Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə33/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   29   30   31   32   33   34   35   36   ...   48

132 
Mən qanımı halal etdim,  
Bir zirvəyə, dağa yetdim. 
Rahat deyil, hələ ruhum,  
Mən göylərdə necə durum? 
 
Arzum olub Xocalıda,  
Xankəndində mən vuruşum. 
Xislətini qoy göstərsin 
Düşmənlərə hər duruşum.  
 
Ruhum onda sakit olar. 
Qardaşlarım Qarabağı, 
Kəlbəcəri, Zəngəzuru,  
Laçınımı bütün alar.  
 
Tapdanmasın Xarı bülbül, 
Qoy boylansın hər çiçək, gül. 
Duaçınam, oğlunam, bil. 
Gül, ey Vətən, həmişə gül! 
 08.04.2016 
 
 
Əziz anam, ağlama! 
 
Vətən eşqi bütün eşqdən əzəldir,  
Deməyin ki, vaxtsız bu nə əcəldir? 
Vətən üçün şəhid olmaq gözəldir,  
Şəhid oldum, əziz anam, ağlama! 
 
Cismim yerdə, ruhum göydə hərlənər, 
Düşmənlər dəöz-özünəşərlənər.  
Onda qəbrim çiçək açar, tərlənər, 
Şəhid oldum, əziz anam, ağlama! 
 
Vətən dərdi, qeyrət dərdi ad oldu, 
Xalq birləşdi, könüllər dəşad oldu. 


133 
Qarabağım erməniyə yad oldu, 
Şəhid oldum, əziz anam, ağlama! 
 
Qarabağdan çiçəkləri üzərsən
Qəbrim üstə dəstə-dəstə düzərsən, 
Toy-düyündə gendə durma, süzərsən,  
Şəhid oldum, əziz anam, ağlama! 
 
Yaşayacam, hər könüldə, hər eldə, 
Səslənəcəm hər dodaqda, hər dildə
Yalvarıram, yenə sənə mən bir də, 
Şəhid oldum, əziz anam, ağlama! 
Şəhid oldum, əziz anam, ağlama! 
04.04.2016 
 
 
Mən sizə qurban 
 
Rəşadətli Azərbaycan ordusunun igid əsgərlərinə 
 
 
İllərdir dözmüşük qəm dəryasında,  
İnsanlar birləşib təkcə yasında, 
Düşmənlər durmuşdu zirvə başında. 
Qeyrətli oğullar, mən Sizə qurban! 
 
Yatmış bir şir kimi birdən oyandın, 
Zəfər işığına, nura boyandın, 
Uca bayrağınla dikdə dayandın, 
Qeyrətli oğullar, mən Sizə qurban! 
 
Babanız Koroğlu, babanız Heydər, 
Hər biriniz igid, bir ər oğlu ər, 
Düşmən qarşısında göstərdin hünər. 
Qeyrətli oğullar, mən Sizə qurban! 


134 
Mübariz oğullar, igid atalar
Sizinlə fəxr edir, dözür analar. 
Atam qəhrəmandır deyir balalar, 
Qeyrətli oğullar, mən Sizə qurban! 
 
Dünya heyran qalsın qoy hünərinə, 
Düşməni göndərin Siz ən dərinə. 
Soydaşların dönsün öz yerlərinə, 
Qeyrətli oğullar, mən Sizə qurban! 
 
Komandan var olsun, nazir var olsun! 
Qoy Vətən yaşasın, əsgər sağ olsun! 
Düşmənlər saralsın, düşmənlər solsun, 
Qeyrətli oğullar, mən Sizə qurban! 
07.04.2016 
 
 “Təhsil problemləri”, 24-30 aprel 2016-cı il 
 


135 
“AÇIQ DƏRS”DƏN RAZI QALDILAR 
 
Noyabr ayının 21-də Sabunçu 
rayonundakı Cəlal Məmmədyarov 
adına 155 nömrəli tam orta məktəbdə 
çoxillik pedaqoji fəaliyyəti və zəngin 
təcrübəsi olan Solmaz İsmayılovanın 
Azərbaycan dili fənnindən beşinci 
sinifdə “açıq dərs”i dinlənildi.  
“Açıq dərs”də direktor Zöhrə 
Məhəmmədova, direktor müavini Mən-
zərə Abbasova, Azərbaycan dili və 
ədəbiyyat müəllimi Şəhla Bağırova və 
riyaziyyat müəllimi Qənirə Məm-
mədova iştirak edirdi. 
Əvvəlcədən bildirim ki, Azərbaycan dili fənnindən “Də-
yirmi masa cəngavərləri. Sinonimlər” mövzusunda keçirilmiş 
“Açıq dərs” müəllimin dərsin bütün mərhələlərində şagirdləri 
fəallaşdırması, onların böyük əksəriyyətinin bilik və bacarıqla-
rını üzə çıxarması, şagirdlərin öz fikir və düşüncələrini sərbəst 
ifadə etmələri ilə diqqəti çəkdi və yaddaqalan oldu.  
Britaniya və kral Artur haqqında rəvayətlər əsasında 
işlənmiş “Dəyirmi masa cəngavərləri” mətni üzrə verilən sual-
ları şagirdlər düzgün cavablandırdılar. Məsələn, hersoq, baron... 
Hansı söz – prezident, kral, qraf, professor – bu ardıcıllığı 
davam etdirə bilər? Nəyə görə şəhərdə hər yer bağlı idi? 
Qardaşların xarakteri haqqında nə deyə bilərsiniz? və sairə. 
Onlar “Dəstək” sözünü bir neçə cümlədə “kömək” sözü ilə əvəz 
etdilər. “Zindan” sözünü isə başqa bir cümlədə “həbsxana” sözü 
ilə əvəzlədilər. Mətndə verilən yaxın mənalı sözləri müəy-
yənləşdirdilər. Lüğət üzərində iş aparıldı. Hesroq, baron, kral, 
turnir, qəsr və digər sözlər də öyrənildi.  
“Açıq dərs”də uşaqlar dilimizdəki mənaca eyni və ya 
yaxın olan sözləri öyrəndilər. Bildilər ki, belə sözlər səs və hərf 
tərkibinə görə fərqlənsə də mənaca yaxın olurlar. Onların 


136 
yaddaşına həkk olundu ki, yazılışı və deyilişi fərqli, mənası isə 
eyni və ya yaxın olan sözlərə sinonimlər deyilir. Sinonim sözlər 
eyni nitq hissəsinə aid olur.  
Şagirdlər “Dəyirmi masa cəngavərləri” hekayətindən 
öyrəndilər ki, kral Arturun qəsrində ən böyük otaqda nəhəng bir 
dəyirmi masa olub. Cəngavərlər də vaxtaşırı bu masa ətrafına 
toplaşıblar. Masa dəyirmi olduğuna görə burada nə birinci, nə də 
sonuncu yer müəyyən edilmir, bütün yerlər eyni dərəcədə şərəfli 
sayılır. Beləliklə, kral Arturun sarayındakı dəyirmi masa sanki 
ölkədə bərabərlik simvolu idi.  
İndi də dövlət başçıları yüksək səviyyədə görüşlərdən 
söhbət edərək, çox zaman görüşün dəyirmi masa arxasında 
keçirildiyi qeyd olunur. Şagirdlər başa düşdülər ki, söhbət 
masanın dəyirmi olmasından deyil, bu ifadənin daşıdığı rəmzi 
mənasından gedir.  
 
 


137 
Ümumiyyətlə, təcrübəli müəllim Solmaz İsmayılovanın 5-
ci sinifdə “Dəyirmi masa cəngavərləri. Sinonimlər” mövzusunda 
keçdiyi “açıq dərs” bizdə xoş təəssürat yaratdı. Dərsin bütün 
mərhələlərində şagirdlər fəallıq göstərdilər. 
“Açıq dərs” bitdikdən sonra onu dinləyən müəllimlər 
Solmaz İsmayılovanın pedaqoji fəaliyyətindən və şagirdlərin 
dərsi yaxşı mənimsəməsindən razı qaldıqlarını bildirdilər. 
 
 “Təhsil problemləri”, 01-07 dekabr 2016-cı il 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə