12
Ölçmələrlə olan normativ sənədlərdə ölçücü dəyişdiricilər
və cihazlar ölçü vasitələrinin d ə q i q l i k s i n f i n i (də-
rəcəsini) göstərir. Dəqiqlik sinfi dedikdə əsas və əlavə xətaların
hədləri ilə, eləcə də ölçmə nəticələrinin dəqiqliyinə təsir edən
bir sıra digər xüsusiyyətlərlə müəyyənləşdirilən ümumiləş-
dirilmiş xarakteristika başa düşülür.
Metroloji xidmət, yəni laboratoriyalarda istifadə edilən
bütün ölçü vasitələrinin uçotu, təftişi, təmiri, yoxlanışı müəssi-
sənin metroloji xidmət şöbəsi tərəfindən, ya öz qüvvələri he-
sabına və ya da uyğun kənar təşkilatların köməyi ilə həyata
keçirilməlidir. Lakin istehsalat (zavod) laboratoriyasında apa-
rılan analizlər zamanı dəqiq işləməyən və yoxlanılmayan ölçü
vasitələrindən istifadəyə görə laboratoriya müdiri məsuliyyət
daşıyır. Buna görə də laboratoriya müdiri bütün ölçü vasi-
tələrinin işlək vəziyyətdə olmasını, onların yoxlamadan keçiril-
məsini (kalibrlənmə) və bu haqda tələb edilən təsdiqlənmiş
sənədlərin olmasını təmin etməlidir.
Vaxtaşırı yoxlama müddətləri (yoxlamalararası interval)
faktiki etibarlılıq haqqında, istifadə (ekspluatasiya) şərtləri
haqqında məlumatlar nəzərə alınmaqla, müəssisənin metroloji
xidmət şöbəsi tərəfindən müəyyənləşdirilir. Bir qayda olaraq
istehsal laboratoriyalarında istifadə olunan əsas cihaz növlə-
rinin yoxlanma müddəti ildə bir dəfə qəbul edilir.
Kimya laboratoriyalarında xüsusi kimyəvi laboratoriya və
kvars şüşədən yaxud çini materialdan hazırlanan qablardan
istifadə edirlər. Kimyəvi laboratoriya şüşəsinə olan əsas
tələbat, onun k i m y ə v i d a y a n ı q l ı ğ ı (müxtəlif kim-
yəvi reagentlərin təsirinə qarşı dözümlülük) və kəskin tempe-
ratur dəyişkənliyinə dözmək qabiliyyəti ilə ifadə olunan termi-
ki dözümlülük xassəsi ilə şərtlənir.
Kvars şüşə yüksək istiliyə və istilik qradiyentinə qarşı da-
ha davamlıdır, belə ki, şəffaf kvarsın istidən genişlənmə əmsalı
adi kimyəvi laboratoriya şüşənin istidən genişlənmə əmsalın-
dan təqribən 15 dəfə azdır. Digər şüşə növləri ilə müqayisədə
13
kvars şüşə həm də suya və aqressiv turş mühitə qarşı yüksək
dayanıqlığı ilə üstünlük təşkil edir. Buna görə də şəffaf kvars
şüşədən hazırlanan qablardan 1000°C-dək istilik hədlərində
turş və neytral maddələrlə işləmək üçün istifadə edilir. Şəffaf
kvars şüşədən müxtəlif tutumlu putalar, fincanlar, stəkanlar,
kolbalar, sınaq şüşələri və bu kimi digər qablar hazırlayırlar.
Kvars şüşə adi şüşədən daha kövrəkdir və buna görə də bu növ
şüşədən hazırlanmış laboratoriya qablarını zərbədən qorumaq
lazımdır.
Çinidən hazırlanan qablar möhkəm və istiyə davamlıdır.
Çininin xətti genişlənmə əmsalı təqribən şüşənin xətti genişlən-
mə əmsalı ilə eynidir. Buna baxmayaraq çinidən hazırlanan
məmulatları tədricən qızdırmaq lazımdır, qızdırılmış çini boru-
cuğu soyuq maşa ilə götürmək və ya soyuq altlıq üzərinə qoy-
maq məsləhət deyil, əks halda çini çatlayar və ya qəlpələnər.
Laboratoriyalarda analizlər zamanı müxtəlif təmizlik
dərəcəsinə malik kimyəvi maddələrdən istifadə edilir. Müvafiq
standarta uyğun olaraq, sənaye miqyasında buraxılan bütün
kimyəvi məhsullar dörd qrupa bölürlər:
1. Təbii mənşəli işlənilməmiş (emal edilməmiş) xam
məhsullar və çoxlu miqdarda qarışıqlara malik yarımfabrikat-
lar;
2. Nisbətən az qarışıqlara malik texniki məhsullar;
3. Analitik, preparativ və digər işlər üçün reaktivlər;
4. Keyfiyyəti kimyəvi reaktivlərin keyfiyyətindən xeyli
yüksək olan xüsusi təmiz məhsullar.
Qida sənayesində kimyəvi analizlər üçün başlıca olaraq,
əsas maddənin miqdarından və qarışıqların yol verilən həcmin-
dən asılı olaraq aşağıdakı ixtisaslaşmalarda buraxılan reaktiv-
lərdən istifadə edilir:
– təmiz (t) – reaktivin az təmizlik dərəcəsində olduğunu
əks etdirir;
– analiz üçün təmiz (a.ü.t.) – preparatın analitik işlərdə
tətbiqini xarakterizə edir;
14
– kimyəvi təmiz (k.t.) – reaktivin yüksək təmizlik
dərəcəsində olduğunu göstərir;
– xüsusi təmiz (x.t.) – maddənin mikromiqdarını təyin
etmək üçün istifadə olunur.
Laboratoriyaya qəbul edilən reaktivlərin üzərində adı,
təmizlik dərəcəsi və saxlanma müddəti (əgər vacibdirsə),
göstərilən etiket (yarlıq) olmalıdır. Hər bir ixtisaslaşmaya aid
reaktiv üçün tara (qab), üzərindəki etiket müəyyən rəngə malik
olur (və ya etiket üzərinə rəngli zolaq çəkilir). Məsələn,
“təmiz” ixtisaslaşması üçün yaşıl, “analiz üçün təmiz” ixtisas-
laşması üçün göy, “kimyəvi təmiz” ixtisaslaşması üçün qırmızı,
“xüsusi-təmiz” ixtisaslaşması üçün sarı və digər reaktivlər üçün
açıq qəhvəyi rənglərdən istifadə olunması qəbul edilmişdir.
Laboratoriyalarda havanın və reaktivlərin çirklənməsinə
yol verməmək məqsədilə, onlar ağzı bağlı tutumlarda saxla-
nılır. Turşuların qatı məhlulları və ammonyak cilalanmış tıxaca
malik şüşə qabda saxlanılır ki, qabın üzərinə örtük və ya kim-
yəvi stəkan keçirilir. İşığın təsirindən dəyişən bütün reaktivlər,
məsələn, kalium-yod, kalium-permanqanat və bu qəbildən olan
digər reaktivlər tünd rəngli şüşədən hazırlanmış qablarda, hər
hansı bir analiz aparılarkən artıq qalmış reaktivlər isə ümumi
kütləyə qarışdırmayıb ayrıca saxlanılır.
1.3. Qida xammalları və hazır qida məhsullarının
keyfiyyət göstəricilərinin təyini metodları
Tətbiq olunan ölçmə vasitələrindən asılı olaraq təyin
metodlarının ölçücü, qeydedici, hesablayıcı, sosioloji, ekspert
və orqanoleptiki olmaqla altı qrupa ayrılır.
Ö l ç ü c ü m e t o d l a r – ölçmə və nəzarət metodla-
rından istifadə etməklə alınan məlumatlara əsaslanır. Ölçücü
metodların köməyi ilə kütləni, əndaza ölçülərini, optik sıxlığı,
tərkibi, strukturu və bu kimi bir çox digər göstəricilər təyin
edilir.
Dostları ilə paylaş: |