Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə38/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   34   35   36   37   38   39   40   41   ...   48

158 
KİTAB ARZULAR DOĞURUR 
 
Oktyabrın 6-da Bakı şəhəri, Sabunçu rayon Mərkəzləşdi-
rilmiş kitabxana sisteminin Bakıxanov qəsəbəsində fəaliyyət 
göstərən 1 saylı filialı (keçmiş M.Şəhriyar adına uşaq kitabxa-
nası) 94 nömrəli tam orta məktəbin həyətində “Açıq kitab-
xana” layihəsi çərçivəsində birgə tədbir keçirdi. Əsas məqsəd 
şagirdləri kitabxanaya cəlb etmək, onlarda dərsliklərdən əlavə 
kitabları mütaliəyə həvəsləndirmək, nümayiş olunan kitablar 
haqqında məlumat vermək, məktəbliləri elə tədbirin gedişində 
kitabxanaya üzv yazmaq idi. 
Nümayiş etdirilən “Heydər Əliyev ideyalarının zəfər 
yürüşü”, “Heydər Əliyev və Gəncə”, “Prezident İlham Əliyev və 
mədəniyyət”, “Azərbaycan Milli Ensiklopediyası”, “Azərbaycan 
tarixi”, “Üzeyir Hacıbəyovun əsərləri”, “Kitabi-Dədə Qorqud 
Ensiklopediyası”, Aleksandr Dümanın “Qafqaz”, “Azərbaycan 
kulinariyası”, kiçik yaşlı məktəblilər üçün Azərbaycan və rus 
dillərində son illərdə nəşr olunmuş kitablar müəllim və 
şagirdlərin diqqətini çəkdi.  
Tədbirdə kitabxananın müdiri Şəfiqə Həkimova, məktəbin 
direktoru Şəmsəddin Vəliyev, Azərbaycan Qızıl Aypara Cəmiy-
yəti Sabunçu rayon bölməsinin sədri Elmira Məlikova və baş-
qaları çıxış etdilər. Məktəbin dördüncü sinif şagirdi Nəsimi 
Sadıqlının söylədiyi şeirlər maraqla dinlənildi və alqışlarla 
qarşılandı.  
Çıxış edənlər bilik, kitab və ədəbiyyat haqqında dahilərin 
söylədikləri fikirləri də dilə gətirdilər:  
• Kitabxana insan ruhunun bütün zənginliklərinin 
xəzinəsidir.  
• Kitab insanı kainatın sahibi edir. 
• Kitab arzular doğurur və onları yaşadır. 
• Yaxşı kitab çox qiymətli xəzinədir. 
• Elə bir kitab yoxdur ki, insan ondan yaxşı bir şey öyrənə 
bilməsin. 
• Hər kim kitab oxumursa, o, düzgün fikirləşə bilməz. 


159 
Müəllimlər ayrı-ayrı sinif şagirdlərini növbə ilə açıq 
səmada nümayiş etdirilən kitablarla tanış etdilər. Mütaliə 
etdikləri kitablardan söhbət açdılar. Kitabxanaçılar – Günay 
Quliyeva, Lalə Məhərrəmova, Tünzalə Abbasova, Nigar 
Məmmədova, Könül Nuriyeva, Alizər Allahverdiyeva, Məryəm 
Azadova və başqaları şagirdlərə lazımi məlumatlar verdilər. 
 
 
 
Günay Quliyeva tədbirin davam etdiyi müddətdə xeyli 
sayda məktəblini kitabxanaya üzv yazdı. Kitabxananın üzvü 
olan fəal oxucular şagird yoldaşlarını yeni çıxan kitabları 
mütaliə etməyə həvəsləndirdilər. Məktəbin müəllimi Gülnarə 
Əliyevanın rəhbərliyi ilə rus bölməsinin altıncıları fəallıqları və 
yenicə tanış olduqları kitablara böyük maraq göstərmələri ilə 
digər şagirdlərdən fərqləndilər.  
Tədbiri kitabxananın direktoru Şəfiqə Həkimova yekunlaş-
dırdı. Müəllim və şagirdlərə cari tədris ilində yeni uğurlar dilədi.  
 
 “Təhsil problemləri”, 08-15 oktyabr 2016-cı il 


160 
NARKOMANİYA ƏSRİN BƏLASIDIR 
 
 
 
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun 
tarixli sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixot-
rop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-
nə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər 
üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin yerinə yeti-
rilməsi ilə bağlı Narkomanlığa və Narkotik vasitələrin Qanunsuz 
Dövriyyəsinə Qarşı Mübarizəüzrə Dövlət Komissiyasının İşçi 
qrupu və Sabunçu Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı 
ilə 20 aprel 2016-cı il tarixində Sabunçu rayonu, Bilgəh qəsə-
bəsi, Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə 
“Narkomaniya əsrin bəlasıdır” mövzusunda konfrans – 
maarifləndirici tədbir keçirildi.  
Tədbiri giriş sözü ilə məktəbin direktoru, Əməkdar 
müəllim Gülnaz Abdullayeva açdı və Narkotik maddələrin 
təkcə onu qəbul edən adamı məhv etmədiyini, onun ailə üzvlə-
rinin də sağlamlığına mənfi təsir göstərdiyini iştirakçıların 
diqqətinə çatdırdı. 


161 
 
 
Maarifləndirici tədbirdə Sabunçu Rayon İcra Hakimiy-
yətinin Narkotiklərlə mübarizəüzrə komissiyasının məsul katibi 
Səbahət Hünbətova, Narkomanlığa və Narkotik Vasitələrin 
Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiya-
sının İşçi qrupunun rəhbər müavini Vasif Quliyev, Bakı Şəhəri 
üzrə Təhsil İdarəsi Metodiki Mərkəzin direktoru Vahid Qurba-
nov, Respublika Narkoloji Mərkəzinin nəzdində fəaliyyət 
göstərən Anonim Narkoloji Müalicə-Məsləhət Kabinetinin 
həkim-narkoloqu Asif Kəngərli, Sabunçu Rayon Polis İdarəsinin 
Yetkinlik yaşına çatmayanların işləri üzrə bölməsinin rəisi, polis 
mayoru Əli Babayev, rayonun 14-cü polis bölməsindən 
Yetkinlik yaşına çatmayanların işləri üzrə baş inspektor, mayor 
Rafiq İsmayılov, leytenant Sərxan Məmmədov, Bilgəh qəsəbə 
bələdiyyəsinin sədri Təyyar İbadov və başqaları iştirak edirdilər. 
Səbahət Hünbətova, Vasif Quliyev, Asif Kəngərli və başqaları 
narkomanlığa qarşı mübarizə sahəsində görülən işlərdən, “Nar-
kotik vasitələrin, psixotrop maddələrin və onların prekursorları-
nın qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə 
dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ında qarşıya 
qoyulan vəzifələrin yerinə yetirilməsində aparılan tədbirlərdən, 


162 
narkomanlığın törətdiyi bəlalardan ətraflı söhbət açdılar. Qeyd 
etdilər ki, narkomanlıqla mübarizə hər birimizin borcudur, 
narkomaniya cəmiyyətin bəlasıdır, narkomaniyaya qarşı 
mübarizənin əsas məqsədi sağlam mühit və sağlam gələcəkdir.  
Dövlət Komissiyası İşçi qrupunun rəhbər müavini Vasif 
Quliyev və həkim-narkoloq, yazıçı Asif Kəngərli müəllim və 
şagirdlərin suallarını cavablandırdılar. Narkomanlığa və 
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə 
üzrə Dövlət Komissiyasının İşçi qrupunun “Gələcəyimizi birlik-
də düşünək, narkomaniyaya yox deyək!” bülleteni şagirdlər 
üçün ən yaxşı vəsait oldu. Asif Kəngərli müəllifi olduğu “Bəla” 
(pyes və hekayələr, həm də rus dilində) və “Zəhrimar” 
kitablarını, “Bəla” və “Zəhrimar” əsərlərinin səhnələşdirilmiş 
(səs teatrı) elektron variantlarını məktəbə hədiyyə etdi.  
Tədbirdə şagirdlər şeirlər söyləyib, vətənpərvərlik mah-
nıları ifa etdilər. 
 
“Təhsil problemləri”, 08-15 may 2016-cı il 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə