Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə35/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   31   32   33   34   35   36   37   38   ...   48

143 
zaman unudulmur. Azərbaycan Respublikasının Prezidenti 
İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə Uşaq 
Hüquqları Konversiyasının 20 illiyi ilə əlaqədar 2009-cu il 
ölkəmizdə “Uşaq ili” elan olunmuşdur. 
Ölkəmizdə uşaqların təhsilinə, sağlamlığına, hüquqlarının 
qorunmasına böyük diqqət yetirilir. Heydər Əliyev Fondunun 
prezidenti Mehriban Əliyevanın körpələrə, kimsəsiz uşaqlara, 
məktəblilərə göstərdiyi böyük diqqət və qayğı danılmazdır. 
Ölkəmizdə bütün uşaqlar təhsilə cəlb olunduğu halda, bu gün 
dünyada təxminən 63 milyon uşaq məktəbə getmək imkanından 
məhrumdur, hər il milyonlarla uşaq və yeniyetmə dərsləri 
yarımçıq qoymaq məcburiyyətindədir.  
 
 
 
Dördüncülərin “Çiçəklən, Azərbaycan” adlı tədbirin-
dən bəzi məqamları oxucularımızın diqqətinə çatdırırıq. 
Şəms:  Dörd ildir ki, Sayad müəllim bizə dərs deyir. Biz 
onu anamız qədər sevirik. Əminəm ki, o da bizi sevir.  
Xədicə: Uşaqlar, müəllimə bizə o vaxt çox sağ olun 
deyəcək ki, biz onun etimadını gələcəkdə də doğruldaq. Yuxarı 
siniflərdə də yaxşı oxuyaq, Sayad və digər müəllimlərimizin 
zəhmətini yerə vurmayaq. 


144 
Şəms: Amma bu gün isə biz burada dörd ildə qazan-
dığımız bilik və bacarıqlarımızı nümayiş etdirməliyik. 
Məmmədli, Mehriban, Pərizad və Fidan söylədilər: Bu 
gün bu gözəl zalda böyük sevinclə bayram etməyimizə görə ilk 
növbədə ulu öndərimiz Heydər Əliyevə və onun davamçısı, 
prezidentimiz İlham Əliyevə minnətdarıq. Məktəbimizin qayğı-
sını çəkib, onu ecazkar bir hala gətirən dövlət və hökümət 
işçilərinə, dərslərimizin müasir tələblərə uyğun təşkil edilməsini 
təmin edən, sadə və mehriban insan, məktəbimizin direktoru 
Əlislam müəllimə çox sağ olun deyirik. Bütün bu qayğıkeş 
insanlar qarşısında biz şagirdlərin bir vəzifəsi var. Əsrlər boyu 
babalarımızın qoruyub bizə verdiyi vətəni sevmək, onun üçrəng-
li bayrağını daim yüksəltmək, yüksəkliklərdən endirməməkdir. 
Leyla: Üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə dalğalan-
dırılıb. Həmin ilin mayın 28-də ölkəmiz müstəqillik əldə edib. 
Azərbaycan Xalq Cümhuriyyəti qurulub. 
Rəvan:  O zaman Azərbaycanın müstəqilliyini 43 xarici 
dövlət tanıyıb.  
Xədicə: Amma bu xoşbəxtlik çox çəkmədi. 1920-ci il ap-
relin 28-də bolşevik Rusiyası yenidən ölkəmizi əsarət altına aldı. 
Fatimə: Azadlığın dadını yaxşı bilən xalqımız Sovet 
imperiyasının çökməsi, mərd, cəsur övladların qəhrəmanlığı, 
mübarizliyi sayəsində 1991-ci il oktyabr ayının 18-də yenidən 
müstəqilliyə nail oldu.  
Xədicə: 1993-cü ildə ölkəmiz müstəqilliyini itirmək təhlü-
kəsi iləüzləşdi. Ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiy-
yətə qayıdışı, müstəsna xidmətləri Azərbaycanı bu bəladan xilas 
etdi. Azərbaycan dövləti möhkəmləndi, uğurlu inkişaf yoluna qə-
dəm qoydu. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev Ümummilli Liderimizin siyasətini uğurla davam etdirir. 
Şəms: Məktəbimizin əsaslı təmir edilməsi, yeni tədris kor-
pusunun istifadəyə verilməsi dövlətimizin təhsilə, biz uşaqlara 
göstərdiyi qayğıya bariz nümunədir.  
Əsəd: Azərbaycan bu gün mühüm beynəlxalq tədbirlər 
məkanına, musiqi müsabiqələri, idman yarışları meydanına 


145 
çevrilib. Bütün bunlar müstəqil Azərbaycanımızı düynaya tanı-
dır, şöhrətləndirir.  
Bağdad: Bütün bu tərəqqi, bu inkişaf bədnam erməni 
qonşularımızla atəşkəşşəraitində baş verir. Torpaqlarımızın təx-
minən 20 faizi işğal altındadır. O gün olsun ki, vətənimizin 
üzərində dolaşan qara buludlar yox olsun. İşğal olunmuş bölgə-
lərimiz düşməndən azad edilsin, üçrəngli bayrağımız Dağlıq 
Qarabağda, Xankəndində dalğalansın.  
“Çiçəklən, Azərbaycan” tədbirində dördüncülər mahnılar, 
rəqslər ifa edib, şeirlər söyləyib, səhnəcikllər göstəriblər. Sonda 
məktəbin direktoru Əlislam Abasquliyev, direktorun müavini 
Məlahət Məhərrəmova, müəllim və valideynlər sinif müəllimi 
Sayad Ağayevanın və şagirdlərin zəhmətini yüksək dəyərlən-
dirib, dördüncülərlə xatirə şəkilləri çəkdiriblər. 
 
“Təhsil problemləri”, 24-30 iyun 2016-cı il 


146 
UŞAQLARIN BAYRAM TƏDBİRİNDƏ 
 
May ayının 28-də “Super Kids Club” Uşaq və İnkişaf 
Mərkəzində bayram tədbiri keçirildi. Tədbirdə Bakı şəhəri üzrə 
Təhsil İdarəsi Metodik Mərkəzinin əməkdaşları Sitarə Məmmə-
dova və Tahirə Qədimova, Bülbül adına Orta İxtisas Musiqi 
Məktəbinin müəllimi Könül Təhməzova və digər qonaqlar 
iştirak edirdi.  
 
 
 
“Super Kids Club” Uşaq və İnkişaf Mərkəzi 2013-cü ilin 
fevral ayından fəaliyyətə başlayıb. Hazırda burada 40-a yaxın 
uşağın təlim-tərbiyəsi ilə ali təhsilli müəllimlər – Natalya Qu-
liyeva, Samirə İsmiyeva, Lalə Səmədova və Zümrüd Qədimova 
məşğul olur. Mərkəzdə 1 yaşından 3 yaşınadək uşaqlar üçün 
inkişaf kursları da fəaliyyət göstərir. Kollektivə Azərbaycan 
Dillər Universitetini 2001-ci ildə bitirmiş, təcrübəli müəllim 
Pərvanə İsmayılova rəhbərlik edir. 
Tədbirdən öncə Xanım Xanmirzoyeva mərkəz haq-
qında qonaqlara məlumat verdi:  
– Əziz, hörmətli qonaqlar, sizi “Super Kids Club” Uşaq 
Tədris və İnkişaf Mərkəzində salamlayırıq! Xoş gəlmişsiniz! 


147 
Biz artıq dördüncü ildir ki, fəaliyyət göstəririk və ötən illər 
ərzində xeyli nailiyyətlər əldə etmişik. Yaşlarına uyğun olaraq 
bilikli, savadlı, hərtərəfli uşaqlar yetişdirmişik və fəaliyyətimizi 
uğurla davam etdiririk. Uşaqlarımız hər il imtahan verərək, 
müsabiqədən keçərək şəhərimizin ən yaxşı məktəblərin birinci 
siniflərinə qəbul olurlar. Hər yerdə digər yaşıdlarından seçilirlər.  
Bizim məqsədimiz uşaqları dünya səviyyəsində hazır-
lamaqdır. Həm inkişaf, həm savad, həm də dünyagörüş cəhətdən 
heç bir inkişaf etmiş ölkənin uşaqlarından geri qalmayan uşaqlar 
yetişdirməkdir. Əlbəttə ki, söhbət məktəbəqədər yaşda olan 
uşaqlardan gedir. Biz bütün bunları öz sərhədlərimizdən kənara 
çıxarmamışıq. Lakin bu gün bir az dəyişiklik etmək istədik. 
Hörmətli və hamımızın sevimlisinə çevrilən Sitarə xanımın 
təklifi ilə. Təbii ki, başda Pərvanə xanım olmaqla. 
 
 
 
Bizim mərkəzimizdə inkişaf kursları da fəaliyyət göstərir 
və fənləri yaşa uyğun tədris edirik. Təhsil proqramımız müəllif 
proqramına əsaslanaraq, eyni zamanda ən məşhur və təsdiq 
olunmuş dünya proqramlarından istifadə edərək komplekt 
şəkildə hazırlanıb. Proqram əsasında çox rəngarəng, olduqca 
maraqlı dərslər təşkil olunur və üç dildə keçirilir. Hazırda 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə