151
burada:
A – standart məhluldakı zəhərli
kimyəvi
birləşmənin miqdarı,mq;
S
1
– zəhərli kimyəvi birləşmənin standart
məhlulunun pikinin sahəsi, mm
2
;
S
2
– sınaq nümunəsi pikinin sahəsi, mm
2
;
V
1
– xromatoqrama daxil edilmiş sınaq nümunəsi
ekstraktının həcmi, ml;
V
2
– buxarlandırıldıqdan sonra ekstraktın ümumi
həcmi, ml;
V
3
– analiz olunan sınaq
nümunəsinin çəki
miqdarı, l və ya kq.
3.2.11. Vitaminlərin təyin edilməsi
Qaz-maye xromatoqrafiyası yağda həllolan vitaminlərin
təyin edilməsi üçün qəbul ediləndir. Bəzi ədəbiyyat mənbə-
lərində vitaminlərin trimetilsilil törəmələrinin müvəffəqiyyətlə
ayrılması haqqında, eləcə də suda
həllolan vitaminlərin aşkar-
edilmə mümkünlüyü haqqında məlumatlar verilmişdir. Qaz-
maye xromatoqrafiyası metodu tokoferolların izomer forma-
larının (α, β, γ) vəsfi və miqdar tərkibinin təyin edilməsi üçün
daha geniş miqyasda istifadə olunur.
3.2.11.1. Bitki yağlarında tokoferolun izomer
formalarının təyini
Bu üsul yağın sabunlaşmasına, tokoferolların sabunlaş-
mayan maddələrdən çıxarılmasına və onların qaz-maye xroma-
toqrafiyası metodu ilə ayrılmasına əsaslanır.
5 q yağı piroqallolun iştirakı ilə (KOH)
kalium qələ-
visinin 50 ml 10%-li spirt məhlulu ilə 85
0
C istilikdə 1 saat
ərzində sabunlaşdırılır. Sabunlaşmayan fraksiyanı 3 dəfə 45 ml
etil efiri ilə ekstraksiya edilir.
152
Ekstraktı qələvidən su ilə fenolftaleinin iştirakı şəraitində
rəngsiz su alınanadək yuyulur və susuz natrium sulfat (Na
2
SO
4
)
üzərində qurudulur. Filtrlədikdən sonra həlledici distillə edirlər.
Karotinoidlərdən azad etmək üçün quru qalığı 10 ml
benzolda həll edilir, diatomitlə doldurulmuş adsorbsiya kolon-
kasından keçirilir (diatomitin hündürlüyü 30 sm olmalıdır) və
kolonka 15 – 20 ml benzolla yuyulur.
Tokoferolların tamamilə yuyulmasına, filtrat damcısının
ortofenantrolin və dəmir xlorid məhlulu ilə boyanmasına görə
nəzarət edirlər. Benzolu rotorlu buxarlandırıcıda qovur, qalığı
qaynar metanolda həll edir və 24 saat ərzində soyuducuda,
mənfi 10
0
C temperaturda sterolların donması üçün saxlanılır.
Sterolları soyuqda filtrləməklə ayırır, filtratı rotorlu buxar-
landırıcıda qatılaşdırılır.
Tokoferolların tamamilə yuyulmasına, filtrat damcısının
ortofenantrolin və dəmir xlorid məhlulu ilə boyanmasına görə
nəzarət edilir. Benzol rotorlu buxarlandırıcıda qovur, qalığı
qaynar metanolda həll edir və 24 saat ərzində soyuducuda,
mənfi 10
0
C temperaturda sterolların donması üçün saxlanılır.
Sterolları soyuqda filtrləməklə ayrılır, filtratı rotorlu buxarlan-
dırıcıda qatılaşdırılır.
Tokoferollar ionlaşdırıcı detektora stronsium – 90 malik
arqonlu xromatoqrafda, 1,2 m uzunluğa, 10% 120
meş dənə-
cikli selit – 545-də SE – 30 (və ya QF – 1) silikonlu elastto-
merli hərəkətsiz fazaya malik kolonkada ayırılır.
Kolonkanın temperaturu 240
0
C, qaz sərfi isə 60 ml/dəq.
təşkil edir. İdentifikasiya (aşkarlama) sınaq nümunəsi piklə-
rinin tutulma müddətlərini “şahid” piklərinin tutulma müddət-
ləri ilə müqayisələndirmək yolu ilə həyata keçirilir ki, adətən “ş
a h i d” qismində də sintetik α -
tokoferoldan və məlum olduğu
kimi yalnız α -, β - və γ - tokoferollara malik coya yağından
istifadə edilir. Analizin davametmə müddəti 20 dəq. təşkil edir.
153
3.2.12. Triqliseridlərin, aminturşuların
və karbohidratların təyini
Uçucu olmayan maddələr üçün normal şəraitlərdə xüsusi
törəmələrin əmələ gəlməsi, onları qaz-maye xromatoqrafiyası
(QMX) üsulu ilə analiz etməyə imkan verir ki, bu imkan
hesabına da adı çəkilən üsulun tətbiq oblastı xeyli genişlənir.
Qaz-maye xromatoqrafiyası üsulu
ilə analiz olunan maddələr
çevrəsinə vitaminlər, triqliseridlər, Krebs turşuları, amintur-
şular, karbohidratlar və bir sıra digər birləşmələr də daxildir.
Bu qədər müxtəlif maddələr üçün tələb olunan törəmələrin
alınmasındakı nailiyyətlər, XX əsrin 60-cı illərinin sonlarında
imidazolun trimetilsilil (TMS) törəmələri, bis-trimetilsili-
lasetamid (BSA), bis-trimetilsililtriftorasetamid (BSTFA) kimi
reagentlərin və xromatoqrafik ayrılma şəraitlərində buxarın
kifayət qədər böyük təzyiqinə malik birləşmələrin
qeyri-polyar
törəmələrini almağa imkan verən digərlərinin meydana çıxması
ilə əlaqədardır.
Törəmələrdən istifadə etmədən kiçik uçuculuğa malik
maddələri ayırmaq üçün, hərəkət edən fazası kritik temperatur
və kritik təzyiqdən yüksək temperatur və təzyiqə malik qaz
olan metod daha perspektivli hesab olunur. Bir qayda olaraq,
2000 atm təzyiqdə olan əksər qazlar mayeni xatırladır və
mayenin
xassələrinə, analoji xassələrə malik olur, buna görə də
onlardan həlledici kimi istifadə etmək olur.
3.2.12.1. Triqliseridlərin təyini
Qaz-maye xromatoqrafiyası (QMX) qliseridləri asan bu-
xarlanan törəmələrə, məsələn, trimetilsilil (onların pridində
eterləşməsi nəticəsində alınan) və ya asetatlara çevirdikdən
sonra analiz etməyə imkan verir.
Hərəkətsiz maye faza (HMF) qismində qliseridləri yalnız
karbon atomlarının sayına görə ayıran SE – 30
və ya IXR tipli