Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə17/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   13   14   15   16   17   18   19   20   ...   48

63 
9. 
Amerika Dövlət Departamentinin dəstəyi ilə 
“Beynəlxalq idman proqramı- Azərbaycanda Əlil idmanı” 
təlimlərində iştirak. ABŞ, Massaçusett ştatı, Amherst şəhəri. 
Sentyabr 2014-cü il. 
10.  Azərbaycan Respublikası Təhsil Nazirliyi və “British 
Council” dəstəyi ilə keçirilən “TOP play and Sport Proqramme”. 
Fevral 2015-ci il. 
11. Atletikada Liderlik və Mükəmməllik Proqramı (LEAP-
2017) çərçivəsində təşkil edilmiş“Gənc liderin hazırlığı” təlim 
kursu. Dekabr 2015-ci il. 
12. 
“TOP proqramı-təhsilalanların fiziki sağlamlığı, 
psixoloji dayanaqlığı və təlim nailiyyətlərinin yüksəldilməsi”. 
Fevral 2016-cı il. 
13. Azərbaycanda Uşaq və Gənclər üçün Milli İdman 
Proqramlarının hazırlanması üzrə hökuməti təmsil tərəfdaşlar 
üçün hazırlanmış seminarda iştirak. May 2016-cı il. 
Emil Qaybalıyev 13 iyul 1977-ci ildə Bakı şəhərində 
anadan olub. 1994-cü ildə Xətai rayonundakı 17 nömrəli tam 
orta məktəbi bitirib. 1995-1999-cu illərdə Azərbaycan Dövlət 
Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb və ona ali 
peşə istiqaməti üzrə bakalavr dərəcəsi verilib. 1999-2000-ci 
illərdə ordu sıralarında xidmət edib. Çavuş rütbəsindədir. 16 
oktyabr 2000-ci ildə 27 nömrəli məktəbə bədən tərbiyəsi 
müəllimi təyin edilib. 2006-2009-cu illərdə akademiyada Fiziki 
tərbiyənin nəzəri metodikası ixtisasıüzrə magistr dərəcəsində 
təhsilini artırıb. 2010-cu il yanvarın 1-dən- 16-dək Latviyanın 
Sigulda şəhərində təcrübə mübadiləsində iştirak edib. 1 oktyabr 
2001-ci ildən 30 aprel 2002-ci ilədək Bakı Pedaqoji Kadrların 
İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda (indiki Təhsil 
İşçilərinin Peşəkar İnkişafı İnstitutunda) Bədən tərbiyəsi üzrə 
ixtisasartırmadan keçib. 2009-2010-ci tədris ilində Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 
keçirilmiş“100 ən yaxşı müəllim” müsabiqəsinin qalibi olan 
Emil Qaybalıyev 2012-ci ildə Təhsil Nazirliyinin qrifi ilə nəşr 


64 
edilmiş“Ümumtəhsil məktəblərinin 5-11-ci siniflərində fiziki 
tərbiyə” müəllimləri üçün vəsaitin də müəllifidir. 
Emil müəllim söyləyir ki, idmanla məşğul olmaq ilk 
növbədə sağlamlıqdır. İdman orqanizmi inkişaf etdirmək və 
möhkəmləndirmək məqsədini güdən bədən hərəkətləridir. Son 
illərdə ölkəmizdə həm olimpiya, həm də qeyri-olimpiya idman 
növləri sürətlə inkişaf edir. Bunun nəticəsi olaraq əgər ötən əsrin 
əvələrində 10-15 idmançımız var idisə, indi yüzlərlə çempion 
adını qazanıb qızıl medala sahib olan idmançımız var. “Bakı-
2015” Birinci Avropa Oyunlarında idmançılarımız bütövlükdə 
56 medal, o cümlədən 21 qızıl medal qazanmış, ümumi medallar 
cədvəlində isə ikinci yeri tutmuşdur.  
Birinci Avropa Oyunlarında qalib gəlmiş idmançılarımız, 
onların məşqçiləri, Azərbaycan idman ictimaiyyətinin nümayən-
dələri və oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla 
2016-ci il iyunun 29-da keçirilmiş görüşdə Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev demişdir: “İdman 
hər bir ölkənin ümumi inkişafını göstərir. Əgər idmanda böyük 
nəticələr əldə edən ölkənin siyahısına baxsanız,- bu Oyunlar da 
bunun bariz nümunəsidir,- görərsiniz ki, birinci sıralarda ancaq 
hərtərəfli cəhətdən inkişaf etmiş ölkələrdir... İdmanda əldə 
edilən uğurlar müəyyən bir baza əsasında yaranır. Bu bazanı biz 
yaratmışıq. Artıq neçə ildir ki, biz idmanın inkişafı ilə çox ciddi 
məşğul oluruq. İdmançılar, klublar, federasiyalar, Gənclər və 
İdman Nazirliyi, biz hamımız birlikdə idmanı inkişaf etdiririk”.  
Bu sahədə ümumtəhsil məktəblərimizin də rolu danıl-
mazdır. 
Bakı şəhəri, 27 nömrəli tam orta məktəbin fiziki tərbiyə 
müəllimi Emil Qaybalıyevə işində uğurlar diləyirik. İnanırıq ki, 
gələcəkdə daha yüksək təltiflərə layiq görüləcəkdir. 
 
 “Təhsil problemləri”, 08-15 dekabr 2016-cı il 
 


65 
MƏHRUBƏ MÜƏLLİM 
 
Direktor Şəfayət Orucova ilə vədə-
ləşdiyimiz gün – oktyabr ayının 13-də 
Qaradağ rayonunun Ələt qəsəbəsindəki 
Seyfulla Məmmədov adına 110 nömrəli 
tam orta məktəbə getdim. Pedaqoji kol-
letivin nailiyyətləri haqqında az-çox 
məlumatım vardı. Məqsədim təhsil oca-
ğının, direktorun və ən fəal müəllimlərin 
uğurları barədə çalışdığım “Təhsil prob-
lemləri” qəzeti üçün məqalə hazırlamaq 
idi. Kifayət qədər məlumat toplayıb, 
qeydlər apardım. Gözləmədiyim halda 
Şəfayət müəllim dedi: 
-Siz bizim məktəbin müvəffəqiyyətləri, qabaqcıl müəllim-
lərimiz haqqında əvvəllər də yazmısınız, onların məqalələrini 
qəzetinizdə dərc etdirmisiniz. Bəs qəsəbədəki digər məktəblərdə 
də olmusunuzmu? 127 nömrəli tam orta məktəbdə də pedaqoji 
ictimaiyyətə tanıdılası müəllimlər var. Zəng edim, 127 nömrəli 
məktəbə də gedin, direktor Mərhəməd Məmmədov və müəllim-
lərlə söhbətləşin. 
Qəsəbədaxili işləyən 1 nömrəli avtobusla həmin məktəbə 
yollandım. Direktor məni çox səmimiyyətlə qarşıladı, pedaqoji 
kollektivin işindən söhbət açdı və ən fəal müəllimlərlə tanış etdi. 
Hələlik onlardan birini – ibtidai sinif müəllimi Məhrubə Eyva-
zovanı oxucularımıza tanıdıram.  
Eyvazova (Babayeva) Məhrubə Nüsrət qızı 29 iyun 
1976-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbdə yaxşı 
oxumaqla bərabər, ictimai işlərdə də fərqlənib, tədbirlərdə fəal 
iştirak edib. Uşaq birliyi təşkilatının işinə yaxından kömək 
göstərib. Çox zaman şənliklərdə aşağı sinif şagirdləri ilə birlikdə 
olmağa üstünlük verib. Uşaqlara olan sevgisi qəlbinə hakim 
kəsilib, gələcəkdə müəllim olmağı arzulayıb. İllər ötdükcə bu 
istək qərara çevrilib. 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə