Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   2   3   4   5   6   7   8   9   ...   48


inkişafını möhkəmləndirən böyük həcmli xarici sərmayələrin 
cəlb olunmasında əsas rol oynamışdır. Bu nailiyyətlər milyon-
larla azərbaycanlının həyatını yaxşılaşdırmış və Azərbaycanın 
XXI əsrə müasir dövlət kimi daxil olmasına şərait yaratmışdır. 
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer: - 
Heydər Əliyev Azərbaycanın böyük lideri idi. O, böhranlar döv-
ründə öz ölkəsinə sabitlik gətirdi. Azərbaycan xalqı onun 
qoyduğu irs ilə fəxr edə bilər.  
Fransanın sabiq prezidenti Jak Şirak: - Bu qeyri-adi 
şəxsiyyət Azərbaycanı çiçəklənmə yoluna gətirib çıxarmışdır. 
Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze: - 
İyirminci əsr liderlər əsridir. Əsrin lideri isə Heydər Əliyevdir. 
Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. Bu 
gün Ümummilli Liderin siyasi irsini, idarəçilik fəaliyyətini və 
dövlətçilik fəlsəfəsini Prezidentimiz İlham Əliyev tərəfindən 
davam etdirilməsi bizi sevindirir.  
Dövlət başçımız 2003-cü ildə bu siyasəti davam etdi-
rəcəyini bildirmişdi: “Azərbaycan xalqına vəd etmişəm ki
Heydər Əliyevin siyasətini davam etdirəcəyəm, çünki o, yeganə 
düzgün siyasətdir. Mən ondan çox şeyi öyrənmişəm və onun 
təcrübəsini, məsələlərə baxşını öyrənməklə hələ çox şeyi əxz 
edəcəyəm. Hər hansı bir qərar qəbul etməzdən əvvəl düşünürəm 
ki, bu vəziyyətdə Heydər Əliyev necə hərəkət edərdi. Çalışıram 
ki, mənə inanan, mənə səs verən adamlar məndən razı qalsınlar. 
Prezident üçün ən yüksək mükafat onun ideyalarına inamdır, 
bunsuz işləmək çox çətindir, ona görə də mən çalışacağam ki, 
Heydər Əliyevin bütün prinsipləri həyatda öz təcəssümünü 
tapmaqda davam etsin”. 
Müstəqil Azərbaycan Respublikasının 25 illiyini böyük 
sevinc, qürur hissi ilə qeyd edirik. Heydər Əliyev Azərbaycan 
xalqının rifahını, milli dövlətçiliyimizin daha da güclənməsini 
hər şeydən üstün tutan vətənpərvər lider idi. Məhz Ulu Öndərin 
müdrik siyasi kursu, strateji dövlətçilik xətti müstəqil dövlə-
timizin bugünki uğur və nailiyyətlərinin əsas təminatçısıdır.  



Bu gün Azərbaycan Heydər Əliyev ideyaları işığında 
inkişaf edən və yüksələn bir ölkədir. Qürurla deyirik ki, Heydər 
Əliyev tarixdə müasir Azərbaycanın memarı, Azərbaycanı 
yenidən quran, onun müstəqilliyini əbədi və sarsılmaz edən 
şəxsiyyət kimi qalacaqdır.  
 
 Gülnaz Abdullayeva, 
Sabunçu rayonu, Bilgəh qəsəbəsi,  
Telman İsgəndərov adına  
142 nömrəli tam orta məktəbin  
direktoru, Əməkdar müəllim 
“Təhsil problemləri”, 
 16-23 oktyabr 2016-cı il 
 



 
PREZİDENT İLHAM ƏLİYEVİN 
FÜZULİ RAYONUNA BİR GÜNLÜK SƏFƏRİ 
 
zərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə-
lərin Ali Baş Komandanı İlham Əliyevin noyabrın 12-
də Füzuli rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərdə, yeni 
obyektlərin açılışında etdiyi çıxışlar xüsusilə biz məcburi köç-
künlərdə yaxın bir zamanda ölkəmizin ərazi bütövlüyünün təmin 
olunacağına, işğal altında olan torpaqlarımızın azad ediləcəyinə 
və doğma yurd yerlərinə qayıdacağımıza inam hissini artırdı.  
Prezident İlham Əliyev Horadiz şəhərinin mərkəzində 
ucaldılmış ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib. 
Dövlət başçısına Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı 
Alıyev məlumat verib ki, Ümumilli Liderin abidəsinin ucal-
dıldığı parkda son vaxtlar geniş abadlıq işləri görülüb və bu park 
rayon sakinlərinin ən sevimli istirahət mərkəzlərindən biridir. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin 
Ali Baş Komandanı İlham Əliyev səfər çərçivəsində rayon 
ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində 
əməliyyat şəraiti ilə tanış olub. Hərbçilərlə görüşüb və döyüşdə 
fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib. Ölkə başçısı 
bildirib ki, bu ilin aprel ayında Ermənistan dövlətimizə, 
xalqımıza qarşı növbəti silahlı təxribat törədib. Ordumuzun 
əsgər və zabitləri bu təxribata layiqli cavab veriblər. “Füzuli, 
Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 
2000 hektardan çox torpaq əks-hücum əməliyyatı nəticəsində 
işğalçılardan azad edilib. Minlərlə hektar torpağa bu gün 
Azərbaycan Ordusu tam nəzarət edir.  
Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə də 
Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi də Azərbay-
candır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında 
gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni 




dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel 
döyüşləri bunu bir daha təsdiq etdi”. 
Dövlət başçısı 1994-cü ilin yanvar ayında Füzuli rayonu 
ərazisində keçirilmiş uğurlu əməliyyatı xatırladaraq bildirib ki, o 
zaman 22 kənd işğaldan azad edilmişdir və bu böyük tarixi 
qələbə idi. “Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir 
daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə 
heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa 
etməliyik və edəcəyik”. 
 
 
 
Noyabrın 12-də Füzuli rayonunda “Azərxalça” Açıq 
Səhmdar Cəmiyyətinin ilk filialının – xalça kombinatının, 
Horadiz şəhərində yeni avtovağzalın və Dövlət Rəsm Qale-
reyasının açılışı olub. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə 
məlumat verilib ki, “Azərxalça” ASC-nin filialında 160 nəfər 
qadın işlə təmin olunub. Bu müəssisədə ayda 251 kvadratmetr 


10 
xalça istehsal ediləcək. Belə filialların Ağdam, Tovuz, Ağstafa, 
Qazax, Şəmkir, Quba, İsmayıllı, Xaçmaz və Qəbələ rayonların-
da da təşkil edilməsi nəzərdə tutulub. Müasir memarlıq üslubun-
da tikilmiş avtovağzal binasında sərnişinlər üçün lazımi şərait 
yaradılıb. Dövlət Rəsm Qalereyasında da fəaliyyət üçün böyük 
imkanlar var və binanın sahəsi 324 kvadratmetrdir. Rayonun 
digər müəssisə və təşkilatlarında olduğu kimi bu obyektlərdə də 
ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin 
Füzuli rayonuna səfərlərini əks etdirən guşələr yaradılıb. 
 
 
 
Dövlət başçısı məcburi köçkünlər üçün salınan yeni qəsə-
bədəki mövcud şəraitlə yaxından tanış olarkən Qaçqınların və 
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli 
Həsənov yeni yaradılan yaşayış məntəqəsi barədə ətraflı məlu-
mat verib. Komitə sədri bildirib ki, 417 hektar sahəni əhatə edən 
qəsəbədə 400 ev, 320 şagird yerlik məktəb, 120 yerlik uşaq bağ-
çası, tibb məntəqəsi, klub-icma mərkəzi, inzibati bina, poçt 
binası inşa edilib. Yeni salınmış qəsəbəyə digər fin tipli qəsə-


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə