  emissiya  və  qeyri-emissiya  qiymətli  kağızları  olmaqla  iki 
hissəyə  bölür  (“Qiymətli  kağızlar  haqqında”  Qanun,  I  fəsil).  Emissiya  qiymətli 
kağızları  –  buraxılışlarla  yerləşdirilən  və  qiymətli  kağızların  əldə  edilməsi 
vaxtından asılı olmayaraq bir buraxılış daxilində hüquqların həyata keçirilməsinin 
həcmi  və  müddəti  eyni  olan  qiymətli  kağızlardır.  Bunlara  səhm  və  istiqrazlar 
aiddir.  
       Qeyri-emissiya    qiymətli    kağızlar–buraxılışlarla    yerləşdirilməyən    və 
qiymətli  kağızlar  üzrə  hüquqların  keşməsinin  həcmi  və  müddəti  müxtəlif  olan 
qiymətli kağızlardır. Bunlara isə veksel, çek, opsion, varrant və s. aiddir. Bundan 


18 
 
 
 
ə
lavə  qiymətli  kağızlar  əmtəə  dövriyyəsi  prosesinə  və  müəyyən  əmlak  əqdlərinə 
xidmət edən kommersiya (konosament, veksel, anbar şəhadətnaməsi, girov kağızı 
və  s.)  və  fond  bazarında  hərəkət  edən  fond  qiymətli  kağızları  şəklində  olur.  Bu 
müxtəlifliyə  baxmayaraq  bütün  qiymətli  kağızlar  üçün  onların  fundamental 
keyfiyyətləri eynidir:1.Tədavül etmək;  2. Likividlik; 3. Risklilik. 
     
Qiymətli  kağızın  tədavül  etməsi  onun  bazarda  alınıb-satılmaq,  həmçinin 
digər  əmtəələrin  tədavülünü  asanlaşdıran  müstəqil  tədiyyə  aləti  kimi  çıxış  etmək 
qabiliyyətidir.  Likividlik  qiymətli  kağızın  sahibi  üçün  böyük  itkilərsiz,  bazar 
qiymətinin  cüzi  dəyişməsi  və  az  satış  xərcləri  ilə  alınıb-satılmaq  qabiliyyətidir. 
Risk  isə  qiymətli  kağızlara  qoyulan  investisiyalarla  bağlı  olan  və  onlara  zəruri 
olaraq  xas  olan,  bazar  konyukturasının  dəyışməsi  nəticəsində  itki  vermək 
ehtimalıdır.  Qeyd  edək  ki,  qiymətli  kağızların  gəlirliyi  artdıqca  onların  risk 
səviyyələri də artır. Bu asılılığı qrafikdə aşağıdakı kimi əks etdirmək olar: 
 
          
 Risk 
 
                                                 4              3                   2                               1 
                                                                                                      
 
             
                                                                                                                 Gəlir 
 
 1-dövlət qiymətli kağızları; 2-şirkətlərin istiqrazları; 3-səhmlər; 4-törəmə qiymətli 
kağızlar. 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə