Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə47/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

202 
“Şairin qüvvət aldığı ulu Tanrıdan sonra səcdə etdiyi ikinci 
qüvvə müstəqil dövlətimiz və onun rəmzi olan bayrağımızdır: 
 
Mənim başımın üstdə 
İki səcdəgahım var 
Biri uca Allahım! 
Biri yenilməz bayrağım!  
 
Bayrağı“yad ellərdə danışan saf dilimiz, vüqarımız və 
ləyaqətimiz” hesab edən şair millətimizin yüksəlişinə, sivil mil-
lətlər içərisində öndə olmasına sevinir və qürur duyur.”  
Filoloq-alimlər məqalələrində şairin “Payız duyğuları” 
kitabının təhlilinə geniş yer vermişlər. Filologiya üzrə fəlsəfə 
doktoru, dosent Arif Ağalarov “Xanəli Kərimli şeirlərinin dili və 
üslub xüsusiyyətləri”ndən söhbət açaraq qeyd etmişdir ki, onun 
şeirlərində oxucuya tam aydın olan dialekt sözlərə və xalq 
ifadələrinə çox rast gəlinir. Eyni zamanda, şairin yaradıcılığında 
rast gəlinən dialektizmlər ümumişləkliyi ilə seçilir. Şeir və 
bayatılarında işlənən dialekt sözlərin bəziləri ədəbi dildə olduğu 
kimi sinonim variantı ilə bərabər verilir, şeirlərində leksik 
etnoqrafik və frazeoloji dialektizmlərə daha çox rast gəlinir, 
şairin dilində işlənən dialektizmlər ümumişlək olduğundan şeir 
dilinə də qəlizlik gətirmir və sairə. 
Kitabın “Yaradıcılığından nümunələr” bölümündə şairin 
şeirləri, digər bir bölümdə Rusiya, Türkiyə və İran mətbuatında 
çap olunmuş məqalələri, “Təbriklər, məktublar...” bölümündə 
isə ona ünvanlanmış xoş sözlər və səmimi ifadələr verilib. 
Onlardan birini oxucuların diqqətinə çatdıraq.  
Kimya elmləri doktoru, Bakı Dövlət Universitetinin 
professoru, həmin universitetin nəzdindəki “Gənc istedad-
lar” liseyinin direktoru Qasım Hüseynov: – “Tanınmış şair, 
ədəbiyyatşünas Xanəli Kərimlinin keçdiyi şərəfli ömür yolu ilə 
tanış olduqda onda olan böyük vətən sevgisinə, yaradıcılıq 
enerjisinə, malik olduğu intellektual səviyyəyə və insanpərvər-
liyə heyran olmamaq mümkün deyil.  


203 
Xanəli müəllim çox yüksək insani keyfiyyətlərə, mədəniy-
yətə və mənəvi zənginliyə malik əsil ziyalıdır. Buna görə də 
tələbə və müəllim kollektivi, dostları, Xanəli müəllimi tanıyan-
lar onu ürəkdən sevir və onunla fəxr edirlər... Uzun illər ərzində 
bu nəcib və istedadlı insanla birgə işlədiyimə və dostluq etdiyi-
mə görə çox məmnunam.” 
Xanəli Kərimlinin dünyasını dəyişmiş teatrşünas, Azərbay-
canın Əməkdar Mədəniyyət işçisi Cəlil Vəzirov, biologiya 
elmləri namizədi, dosent, Naxçıvan Muxtar Respublikasının 
Əməkdar müəllimi Abbas Mehdiyev, tarix elmləri doktoru, 
professor Həmzə Cəfərov, yazıçı-tədqiqatçı alim Rafiq Babayev, 
şair, tarixçi alim, Naxçıvan Muxtar Respublikasının Əməkdar 
Mədəniyyət işçisi Vaqif Məmmədov, filologiya doktoru Adil 
Bağırov və filologiya elmləri doktoru, professor, Azərbaycanın 
Əməkdar müəllimi Sevindik Vəliyev haqqında yazdığı məqalə-
ləri olduqca təsirlidir. Onları tanıyanlar bu məqalələri oxuduqda 
dostlar bir daha yada düşür və xoş xatirələrlə xatırlanır. 
İstedadlı şair Xanəli Kərimlini 65 illik yubileyi münasibəti 
ilə təbrik edir, ona yaradıcılığında və pedaqoji fəaliyyətində yeni 
uğurlar diləyirik. 
 
“Təhsil problemləri”, 01-07 oktyabr 2016-cı il  
 


204 
TƏDBİRLƏ BAĞLI AÇIQLAMA 
 
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəs-
təyi ilə Sosial Rifah və Tədqiqatlar İctimai Birliyi “Qarabağ 
həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında innovativ 
təşəbbüslərin artırılması” lahiyəsi çərçivəsində noyabrın 7-də 
Beynəlxalq Mətbuat Mərkəzində ingilis dilində çap olunmuş 
“1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər, unudul-
mayan tarix” kitabının təqdimatı keçirildi.  
 
 


205 
Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm 
Bəydəmirlinin müəllifliyi, Azərbaycan Milli Elmlər Akademiya-
sının verdiyi rəylər əsasında bu kitab işıq üzü görüb. Azərbay-
can Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşki-
latlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 1918-ci il 
soyqırım hadisələrinin 5 ildən artıq müddətdə tədqiqatı həyata 
keçirilib. Aparılan bu araşdırmalar bir neçə istiqamətdə olub. 
Azərbaycanın maddi və mədəniyyət resurslarına, tarixi-memar-
lıq abidələrinə və ziyarətgahlarına qarşı törədilən vəhşiliklər 
haqqında da məlumatlar toplanıb. Kitabda müxtəlif arxiv, kitab, 
internet və KİV materiallarına istinad etməklə, tarixi proseslərlə 
bağlı araşdırmalar aparılıb. Canlı şahidlərə və o dövrlə bağlı 
məlumatlı insanlarla müsahibələrə üstünlük verilib. Azərbayca-
nın 6 rayonunun 30-a yaxın kəndindən olan 100-ə yaxın insanla 
söhbət aparılıb. Birbaşa 1918-ci il hadisələrinin iştirakçıları, 
canlı şahidləri təbii ki, barmaqla sayılası qədər az olmasına 
baxmayaraq, onların fikirləri zamanında qələmə alınıb. Həmin 
insanların dediyi faktlar informasiyaya çevrilib. 
Kitabda 1918-ci il hadisələri ilə bərabər, ümumilikdə o 
dövrdə gedən ictimai-siyasi proseslər təhlil olunub. Tarixi hadi-
sələr, ermənilərin regionumuza köçürülməsi, Cənubi Qafqaz 
əhalisinin etnik tərkibinin dəyişdirilməsi planı və bununla əla-
qəli digər məqamlar xronoloji ardıcıllıqla və çoxsaylı mənbələrə 
istinad etməklə təsvir edilib.  
Həmin araşdırmalar zamanı toplanmış məlumatlar əsasın-
da "1918-ci il hadisələri: Dünyasını dəyişən şahidlər, unudulma-
yan tarix" kitabının ingilis dilində çap olunması Azərbaycanın 
haqlı və ədalətli mövqeyinin əsas hədəflərə çatdırılmasında 
mühüm vasitə olacaq. 
Tədbirdə QHT təmsilçilərinin, tədqiqatçıların və digər 
iştirakçıların fikir və mülahizələri dinlənildi.  
 
 “Təhsil problemləri”, 08-15 noyabr 2016-cı il 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə