Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   37   38   39   40   41   42   43   44   ...   48

174 
Belçikada yerləşən Beynəlxalq İnzibati Elmlər İnstitutunun, 
“Atlas” Beynəlxalq Turizm Assosiasiyasının üzvü seçilib, dəfə-
lərlə “Uğur” milli mükafatına layiq görülüb. Söhbət zamanı 
Aysel qazandığı uğurlara görə məktəbdə Azərbaycan dili və 
ədəbiyyatı fənnini tədris edən Göyçək müəllimə, tarix fənnini 
ona sevdirən Qızqayıt və Şamil müəllimə, ingilis dili müəllimi 
Xatirə müəllimə və başqalarına öz dərin minnətdarlığını bildirdi. 
Ağaverdiyev Rəsul Kərimağa oğlu 1999-cu ildə 
Abşeron rayonunun Qobu qəsəbəsində təvəllüd edib.  
2015-2016-cı tədris ilində qəsəbədəki 
Qəzənfər Xalıqov adına 1 nömrəli tam orta 
məktəbi bitirib. Təhsilini dövlət sifarişi əsa-
sında Azərbaycan Dövlət İqtisad Univer-
sitetində davam etdirəcək, Texnoloji maşın 
və avadanlıqlar mühəndisliyi ixtisasına 
yiyələnəcək. Rəsul bildirir ki, çox düzgün 
ixtisas seçimi aparıb. Belə ki, birinci yerdə 
həmin universitetdə Sistem mühəndisliyi, 
ikinci yerdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 
Cihazqayırma mühəndisliyi, üçüncü yerdə isə qəbul olduğu ixti-
sası qeyd edib. Nəticə də ürəkaçandır. İndi əsas məqsəd yüksək 
təhsil almaqla “Sabah” qruplarına qoşulmaqdır.  
Rəsul məzunu olduğu tam orta məktəbin direktoru 
Cəbrayıl Cəfərquluyevə və pedaqoji kollektivə, həmçinin hazır-
lıq müəllimlərinə minnətdardır.  
Manaflı Mehin Şahin qızı 18 dekabr 1998-ci ildə ziyalı 
ailəsində anadan olub.  
Əvvəlcə Bakıdakı 82 nömrəli tam orta 
məktəbdə oxuyub, tam orta təhsilini Abşeron 
rayonunun Masazır qəsəbəsindəki Ə.Vahid 
adına 1 nömrəli məktəbdə tamamlayıb. 
Mehinin uşaq vaxtlarından musiqi və 
rəsmə marağı var. Həmişə gələcəkdə insan-
lara köməyi dəyəcək bir peşəyə, sənətə sahib 
olmağı arzulayıb. Məşhur psixoloqların əsər-


175 
ləri ilə maraqlanıb. Ünsiyyəti çox sevən Mehin hələ balaca 
vaxtlarında bir dəfə atasının dostlarından biri ondan böyüyəndə 
harada, hansı peşədə işləmək istədiyini soruşub. Mehinin cavabı 
çox maraqlı olub. İnsanlara köməyi dəyəcək bir ixtisasa 
yiyələnəcəyini dilə gətirib.  
Mehin Manaflı IV qrupda imtahan verib və “Qafqaz” 
Universitetinin Psixologiya ixtisasına qəbul olunub. İxtisas 
seçimi zamanı niyə məhz “Qafqaz” Universitetinə üstünlük ver-
diyini soruşanda Mehin bildirdi ki, həmin təhsil ocağı haqqında 
xeyli məlumatı var və yaxın qohumlar oranı bitiriblər. Beləliklə, 
birinci yerdə “Qafqaz” Universitetinin Psixologiya ixtisasını 
seçdik və məqsədimizə çatdıq.  
Söhbət zamanı Mehin valideynlərinə, müəllimlərinə və 
ixtisas seçimində ona yaxından dəstək olduğuma görə mənə 
minnətdarlığını bildirdi.  
Mikayılzadə Zakir Fariz oğlu 1999-cu il avqust ayının 
25-də Naxçıvan şəhərində anadan olub.  
Sabunçu rayonundakı 215 nömrəli 
tam orta məktəbi bu il bitirib. Ali məktəb-
lərə qəbul imtahanında iştirak etmək üçün 
ikinci qrupu seçib, tələbə qəbulu müsabi-
qəsində uğurlu seçim aparıb və Bakı 
Biznes Universitetinə daxil olub.  
Zakirlə söhbət zamanı bildirdi ki, 
Bakı şəhərindəki ali təhsil müəssisələrin-
dən birinə qəbul olunmağa çalışıb. İxtisas 
seçimi zamanı bölgələrdəki ali təhsil 
ocaqlarından yalnız Naxçıvan Dövlət Universitetini seçib, onu 
da Bakı Biznes Universitetinin “İqtisadiyyat” ixtisasından sonra. 
Onu da qeyd edim ki, ixtisas seçimində Zakir bu universi-
tetdə “İqtisadiyyat”, “Biznes idarə edilməsi” və “Maliyyə” İxti-
saslarını ön plana çəkdi. Məlum oldu ki, onun Bakı Biznes 
Universiteti haqqında da xeyli məlumat var. Həqiqətən də bu 
universitet ölkəmizdə bazar iqtisadiyyatı şəraitində ən sərfəli 
ödənişli təhsil ocağıdır. Universitetin tələbləri pilot qrupları 


176 
layihəsi çərçivəsində Avropanın aparıcı universitetlərinə təhsil 
almaq üçün göndərilir.  
İnanırıq ki, bu gün tələbə adına layiq görüldüyünə görə 
valideynlərinə və müəllimlərinə minnətdarlıq edən Zakir adının 
hər zaman yaxşı tələbələr sırasında çəkilməsinə çalışacaqdır.  
Şabanov Abdulla Fikrət oğlu 18 noyabr 1999-cu ildə 
Bakı şəhərində təvəllüd edib.  
2015-2016-cı tədris ilində Binəqədi 
rayonundakı Mirzə Xosrov Axundzadə adı-
na 102 nömrəli tam orta məktəbin rus böl-
məsini yüksək qiymətlərlə bitirib. Milli 
Aviasiya Akademiyasında təhsil almağa 
üstünlük verən Abdulla ixtisas seçimində 
oradakı ixtisasları həm dövlət sifarişi, həm 
də ödənişli əsaslarla göstərib.  
İkinci yerdə qeyd etdiyi “Elektronika, 
telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasına 
dövlət sifarişi əsasında qəbul olunub.  
Abdulla 5 yaşından şahmatla məşğul olmağa başlayıb və 6 
yaşında İspaniyada keçirilən yarışda birinci yerə – qızıl medala 
layiq görülüb, ona kubok, medal və diplom verilib.  
12 yaşında Bolqarıstanın Varna şəhərində Avropa 
çempionatında 1-ci yeri tutmaqla qızıl medala sahib çıxıb. 2009-
cu ildə məktəblilər arasında Yunanıstanda keçirilən dünya 
çempionatında III yerə layiq görülüb. Türkiyədə, İranda, 
Gürcüstanda, Misirdə və digər ölkələrdə idmanın şahmat növü 
üzrə keçirilən olimpiadalarda, yarışlarda Azərbaycanı layiqincə 
təmsil edib. 
Abdulla onbirinci sinfi bitirəndə – “Son zəng” tədbirində 
təhsildə, idmanda və ictimai işlərdəki nailiyyətlərinə görə 
məktəb rəhbərliyi tərəfindən Fəxri fərmanla təltif edilib.  
Qədimalıyev Aqil Fikrət oğlu 29 dekabr 1998-ci ildə 
anadan olub, Suraxanı rayonunda fəaliyyət göstərən 327 
nömrəli tam orta məktəbi bu il bitirib. Lənkəran Dövlət 
Universitetində “İngilis dili müəllimi” ixtisasına yiyələnəcək. 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə