Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə8/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   4   5   6   7   8   9   10   11   ...   48

32 
tərəfindən əsaslı təmir edilib, yeni avadanlıqlar alınıb və əyani-
texniki vəsaitlərlə zənginləşdirilib. Hazırda məktəbdə 850 şagir-
din təlim-tərbiyəsi ilə 45 müəllim məşğul olur. Pedaqoji kol-
lektiv müasir tələblər səviyyəsində çalışmaqla, öz müqəddəs 
vəzifəsini layiqincə yerinə yetirir.  
Fətdanə Əsədulla qızı Rəhimova (Ələkbərova) 19 iyun 
1959-cu ildə Balaxanı qəsəbəsində ziyalı ailəsində anadan 
olub. Atası Əsədulla Qənbərhüseyn oğlu Ələkbərov Azərbaycan 
Xalq Təsərrüfatı İnstitutunu bitirib, (indiki Azərbaycan Dövlət 
İqtisad Universiteti) uzun illər ticarət sistemində məsul vəzifə-
lərdə çalışıb. Anası Aniyə xanım Ələkbərova Azərbaycan Döv-
lət Universitetinin (indiki Bakı Dövlət Universiteti) professor, 
fars dili üzrə mütəxəssis idi. Yazıçı, ədəbiyyatşünas Şıxəli Qur-
banov, bəstəkar Cahangir Cahangirov və başqa tanınmış ziya-
lılar hər zaman bu evin ən əziz qonaqları kimi qarşılanıb. 
Fətdanə Rəhimova 1978-ci ildə Bülbül adına orta ixtisas 
musiqi məktəbini fortepiano üzrə bitirib, lakin bu sahəsində 
mütəxəssis olmaq fikrindən daşınıb, dilimizə, ədəbiyyatımıza 
daha çox maraq göstərib. Görünür ki, bu yöndə anasının da təsiri 
az olmayıb. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Univer-
sitetinin Filologiya fakültəsində Fərhad Zeynalov, Ağamusa 
Axundov, Mir Cəlal Paşayev, Pənah Xəlilov, Firuz Sadıqzadə və 
digər nəhəng simalardan, alimlərdən dilimizi, ədəbiyyatımızı 
dərindən öyrənib, mükəmməl təhsil alıb. Müəllimlik fəaliyyətinə 
isə 1989-cu ildə Balaxanıdakı 259 nömrəli tam orta məktəbdə 
başlayıb. Fənnini yüksək səviyyədə tədris etməklə bərabər, 
məktəbin və rayonun ictimai işlərində də fəallıq göstərib. 2003-
cü il may ayının 22-də Sabunçu Rayon Təhsil Şöbəsinin əmri ilə 
Cahangir Cahangirov adına 4 nömrəli tam orta məktəbə direktor 
təyin edilib. 
“Biz istəyirik ki, gənc nəsil bilikli olsun, eyni zamanda 
vətənpərvərlik ruhunda təshil alsın. Təhsil bizim gələcəyi-
mizdir, inkişaf perspektivlərimizi müəyyən edən ən başlıca 
sahədir”. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 
təhsilə belə yüksək dəyər verir və inkişaf perspektivlərimizin 


33 
təhsillə bağlı olduğunu diqqətə çatdırır. Fətdanə Rəhimova da 
həm məktəbin direktoru, həm də fənn müəllimi kimi işini bu 
istiqamətdə qurur və uğurla davam etdirir.  
O, məktəb pedaqoji kollektivinin və valideynlərin böyük 
hörmətini qazanıb. Onun müəllim və şagird nailiyyətlərinin 
artırılması naminə irəli sürdüyü təkliflər, reallaşdırılmasına nail 
olduğu tədbirlər hər zaman dəstəklənir.  
Müəllim əməyi şəfərlidir, təbii ki, şərəfli olduğu qədər də 
çətindir. Görkəmli Misir yazıçısı, dramaturq Əhməd Şavki də 
nəsihət edirdi, müəllimi yüksəklərə qaldırır və insanları sual 
edirdi: “Öz müəlliminizi dəstəkləyin və onu tərif edin. Çünki 
müəllim, demək olar ki, peyğəmbərdir. Siz şəxsiyyəti yaradan, 
yetişdirən və inkişaf etdirənlərdən daha görkəmli və hörmətə 
layiq birisini gördünüzmü?” Görkəmli satirik şair, “Nəsri-
maarif” cəmiyyətinin Balaxanı məktəbində qısa bir müddətdə 
müəllimlik etmiş Mirzə Ələkbər Sabir demişdir: “Həqiqi ananın 
ən şərəfli bəzəyi ədəbli, tərbiyəli cocuqdur”. Maarifpərvər, jur-
nalist, pedaqoq Həsən bəy Zərdabi də deyirdi: “Qadın bəşəriyyə-
tə ana və ilk tərbiyəçidir”. Niyə bu fikirləri qeyd edirəm? Çünki 
Fətdanə müəllim də sevimli anadır, istəkli nənədir. Övladları 
Ziynət və İlahə ali təhsilidir. İki oğlan və iki qız nəvəsi var.  
Nəvəsi Fatimə üçüncü sinif şagirdidir. 4 nömrəli tam orta 
məktəbdə oxuyur və sinfin ən fəal şagirdlərindən biridir. 
Balaxanı qəsəbəsindəki 4 nömrəli tam orta məktəbin 
direktoru Fətdanə Rəhimovaya rəhbərlik etdiyi pedaqoji kollek-
tivlə birlikdə gənc nəslin təlim- tərbiyəsində uğurlar diləyirik. 
 
 “Təhsil problemləri”, 01-07 yanvar 2017-ci il  
 


34 
ÖMRÜM BOYU ÇALIŞMIŞAM Kİ... 
 
Bakı şəhəri, Nizami rayonu
Ərəstun Mahmudov adına 220 nöm-
rəli məktəb-liseyin direktoru Almaz 
Əsgərovanın Nizami Rayon Təhsil 
Şöbəsinə ünvanladığı məktubunda de-
yilir: “220 nömrəli məktəbin rəhbər-
liyi bildirir ki, 1989-cu ildə Naxçıvan 
Dövlət Pedaqoji İnstitutunu Fərqlən-
mə diplomu ilə bitirmiş, 13 illik 
pedaqoji təcrübəyə malik Rzayeva 
Zeynəb Vəli qızı ibtidai siniflər üzrə 
direktor müavini vəzifəsinə dəvət 
edilmişdir. Z.Rzayeva ilə aparılan 
müsahibədən aydın olmuşdur ki, müəllimə öz işini bilən, yeni 
təlim texnologiyaları ilə işləmiş, ibtidai təlim metodikasının 
geniş təhlilini vermək bacarığına, təşkilatçılıq və idarəetmə 
qabiliyyətinə malik, öz üzərində çalışan, daim axtarışda olan bir 
ziyalıdır. Z.Rzayevaya iş yerindən verilmiş xasiyyətnamə də 
yuxarıda göstərilənləri təsdiq edir. Məktəbin ehtiyacını nəzərə 
alaraq, Rzayeva Zeynəb Vəli qızının direktor müavini vəzifəsinə 
işə götürülməsinə icazə verməyinizi Sizdən xahiş edirik”.  
2 sentyabr 2002-ci ildən 220 nömrəli məktəb-liseyə 
direktorun müavini təyin olunan Zeynəb Rzayevanın bugünədək 
keçmiş ömür yoluna və sonrakı həyatına, pedaqoji fəaliyyətinə 
qısa nəzər salaq. 
Z.Rzayeva 16 mart 1966-cı ildə Naxçıvan Muxtar Res-
publikası Şahbuz rayonunun Qarababa kəndində anadan 
olub.  1973-1983-cü illərdə Cəlil Məmmədquluzadə adına Şah-
buz qəsəbə orta məktəbində təhsil alıb. (Qarababa kəndi rayonun 
mərkəzi olan Şahbuz qəsəbəsinə bitişikdir). 1983-1984-cü illər-
də Vayxır Tikinti-Quraşdırma İdarəsində, 1985-ci ildə isə Şah-
buz rayonundakı Səməd Vurğun adına üzümçülük sovxozunda 
işləyib. 1985-ci ildə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna (indi 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə