Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə25/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   21   22   23   24   25   26   27   28   ...   48

97 
MÜSTƏQİLLİYİMİZİN 25 İLLİYİNƏ                                
HƏSR OLUNMUŞ TƏDBİRDƏ 
 
 
 
Dekabrın 21-də Sabunçu rayonunun Bakıxanov qəsəbə-
sindəki 271 nömrəli tam orta məktəbdə Dövlət Müstəqilli-
yimizin 25 illiyinə həsr olunmuş tədbir keçirildi. 
  Tədbirdə aparıcılar – onbirinci sinif şagirdləri Səyal 
Mustafayeva və Mühəmməd Cavadovun müstəqilliyimiz 
haqqında söylədiklərini müəllim, şagird və valideynlər 
diqqətlə dinlədilər: 
- Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir. 
Müstəqil yaşamaq, taleyinin sahibi olmaq, öz dövlətini qurmaq 
hər bir xalqın arzusudur. Azərbaycan xalqı da həmişə bu istəklə 
yaşamışdır. Tarixdə zaman-zaman müxtəlif adlar altında müs-
təqil Azərbaycan dövlətləri mövcud olmuşdur. Biz müxtəlif 
dövrlərdə tarixi Azərbaycan torpaqlarında yaradılmış Şirvanşah-
lar, Eldəgizlər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər dövlətlərinin 
adını çəkə bilərik. Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi 
qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Tale elə 
gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək


98 
özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Təəssüf ki, 
birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq 
təminatın olmaması səbəblərindən itirildi. 1918-ci ildə qurulmuş 
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Bu Şərqdə 
yaradılmış ilk demokratik Respubika idi.  
70 ildən sonra Sovet imperiyası dağıldı və Azərbaycan 
xalqına yenidən öz milli müstəqilliyinə qovuşmaq səadəti nəsib 
oldu. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali 
Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi 
haqqında Konstitusiya Aktı" qəbul olundu. 
Azərbaycan Respublikasında 1991-ci il dekabrın 29-da 
ümumxalq səsverməsi keçirildi. Referendum bülleteninə bir 
cümlə yazılmışdı: "Siz "Azərbaycanın dövlət müstəqilliyi haq-
qında Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi 
Konstitusiya Aktı"na tərəfdarsınızmı?" Azərbaycan xalqı yek-
dilliklə respublikanın dövlət müstəqilliyinə tərəfdar çıxdı. 
Müstəqilliyi elan edilmiş Azərbaycan Respublikası çox 
mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başlamışdı. Onun 
müstəqilliyini dünya dövlətləri tanıdı. Azərbaycan Respubli-
kasını ilk olaraq 1991-ci il noyabrın 9-da Türkiyə Cümhuriyyəti, 
sonra Rumıniya, Pakistan, İsveçrə, İran, ABŞ, və başqa dövlətlər 
tanıdılar. 2 mart 1992-ci ildə Azərbaycan BMT-yə üzv qəbul 
olundu. 
Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız 
yenidən onu itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənis-
tan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas almış 
Qarabağ müharibəsi, digər tərəfdən dövlət rəhbərliyində olan 
səbatsız, səriştəsiz adamların yeritdikləri səhv siyasət və daxildə 
gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin 
beşiyindəcə boğulması təhlükəsini yaratdı. Ancaq böyük siyasi 
təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə 
qayıdışı ilə bu təhlükə sovuşdu. 
Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu, 
xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini 


99 
qazanan Ulu Öndər kimi qalmışdır. Xalqımzın tarixi taleyində, 
mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda
:
 
misilsiz xidmətlər göstərən bu dövlət xadimi müstəqilliyini itir-
mək təhlükəsi ilə üz-üzə qalan respublikanı çiçəklənən, inkişaf 
edən bir diyara çevirdi. Bugünkü Müstəqil Azərbaycan dövləti 
ümummilli liderimiz Heydər Əliyevin şah əsəridir. 
Qısa müddətdə müstəqil Azərbaycan siyasi, sosial-iqtisadi, 
mədəni sahələrdə böyük nailiyyətlər qazanmışdır. Respubilika-
mızda dövlət müstəqilliyinin bütün atributları bərqərar edilmiş-
dir. Dövlət gerbi, himn, üçrəngli bayraq müstəqil dövlətimizin 
rəmzləridir. 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusi-
yası qəbul olundu.  
Bu gün paytaxda, bölgələrdə genişmiqyaslı tikinti-abadlıq 
işləri aparılır.Yeni tikilən göydələnlər, nəhəng körpülər, rahat 
yollar müstəqil Azərbaycanın getdikcə artan iqtisadi qüdrətindən 
xəbər verir. Müstəqil dövlətimizin qədrini bilmək, onu qorumaq, 
inkişafına əlimizdən gələn köməyi göstərmək hər birimizin 
müqəddəs borcudur. 
Prezident İlham Əliyevin oktyabrın 11-də imzaladığı 
dövlət müstəqiliyinin bərpasının 25-ci ildönümü haqqında 
sərəncamda deyilir: “Ötən 25 il ərzində Azərbaycan xalqı 
dövlət quruculuğu prosesində ən ümdə amal, arzu və niyyətlərini 
gerçəkləşdirərək bütün sahələrdə əldə etdiyi nailiyyətlərlə haqlı 
olaraq fəxr edə bilər.  
Uğurlu daxili və xarici siyasət sayəsində dövlətçilik 
ənənələri möhkəmlənib, iqtisadiyyat inkişaf edib, mədəniyyə-
timiz zənginləşib. Müstəqil Azərbaycan Respublikası bu gün hər 
bir vətəndaş və xaricdə yaşayan soydaşımız üçün əsl qürur 
mənbəyidir”. 
Tədbirdə Məmməd Arazın, Nəriman Həsənzadənin, Bəxti-
yar Vahabzadənin, Əjdər Olun, Nəbi Xəzrinin, Tofiq Bayramın 
və Solmaz Şirinin şeirlərini Nuray Əsgərova, Afaq Abdullayeva, 
Pəri Əliyeva, Fatimə Orucova, Nuray Abbaslı, Ayşən Vəliyeva, 
Kamran Əliyev və digər şagirdlər söylədilər.  


100 
Azərbaycan Dövlət Pedaqoji Universitetin professoru Əli 
Hüseynov və məktəbin direktoru Səməndər Məmmədov çıxış 
edərək Dövlət Müstəqilliyimizdən, ümummilli lider Heydər 
Əliyevin Azərbaycan xalqına və dövlət müstəqilliyimizə 
göstərdiyi müstəsna xidmətlərindən söhbət açdılar. 
Azərbaycan dili və ədəbiyyat müəllimi Badisəba Səfə-
rovanın rəhbərliyi ilə hazırlanıb reallaşdırılan tədbiri məktəbin 
direktoru Səməndər Məmmədov yekunlaşdırdı. 
 
 “Təhsil problemləri”, 24-31 dekabr 2016-cı il 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə