Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   38   39   40   41   42   43   44   45   ...   48

177 
Məlumdur ki, ixtisas seçmə hüququ 
olan abituriyent ali təhsil müəssisələrinin 
imtahan verdiyi ixtisas qrupuna (qrupları-
na) aid olan 15-dək ixtisas kodunu qeyd 
edə bilər. Aqil 13 yerdə xarici dil müəllim-
liyi ixtisas kodunu, yalnız 2 yerdə ingilis 
dili üzrə tərcümə kodunu seçib. Azərbay-
can Dövlət Pedaqoji Universitetinin filialla-
rında təhsil almaq istəməyib. Lənkəran 
Dövlət Universitetində ingilis dili üzrə Xarici dil müəllimliyi 
ixtisasını isə 6-cı yerdə qeyd edib, istəyi də orada reallaşıb.  
Aqilin fikri qətidir: İngilis dilini mükəmməl öyrənmək və 
gələcəkdə həm müəllim, həm də tərcüməçi kimi fəaliyyət gös-
tərmək. Hələlik isə qarşıda 4 illik tələbəlik həyatı durur. Sonra 
təhsilin magistratura pilləsi. İnanırıq ki, Aqil də ən fəal tələbələr 
sırasında inamla addımlayacaq, hədəfə çatmaq üçün bilikləri 
əzmlə mənimsəyəcəkdir.  
Ölkəmizin universitetlərinə daxil olmuş, tələbə adını 
qazanmış gəncləri bir daha təbrik edir, onlara yeni-yeni uğurlar 
arzulayırıq. 
 
 “Təhsil problemləri”, 01-07 sentyabr 2016-cı il 
 


178 
O GÜNLƏRİ QÜRURLA XATIRLAYIRAM 
 
Mənim adım Ayseldir. Mən Azərbaycan Dövlət Pedaqoji 
Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecin-
də Məktəbəqədər təlim və tərbiyə ixtisası üzrə təhsil alıram. 
Ölkəmizdə “Bakı-2015” Avropa Oyunları keçirilərkən könüllü 
olaraq iştirak etməyə qərar verdim və mərasim iştirakçısı seçil-
dim. Bu çox məsuliyyət tələb edən bir iş idi. Keçirilən məşq-
lərdə davamiyyətlə iştirak etmək lazım idi. Məşqlərdə iştirak 
edərkən bizi Carpet qrupuna qəbul etdilər. Təbii ki, Azərbay-
canın milli adət-ənənələri olan xalçalığı 920 qızın öz yupkaları 
vasitəsiylə dünyaya tanıtmağı o qədər də asan iş deyildi. 
Xoreoqrafımız bizə müxtəlif rəqs hərəkətləri öyrətdi. Biz bunun 
sayəsində Azərbaycanın 4 müxtəlif xalça naxışını və sonda 
dövlət bayrağımızı yaratdıq. Bu zəhmət tələb edən işlərdə qrup 
rəhbərimiz bizi çox çalışdırdı.  
 
 


179 
Nəhayət, o böyük gün gəlib çatdı. İyun ayının 12-də 68000 
tamaşaçının gözü qarşısına çıxdıq. Açılış mərasimində dünyanın 
bir çox ölkəsindən gələn insanların qarşısında səhnədə olmaq 
qürurvericiydi. Bir o qədər də həyəcanlı “Bakı-2015” Avropa 
Oyunlarının açılış mərasimində iştirak etmək bizim gələcək hə-
yatımıza da öz müsbət təsirini göstərirdi. Biz açılış mərasimində 
təkcə Carpet olaraq iştirak etmədik, həm də sonda Azərbaycan 
xalqının milli rəqsi olan “Yallı” rəqsini də bütün qruplarla birgə 
ifa etdik.  
Oyunlar bitdikdən sonra BEGOC (Bakı Avropa Oyunları 
Olimpiya Komitəsi) bizi “Təşəkkür Sertifaktı” ilə, Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev və “Bakı-2015” İlk 
Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva 
“Təşəkkürnamə” ilə təltif etdilər.  
 
 
Aysel Tağızadə, 
Azərbaycan Dövlət Pedaqoji Universitetinin  nəzdində 
Azərbaycan Dövlət  Pedaqoji Kollecinin tələbəsi,  
01-07 avqust 2016-cı 
 


180 
ZÖHR BABAZADƏNİN UĞURU 
 
Mayın 17-də Respublika Fənn Olimpiadaları qaliblərinin 
mükafatlandırılma mərasimi keçirilib. Riyaziyyat, fizika, kimya, 
biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, tarix və 
coğrafiya elmləri üzrə keçirilən Respublika Olimpiadasının 
qaliblərinə Təhsil Nazirliyinin diplomları və qiymətli hədiyyələr 
təqdim edilib. 
Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsindəki 
271 nömrəli tam orta məktəbin on birinci sinif şagirdi Zöhr 
Babazadə coğrafiya fənni üzrə qaliblərdən biridir. O, Respublika 
Olimpiadasında III yerə layiq görülüb, müəllim və valideynlə-
rini sevindirib, onların etimadını doğruldub. 
 
 


181 
Zöhrlə məktəbdə görüşdük. Bildirdi ki, coğrafiya fənninə 
olan marağı hələ 6-cı sinifdə oxuyan zaman Bəsirə müəllim 
oyadıb. Riyaziyyat, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiy-
yat, fizika və digər fənlər üzrə bilik və bacarıqlarını artırmaq 
üçün səylə çalışır. Gələcəkdə beynəlxalq münasibətlər, biznesin 
idarə edilməsi və ya iqtisadiyyat üzrə digər bir ixtisasa yiyə-
lənməyi qərara alıb.  
Sınaq imtahanlarında 600-ə yaxın bal toplayır. Qəbul imta-
hanında isə 600-dən yuxarı bal toplamaq ümidindədir. Zöhr 
deyir ki, ixtisas seçimi zamanı Bakı Dövlət Universitetinə, Azər-
baycan Dövlət İqtisad Universitetinə və “Qafqaz” Universitetinə 
üstünlük verəcək. 
Məktəbin direktoru, Qabaqcıl təhsil işçisi, Azərbaycan 
Yazıçılar Birliyinin üzvü, “Qızıl Qələm”, H.B.Zərdabi, 
Məmməd Araz mükafatları laureatı Səməndər Məmmədov: 
– Zöhr məktəbimizin çox istedadlı şagirdlərindən biridir. 
O, dəfələrlə müxtəlif səviyyələrdə keçirilən bilik yarışlarında 
iştirak edib və həmişə də seçilən şagirdlərdən olub. İntellektual 
səviyyəli şagirddir. Ən əsası yüksək insani keyfiyyətlərə malik-
dir. Tərbiyəli, ağıllı, həm də yoldaşları arasında dəstəklənən 
nümunəvi şagirdlərdən biridir. Onun bilik yarışlarındakı cavab-
ları, dünyagörüşü, həyata baxışı məni bir qayda olaraq sevindi-
rir. Bu günlərdə keçirilən Respublika fənn olimpiadasının yekun 
turunda coğrafiya fənnindən III yeri tutması bütün bu dedik-
lərimizə tutarlı sübutdur. Mən Zöhr Babazadəyə yeni uğurlar 
arzulayıram, adı uca olsun, səsi yüksək mərtəbələrdən gəlsin.  
Biz də inanırıq ki, Zöhr həm buraxılış, həm də 
universitetlərə qəbul imtahanını da uğurla verəcək, seçəcəyi 
ixtisasa da mükəmməl yiyələnəcəkdir.  
 
 “Təhsil problemləri”, 01-07 iyun 2016-cı il  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə