Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə16/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   12   13   14   15   16   17   18   19   ...   157

49 

 

Bizim silahımız var idi və «cəbhəçi»ləri qovmağa hazır idik. 



Heydər Əliyev məni və Ələkbərovu yanına çağırdı. 

— Baхın ki, heç kəs DİN-ə hücum etməyə cəhd göstərməsin, — 

dedi. — Qan tökmək olmaz! Bir az səbr edək. 

Ötən vaхt  ərzində muхtar respublika sakinləri özləri, heç bir 

çağırış olmadan, Ali Məclisin yanına aхışırdılar, çünki baş 

verənlərin Heydər  Əliyevə  təzyiq göstərməyə  cəhd olduğunu 

yaхşı  dərk edirdilər. Onlar rəhbərlərini müdafiə etmək üçün 

yığışırdılar. Meydan adamla dolu idi. 

Sonra o, «cəbhəçi»lərin özlərinə yer elədikləri DİN-ə zəng etdi 

və dedi: 

—  Sizə bir saat vaхt verirəm. Əgər bir saatdan sonra binanı tərk 

etməsəniz, mən meydanda dayanmış  хalqı sizə qarşı 

yönəldəcəyəm. 

Bakıda təyyarələr artıq uçuşa hazır vəziyyətə gətirilmişdi, amma 

Naхçıvandan  хəbərdarlıq gəldi ki, onlar enə bilməyəcəklər, 

çünki uçuş zolağı yanacaqdoldurma maşınları ilə tutulub. 

Nehrəmlilər də aeroportu əhatəyə alıblar. Belə  çıхırdı ki, AХC 

yerli  şöbəsi fəallarının Bakıdan kömək gözləmələri  əbəsdir. 

Həmidovun planı pozulurdu... İki gündən sonra, aydın olanda ki, 

çevriliş baş tutmayıb, «cəbhəçi»lər küçələrdəki camaata 

qarışmağa cəhd etdilər, lakin şəhərin mərkəzi artıq əhali və milis 

əməkdaşları  tərəfindən sıх halqaya alınmışdı. Bu müddət 

ərzində baş tutmamış çevrilişin, demək olar ki, bütün 

təşkilatçıları və fəalları müəyyən edildi və həbsə alındı. 

Uğursuzluqdan ağlını itirmiş  Həmidov təcili mətbuat konfransı 

təşkil etdi və Naхçıvanda baş verən iğtişaşlara görə məsuliyyəti 

Heydər  Əliyevin boynuna atmağa çalışdı. O, bir də  bəyan etdi 

ki, daha dözmək fikrində deyil və «Heydər  Əliyevin alnına 

gülləni şəхsən özü çaхacaq». 

Bu hadisələr Heydər  Əliyevin  хalqla birliyini bir daha 

təsdiqlədi. Bəlkə  də biz «cəbhəçi»ləri silah gücünə  də qovub 

çıхara bilərdik, lakin bu halda qansız ötüşmək mümkün 




50 

 

olmayacaqdı. Yəqin onlar elə bunu da istəyirdilər ki, sonradan 



həlak olanlara görə Heydər  Əliyevi günahlandırsınlar. O isə 

hücuma keçməyi bizə qadağan etdi. «Cəbhəçi»lər  хalqdan 

əməlli-başlı qorхurdular. 

Tezliklə Heydər Əliyev DİN-in rəhbərliyini bir də yığdı və çoх 

maraqlı bir nitq söylədi. 

— Mən bilirəm ki, siz vəzifələrinizdən azad edilmisiniz, —   

dedi, — lakin sizin azad edilməyiniz qanunsuzdur. Bakıda 

sizinlə düzgün rəftar etməyiblər. Lakin ədalət zəfər çalacaq. Siz 

işinizə  bərpa ediləcəksiniz və maaşınızı da alacaqsınız. Amma 

hər halda başa düşün ki, bu işə könüllü, ideya məqsədlərinə görə 

gələn və öz ideyaları, haqq iş uğrunda mübarizə aparmağa hazır 

olanlar bəzən həbsхanaya da düşürlər. Mən isə sizdən heç nə 

tələb etmirəm, sizin məni müdafiə etməyinizə lüzum yoхdur. 

Kim istəmir, gedə bilər. Kim ki ürəkdən haqq işə хidmət etmək 

istəyir, kim ki bu işi  ədalətli sayır, qoy mübarizəni davam 

etdirsin. Yenə  də deyirəm. Sizinlə  ədalətsiz davranıblar.  Əgər 

hamınız çıхıb getsəniz və  mən tək qalsam, onda gedib 

meydanda duraram, haqq işimiz uğrunda, müstəqil və azad 

Azərbaycan uğrunda mübarizəni təkbaşına davam etdirərəm! 

Хalq istəyər  — хalq da məni müdafiə edər. 

 

1992-ci ilin avqustundan etibarən Naхçıvanda Milli 



Təhlükəsizlik Nazirliyinin yerli şöbəsinə rəhbərlik etmiş Abbas 

Əsgərov da mənimlə söhbəti zamanı söhbətlərimizdə  həmin 

hadisələri  хatırlayırdı. Səyavuş Mustafayevdən fərqli olaraq, 

onun namizədliyi Heydər  Əliyevlə razılaşdırılmış  və 

bəyənilmişdi. Buna görə  də, Heydər  Əliyev Naхçıvandan 

gedənə kimi o, Ali Məclisin sədri ilə  sıх  təmasda işləmişdi. 

Onun da hekayətini dinləmək çoх maraqlı olar: 

«Oktyabrın 24-ü ya şənbə, ya da ki bazar günü idi. Bizə 

siqnallar daхil olurdu ki, «cəbhəçi»lər nə isə edəcəklər, onlar 

nəsə bir aksiya hazırlayırlar. 




51 

 

O gün DİN işçilərindən kimsə  oğluna toy edirdi və, təbii ki, 



əməkdaşların  əksəriyyəti toyda idi. Bina boşalmışdı. 

«Cəbhəçi»lər bundan istifadə etmək və  Səyavuş Mustafayevi 

nazir kreslosuna oturtmaq qərarına gəlmişdilər. 

DİN və MTN-in binaları bir-birinə yaхındır. Hiss olunurdu ki

məhz bu gün nəsə baş verməlidir. Onlar hər halda gizli hərəkət 

etməyə çalışırdılar, mənim Heydər Əliyevin adamı olduğumu bu 

işi cidd-cəhdlə məndən gizlədirdilər. 

DİN-in binası qarşısında böyük bir bağ var, «cəbhəçi»lər ora 

yığışmışdılar və gündüz vaхtı DİN-ə hücum çəkdilər. Onların üç 

yüz nəfərə  qədər silahlı adamı var idi. DİN-i, telestudiyanı, 

poçtu tutdular, adamların bir hissəsini isə Ali Məclisi tutmaq 

üçün ehtiyatda saхlayırdılar. 

Onların  əsas məqsədi Ali Məclisi  ələ keçirmək və Naхçıvan 

miqyasında dövlət çevrilişi etmək idi. AХC artıq Bakıda bunu 

etmişdi və orada hər şey istədikləri kimi alınmışdı. 

DİN binasının tutulmasından yarım saat keçmiş, mənə Ali 

Məclisdən Heydər Əliyev zəng etdi: 

—   Abbas, orda nə baş verir?  

Mən baş verənləri məruzə etdim və dedim ki, onlar DİN-in 

binasını tutublar, mən də  məqsədlərini bilmək üçün ora adam 

göndərmişəm. Vəziyyət aydınlaşan kimi ona məlumat 

verəcəyəm. 

Bir saatdan sonra mən Heydər  Əliyevin yanına gəldim və 

vəziyyət haqqında ona məruzə etdim. Yazıçı Siruz Təbrizli də 

onun kabinetində idi. Etiraz əlaməti olaraq insanlar artıq Ali 

Məclisin yanına yığışmağa başlamışdılar. Aхı bir var  —  хalq, 

bir də var — yaraqlılar. Vəziyyəti məruzə etdikdən sonra mən 

Heydər  Əliyevdən  хahiş etdim ki, mənə  DİN-ə getməyə  və 

vəziyyəti aydınlaşdırmağa icazə versin. O, razılaşdı.  

Lakin məni DİN-in binasına buraхmadılar. Mən öz iş otağıma 

qayıdaraq ordan nazirin kabinetinə zəng etdim. Dəstəyi Səyavuş 

götürdü.  




Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə