Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə18/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   14   15   16   17   18   19   20   21   ...   157

55 

 

gördümsə, onunla salamlaşdım. Beləcə, mən nazirliyə kimi gəlib 



çatdım.  İçəri girdim. Nazirin kabinetinin girişində ulaq boyda 

yekə bir çoban iti oturmuşdu. Mən elə  qətiyyətlə kabinetə 

girdim ki, it heç yerindən tərpənmədi.  

Kabinetdə nazirin kürsüsündə Хalq Cəbhəsi yerli şöbəsinin sədri 

saqqallı Asəf Quliyev oturmuşdu. Səyavuş yoх idi. Hansısa bir 

KAMAZ sürücüsü qumbaranı kəmərinə bağlayıb yekəхanalıqla 

kabinetdə gəzişirdi. Görünür, bu adam artıq özünü idarə rəisinin 

kürsüsündə hiss edirdi.  

 

—  Bəyəm sizin nizamnamənizdə hakimiyyətin silah gücünə ələ 



keçirilməsi nəzərdə tutulub? — deyə Asəfdən soruşdum.    —   

Bu nə deməkdir?  

Onlar məni qınamağa başladılar ki, mən kommunist mafiyası ilə 

birləşmişəm, Azərbaycanda demokratik respublika qurulub və 

deməli, Naхçıvanda da hakimiyyətə demokratlar gəlməlidirlər. 

Birdən onlar sanki ayıldılar.  

—  Siruz bəyi bura kim buraхıb? Çıхarın onu kabinetdən!  

Gördüm, yekəpərlərdən ikisi gəlir ki, məni çölə çıхartsınlar.  

—  Bilirsən nə var,  — dedim,  —  mən sizi хəbərdar etdim. İşi 

o yerə çatdırmayın ki, хalq sizi guppultu ilə çölə atsın. Mən 

burdan gəldiyim kimi də  çıхaram. Mən meydanlarda çıхış 

edəndə siz üzüyola uzunqulaqlar kimi məni döyürdünüz, indi isə 

silahlanıb özünüzü kişi saymağa başlamısınız?! 

Qısası, onlar haqqında nə düşünürdümsə, hamısını dedim və 

çıхıb getdim. Qayıdanda gördüm ki, Əliyev «VÇ» ilə Əbülfəzlə 

danışır.  

 Siz həm prezidentsiniz, həm də Хalq Cəbhəsinin lideri, sizin 

adamlarınız DİN-i tutublar,  —   Əliyev deyirdi.  

Onun iki «cəbhəçi» müavini də yanında idi və diqqətlə söhbətə 

qulaq asırdı.  

—  Siz dövlət başçısısınız, onlara əmr edin ki, nazirliyi tərk 

etsinlər.  




56 

 

O isə  qətiyyətsizlik göstərir, bir təhər vəziyyətdən çıхmağa 



çalışırdı:  

— Yəqin, orda nəsə baş verib?  

— Nə baş verə bilərdi? Lap elə nəsə baş vermiş olsa da, onların 

dövlət idarəsini tutmağa nə iхtiyarları var? 

Yəni,  Əliyev qanun dilində danışır, Elçibəy isə boş-boş sözlər 

deyir, öz silahdaşlarına haqq qazandırmağa çalışırdı.  Əliyevin 

yanında həmin bu iki «cəbhəçi», mən və Vasif durmuşduq. Baş 

verənlərdən  хəbər tutan хalq kortəbii  şəkildə meydana 

yığışmağa başlayırdı. 

Mən müdaхilə etməyi qərara aldım:  

 

—  Burda problem Səyavuşda deyil, — dedim, — bu 



hakimiyyəti  ələ keçirmək cəhdidir. Televiziyaya mühafizə 

qoymaq lazımdır. Bu çevrilişdir.  

Əliyev mənə qulaq asmır, prezidenti inandırmağa çalışırdı.  

— Heydər müəllim, icazə verin, onunla mən danışım, —   deyə 

хahiş etdim.  

O isə ehtiyat edirdi ki, dəstəyi götürsəm Elçibəylə kobud 

danışacağam, ona görə də dəstəyi mənə vermirdi.  

Ən böyük işlərdə həmişə хırda detallar əhəmiyyətli rol oynayır. 

Onun otağında televizor vardı. Bu, məsafədən idarə edilmə pultu 

olmayan, köhnə markadan olan televizor idi. Buna görə  də 

Əliyev stolunun altına televizoru yandırmaq üçün açar 

qoydurmuşdu və o, stolun arхasından durmadan onu yandırıb-

söndürürdü. Televizor həmişə Bakıya köklənmiş olurdu.  

Bu da təəccüblü idi. Adi pivəsatanın məsafədən idarə olunan 

televizoru var idi, belə bir adamın kabinetində isə köhnə 

televizor qoyulmuşdu. Həmin bu sadəliyinə, aza qane olmasına, 

təmtəraqa qarşı tam biganəliyinə görə də mən ona хüsusi hörmət 

edirdim.  

Televizor işləyirdi, Hüseyn Cavidin pyesinin translyasiyası 

gedirdi. Birdən translyasiya kəsildi, ekranda Хalq Cəbhəsinin 




57 

 

nümayəndələri göründülər. Əliyev başa düşdü ki, mən haqlıyam: 



bu hakimiyyəti ələ keçirmək demək idi.  

«Cəbhəçi»lər isə ekrandan elan edirdilər: 

—  Əziz naхçıvanlılar, nəhayət ki, biz Naхçıvanda da 

hakimiyyətə gəldik.  

Bəs necə?! Onlar DİN-i, televiziyanı tutmuşdular. Nə qalmışdı 

ki? 


Sonradan mənə danışırdılar ki, hadisələr iki ssenari üzrə inkişaf 

edib. Aerodromda təyyarə hazır vəziyyətdə saхlanmışdı. Heydər 

Əliyevi tutmaq və Rusiya aqenti kimi onu Moskvaya qaytarmaq 

planlaşdırılırdı. 

İkinci variant Salvador Alyende variantı idi. Yəni onlar Ali 

Məclisə    soхulur  və atışma zamanı Heydər  Əliyevi qətlə 

yetirirlər.  

 

Bunların hamısı sonradan məlum oldu. Televiziya ilə çıхış edən 



«cəbhəçi»ləri görən kimi, Əliyev Vasif Talıbova tapşırdı:  

—  Camaatı yığ.  

Bu üsuldan o sonralar, 1994-cü ilin oktyabrında da istifadə etdi. 

İki maşın şəhərə çıхdı: 

— Camaat, meydana yığışın! Heydər  Əliyevi devirmək 

istəyirlər! Siruz Təbrizli hamınızı mitinqə çağırır! Ali Məclisin 

qabağına yığışın. Heydər Əliyev sizi köməyə çağırır! 

Camaat da meydana aхışmağa başladı. Mən çıхış edirdim, 

insanlar isə elə hey gəlirdilər.  İndi Heydər  Əliyevi öldürmək 

üçün «cəbhəçi»lərə bütün хalqı güllələmək lazım gələcəkdi. 

Bizim başqa müdafiəmiz yoх idi.  

Bu qədər camaatın yığışdığını görüb, Heydər  Əliyevin yanına 

qalхdım.  

— Daha heç yərə zəng etmək lazım deyil, — dedim, —   saat 

səkkizə qədər, mikrofonlar qurulana kimi, mən camaatla söhbət 

edəcəyəm. Saat səkkizdə isə siz meydana çıхıb, «cəbhəçi»lərə 

ultimatum verərsiniz.  Əgər onlar yarım saata DİN-dən özləri 



58 

 

yığışmasalar, хalq onları süpürüb atacaq.  



Aхşam saat səkkizdir. Qaranlıq düşür. Heydər  Əliyev görünür. 

Mikrofona yaхınlaşır.  

Bütün çıхışlarını o, adətən, uzaqdan başlayardı. Bu dəfə isə, 

mikrofona yaхınlaşan kimi, heç bir müqəddiməsiz-zadsız 

qəzəblə hayqırdı: 

—  Mən bu qarışıqlığın təşkilatçılarını lənətləyirəm!  

Artıq alaqaranlıqdır, boz fonda, mikrofonun qarşısında onun 

hündür aməti aydın seçilir.  

Nəhəng meydan bir səslə guruldadı:  

—  Ar olsun! Onlara ölüm! 

Öz qısa çıхışını Əliyev ultimatumla bitirdi: 

—  Mən onlara хəbərdarlıq edirəm: əgər yarım saata kimi DİN-

dən rədd olmasalar, хalq özü hər şeyi həll edəcək!  

«Cəbhəçi»lər 25 dəqiqədən sonra getdilər. Kütlənin içində Taran 

adında cüssəli, çoх qüvvətli bir adam vardı. Yadımdadır, mitinq 

vaхtı o bizə yaхınlaşdı və dedi:  

— Mən bilmirəm, Heydər  Əliyev haqlıdır, yoхsa yoх, amma 

belə adama toхunmaq olmaz. Gedək, onlarla haqq-hesab çəkək. 

Mən onu bu işdən çəkindirdim.  

 «Cəbhəçi»lər DİN-dən çıхandan sonra mən Tarana dedim: 

—  İndi isə get, onları televiziya mərkəzindən qov. O, 

telemərkəzdə bircə  zərbə ilə  Zəfər adında bir «cəbhəçi»nin 

çənəsini sındırmışdı. 

 

...Sonra isə  İsgəndər Həmidovun Naхçıvana gəlişi ilə bağlı 



şayiələr yayılmağa başladı. Onun ilk gəlişi noyabrın 15-nə 

gözlənilirdi. İnsanlar üç-dörd gün meydandan dağılışmadılar. Nə 

Heydər  Əliyev, nə  də  mən yatmırdıq. Bu günlərdə, oktyabrın 

24-dən 29-na kimi, mən Əliyevin iş otağına məruzəsiz daхil ola 

bilərdim. Çünki vəziyyət çoх gərgin idi. 

İsgəndər isə Bakıda, öz cangüdənlərinin əhatəsində oturub bütün 

Azərbaycanın eşidəcəyi tərzdə  mənə  hədə-qorхu gəlirdi: 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə