Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   23   24   25   26   27   28   29   30   ...   48

104 
25 illik müstəqillik tariximizi üç mərhələyə ayırmaq 
mümkündür. Birincisi, 1991-1993-cü illər, ikincisi, ümummilli 
lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1993-2003-
cü illər, üçüncüsü isə Prezident İlham Əliyevin respublikamıza 
rəhbərlik etdiyi dövrdür.  
 
 
 
Müstəqilliyimizin birinci mərhələsində erməni silahlı 
qüvvələrinin torpaqlarımıza təcavüzü, ölkəmizdə baş verən 
hadisələr, siyasi çəkişmələr, iqtisadi çətinliklər və digər faktorlar 
Azərbaycanı məhv olmaq təhlükəsi iləüz-üzə qoymuşdu. Əgər 
xalqın tələbi ilə ulu öndər Heydər Əliyev 1993-cü ilin iyun 
ayında hakimiyyətə qayıtmasaydı, xalqımız və dövlətimizin 
taleyi sual altında olardı.  
Ulu öndər Heydər Əliyevin adı təkcə Azərbaycanın müstə-
qilliyinin xilaskarı kimi yox, həm də müasir Azərbaycan dövləti-
nin banisi və qurucusu kimi tarixə qızıl hərflərlə yazılıb. Azər-
baycanın dövlət müstəqilliyini bütün varlığı ilə sevən və uca 
tutan Heydər Əliyev onu daim yüksək qiymətləndirib, “Müstə-
qillik Azərbaycan xalqının ən böyük sərvətidir” demişdir. Azər-
baycanın tutduğu inkişaf yolu Ulu Öndərin xilaskarlıq missiya-
sını öz üzərinə götürməklə başlanıb. Bu yol Müstəqillik yoludur.  


105 
 
 
 
Müstəqillikdən başlanan yol mühüm uğurlarla zəngin-
ləşərək gələcəyə doğru davam edir. Azərbaycan bu mərhələləri 
böyük əziyyətlə, zəhmətlər bahasına olsa da keçib. Artıq 25 ildir 
ki, müstəqillik yolu ilə addımlayırıq. Dövlət başçısı İlham 
Əliyevin müəyyən etdiyi strateji istiqamət əsasında Azərbaycan 
yeni inkişaf mərhələsinə qədəm qoyub. Ötən 25 il Azərbaycan 
tarixinin “qızıl əsri” hesab oluna bilər. Bir çox xalqlar öz tarixlə-
rində “qızıl əsr” tapa bilmir. Amma Azərbaycan xalqının “qızıl 
əsri” bizim yaşadığımız bu günlərdir. İnanırıq ki, bu “qızıl əsr” 
uzun əsrlər boyu davam edəcək, əbədi və sarsılmaz olacaqdır. 
İqtisadiyyatımız daha da inkişaf edəcək, daha möhtəşəm nailiy-
yətlər qazanılacaq, xalqımız müstəqil dövlətin verdiyi bütün 
imkanlardan daha geniş və faydalı şəkildə istifadə edəcəkdir.  
Qət etdiyimiz 25 illik müstəqillik yolu ölkəmiz üçün 
olduqca məhsuldar olub. Əsrin dörddə birinə bərabər olan bu 
zaman ərzində Azərbaycanın inkişafının təməl pillələri qoyulub. 
Siyasi, iqtisadi, mədəni, idman kimi sahələrdə əldə edilən uğur-
lar ölkəmizə dünya miqyasında böyük şöhrət qazandırıb. 
Bu gün müstəqil Azərbaycanı yeni-yeni uğurlara aparan 
güclü liderimiz var. Bayraqlar içərisində bayrağımızı, imzalar 
içində imzamızı qoruyan rəhbərin ətrafında birləşmişik. Azər-


106 
baycan xalqı hər an Azərbaycan Respublikasının Prezidenti, Ali 
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağın azadlığı 
uğrunda mübarizəyə hazırdır.  
 
 
 
Ədəbi-bədii kompoziyada “Əsrə bərabər 25 il”, “Müstəqil 
Azərbaycan 25 il”, “Dədə Qorqudun torpaq haqqında deyimləri” 
və digər video sujetlər nümayiş etdirildi. Şagirdlər “Azərbay-
can”, “Azərbaycanda”, “Yaşa Azərbaycan”, “Azərbaycanım” 
mahnılarını, “Azəri”, “Bayraq” rəqslərini və başqa mahnı və 
rəqsləri ifa edib, Vətənimizi, xalqımızı, uğurlarımızı vəsf edən 
şeirlər söylədilər. Dədə Qorqudun torpaq haqqında deyimlərini 
tamaşaçılara çatdıran video sujetdən sonra musiqi sədaları 
altında şagirdin Dədə Qorqud geyimində səhnəyə gəlişi, Vətən, 
torpaq haqqında alqış söyləməsi, digər bir şagirdin də “Gün o 
gün olsun ki, bu üçrəngli bayrağımız Şuşa qalasında 
dalğalansın” deməsi xoş təsir bağışladı və alqışlarla qarşılandı.  
Geyimləri ilə də üçrəngli bayrağımızı, müstəqilliyimizi 
diqqətə çatdıran, tədbir iştirakçılarını sevindirən şagirdlər ədəbi-
bədii kompozisiyanı 5 nəfərin halqa, 5 nəfərin top, 5 nəfərin isə 
lentlə ifa etdiyi “İdman” rəqsindən sonra xorun ifasında 
“Azərbaycanım” mahnısı ilə tamamladılar.  


107 
Məktəbin direktoru Zöhrə Məhəmmədova, direktorun 
müavinləri, müəllim və valideynlər çıxış edərək, ibtidai sinif 
müəllimi Vəfa Məmmədovanın və üçüncülərin əməyini, 
uğrunu dönə-dönə qeyd etdilər. Vəfa müəllim də məktəbin 
rəhbərliyinə, valideynlərə minnətdarlığını bildirdi. Valideynlərin 
öz övladlarının uğuruna, istedadına sevincləri hədsiz idi. Bunu 
onların tədbirdən sonrakı söhbətləri də sübut edirdi.  
 
 “Təhsil problemləri”, 16-23 dekabr 2016-cı il 


108 
RESPUBLİKA GÜNÜ QEYD OLUNDU 
 
28 may – Respublika Günü münasibəti ilə mayın 26-da 
Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 271 nömrəli tam 
orta məktəbdə bayram tədbiri keçirildi. Tarix müəllimi Xatirə 
Əsədovanın rəhbərliyi ilə yuxarı sinif şagirdlərinin hazırladığı 
tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, 
fəaliyyəti və 1920-ci il aprelin 28-də Sovet Rusiyası tərəfindən 
işğalı haqqında ətraflı söhbət açıldı.  
 
 
 
Qeyd olundu ki, tarixi dəfələrlə sübut edib, müstəqilliyi 
qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək 
sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi 
bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə 
müstəqillik əldə etmək, özünün suverən dövlətini yaratmaq 
imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili 
çəkişmələr və beynəlxalq təminatın olmaması səbəblərindən 
itirildi. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti 
cəmi 23 ay yaşadı. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. 
Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə