Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə39/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   35   36   37   38   39   40   41   42   ...   48

163 
 
 
 
 
 
 
 
 
 
Éåíè óüóðëàð äèëÿéèðèê 


164 


165 
YENİ UĞURLAR DİLƏYİRİK 
 
 
 
Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, 13 nöm-
rəli Bakı Peşə Məktəbi. Bu peşə ocağının əsası 1982-1983-cü 
tədris ilində qoyulub. O zamandan bu günə kimi də kollektivə 
yüksək insani keyfiyyətlərə sahib, bacarıqlı təşkilatçı, hələ 
gənclik illərindən idarəetmə qabiliyyəti ilə fərqlənən, həm ciddi-
liyi, həm də mehribanlığı və səmimiliyi ilə diqqəti çəkən Səidə 
Rza qızı Səlimzadə rəhbərlik edir.  
Peşə məktəbində yeniyetmə və gənclərə zaman-zaman 
dövrün tələbinə uyğun, daha çox ehtiyac duyulan peşələr öyrədi-
lib. Hazırda şagirdlər ümumi orta təhsil bazasından (doqquzillik) 
təhsil müddəti iki il olmaqla, tam orta təhsil bazasından isə təhsil 
müddəti bir il olmaqla müxtəlif peşələrə yiyələnirlər. Təhsil 
müddəti bir tədris ili olan peşələr ödənişli əsaslarla fəaliyyət 
göstərir. Tədris və istehsalat təcrübələri yüksək səviyyədə aparıl-
dığından peşəöyrənənlər seçdikləri ixtisaslara mükəmməl yiyə-
lənə bilirlər. Bunu məzunların çalışdıqları istehsalat sahələrin-
dən gələn xoş sədaları bir daha sübut edir. 
2015-2016-cı tədris ili başa çatıb. 16 iyun 2016-cı il tarix-
dən təhsil müddəti iki il olan üç ixtisas üzrə bir həftə ərzində, 20 


166 
iyun 2016-cı il tarixdən təhsil müddəti bir il olan üç ixtisas üzrə 
də bir həftə ərzində dövlət buraxılış imtahanları keçirilib. Xalça-
çı, tikiş avadanlıqlarının operatoru, tikişçi, aşpaz, ərzaq malları 
satıcısı, kompüter operatoru və bərbər ixtisasları üzrə imtahanlar 
istehsalat nümayəndələrinin iştirakı ilə dövlət buraxılış imtahan 
komissiyasının üzvləri tərəfindən aparılıb. İmtahan prosesində 
şagirdlərin istehsalat təcrübəsindən yüksək əhval-ruhiyyə ilə 
qayıtdıqları aydın görünüb. Onlar öyrəndikləri nəzəri və təcrübi 
bilik və bacarıqlarını imtahan komissiyasının üzvləri qarşısında 
məharətlə nümayiş etdiriblər.  
 
 
 
İmtahanların yekunu olaraq təhlil zamanı peşə məktə-
binin direktoru Səidə Səlimzadə çıxış edib. Direktor çıxışında 
gənclərin həyatında ilk peşə-ixtisas təhsilinin rolundan danışıb. 
Məzunlara peşə bacarıqlarını daha da inkişaf etdirmələri üçün 
sənətləri üzrə işləməyi tövsiyə edib. Tədris-istehsalat işləri üzrə 
direktorun müavini Sima Hüseynova, aşpaz peşəsi üzrə fənn 
müəllimi Nailə Məhərrəmova və digər müəllim və istehsalat 
təlimi ustaları çıxış edərək peşə məktəbini müvəffəqiyyətlə biti-
rən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. Çıxış 
edənlər vurğulayıblar ki, zaman-zaman söylənilən müdrik kə-
lamlar var: “İnsanın sərvəti onun peşəsidir”, “Xoşa gələn əmək 
adama çətin gəlməz”, “Xoşbəxtlik əməkdə qazanılır”, “Zəhmətə 


167 
qatlaşsan muradına çatarsan”, “Ölkənin zənginliyi əhalisinin sa-
yından və onların əməyindən asılıdır”, “Əlimi əməyə ona görə 
uzadıram ki, sənə əl uzatmayım”, “Əməksiz şən həyat ola 
bilməz”...  
 
 
 
Buraxılış qruplarının şagirdlərindən də bir neçəsi çıxış 
edərək məzunlar adından 13 nömrəli Bakı Peşə Məktəbinin 
müəllim və istehsalat təlimi ustalarına öz dərin minnətdarlıqları-
nı bildiriblər. Onların çəkdikləri zəhmətin heç də hədər getmə-
yəcəyini vurğulayıblar. Söyləyiblər ki, təhsildə və istehsalat 
təcrübəsində olduğu kimi, gələcəkdə çalışacaqları yerlərdə də 
göstərilən etimadı layiqincə doğruldacaq, müəllim və ustalarını 
heç zaman unutmayacaqlar.  
Peşə məktəbinin direktoru Səidə Səlimzadəyə, müəllim və 
istehsalat təlimi ustalarına, məzun və şagirdlərə yeni uğurlar 
diləyirik.  
 
“Təhsil problemləri”, 16-23 iyul 2016-cı il 


168 
NƏTİCƏLƏR ÜRƏKAÇANDIR 
 
Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan müəllimi” qə-
zetinin 17 sentyabr 2016-cı il tarixli nömrəsində dərc edilmiş 
təhsilimizin inkişafı ilə bağlı söhbətində deyib: “Son illərdə doq-
quzuncu siniflər üzrə nəticələr də ürəkaçandır. 2012-ci ildə iki 
məzundan biri, bu ilki doqquzuncu siniflər üzrə buraxılış imta-
hanlarında hər üç məzundan ikisi bütün fənlərdən müsbət qiymət 
alıb. Bu göstərici ötən ilki göstəricidən 2,7 faiz daha yaxşıdır.  
Həmçinin onbirinci siniflər üzrə imtahanlarda məzunların 
65 faizi bütün fənlərdən müsbət qiymət alıb”. 
Bakı şəhərinin Nərimanov rayonunda fəaliyyət göstə-
rən Rafiq Nəsrəddinov adına tam orta məktəbin uğurları 
son illər yüksələn xətlə davam edir. 2015-2016-cı tədris ilində 
məktəbi bitirən 60 nəfər məzundan 50-si ali məktəblərə qəbul 
imtahanlarında yüksək nəticələr əldə edərək üniversitetlərə 
qəbul olunub. Bu isə məktəb üzrə məzunların 80 faizindən çoxu 
deməkdir. Məzunların 3 nəfəri 600-dən çox, 5 nəfəri isə 450-500 
bal arası nəticə göstərib. Məktəbin 6 nəfər yetirməsi Türkiyə, 
Rusiya və digər xarici ölkə universitetlərinə daxil olub. Uğurları 
davamlı olsun!  
 
 


169 
Sentyabr ayının 14-də Bakı şəhəri üzrə təhsil işçilərinin 
ənənəvi konfransında 39 nömrəli tam orta məktəbin adı öncüllər 
sırasında çəkilib. Məktəb Azərbaycan Respublikası Təhsil 
Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən doqquzuncu 
siniflər üzrə buraxılış imtahanlarının nəticələrinə əsasən yüksək 
nailiyyət əldə etdiyi üçün Fəxri Fərmanla təltif edilib.  
Bakı şəhərindəki 307 məktəbdən 30-u fəxri fərmana layiq 
görülüb. Nərimanov rayonu üzrə isə 3 təhsil ocağı (ikisi liseydir) 
bu mükafatın sahibi olub ki, yuxarıda bildirdiyimiz kimi 
onlardan biri də 39 nömrəli tam orta məktəbdir.  
Məktəbin pedaqoji kollektivinə və şagirdlərinə cari tədris 
ilində yeni-yeni uğurlara nail olmağı arzulayırıq.  
 
“Təhsil problemləri”, 01-07 oktyabr 2016-cı il 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə