Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə40/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   36   37   38   39   40   41   42   43   ...   48

170 
TƏLƏBƏ ADIN MÜBARƏK! 
 
Şəhanə Vəliyeva 16 dekabr 1998-ci ildə Bakı şəhərində 
anadan olub. 2016-cı ildə Qaradağ rayonunun Lökbatan qəsə-
bəsindəki Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbi 
yüksək qiymətlərlə bitirib. Ali məktəblərə qəbul imtahanında 
531 bal toplayıb və Bakı Dövlət Universitetinin Türkiyə üzrə 
Regionşünaslıq ixtisasına qəbul olunub.  
 
 
 
Azərbaycan və Türkiyə qardaş ölkələrdir. Dövlət xadimləri 
və liderlər dəfələrlə ölkələrimiz haqqında dəyərli fikirlər söylə-
yiblər:  


171 
Heydər Əliyev: Biz bir millət, iki dövlətik. 
Mustafa Kamal Atatürk: Azərbaycanın sevinci sevinci-
miz, kədəri kədərimizdir. 
İlham Əliyev: Türkiyə Cümhuriyyəti burada yoxdur
amma mən burdayam.  
Rəcəb Tayyib Ərdoğan: Türkiyə-Azərbaycan tək ürəkdir. 
Hulusi Kılıç: Heç bir əcnəbi diplomat mənim yanımda 
Azərbaycanın əleyhinə danışa bilməz.  
Məktəbdə Şəhanənin adı təhsildə, idmanda və ictimai 
işlərdə həmişə fərqlənənlər sırasında çəkilib. Bilik və voleybol 
üzrə keçirilən yarışlarda fəal iştirak edib. Respublika fənn olim-
piadlarında öz bilik və bacarığını dəfələrlə sınayıb və uğur qaza-
nıb. Məktəbdaxili bilik yarışlarında həmişə digər şagirdlərdən 
seçilib. Altıncı sinifdən voleybola maraq göstərib. Voleybol üzrə 
məktəblilər arasında keçirilən yarışlarda inamla oynayıb və 
yoldaşlarını qələbəyə ruhlandırıb. Doqquzuncu sinifdə oxuyanda 
Qaradağ rayonu üzrə məktəblər arasında keçirilən birincilikdə 
288 nömrəli tam orta məktəbin komandası birinci yeri tutub. 
Komandanın bütün üzvləri, həmçinin Şəhanə Vəliyeva da 
mükafatlandırılıb və fəxri fərmanla təltif edilib.  
Şəhanə ilə söhbət zamanı bildirdi ki, yüksək balla 
universitetə daxil olmaq öz yerində, ixtisasa mükəmməl yiyələn-
mək, zərbəçi və əlaçı təqaüdü almaq üçün səylə çalışmaq gərək-
dir. Hər zaman təqaüdə layiq görülmək ailələri üçün böyük 
maddi dəstək olacaqdır. Hazırki uğruna görə ilk növbədə anası 
Rəna xanıma, Zahid, Eynur, Aynurə, İradə, Yeganə və başqa 
müəllimlərinə dərindən minnətdardır. Şəhanə 5 Oktyabr – 
Beynəlxalq Müəllimlər Günü münasibəti ilə müəllimlərini təbrik 
edir və onlara işlərində yeni uğurlar diləyir. 
 
 “Təhsil problemləri”, 01-07 oktyabr 2016-cı il 


172 
UĞUR OLSUN, TƏLƏBƏ DOSTLAR! 
 
2016-2017-ci tədris ilində ölkəmizin ali təhsil müəssisə-
lərinə qəbul olunmuş, tələbə adını qazanmış gəncləri təbrik edir, 
onlara tələbəlik illərində uğurlar diləyirik. Əməkdaşımız Əşrəf 
Hümmətov onların bir qrupu ilə görüşüb, uğurlarını, istək və 
arzularını qələmə alıb. 
Quluzadə Rübabə Mübariz qızı Azərbaycan Dövlət 
Bədən Tərbiyəsi və İdman Akademiyasında dövlət sifarişi 
əsasında təhsilini davam etdirəcək. 
Bakının Nərimanov rayonunda 
fəaliyyət göstərən Məktəb-Lisey Komp-
leksinin (200 nömrəli tam orta məktəbin) 
builki məzunu olan Rübabə 2012-ci ildən 
idmanın güllə atıcılığı növü ilə məşğul 
olur. O, 2014-cü ilin mart ayında keçiri-
lən Bakı şəhər biriciliyində ikinci, aprel 
ayında keçirilən Azərbaycan çempiona-
tında birinci, avqust ayında keçirilən 
Azərbaycan çempionatında ikinci yerə 
sahib çıxıb. 2015-ci ilin yanvar ayında 
güllə atıcılığı üzrə Bakı çempionatında birinci, aprel ayında 
Azərbaycan çempionatında yenə də birinci yeri tutub, idman 
ustalığına namizəd normasını yerinə yetirib. İyul ayında Qəbələ 
şəhərində keçirilən Beynəlxalq yarışda da uğurla iştirak edib. 
Məşqçi Olqa Stepanovanın inam və ümidlərini doğruldub.  
Rübabə Quluzadənin anası Məmləkət Əliyeva Qax rayo-
nunun Armudlu kəndindəndir. Rübabə 1998-ci il noyabr ayının 
27-də Qaxda anadan olub. Valideynləri də Azərbaycan Dövlət 
Bədən Tərbiyəsi və İdman Akademiyasını bitiriblər. Qardaşı Ra-
sim Quluzadə Azərbaycan Dövlət Sərhəd Xidməti Akademi-
yasının üçüncü kurs tələbəsidir. 
Hüseynova Sevinc Füzuli qızı Azərbaycan Texniki 
Universitetin Dəmiryol nəqliyyatı və təsərrüfat mühəndisliyi 
ixtisasına qəbul olunub.  


173 
Sevinc Hüseynova 1 sentyabr 1998-
ci ildə Naxçıvan Muxtar Respublikasının 
paytaxtı Naxçıvan şəhərində dünyaya 
gəlib. 2005-2014-cü illərdə Naxçıvan 
şəhər Xanım Qızlar Liseyində ümumi orta 
(9 illik) təhsil alıb, tam orta təhsilini bu il 
Naxçıvan şəhərindəki Afiyəddin Cəlilov 
adına məktəbdə tamamlayıb. 
Sevinc deyir ki, ixtisas seçimində heç 
də yanılmayıb. Ən çox sevdiyi fənlərdən biri elə riyaziyyatdır. 
Texniki elmlərə böyük maraq göstərir. Yuxarı siniflərdə oxuyar-
kən mühəndis olmağı arzulayıb. Seçdiyi ixtisasa da mükəmməl 
yiyələnəcəyinə əmindir. Tələbə adını qazandığına görə Sevil
Əsgər, Naibə, Fatma və digər müəllimlərə, xüsusilə 12 nömrəli 
məktəbin direktoru Əli Novruzova minnətdardır. Nənəsi Elmira 
xanımın, anası Ülviyyənin, babası Həsən müəllimin zəhməti 
əvəzsizdir. Onların etimadını, tələbə adını inamla doğruldacaq, 
ictimai işlərdə də fəal olmağa çalışacaqdır.  
Aysel Hüseynova 1991-ci ildən fəaliyyət göstərən, 
Qafqazda ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərb 
Universitetinə qəbul olunub.  
Hüseynova Aysel İsmayıl qızı 
1998-ci il noyabr ayının 3-də Bakı şəhə-
rində anadan olub. Nizami rayonundakı 
Azərbaycanın Milli Qəhrəmanı Məzahir 
Rüstəmov adına 32 nömrəli tam orta 
məktəbi bu il bitirib. İxtisas seçimi 
zamanı ona bir neçə dövlət və özəl ali 
təhsil müəssisəsi təklif edilib. Aysel isə 
təkidlə Qərb Universitetinin üzərində 
dayanıb və elə ön sırada Filologiya (Azərbaycan dili və ədə-
biyyatı) ixtisasını seçib. Seçimdə yanılmayıb. Qərb Universiteti 
yüksək keyfiyyətli kadr hazırlığı sahəsindəki nailiyyətlərinə 
görə UNESKO nəzdindəki Beynəlxalq Universitetlər Assosasi-
yasının, Qara Dəniz Hövzəsi Ölkələri Universitetləri İttifaqının, 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə