Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə7/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   2   3   4   5   6   7   8   9   10   ...   48

29 
2012-ci il, səh. 53-56), qabaqcıl ibtidai sinif müəllimləri Gülnurə 
Əliyeva və Nərgiz Kərimovanı oxuculara tanıtmışam. (“Yenə də 
müəllimliyi seçərdi”, “Təhsil problemləri” qəzeti, 24-31 avqust 
2015-ci il. “İbtidai sinif müəllimi”, “Təhsil problemləri” qəzeti, 1-
7 oktyabr 2015-ci il. “Öyrədənlər, öyrənənlər, uğurlar”, “Elm və 
təhsil” nəşriyyatı, Bakı, 2016-cı il, səh. 85-90).  
Orucova Şəfayət Əlibala qızı 18 oktyabr 1971-ci ildə 
Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildə 88 nömrəli tam 
orta məktəbi bitirib və növbəti ildə Azərbaycan Dövlət Pedaqoji 
İnstitutun (indiki universitetin) Filologiya fakültəsinə daxil olub. 
Ali təhsilini tamamladıqdan sonra, 1994-cü ildən Ələt qəsəbə-
sindəki 110 nömrəli tam orta məktəbdə pedaqoji fəaliyyətə baş-
layıb. Şəfayət müəllim gənc nəslin təlim-tərbiyəsi işində həm-
karları arasında seçilənlərdən olub, rəhbər şəxslərin diqqətini 
çəkib. 2010-cu ildə onu direktor vəzifəsinə təyin ediblər. Ötən 
illər ərzində də böyük pedaqoji təcrübəyə və yüksək idarəetmə 
qabiliyyətinə yiyələnib.  
Şəfayət Orucova Azərbaycan Milli Elmlər Akademiyası-
nın dissertantıdır. 2012-ci ildə “Poeziyada yaşanan təbiət” 
məqaləsi “Dil və Ədəbiyyat” Beynəlxalq elmi-nəzəri jurnalın 2-
ci nömrəsində, “Poeziyada təbiət və mədəniyyət mövzusu” 
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Filologiya 
məsələləri” jurnalının 4-cü nömrəsində çap edilib. “Təhsil 
problemləri” qəzetində də bir neçə elmi məqaləsi dərc olunub.  
Gözəl pedaqoq, müəllim və tərbiyəçi olmaqla bərabər, 
Şəfayət xanım həm də yaxşı anadır. Böyük Azərbaycan yazıçısı 
Yusif Vəzir Çəmənzəminli deyib: “Ana insaniyyətin məşəl apa-
ranıdır”. Rus yazıçısı Maksim Qorki söyləyib: “Övladları 
tərbiyə etməyi bacarmaq istedad və geniş həyat təcrübəsi tələb 
edən böyük dövlət işidir”. Fransız şairi Beranje yaradıcılığında 
dəfələrlə vurğulayıb: “Ana qəlbi möcüzələr xəzinəsidir”. Yunan 
filosofu Diogen Stobeyli bu qənaətə gəlib: “Dövlətin əsası 
nədən ibarətdir? Gəncliyin tərbiyəsindən”. Şəfayət Orucova da 
anaya, müəllimə, tərbiyəçiyə xas olan müsbət keyfiyyətləri 
özündə cəmləşdirib. 


30 
Bakının Nizami rayonundakı 61 nömrəli tam orta 
məktəbin direktoru Zenfira Şıxəliyevanın dediklərindən: - 
Şəfayət müəllim ən yaxın həmkarlarımdan, rəfiqələrimdən 
biridir. 1994-cü ildən, onun hazırda çalışdığı məktəbə müəllim 
göndərildiyi dövrdən tanıyıram. O zaman Qaradağ Rayon Təhsil 
Şöbəsi fəaliyyət göstərirdi, mən də şöbədə - metodkabinetdə 
çalışırdım. Aylar, illər ötdü, biz daha da doğmalaşdıq. Şəfayət 
müəllim olduqca təvazökar, işinə məsuliyyətli, xeyirxah, incə 
qəlbli ana, xanım-xatın bir qadındır. Bir rəfiqə, dost kimi 
əvəzsizdir. Ağıllı, kamallı iki övladı var. Reyhan Azərbaycan 
Dillər Universitetinin tələbəsidir, dördüncü kursdadır. Cavid isə 
Azərbaycan Neft və Sənaye Universitetinin üçüncü kursunda 
oxuyur. Övladlarının təhsildəki uğurları bir ana kimi Şəfayət 
xanımı, bir rəfiqə kimi də məni sevindirir. Biz işimizlə əlaqədar 
tez-tez görüşə bilməsək də, hər zaman zəngləşir, bir-birimizdən 
xəbər tuturuq.  
Hər bir dövlətin tərəqqisi, dünya dövlətləri sırasında öz 
layiqli yerini tutması onun təhsilinin inkişafından, dünya təhsil 
sisteminə inteqrasiyasından asılıdır. Ulu öndər Heydər Əliyev 
dövlətin təhsil sahəsinə münasibətini belə ifadə etmişdir: 
“Biz müstəqil dövlət olaraq özümüzün təhsil sistemimizi istədi-
yimiz kimi qururuq. Bütün dünya ölkələrinin mütərəqqi təcrübə-
sindən istifadə edirik. Hesab edirəm ki, indiyə qədər yaranmış 
təməlin, əsasın üzərində Azərbaycan təhsili, məktəbi bundan 
sonra daha da təkmilləşəcəkdir”. 
Ölkəmizin gələcək inkişafı böyüməkdə olan nəslin təlim-
tərbiyəsindən asılıdır. Vətənpərvər, savadlı vətəndaşlar yetirmək 
ən ümdə vəzifələrimizdən biridir. Qaradağ rayonunun Ələt 
qəsəbəsindəki 110 nömrəli tam orta məktəbin pedaqoji 
kollektivi və direktoru Şəfayət Orucova da öz işlərini bu 
istiqamətdə yüksək səviyyədə qurur, uğurlu nəticələr əldə etmək 
əzmi ilə çalışırlar.  
 
 “Təhsil problemləri”, 24-31 oktyabr 2016-cı il  


31 
MÜƏLLİM ƏMƏYİ ŞƏRƏFLİDIR 
 
Sabunçu rayonunun Balaxanı 
qəsəbəsi Abşeronun qədim yaşayış 
məskənlərindən biridir. Qəsəbədə 
dörd ümumi təhsil məktəbi fəaliyyət 
göstərir. Onlardan birinə – 4 nöm-
rəli tam orta məktəbə Fətdanə 
Rəhimova rəhbərlik edir. Fətdanə 
müəllim görüşümüzdə əvvəlcə mək-
təbin tarixindən və bugünkü fəaliy-
yətindən söhbət açdı:  
– Məktəbin birinci mərtəbəsi 
1914-cü, ikinci mərtəbəsi isə 1927-
ci ildə tikilib. İkinci mərtəbə inşa 
olunanadək, yəni 1914-1927-ci illərdə burada qızlar məktəbi, 
uşaq bağçası və əsasən neft sənayesi üçün ixtisaslı fəhlə kadrları 
hazırlayan peşə məktəbi fəaliyyət göstərib. 1927-ci ildən 
etibarən bu binada ümumtəhsil məktəbi fəaliyyətə başlayıb. 
Sovet dövründə məktəbdə tədris yalnız rus dilində aparılıb, 
müəllim və şagirdlərin əksəriyyətini ruslar və ermənilər təşkil 
edib. Kənd sakinləri isə bu təhsil ocağını“rus məktəbi” kimi 
tanıyıblar. Alman faşizminə qarşı Böyük Vətən müharibəsi 
dövründə, yəni 1941-1945-ci illərdə bina hospital kimi istifadə 
olunduğundan məktəb fəaliyyətini başqa bir binada davam 
etdirib.  
Müstəqilliyimizin ilk illərindən məktəbdə tədrisin rus 
dilində aparılması tədricən dayandırılıb və hazırda ingilis və rus 
dilləri xarici dil kimi tədris olunur. Məktəb 1994-cü ildən 
Balaxanı kəndində doğulub boya-başa çatmış və bu məktəbdə 
təhsil almış görkəmli bəstəkar Cahangir Cahangirovun adını 
daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliye-
vin Sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun 
qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın 
Əlavə Tədbirlər Planına əsasən Bakı Şəhər İcra Hakimiyyəti 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə