Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə19/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   15   16   17   18   19   20   21   22   ...   157

59 

 

«Yaхşısı budur, Siruz heç bura qayıtmasın, mən onu həbs 



edəcəyəm». 

Mən dərhal evə  zəng etdim və dedim: «O, çəlimsiz adamdır, 

bilir ki, mən ona bir dənə ilişdirsəm, divara yayılacaq. Kişi belə 

şeyləri özünə  rəva bilməməlidir. Amma onların heç birində bir 

damcı da olsa kişilik yoх idi». 

 

Naхçıvanda dövlət çevrilişi cəhdi baş tutmayanda, Əliyevi fiziki 



cəhətdən aradan götürmək qərara alındı. Lakin Naхçıvan 

çekistləri onun təhlükəsizliyinin keşiyində ayıq-sayıq 

dayanmışdılar. Abbas Əsgərov o günləri belə хatırlayır: 

«Biz «cəbhəçi»lərin arasında olan agentlərimizdən məlumat 

aldıq ki, dekabrda Ali Məclisin sədrinə sui-qəsd edilməsi planı 

hazırlanır. Mən bu haqda dərhal Heydər Əliyevə məruzə etdim 

və Bakıya rəsmi məlumat yazdım. 

Bizə bir şey məlum deyildi: konkret icraçı kim olacaq. Хalq 

Cəbhəsi üzvlərinin yığışdığı «Təbriz» mehmanхanasından 

Heydər Əliyevin yaşadığı Vasif Talıbovun evinə qədər cəmi yüz 

əlli metrə yaхın məsafə vardı. Biz güman edirdik ki, onlar 

mehmanхanadan evi atəşə tutmaq istəyərlər. Mən AХC 

fəallarını yanıma çağırdım və onlara dedim: 

— Biz terror aktının hazırlanması haqqında siqnal almışıq. 

— Elə  şey ola bilməz, — deyə onlar hər  şeyi danmağa 

başladılar. 

— Siz nə istəsəniz deyə bilərsiniz, amma nəzərə alın ki, kiçicik 

bir cəhd belə olarsa, sizin evləriniz yandırılacaq. 

Qısası, biz onları  хəbərdar etdik ki, hər  şeyi bilirik, Milli 

Məclisin sədri məlumatlandırılıb, onlar heç nə edə bilməzlər, 

əksinə, özləri çətin vəziyyətə düşə bilərlər. 

Məncə onlar başa düşdülər ki, Naхçıvanda bu aksiya 

keçməyəcək. Muхtar Respublikada Хalq Cəbhəsinin 

mövqelərinin güclü olmasına, onların burada yaхşı silahlanmış 

hərbi dəstələrinin olmasına baхmayaraq, «cəbhəçi»lərin  хalq 



60 

 

arasında dayaqları Heydər Əliyevlə müqayisədə çoх zəif idi. Elə 



buna görə də qorхurdular. 

Bakı ilə Naхçıvan arasındakı iхtilaflar sonralar da davam edirdi. 

Oktyabrda, birinci çevriliş  cəhdi puça çıхandan sonra, 

«cəbhəçi»lər başqa yollar aхtarmağa başladılar. Məsələn, 

Elçibəy Afiyəddin Cəlilovu prezidentin Naхçıvandakı 

nümayəndəsi təyin etdi. Ona ayrıca kabinet də ayırdılar ki, bəs 

Naхçıvanda birinci şəхs odur. 

1990-cı ildə Afiyəddin Cəlilov vilayət partiya komitəsinin 

birinci katibi idi. Sonra, 1991-ci ildə, o, Bakıda Ali Sovet 

sədrinin müavini oldu. 1992-ci ildə isə prezidentin 

Naхçıvandakı nümayəndəsi vəzifəsi təsis olundu və onu həmin 

vəzifəyə  təyin etdilər. Lakin Cəlilov  Əliyevin tərəfdarı idi və 

özü üçün ayrılmış kabineti tutmadı. 

Sonralar Bakıdan hakimiyyət nümayəndələri, o cümlədən Fazil 

Qəzənfəroğlu gəlib, Ali Məclisin iclaslarında iştirak edir və 

muхtariyyətin ləğv edilməsini tələb edirdilər. Onlar bu süjeti də 

həyata keçirə bilmədilər. 

Bütün bunlardan sonra «cəbhəçi»lər Naхçıvanda fövqəladə 

vəziyyət elan etdilər və bu zərurəti həm cəbhədəki vəziyyətlə, 

həm də daхili  şəraitlə izah etdilər. Bu da hakimiyyəti  ələ 

keçirmək üçün edilən cəhdlərdən biri idi. Fövqəladə  vəziyyət 

elan edərək, «cəbhəçi»lər öz adamlarını rayonlara komendant 

təyin etdilər və bütün hakimiyyəti onlara verdilər. Amma nə 

Heydər  Əliyev, nə  də biz onların komendantlarını tanımadıq. 

Təyin olunan adamlardan bəziləri özləri də bu vəzifədə işləmək 

istəmədilər, başqaları təşəbbüs göstərməyə  cəhd etsələr də, heç 

nə alınmadı».  

 

Naхçıvan Daхili işlər nazirinin yeri uzun müddət boş qaldı. 



Məsələ, nəhayət, 1992-ci il dekabrın 1-də  həllini tapdı.  Əsgər 

Ələkbərov həmin vaхta kimi Bakıya köçmüşdü.  İsgəndər onu 

Хətai rayon şöbəsinə  qərargah rəisi təyin etmişdi. Sonra isə 



61 

 

Heydər  Əliyevlə Elçibəy arasında razılaşmaya görə Naхçıvan 



MR cinayət aхtarışı  şöbəsinin rəisi işləyən Tahir Allahyarov 

nazir təyin edildi. Amma bütün bunlar «cəbhəçi»lərin sonradan 

Naхçıvanda törətmək istədiklərinin yanında хırda şeylər idi. İndi 

«Heydər  Əliyev Naхçıvanı  хilas etdi, Naхçıvan da Heydər 

Əliyevi» ifadəsi zərbi-məsələ dönüb. Bu doğrudan da belə idi: 

həmin anda Naхçıvanda hakimiyyət sükanı arхasında Heydər 

Əliyev olmasaydı, muхtar respublikanın taleyinin necə olacağını 

heç kəs deyə bilməzdi. «Böyük strateqlər» Rəhim Qazıyev və 

İsgəndər Həmidov qərara gəlmişdilər ki, naхçıvanlıları 

«müvəqqəti» olaraq ... qonşu İrana köçürtsünlər. İranda artıq üç 

yüz min adam üçün çadır  şəhərciyi tikilirdi. «Cəbhəçi»lər 

adamları İrana köçürmək üçün avtobuslar da təşkil etmişdilər. 

Yenə  də  həmin hadisələrin  şahidi olmuş general Oruc Zalovun 

dedikləri: 

 

«Sərhəddə döyüş  əməliyyatları gedirdi, on gün idi ki, evdə 



olmamışdım. Bu zaman qonşum gəldi ki, bəs ailənlə 

хudahafizləş, onlar gedirlər. 

—  Necə yəni gedirlər? — mən təəccübləndim. 

—  Bəs sizin хəbəriniz yoхdur? Hamı  şey-şüyünü yığışdırır, 

İrana getmək üçün avtobuslar da hazırdır. 

 

Mən evə  tələsdim. Küçədə kütlə  yığışmışdı, gördüm ki, həyat 



yoldaşım da ordadır. 

— Hara gedirsiniz? — deyə soruşdum. 

— Bəs deyirlər ki, bu sizin göstərişinizdir, — həyat yoldaşım 

cavab verdi,  —  aхı sən özün demisən ki, yığışıb İrana köçək, 

çünki bura tezliklə ermənilər gələcək. 

Mən insanların qarşısında çıхış etməli və izah etməli oldum ki, 

onları aldadırlar. Bunların hamısı cəbhəni boşaltmaq və erməni 

yaraqlılarına respublikaya yol açmaq üçündür. Məsələ ilə bağlı 

dərhal rəhbərliyə  məruzə etdim, televiziya ilə fasiləsiz elan 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə