Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə27/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   23   24   25   26   27   28   29   30   ...   35

82 
 
 
 
     
Azərbaycanda  gerçəkləşən  qiymətli  kağızlar  bazarının  digər  mənfi  tərəfi 
səhmlərin  normativ-hüquqi  və  qanunvericilik  bazasının  mövcud  olmamasıdır. 
Azərbaycanda  QKB-ın  inkişafı  və  onun  dünya  maliyyə  bazarına  inteqrasiyasına 
nail  olmaq  və  eyni  zamanda  maliyyə  bazarının  bütövlükdə  fəaliyyətində 
problemləri  aradan  qaldırmaq  üçün,  dünya  standartlarına  cavab  verə  biləcək 
normativ-hüquqi bazanın yaradılması və ona riayət olunmasıdır. 
Gələcəkdə ehtimal olunur ki, Azərbaycanda fond birjasında maliyyə fyuçersləri ilə 
də  maliyyə  əməliyyatları  həyata  keçiriləcəkdir.  Qiymətli  kağızlar  bazarında  yeni 
maliyyə alətləri yer tapacaqdır. Birincisi, dövlət borc qiymətli kağızlarının növləri 
genişlənəcəkdir.Yaxın gələcəkdə aşağıdakılar baş verə bilər: 
   əhali  üçün  müxtəlif  ödəmə  müddətləri  ilə  dövlət  borc  qiymətli  kağızlarının 
buraxılışı: 
 
müəyyən  olunmuş  proqram  və  layihələrin  maliyyələşdirilməsi  məqsədilə 
qiymətli  kağızların  buraxılışı.  Belə  qiymətli  kağızlara  gəlir  olaraq,  proqram  və 
layihələrin nəticələrinin reallaşdırılmasında iştirak ola bilər: 
 
torpaq və daşınmaz əmlaka təmin edilən qiymətli kağızların buraxılışı: 
 
xarici  bazarlarda  dövriyyədə  iştirak  edəcək  borc  qiymətli  kağızlar 
buraxılışının genişləndirilməsi. 
    
  kincisi,  bazara  yeni  iri  qrup  emitentlərin-bələdiyyələrin  qoşulması 
mümkündür. Onlar da geniş əhali kütləsi üçün borc qiymətli kağızları buraxa, cəlb 
edilmiş bələdiyyə proqramlarının reallaşmasında istifadə edə bilərlər. 
Üçüncüsü, bazarın daha bir iri sektoru-korporativ istiqraz bazarı formalaşacaqdır. 
Özəlləşdiriləcək iri istehsal müəssisələrinin bir çoxu maliyyə resursları cəlb etmək 
məqsədilə, istiqraz buraxacaqlar. 
Dördüncüsü,  mövcud  olan  normativ  aktlarda  boşluqları  aradan  qaldırmaq 
məqsədilə daima yeni təmzimləmə alətləri əmələ gələcəkdir. 
Azərbaycanda fond bazarının formalaşması bir sıra problemlərlə üzləşmişdir ki, bu 
bazarın  inkişafı  və  mövcudluğu  üçün  maneələr  və  problemlə  aradan 
qaldırılmalıdır. 


83 
 
 
 
       Azərbaycanda fond bazarının inkişafının əsas problemləri kimi aşağıdakılar 
qeyd edilə bilər: 
 
Neqativ  təsir  göstərən  xarici  amillərin  aradan  qaldırılması  (istehsal 
sahələrinin dirçəldilməsi, sosial sabitliyin bərqərar olunması və b.); 
 
Qiymətli  kağızlar    bazarının    məqsədli    yenidən    istiqamətləndirilməsi    ilk       
növbədə  dövlətin  maliyyə  ehtiyyatlarının  QKB  vasitəsilə  ödənilməsinin 
azaldılması  və  iri  səhm  paketlərinin  Azərbaycanda  istehsalın  dirçəldilməsi  və 
inkişafı  məqsədlərinə  sərbəst  pul  resurslannın  yönləndirilməsi  üçün  yenidən 
bölüşdürülməsi; 
 
Qanunvericiliyin yaxşılaşdırılması və ona riayət olunmasına nəzarət; 
 
Fond  bazarında  dövlətln  rolunun  artırılması,  bunun  üçün: qiymətli  kağızlar 
bazarının  inkişafı  və  onun  cari  tənzimlənməsi,  fond  bazarı  modelinin  seçilməsi, 
eyni  zamanda  qiymətli  kağızlar  buraxılışı  hesabına  təsərrüfatın  və  büdcənin 
maliyyələşdirilməsi 
mənbələrinin 
payını 
müəyyənləşdirmək 
məqsədilə 
uzunmüddətli  fəaliyyət  konsepsiyası  və  siyasəti  işlənib  hazırlanmalı,  qiymətli 
kağızlar  bazarını  formalaşdırmaq  məqsədilə  dövlət  və  özəl  sektorun  resurslarını 
birləşdirə  biləcək  qiymətli  kağızlar  və  fond  bazarı  üzrə  güclü  Komissiya 
yaradılmalıdır və b.; 
 
Investorların qorunması problemi. Bunu üçün dövlət və ya qismən dövlət və 
ya  qismən  dövlət  qoruma  sistemi  formalaşdırmalıdır.  Emitentlərin  maraqlannı 
qorumaq  məqsədilə  və  qiymətli  kağızların  hərəkətinin  qeydiyyatı  üçün  depozitar 
və klirinq, eyni zamanda vasitəçi şəbəkələrinin yaradılması. 
 
Məlumatların  açıqlığı  prinsipinin  reallaşması:  bu  qiymətli  kağız  emitent-
lərinin  fəaliyyəti  haqqında  nəşrlərin  genişləndirilməsi,  emitent-kompaniyaların 
qəbul olunmuş reytinq qiymətləndirməsinin tətbiq olunması, ixtisaslaşmış nəşrlərin 
(investisiya  obyekti  kimi  ayrı-ayrı  sahələri  xarakterizə  edən)  şəbəkəsinin  inkişaf 
etdirilməsi,  qiymətli  kağılzlar  bazarını  qiymətləndirmək  üçün  ümumi  qəbul 
olunmuş göstəricilər sisteminin yaradılması və s. 
 
QKB-ın inkişaf etdirmək məqsədilə xarici köməyin cəlb edilməsi: bu sahədə 


84 
 
 
 
təhsil sisteminin inkişaf etdirilməsi. 
 
Müasır QKB-ın əsas inkişaf prespektivləri aşağıdakılar olacaqdır: 
 
Kapitalın təmərküzləşməsi və mərkəzləşməsi; 
 
Bazarın beynəlmiləlləşməsi və qloballaşması; 
 
Təşkilatçılıq səviyyəsinin artırılması və dövlət nəzarətinin genişləndirilməsi; 
 
QKB-ın kompyuterləşdirilməsi; 
 
Bazarda yeniliklərin bərqərar olunması; 
 
Sekyuritizasıya; 
 
Digər kapital bazarları ilə qarşılıqlı əlaqə. 
    
 Kapitalın  təmərküzləşməsi  və  mərkəzləşməsi  meylləri  QKB-a  münasbətdə 
iki  aspektə  malikdir.  Bir  tərəfdən,  bazara  daima  yeni  iştirakçılar  cəlb  olunur  və 
onlar  üçün  bu  fəaliyyət  əsas  fəaliyyətə  çevrilir,  digər  tərəfdən,  iri  qabaqcıl  bazar 
peşəkarlarının  ayrılması  və  seçilməsi  prosesi  baş  verir.  Bu  onların  həm  şəxsi 
kapitallarının artması (kapitaların təmərküzləşməsi), həm də birləşmə yolu ilə daha 
iri  qiymətli  kağızlar  bazarı  strukturlarına  çevrilməsi  (kapitalların  mərkəzləşməsi), 
ə
sasında  baş  verir.  Nəticədə,  bazarda  bütün  əməliyyatların  çox  hissəsinə  xidmət 
göstərən  ticarət  sistemləri  əmələ  gəlir.  Eyni  zamanda  qiymətli  kağızlar  bazarı 
cəmiyyətin iri kapital ehtiyyatlarını cəlb edəcəkdir. 
QKB-ın  beynəlmiləlləşməsi  zamanı  kapital  ölkələr  sərhədlərindən  kənara  çıxır, 
dünya  qiymətli  kağızlar  bazarı  formalaşır.  Ona  münasibətdə  milli  bazarlar  II 
dərəcəyə çevrillr. Qiymətli kağızlar bazarı qlobal xarakter daşımağa başlayır. Belə 
qlobal bazarda ticarət  durmadan  dəvam  edir.  Bu  bazarın  əsasını transmilli  şirkət-
lərin qiymətli kağızları təşkil edir. 
    
QKB-ın  etibarlığı  və  ona  inam  dərəcəsi-investor  tərəfindən  birbaşa  olaraq 
bazarın  təşkilatçılıq  səviyyəsinin  qaldınlması  və  ona  dövlət  nəzarətinin  güclən-
dirilməsiylə bağlıdır. QKB-ın vacibliyi ondan ibarətdir ki, onun dağılması birbaşa 
olaraq iqtisadi inkişafın dağılması deməkdir.  
    
Dövlət  QKB-na  olan  etibarı  daim  qorumalıdır  ki,  qiymətli  kağızlara 
ə
manətlərlni  yönəldən  insanlar  dövlətin  hər  hansı  tədbiri  və  spekulyativ  amillər 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə