Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə37/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   33   34   35   36   37   38   39   40   ...   48

152 
yerləri tutmuşlar. Respublika üzrə keçirilən “Folklor” festiva-
lında Gülüm Rüstəmli, Əbülfət Abbasov, Əli Məmmədli və 
Fəxriyyə Məmişova fəal iştirak etmişlər. Əli Məmmədli 
respublika üzrə keçirilən “Azərbaycanı tərənnüm edirəm” şeir, 
mahnı və rəqs müsabiqəsində mahnı üzrə şəhər turuna vəsiqə 
qazanmışdır. “Mənim bayrağım” şeir müsabiqəsində Gülüm 
Rüstəmli 2-ci və Qərənfil Qəhrəmanlı 3-cü yerlərə layiq 
görülmüşlər.  
 
 
 
İdman yarışlarında da uğurlarımız olmuşdur. On birinci 
sinif şagirdi Süleyman Yaqubov cüdo üzrə beynəlxalq turnirində 
1-ci, Azərbaycan üzrə 2-ci yeri tutmuşdur. On birinci sinif 
şagirdi Vəli Naibov qaydasız döyüş üzrə ikiqat Respublika 
çempionu olmuş, sambo üzrə Azərbaycanda ikinci yerdə qə-
rarlaşmışdır. Doqquzuncu sinif şagirdi Emil Hümbətov kimboks 
üzrə dünya çempionu 3-cü adına, İsmayıl İsmayılov isə sərbəst 
güləş üzrə Bakı birinciliyində 2-ci yerə layiq görülmüşdür.  
 “Son zəng” tədbirində onbirincilərin sinif rəhbərləri – 
Qətibə Hüseynova, Gülnarə Behbudova və başqa müəllimlər, 
valideynlər, şagirdlər çıxış edərək müstəqil həyata qədəm 
qoyanlara, bu il məktəbi bitirən 47 şagird-məzuna öz istək və 
arzularını ifadə etdilər. Ən fəal şagirdlərə qazandıqları uğurlara 


153 
görə diplomlar, fəxri fərmanlar, sertifikatlar təqdim olundu. 
“Son zəng” çalındı. Sonra onbirincilər və digər şagirdlər rəqs 
eləyib mahnılar oxudular. Videolentə alınan tədbirin bəzi 
məqamları fotoobyektivə də köçürüldü.  
Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətindən Sabir 
Dadaşov, Firdovsi Cəlalov, Yoməddin Şıxəliyev, Nərimanov 
Rayon Qarabağ Müharibəsi Veteranları Şurasının sədri Fətulla 
Abdullaoğlu, məktəb valideyn komitəsindən Bağır Rəfiyev və 
başqa nümayəndələr iştirak edirdilər. 
 
“Təhsil problemləri”, 24-30 iyun 2016-cı il 


154 
YENİ TƏDRİS İLİ BAŞLADI 
 
Azərbaycan Respublikasının Pre-
zidenti İlham Əliyev sentyabrın 
15-də – Bilik Günündə Bakının 
Sabunçu rayonundakı 311 nöm-
rəli tam orta məktəbin yeni bina-
sının açılış mərasimində iştirak 
edib, məktəbin müəllim və şagird 
kollektivi ilə görüşüb. Dövlət 
başçısı görüşdəki çıxışında 
deyib: “Son 4-5 il ərzində Bakı 
şəhərində məktəblərin mütləq 
əksəriyyəti əsaslı təmir olundu. 
Hələ ki, təmirsiz 17 məktəb var. 
Biz gələn il və 2018-ci ildə onları 
da təmir edəcəyik. Eyni zaman-
da, bəzi məktəblərdə uşaqlar iki növbədə oxuyurlar... Bizim 
məqsədimiz ondan ibarətdir ki, bütün məktəblər birnövbəli 
fəaliyyətə keçsinlər... Təhsil hər bir dövlətin gələcəyidir. Biz 
fəxr edirik ki, Azərbaycanda savadlılıq təxminən 100 faizdir. 
Bu, çox böyük göstəricidir. Elə etməliyik ki, bütün uşaqlar 
savadlı, bilikli olsunlar, gələcəkdə özləri üçün gözəl həyat qura 
bilsinlər, dövlətimiz üçün dəyərli vətəndaşlar olsunlar. Ona 
görə, təhsilin keyfiyyəti indi ön plana çıxır. Bu istiqamətdə də 
islahatlar aparılır”.  
 
*** 
15 sentyabr 2016-cı il. Yeni dərs ilinin başlandığı gün – 
Bilik Günü. Ölkəmizin bütün təhsil müəssisələrində olduğu kimi 
Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Nazim İsmayılov adına 80 
nömrəli tam orta məktəbdə də cari tədris ilinin başlanması 
münasibətilə tədbir keçirildi. Tədbirə toplaşanların, xüsusilə, 
birincilərin sevincinin həddi-hüdudu yox idi. İlk söz məktəbin 
direktoru Əlislam Abasquliyevə verildi. 


155 
 
 
Əlislam müəllim valideyn, müəllim və şagirdləri yeni dərs 
ilinin başlanması münasibətilə təbrik etdi. Dövlət başçısı İlham 
Əliyevin, Heydər Əliyev fondunun prezidenti Mehriban 
Əliyevanın təhsilimizin inkişafına göstərdikləri diqqət və 
qayğını xüsusi vurğuladı. Təhsil Nazirliyinin Təhsil islahatları 
ilə əlaqədar həyata keçirdiyi işlərdən söhbət açdı. Bildirdi ki, 
Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban 
Əliyeva hər il yeni tədris ili ərəfəsində və Bilik Günündə yeni 
inşa olunan və əsaslı təmirdən sonra istifadəyə verilən təhsil 


156 
ocaqlarının açılış mərasimlərində iştirak edirlər. Çıxış və söh-
bətlərdə təhsilimizin inkişafındakı uğurlar iftixar hissi ilə qeyd 
olunur: “Son illərdə Sabunçu rayonunda da bu sahədə xeyli işlər 
görülüb. Elə 80 nömrəli məktəb də əsaslı təmir edilib və əlavə 
tədris korpusu istifadəyə verilib. Maddi-texniki baza yenilən-
məklə imkanlar xeyli genişlənib”.  
 
 
 
Əlislam müəllim məktəbin nailiyyətlərindən iftixarla 
danışdı: “Hazırda məktəbimizdə 1480 şagird təhsil alır. Onların 
180-i birinci sinfə qəbul edilib. 2015-2016-cı tədris ilində 
məktəbimizi 84 şagird bitirib və onlardan 53-ü ali və orta ixtisas 
təhsil müəssisələrinə qəbul olunub, tələbə adını qazanıb. Məzun-
larımızdan Fidan Vəliyeva imtahanda 688 bal, Cavid Abdul-


157 
lazadə 635 bal, Nicat Aslanov 583 bal və başqaları yüksək bal 
toplayaraq ölkəmizin ən nüfuzlu ali məktəblərində təhsillərini 
davam etdirəcəklər. Ötən gün Sabunçu Rayon İcra Hakimiyyə-
tinin başçısı Adil Vəliyev yüksək bal toplayaraq universitetlərə 
daxil olmuş tələbələr və biz müəllimlərlə görüş keçirdi, tələ-
bələri qiymətli hədiyyələrlə mükafatlandırdı. Məzunumuz, 
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik 
Akademiyasının birinci kurs tələbəsi Fidan Vəliyeva tədbirdə 
çıxış etdi. Ötən tədris ilində şagirdlərimiz bilik yarışlarında, 
müsabiqə və lahiyələrdə, idman sahəsində xeyli uğurlar 
qazanıblar”. 
Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçisi Səkinə 
xanım, məktəbin ibtidai sinif müəllimi Sərmayə müəllim, birinci 
sinif şagirdi Qəmərmülkün nənəsi Qəmər xanım və başqaları 
müəllim və şagirdləri, valideynləri təbrik edib, onlara arzu və 
istəklərini bildirib, gözəl günlər, xoş amallar dilədilər.  
Tədbirin ayrı-ayrı məqamlarında şagirdlər mahnılar ifa 
edib, şeirlər söylədilər. Videolentə alınan tədbirin bəzi məqam-
ları foto obyektivə də köçürüldü. Birinci sinfə qədəm qoyan 
uşaqların və onların valideynlərinin sevinci isə hədsiz idi. Mahnı 
oxuyub, şeirlər söyləyən bir qrup şagirdin və Qəmərmülkün həm 
anası, məktəbin riyaziyyat və informatika müəllimi Kəmalə 
Məmmədova ilə, həm də Əlislam müəllimlə birlikdə şəklini 
çəkdim. Qəmərmülk də tədbir üçün xüsusi olaraq öyrəndiyi şeiri 
söylədi və 2016-2017-ci tədris ilinin ilk zəngini çaldı. Məktəbin 
direktoru Əlislam Abasquliyev şagirdləri siniflərə dəvət etməklə 
tədbiri yekunlaşdırdı. 
 
 “Təhsil problemləri”, 08-15 sentyabr 2016-cı il 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə