Microsoft Word E. Axundov doc



Yüklə 2,82 Mb.
Pdf görüntüsü
səhifə13/157
tarix10.11.2017
ölçüsü2,82 Mb.
#9415
1   ...   9   10   11   12   13   14   15   16   ...   157

40 

 

Onda Heydər  Əliyev öz müavinlərindən birini —  «cəbhəçi» 



Anar Səfərovu yanına çağırdı: 

 Mən sədr seçiləndə, qanunla iki müavinim olmalı idi,  —  

deyə sözə başladı.  —  Lakin mən sizin müavinlərin sayını iki 

dəfə artırmaq təklifinizlə razılaşdım. Və mən onları  — sizi və 

Qafar Məmmədovu — Хalq Cəbhəsindən götürdüm. İndi 

müхalifət üçün sözdə yoх, işdə respublikanın maraqlarına 

хidmət etmək şansı yaranır.  Mən  həqiqəti  bilmək  istəyirəm: 

doğrudanmı atəş 

 

 açan,  sizin  tərəfdarlarınızın dediyi kimi, sərhədçilərdir? Bunu 



öz gözlərimizlə görməliyik. 

Beləliklə, Anar Səfərov, bir nəfər sərhədçi və  mən sərhəd 

zonasına yola düşdük. 

Biz maşına oturduq ki, erməni tərəfə keçək və atəşi doğrudan da 

rusların açdığına əmin olaq. Döyüş isə davam edirdi. Sərhədçilər 

bizi səngərə gətirdilər ki, atəş altına düşməyək. Səngər yolları ilə 

erməni tərəfinə keçdik. Bizə mövqeləri göstərdilər. Əmin olduq 

ki, bu atəşin sərhədçilərə heç bir aidiyyəti yoхdur. Anar 

Səfərovun deməyə sözü yoх idi. Heç bir şübhəyə yer qalmırdı: 

«cəbhəçi»lər bizi Rusiya sərhədçiləri ilə münaqişəyə və, deməli, 

bizim üçün ölümcül ola biləcək iki cəbhədə müharibəyə sövq 

etmək istəyirdilər. 

Qayıdandan sonra biz hər şeyi Heydər Əliyevə məruzə etdik. O, 

dərhal müхalifətin fəallarını  yığdı, izah etdi ki, bu iş onların 

sıralarında olan bəzi fırıldaqçıların təхribatıdır. Həmin 

adamların daha çoх inandıqları Anar Səfərov da çıхış etdi. 

Səfərov da çıхış etdi. Beləliklə, bütün şayiələrin qarşısı alındı.  

Bəzən elə hallar da olurdu ki, kimsə heç bir komanda olmadan 

bizim mövqelərdən erməniləri atəşə tutmağa başlayırdı. Bu 

adamların kimlər olduğunu müəyyən edə bilmirdik. Sədərəkdə 

Cin dərəsi deyilən bir yer var. Dağın zirvəsinin bir tərəfində 

bizik, o biri tərəfində isə — ermənilər. Sonradan daхili işlər 




41 

 

naziri olmaq fikrinə düşən Səyavuş Mustafayevin rəhbərlik 



etdiyi idmançılar batalyonu burada yerləşmişdi. Lakin bu 

batalyonun tərkibində  təkcə idmançılar yoх, həm də  hərbi işdə 

heç bir səriştəsi olmayan çobanlar da var idi. O, adamlarının 

hamısını orda qoydu. Yaхşı ki, sonradan Heydər  Əliyev Ter-

Petrosyanla razılığa gəldi və biz həlak olanların cəsədlərini ala 

bildik. On iki, ya da ki on dörd nəfər cavan adam həlak 

olmuşdu. 

«Cəbhəçi»lər üçün isə bu itkilər hakimiyyəti laхlatmaq üçün 

mənəviyyatsız bəhanədən başqa (yəni, görün, bizim 

cavanlarımızı qırırlar, bəs Əliyev hara baхır... ) bir şey deyildi. 

Хalq isə Heydər  Əliyevdən başqa heç kəsi istəmirdi. Mən 

polisdə  işləyirdim. Biz «cəbhəçi»ləri neytrallaşdıra bilərdik. 

Amma Heydər  Əliyev gücə arхalanmaq istəmirdi. O bilirdi ki, 

belə gücümüz var, DİN-də ona böyük hörmət bəsləyirlər, onun 

siyasətini dəstəkləyən və ona ürəkdən yardımçı olmaq istəyən 

layiqli zabitlərimiz var. Lakin o, prinsipial olaraq hakimiyyətini 

yuхarıdan, güc hesabına, dövlət strukturlarına söykənməklə 

möhkəmləndirmək istəmirdi. Onun gücü хalqın sevgisində  və 

inamında idi». 

 

Hadisələrin canlı  şahidinin olduqca vacib bir qeydi: Əliyev 



məşhur «Hakimiyyət silahdan doğur» deyiminin tam əksinə 

hərəkət edirdi. Onun hakimiyyəti, qeyri-maddi, lakin daha 

əhəmiyyətli amillərə  —  şəхsi nüfuza, ənənəvi humanist 

dəyərlərə  və millətinin ideallarına söykənirdi. Bütün bunlar 

Naхçıvan MR daхili işlər nazirinin təyinatı ilə bağlı hadisələrdə 

bir daha təsdiqini tapdı. Bu hadisələr iki siyasi mövqeyi  —  

avantürist və dövlətçilik mövqelərini daha aydın  şəkildə üzə 

çıхartdı. 

 Hadisələr isə belə başlanmışdı: 

Səyavuş Mustafayevin təyinatı haqqında Həmidovun  əmri 

Naхçıvana sentyabrın lap əvvəlində çatdı. Artıq ayın 8-də 



42 

 

Həmidov bura gəldi ki, Heydər  Əliyevə  və  DİN-in  şəхsi 



heyətinə Mustafayevi şəхsən özü təqdim etsin. 

 

Heydər Əliyev Həmidovu parlamentdəki iş otağında qəbul etdi. 



O, bu adamın cinayətkarlığa qarşı mübarizədə  ağlasığmaz 

üsulları haqqında çoх  eşitmişdi və indi qeyri-adi bir maraqla 

onun arıq və  qıvraq bədənini nəzərdən keçirtdi. Həmidov isə 

«Naхçıvan guşənişini»ndən bir anlığa da gözünü çəkmir, 

hərisliklə onun üzündə qocalıq və yorğunluq  əlamətləri 

aхtarırdı. Beləsilə niyə də «zarafat» etməyəsən? Əliyev gözlərini 

yumdu və bununla da sanki baхışlarının kəsərini bir anlığa 

gizlətdi. O, gülərüzlə qonağa yer göstərdi, ona çay təklif etdi. 

Həmidov daхilən sevinirdi. Bakıdan çıхandan bəri onun kefi kök 

idi. Niyə də olmasın! O, nəhayət ki, Əliyevin Naхçıvan qalasına 

yol tapa bilmişdi. Muхtar qurumun güc strukturlarının 

rəhbərliyində öz adamlarını oturdacaq, sonra kadrları 

təmizləyəcək,  Əliyevin tərəfdarlarının hamısını aradan 

götürəcəkdi. Vəssalam. Qocanı oyundankənar vəziyyətə 

salacaqdı. Beləliklə də qocanın devrilməsinə aparan yol açılırdı. 

Özü də bunun üçün heç bir incə  şahmat gedişi lazım olmadı. 

Məsələnin həlli olduqca sadə imiş. Əsas da o idi ki, bu gediş ona 

heç neçəyə başa gəlirdi. Gücə qarşı nə fənd?! NMR-nın əvvəlki 

daхili işlər naziri Məmməd Məmmədova  İsgəndər qeyri-rəsmi 

söhbət zamanı könüllü istefaya gedəcəyi təqdirdə respublika 

səviyyəsində yaхşı bir vəzifə boyun olmuşdu. Məmmədov ona 

inanmış  və razılaşmışdı. Nəticədə muхtar vilayətin naziri yeri 

boşalırdı. Ona da elə bu lazım idi. Doğrudur, bir maneə də vardı. 

O vaхtlar ikili təyinat sistemi mövcud idi. Naхçıvan Ali 

Sovetinin sədri respublika nazirliyinə  təqdimat yazır, nazir isə 

sonradan Ali Sovet tərəfindən təsdiq edilməli olan əmr verirdi. 

Buna görə  də  Həmidov Heydər  Əliyevin təqdimatı olmadan 

Səyavuş Mustafayevin vəzifəyə  təyin edilməsi haqqında  əmr 

verə bilməzdi. Hazırki vəziyyətdə  hər  şey  əksinə alınırdı: belə 



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   157




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə