Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə15/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   11   12   13   14   15   16   17   18   ...   48

57 
davam etdirir. Ağdam rayonunun Gülablı kəndində qeydiy-
yatdadır və hazırda Əhmədli qəsəbəsində yaşayır.  
Leyla müəllim 1977-ci ildə Sovet Azərbaycanın 60 illiyi 
adına Stepanakert (keçmişdə və indi də Xankəndi) Pedaqoji 
İnstitutunun qiyabi şöbəsinə daxil olub və 1982-ci ildə İbtidai 
təhsil pedaqogikası və metodikası ixtisası üzrə tam kurs bitirib 
və ona ibtidai sinif müəllimi ixtisası verilib. O, 1985-ci ildə 
Marksizm – Leninizm Universitetində ali siyasi təhsil də alıb. 
Universiteti fəqlənmə diplomu ilə bitirən Leyla müəllim harada 
çalışmasından asılı olmayaraq hər zaman vəzifəsinə tam məsu-
liyyətlə yanaşıb. Həmişə uğurlu fəaliyyət göstərib və kollektivin 
dərin hörmətini qazanıb.  
O, “Ağdam” rayon qəzetinin 28 dekabr 1991-ci il tarixli 
nömrəsində dərc edilmiş “Əsas sima” məqaləsində müəllim pe-
şəsini, müəllim əməyini yüksək dəyərləndirib: “Müəllim mək-
təbdə əsas simadır. Müəllim heç vaxt unutmamalıdır ki, o, 
müasir gənc nəslin tərbiyəçisidir. Onun hər bir hərəkəti şagird-
lərin diqqətindən yayınmır. Müəllimin dərs dediyi mövzuları, 
fənni bilməsi azdır. O, öyrətdiyi fənnin metodikasını dərindən 
bilməli və şagird şəxsiyyətinə daim hörmət etməyi bacarmalıdır. 
Şagirdlərlə müəllim arasında həmişə səmimiyyət olmalıdır”.  
“Təhsilin humanistləşdirilməsi ili” ilə əlaqədar keçirilən 
müsabiqədə birinci kateqoriyalı ibtidai sinif müəllimi Leyla 
Qarayeva Sabunçu rayonu üzrə birinci yeri tutub. “Maarifçi” 
qəzeti 1 oktyabr 1997-ci il tarixli nömrəsində digər qabaqcıl 
müəllimlərlə yanaşı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi 
Leyla müəllimin də adını qeyd edib. “Azərbaycan müəllimi” 
qəzeti 23 yanvar 1998-ci ildə Sabunçu rayon müəllimlərinin 
yanvar konfransından oxuculara təqdim etdiyi məqalədə 
Sabunçu Rayon Təhsil Şöbəsinin metodisti Böyükbacı 
Abbasovanın çıxışının bəzi məqamlarını diqqətə çatdırıb. 
Metodist çıxışında vurğulayıb ki, təcrübəli müəllimlərin, o 
cümlədən  Leyla Qarayevanın da pedaqoji təcrübəsi 
öyrənilərək məktəblər arasında yayılıb.  


58 
29 dekabr 2000-ci ildə məktəbin 30 illiyi ilə əlaqədar 
olaraq gənc nəslin təlim-tərbiyəsində qazandığı uğurlara görə 
Tərifnamə ilə təltif edilən Leyla müəllim 1998-ci ilin oktyabr 
ayında Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazır-
lanma İnstitutunda (indiki Təhsil İşçilərinin Peşəkar İnkişafı 
İnstitutunda) təhsilini artırıb və sertifikata layiq görülüb. 2008-
2009-cu dərs ilində birinci sinifdə işləyəcək müəllimlər üçün 
yeni fənn kurikulumlarının tətbiqi sahəsində təlim kursunu 
dinləyib və bu barədə ona Bakı Şəhəri üzrə Təhsil İdarəsi 
sertifikat verib. Leyla müəllim Təhsil Problemləri İnstitutunun 
(indiki Təhsil İnstitutu) Təhsil Texnologiyaları Mərkəzində 
“Həyati bacarıqlara əsaslanan təhsil üzrə təlim” kursunu da 
bitirib və müvafiq sertifikat alıb. Elə bu ünvanda 2015-ci ilin 
noyabr ayında “Həyat bilgisi” kursunu da müvəffəqiyyətlə 
bitirib. Təlim kursunda verilən biliyi yüksək səviyyədə mənim-
səməsini ona təqdim olunan sertifikat da təsdiq edir. Leyla 
müəllim müntəzəm şəkildə bilik və bacarıqlarını artırır ki, bu da 
ona fəaliyyətində uğur qazandırır. 
Leyla Qarayeva ömür-gün vəfalısı Qarayev Zabil Əliş oğlu 
(ötən il dünyasını dəyişib, Allah rəhmət etsin) ilə birlikdə bir 
oğul, bir qız övladı böyüdüb, tərbiyə edib, ali təhsil verib və 
Vətənə layiq vətəndaş kimi yetiriblər. Zamiq Azərbaycan Dövlət 
İqtisad Universitetini bitirib, bankda ixtisası üzrə işləyir. Lamiyə 
isə Azərbaycan Kooperasiya Universitetində İngilis dili 
müəllimi ixtisasına yiyələnib. Leyla müəllimin şirin-şəkər iki 
nəvəsi var. 
Pedaqoji fəaliyyətinin 40 və anadan olmasının altmış illik 
yubileyi münasibəti ilə biz də Leyla müəllimi təbrik edir, ona 
uzun ömür, möhkəm cansağlığı və pedaqoji fəaliyyətində, gənc 
nəslin təlim-tərbiyəsində yeni uğurlar arzulayırıq. 
 
 “Təhsil problemləri”, 08-15 dekabr 2016-cı il  


59 
MƏQSƏDİNƏ NAİL OLAN MÜƏLLİM 
 
Həyatda məqsəd – insan ləyaqətinin və 
insan xoşbəxtliyinin ürəyidir. 
 
K.D.Uşinski (1824-1870), rus pedaqoqu 
 
Məmmədova Vəfa Arif qızı. Bu 
ad və soyadı Sabunçu rayonundakı 
Cəlal Məmmədyarov adına 155 nömrəli 
tam orta məktəbdə müəllim, şagird və 
valideynlər hörmətlə çəkirlər. Təsadüfi 
deyil ki, məktəbin direktoru Zöhrə 
Məhəmmədova cari tədris ilinin əvvə-
lində Bakı şəhəri üzrə Təhsil İdarəsinə 
onun təltif olunması üçün pedaqoji 
fəaliyyəti, uğurları barədə təqdimat 
göndərib və məktəb rəhbərliyinin bu 
istəyi reallaşıb.  
Təhsil naziri Mikayıl Cabbarovun Beynəlxalq Müəl-
limlər Günü ərəfəsində - 4 oktyabr 2016-cı ildə imzaladığı 
əmrlə “Azərbayan Respublikası Təhsil Nazirliyinin Fəxri 
Fərmanı” ilə təltif edilən müəllimlər arasında Vəfa Məmmə-
dovanın da adı yer alıb. Bu təltif, onun gənc nəslin təlim-
tərbiyəsindəki nailiyyətlərinin dəyərləndirilməsi pedaqoji 
kollektivdə xoş əhvali-ruhiyə yaradıb, Vəfa müəllimin özünü isə 
daha fəal, işgüzar olmağa, gələcəkdə yeni təltiflərə nail olmağa 
ruhlandırıb. Heç şübhəsiz ki, hər bir peşə sahibi, o cümlədən 
müəllim də öz qüvvəsinə, bilik və bacarığına tam inandığı vaxt 
istəyinə, məqsədinə nail olur.  
Təhsil Nazirliyinin noyabr ayının ortalarında ictimai müza-
kirəyə təqdim etdiyi “Azərbaycan Respublikasında ümumi təhsi-
lin dövlət standartları” layihə sənədinin 6.4 bəndində deyilir:  
“Ümumi təhsil sistemində çalışan təhsilverənlər əsasən, 
aşağıdakı keyfiyyət göstəricilərinə malik olmalıdırlar:  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə