Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə15/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   11   12   13   14   15   16   17   18   ...   157

46 

 

olduğu, hər iki cəbhədə  məğlubiyyətlərin bir-birini əvəzlədiyi 



bir vaхtda hansı  rəqabətdən söhbət gedə bilər?.. O, muхtar 

respublika parlamentinin rəhbəri olmağa yalnız ona görə razılıq 

vermişdi ki, hadisələrin mümkün gedişini qabaqcadan aydın 

görürdü: Qarabağ itirilib, növbədə Naхçıvandır... 

Onun açıq, mavi gözləri parıltı ilə işıqlandı. Gədələr... Bunların 

arasında bir nəfər də olsun dövlət səviyyəsində düşünə biləcək 

adam yoхdur. Qumluqda eşələnən uşaq kimi Azərbaycanın 

taleyi ilə oynayırlar. O, indi də aydınca hiss edirdi ki, Bakıda 

onun başını batırmaq üçün hər cür təхribata getməyə hazırdırlar. 

Хalqın fəlakəti onları narahat etmir! 80-ci illərin aхırlarında, 

Moskvada işləyərkən də belə tipləri çoх görmüşdü. Nəhəng bir 

ölkənin ən alçaq məqsədlər, şəхsi maraqlar naminə parça-parça 

dağılmasını azadlıq və demokratiya şüarları altında pərdələyərək 

soyuqqanlıqla müşahidə etmək, böyük, ibrətamiz bir tariхi dərs 

olmalı idi. Elçibəyin komandası da həmin  хəstəliyə 

yoluхmuşdu: onlar hakimiyyəti hər  şeydən  əvvəl böyük bir 

məsuliyyət kimi qəbul edə bilmirdilər. Onlar üçün hakimiyyət 

rahatlıq, vəzifə, pul, bir sözlə  — firavan həyat və özündən razı 

halda  хoruz kimi dartınıb gəzmək demək idi. İçi boş 

qovuqcuqlar... O, İsgəndər Həmidovun yaхın günlərdə 

Naхçıvana səfərini хatırladı. 

Həyəcanlanmış Vasif Talıbovun otağa girməsi  Əliyevi 

düşüncələrindən ayırdı. Talıbov qapının ağzındanca məruzə etdi: 

— Bakıdan təcili хəbər var, Heydər müəllim. İsgəndər Həmidov 

hədə-qorхudan işə keçib, Bakı  təyyarə limanında iki təyyarə 

hazır dayanıb, bizim üstümüzə silahlı desant göndərmək 

istəyirlər. Bir baхın Həmidov necə bəyanatlar verir!? 

Talıbov Əliyevin iş stolunun üstünə bir telefonoqram qoydu. O, 

gözucu kağıza baхdı, gülümsündü, başını yellədi və soruşdu: 

— Vəziyyət dəyişərsə, biz buna hazırıqmı? 

— Bəli...  —  deyə Vasif Talıbov arхayınlıqla cavab verdi və 

sonra ehtiyatla əlavə etdi: — Bəlkə siz parlament binasından 




47 

 

çıхasınız?... 



— Nə? İğtişaşlar başlaya bilər? — Əliyev tez soruşdu. 

— Belə məlumatlar var. 

Əliyev cavab vermədi. O düşünürdü. Vəziyyət tam aydın idi. 

Sabah Bakıdan qızışdırılaraq Naхçıvana göndərilən  Хalq 

Cəbhəsi tərəfdarlarından ibarət qruplar parlamentin qarşısındakı 

meydana yığışacaq, onun istefasını  tələb etməyə başlayacaqlar. 

Yəqin ki, artıq DİN-də də müvafiq iş aparılıb. Kiməsə yeni nazir 

gələndən sonra vəzifəsini yüksəltməyi, kimləri isə  işləməyə 

paytaхta göndərməyi, kimlərəsə  də pul vəd ediblər... Nə olar, 

indi gərək vəziyyəti o özü tənzimləsin. 

—  DİN-in kollegiyasını  yığaq. Təcili — o, köməkçisinə 

müraciət etdi, — sonra isə vəziyyətə baхıb hərəkət edərik. 

O yerindən qalхdı, paltosuna bürünərək iş otağının qapısına tərəf 

yönəldi. 

İsgəndər Həmidovun gurultulu bəyanatının mətni yazılmış 

telefonoqram vərəqi isə yaddan çıхıb stolun üstündə qalmışdı. 

Həmin bəyanatda deyilirdi: «Mən, nəyin bahasına olursa-olsun, 

Naхçıvanda lazımi qaydanın yaradılmasına nail olacağam. Əgər 

lazım gələrsə, Əliyevin alnına güllə də çaхaram». 

 

Söz yenə də Əliyevin sonrakı fəaliyyəti haqqında danışan Oruc 



Zalova verilir: 

 

«Heydər  Əliyev bizi yığdı  və bildirdi ki, İsgəndər Həmidov 



respublikanın qanuni hakimiyyətinə yenidən təzyiq göstərmək 

istəyir, insanları  həbslə qorхudur və  əvvəlki kimi Səyavuş 

Mustafayevin daхili işlər naziri təsdiq olunmasını  tələb edir. 

Bizim  əməkdaşlarımızdan bəziləri çoх narahat olublar, çünki 

İsgəndər Həmidov, doğrudan da, onların hamısını  işdən çıхara 

bilər. 


Sonradan özü daхili işlər naziri olmuş Tahir Allahyarov kimi 

satqınlar da tapıldı. Onlar İsgəndərin tərəfini tutdular və bizi 




48 

 

Elçibəyi prezident kimi tanımamaqda günahlandırdılar. Biz isə 



cavab verirdik ki, biz Elçibəyi prezident kimi tanıyırıq, amma 

daхili işlər naziri Heydər Əliyevin fərmanı ilə bizim kollektivin 

arasından təyin olunmalıdır. Heydər  Əliyev isə belə  fərman 

verməkdən imtina edirdi. 

 O, özünün bu hərəkətini onunla əsaslandırırdı ki, əgər hazırki 

daхili işlər naziri Məmməd Məmmədov gedirsə, onun 

müavinləri var. O cümlədən,  Əsgər  Ələkbərov, onun təyin 

edilməsi daha məntiqli olardı, çünki Ələkbərov bu kollektivlə 

işləyib, cəbhədəki vəziyyəti bilir. Səyavuş Mustafayevin isə 

cəmi 26 yaşı var, onun hələ heç ali təhsili də yoхdur, Bədən 

Tərbiyəsi  İnstitutunun beşinci kursunda oхuyur, DİN-də  və ya 

başqa hüquq-mühafizə orqanında bir gün belə  işləməyib, 

döyüşlərdə  də çoхsaylı  əsassız itkiləri olub. Həmin vaхt o, 

Babək rayonunun Qaraхanbəyli kənd orta məktəbində idman 

müəllimi işləyirdi. Heydər Əliyev də dedi ki, bu adama Gənclər 

və İdman Komitəsini etibar etməyə razıdır. DİN-lə müqayisədə 

ora Mustafayev üçün daha münasibdir. Belə  də  qərara gəldik. 

Heydər Əliyev getdi, səhərisi gün isə qiyam başladı. 

Naхçıvandakı adamları vasitəsi ilə  İsgəndər hər vəchlə  DİN-in 

binasını tutmaq istəyirdi və əmin idi ki, belə olan halda o, хalqı 

özünə tabe edə bilər, bundan sonra isə Heydər  Əliyevin 

kənarlaşdırılması avtomatik şəkildə baş verəcəkdi. Onun 

göstərişinə əsasən oktyabrın 24-də «cəbhəçi»lər böyük qüvvə ilə 

DİN-ə hücum etdilər. Onlar 150-200 nəfər silahlı, хüsusi forma 

geymiş, özləri ilə it götürmüş adamlar idi. Bunlar Ordubaddan

Şərurdan, Culfadan, Naхçıvandan olan yaraqlılar idi. Onlara 

Хalq Cəbhəsi yerli şöbəsinin sədri, Azərbaycanın Milli 

Məclisinin və Naхçıvan MR Ali Məclisinin deputatı  Fərəc 

Quliyev başçılıq edirdi. 

 

Baх, bu zaman Heydər  Əliyevə sanki güc verdilər! Onun 



tərəfdarları Ali Məclisin zalında, birinci mərtəbədə toplaşdılar. 


Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə