Microsoft Word Dissertasiya doc



Yüklə 1 Mb.
Pdf görüntüsü
səhifə25/35
tarix17.09.2018
ölçüsü1 Mb.
#68737
1   ...   21   22   23   24   25   26   27   28   ...   35

76 
 
 
 
       Veksellərdən  ödəniş  prosesində  və  borc  münasibətlərinin  formalaşmasında 
geniş  istifadə  olunmuşdur.  Veksel  bazarı  Azərbaycan  Demokratik  Respublikası 
dövründə 
də 
inkişaf 
etmiş, 
lakin 
Sovet 
hakimiyyəti 
dövründə 
məhdudlaşdırılmışdır. Sovet Azərbaycanında bütün MDB məkanında olduğu kimi 
dövriyyəda 
olan 
ə
sas 
qiymətli 
kağız 
uduşlu 
dövlət 
istiqrazları 
olmuşdur.Müstəqilliyimizin  ilk  dövrlərində,  1991-ci  ildə  təşkil  olunan  Bakı 
Qiymətli  Kağızlar  Birjası  Azərbaycan  Respublikasının  yeni  yaranan  qiymətli 
kağızlar  bazarında  ilk  birja  oldu.Qapalı  tipli  səhmdar  cəmiyyəti  olan  Bakı 
Banklararası  Valyuta  Birjası  21  iyun  1993-cü  ildə  Azərbaycan  Respublikasının 5 
(beş) ən iri bankı tərəfindən təsis edilmişdir. Bu banklar Azərbaycan Respublikası 
Milli  Bankı,  Sənaye  investisiya  Səhmdar  Kommersiya  Bankı,  Aqrar-Sənaye 
Səhmdar-Kommersiya  Bankı,  Azərbaycan  Respublikası  Beynəlxalq  Bankı  və 
Səhmdar-Kommersiya  Əmanət  Banklarıdır.  "Dövlət  qısamüddətli  istiqrazların 
buraxılması haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı tətbiq 
edildikdən sonra dövlət qiymətli kağızlar bazarı fəaliyyətə başlamışdır.  
     
Bildirmək  lazımdır  ki,  ölkəmizdə  qiymətli  kağızlar  bazarının  mühüm 
hissəsini təşkil edən Qısamüddətli Dövlət  stiqraz Vərəqləri (QD V) bazarı 1996-cı 
ilin sentyabırından fəaliyyətə başlayıb 1997-98-ci illərdə QD V-in yerləşdirilməsi 
üzrə  13  hərrac  keçirilib.  Rəsmi  məlumatlara  görə,  1997-ci  ildə  dövlət  qiymətli 
kağızlar  bazarının  liberallaşması  tamamilə  başa  çatmış,  hökümət  QD V-in 
dövriyyəsi  haqqında  əsasnaməyə  dəyişiklik  etmişdir.  Həmin  dəyişikliyə  görə 
QD V bazarında qeyri-rezident təşkilatların iştirakına icazə verilib. Eyni zamanda 
qiymətli kağızlar bazarının qanunvericilik bazası kimi çıxış edə biləcək "Qiymətli 
kağızlar  haqqında"  və  "Səhmdar  cəmiyyətləri  haqqında"  qanunlar  qəbul 
olumuşdur. 
Müstəqil Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının yaranması 
yeni  iqtisadi  tariximizdə  ən  önəmli  hadisələr  sırasındadır,  çünki  bu  bazarın 
mövcudluğu hər ölkənin iqtisadi tərəqqi amillərindən, Azərbaycanı dünya iqtisadi 
sisteminə  yaxınlaşdıran  vacib  maliyyə  infrastrukturlarından  biridir.  Dünya 


77 
 
 
 
təcrübəsindən  bəllidir  ki,  qiymətli  kağızlar  bazarı  bazar  iqtisadiyyatının  əsas 
təməlidir,  məhz  buna  görə  də  ümummilli  liderimiz  möhtərəm  Heydər  Əliyevin 
1998-ci il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli 
Kağızlar  üzrə  Dövlət  Komitəsinin  yaranması  haqqında  verdiyi  58  saylı  Fərmanı 
dünya  maliyyə  təşkilatları,  xarici  sərmayədarlar  və  şirkətlər  tərəfindən  yüksək 
dəyərləndirilmişdir.  26  iyul  1999-cu  il  tarixində  «Azərbaycan  Respublikasının 
Prezidenti  yanında  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsinin  (QKDK) 
fəaliyyətinin  təmin  edilməsi  haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin 
Fərmanının  imzalanması  ilə  ölkədə  mütəşəkkil  qiymətli  kağızlar  bazarının 
formalaşmasında çox mühüm rol oynamışdır. 
       Komitənin  təşkilati  dəstəyi  ilə  2000-ci  ilin  fevral  ayının  15-də  Bakı  Fond
 
Birjası  (BFB)  yaradılmışdır.  Birjanın  təsisçiləri  bir  neçə  iri  bank  və  maliyyə 
strukturlarıdır.  Bunların  sırasında  stanbul  Fond  Birjası  da  var.  BFB-nin  əsas 
funksiyaları  Azərbaycan  Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş 
bütün növ qiymətli kağızlar üzrə alqı-satqının təşkil olunmasından ibarətdir.  
Bundan  əlavə,  BFB  öz  üzvlərinə  depozitar  xidmətləri,  həmçinin  dövlət  qiymətli 
kağızları  daxil  olmaqla  qiymətli  kağızların  bütün  saxlayıcıları  üçün  reyestrin 
aparılması  xidmətlərini  göstərmək  imkanındadır.  Alqı-satqı  iştirakçılarının 
qiymətli kağızlarının və pul vəsaitlərinin hərəkəti «ödənişə qarşı təchizat» (ÖQT) 
prinsipi üzrə həyata keçirilir. 
    
 Komitədə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı 
üzrə  qısamüddətli  proqram  hazırlanmışdır.  Bu  proqramda  Azərbaycan  Respubli-
kasında  qiymətli  kağızlar  bazarının  vəziyyəti  sivil  bazarın  infrastrukturunun 
yaranmasına  və  inkişafına  yönəlmiş  dövlət  siyasəti,  qoyulmuş  vəzifələrin  həyata 
keçirilməsi metodları, institutsional investorlar sisteminin yaradılması və investor-
larının  hüquqlarının  qorunması,  qiymətli  kağızlar  bazarı  üzrə  mütəxəssislərin 
hazırlanması, beynəlxalq əlaqələrin inkişafı, bu sahədə açıq informasıya sisteminin 
yaradılması məsələləri əhatə olunmuşdur. 


78 
 
 
 
Proqrama  görə  iqtisadiyyatın  mövcud  vəziyyətini  nəzərə  alaraq  dövlətin 
qiymətli kağızlar bazarında siyasəti aşağıdakı əsas məqsədləri nəzərdə tutur: 
 
Azərbaycan  Respublikasında  mütəşəkkil  qiymətli  kağızlar  bazarının 
formalaşdırılması; 
 
Ölkənin  daxili  maliyyə  ehtiyyatlarının  iqtisadiyyatının  real  sektoruna 
investisıya olunması üçün şəraitin yaradılması; 
 
Xarici  investisiyaların  cəlb  edilməsi  məqsədi  ilə  əlverişli  investisiya 
mühitinin yaradılması; 
 
Qiymətli  kağızlar  bazarında  maliyyə  sabitliyinin  və  təhlükəsizliyinin 
təmin edilməsi: 
 
Azərbaycanın  qiymətli  kağızlar  bazarının  dünya  kapital  bazarlarına 
inteqrasıyası üçün şəraitin yaradılması. 
  Yuxarıda  ğöstərilən  məqsədlərə  nail  olmaq  üçün  aşağıdakı  funksiyaların 
həyata keçirilməsi zəruridir: 
 
Qanunverici  funksiya  (qiymətli  kağzlar  bazarının  inkişaf  proqramının 
həyata keçirilməsi, qiymətli kağızlar bazarının inkişafını təmin edən qanunvericilik 
və normativ- hüquqi aktların hazırlanması); 
 
nzibati  funksiya  (qiymətli  kağızlar  bazarının  tənzimlənməsi  və  bazar 
iştirakçıları  tərəfindən  müvafiq  qanunvericiliyə  şərait  olmasına  nəzarətin  həyata 
keçirilməsi); 
 
Qiymətli kağızlar bazarında informasiya siteminin yaradılması və investorlar 
üçün şəffaflığın təmin edilməsi; 
 
Qiymətli  kağız  emitentlərinin,qiymətli  kağızlar  bazarının  peşəkar 
iştirakçıların,  investorların  hüquq  və  maraqlarının  müdafiə  sisteminin 
formalaşdırılması; 
 
Qiymətli kağızlarla əməliyyatların aparılması zamanı ortaya çıxa bilən 
risklərin minimal səviyyəyə endirilməsi; 
 
Beynəlxalq  və  xarici  dövlətlərin  maliyyə  institutları  ilə  əməkdaşlığın 
inkişaf etdirilməsi; 


Yüklə 1 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə