Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə44/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

186 
 
 
Orxan Əliyev 11 avqust 2003-cü ildə Bakıda anadan 
olub. 7-ci sinif şagirdidir. Bakı şəhəri məktəblilərinin dördüncü 
sinif şagirdləri arasında keçirilən "İntellektə gedən yol" 
müsabiqəsində yüksək fəallıq göstərdiyinə görə 15 yanvar 2013-
cü ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsi onu Diplomla təltif edib. 
Bu il isə riyaziyyat fənni üzrə müsabiqədə üçüncü yeri tutduğu-
na görə martın 11-də Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 
Fəxri fərmana layiq görülüb. Məktəbin rəhbərliyi, müəllimlər və 
yeddincilər Orxan barəsində həmişə xoş sözlər söyləyirlər. 
Onların fikirlərini təqdim edirəm. 
Məktəbin direktoru Svetlana Zülfüqarova: “Orxan 
birinci sinifdən 91 nömrəli tam orta məktəbdə təhsil alır. Elə 
birinci sinfin qəbulundan öz həmyaşıdlarından qeyri-adiliyi ilə 
seçilir. Artıq 7-ci sinifdə oxuyur və məktəbin bütün tədbirlərində 
fəal iştirak edir, layihələrdə həmişə qalib olur. Dərslərinə hazır 
gəlir, öz yaşıdlarından məntiqinə, təfəkkürünün yüksək olmasına 
görə tam fərqlənir. Bütün bu keyfiyyətlər onun gələcək uğurla-


187 
rından xəbər verir. Digər fəal şagirdlər kimi, onun da şəkli 
məktəbin "Şərəf lövhəsi"ni bəzəyir”. 
Sinif rəhbəri Solmaz Qafarova: “Orxan mənim üçün 
əzizdir, sanki doğma övladımdır. Onda qeyri-adi xüsusiyyətlər 
var. Hər işə məsuliyyətlə yanaşır, etdiyi səhvləri də həmişə 
səmimiyyətlə etiraf edir. Bəzən uşaqlarla mübahisə edir, yaxın-
laşıb səbəbini soruşanda həqiqəti söyləyir, öz səhvlərini də 
dürüstlüklə deyir. Bir çox fənləri əla oxuyur, yaxşı şeir söyləyir, 
aktyorluq qabiliyyəti var. Olimpiadalarda iştirak edib və uğur 
qazanıb. Bacısı Xədicə də onunla bir sinifdə oxuyur. O da ağıllı, 
tərbiyəli və məsuliyyətlidir. Mənə elə gəlir ki, bütün bu key-
fiyyətlər ailədən gələn xüsusiyyətlərdir. Mən bir sinif rəhbəri 
kimi, belə şagirdləri görəndə qürur hissi keçirir və həyatda 
onlara uğur arzulayıram.  
Orxanın qeydlərindən: “Müəllimlərimi və sinif yoldaş-
larımı çox istəyirəm. Sinif nümayəndəsiyəm. Sinfimizdə əlaçılar 
çoxdur. Bacım Xədicə, İlahə, Rauf, Sərxan, Cəmil, Murad, 
Ələkbər, Rahil və başqalarının adını çəkmək istərdim. Sinif rəh-
bərimiz Solmaz müəllim bizə doğma ana kimi qayğı göstərir. 
Tez-tez bizimlə sinif saatları keçirir. Solmaz, Sevinc, Gülnarə, 
Səyyarə, Aybəniz, Həyat və digər müəllimlərimiz daha çox 
tələbkardırlar. Mənim ən çox sevdiyim fənn riyaziyyatdır. Riya-
ziyyata marağım ikinci sinifdən başlayıb. İlk uğurum dördüncü 
sinifdə olub. Təhsil Nazirliyi tərəfindən dördüncü siniflər 
arasında "İntellektə gedən yol" adlı olimpiada keçirilirdi. Mən 
orada yer tutdum. Bu uğuruma görə sinif müəllimimiz Rübabə 
Nazurovaya minnətdaram. Olimpiadada qazandığım Diplomu 
mənə məktəbimizin direktoru Svetlana Zülfüqarova təqdim etdi. 
Bu məni daha da həvəsləndirdi. Svetlana müəllim hər zaman 
yaxşı oxuyan uşaqlara dəstək verir. Onlarla maraqlanır və daha 
yaxşı oxumağa ruhlandırır. Yəqin ki, elə buna görə də 
məktəbimizin “Şərəf lövhəsi”ndə əlaçılarımızın sayı çoxdur. 
Bu il Təhsil Nazirliyi tərəfindən Riyaziyyat fənn olim-
piadası keçirildi. Olimpiada dörd turdan ibarət idi. Üç turu 
yüksək ballarla keçdikdən sonra, dördüncü tura, yəni Riyaziyyat 


188 
fənn Olimpiada Mərkəzinə seçim imtahanına vəsiqə qazandım. 
Orada da yüksək yer tutub Olimpiada Mərkəzinə qəbul 
olundum. Təhsil Nazirliyi diplomların təntənəli təqdim məra-
simini keçirtdi. Oraya direktorumuz və valideynlərimlə birlikdə 
getdim. Beləliklə, ikinci diplomu əldə etdim. Bu uğrumun 
səbəbkarı əlbəttə ki, bizə riyaziyyatı öyrədən Sevinc müəllimdir. 
Onun zəhməti həqiqətən də danılmazdır. 
Olimpiada Mərkəzinin dərsləri Bakıdakı Riyaziyyat, 
Fizika və İnformatika Təmayüllü Liseydə keçirilir (Hazırda 
Orxan bu liseydə təhsil alır – Ə.H.). Mən o məktəbə gedirəm. 
Hələlik dərsləri həftədə bir dəfə – şənbə günü Şəmsi Səfərov 
aparır. O, bizi dünya olimpiadalarına hazırlaşdırır. Yeni dərs 
ilindən etibarən isə həmin liseydə oxumağa dəvət almışam. 
Bundan sonra da məqsədim müəllimlərin etimadını doğrultmaq, 
yeni uğurlar qazanıb məktəbimizin adını daha yüksək zirvələrə 
qaldırmaqdır.” 
Orxanın qardaşı Sərxan da bu məktəbdə oxuyur. İkinci 
sinfin fəal şagirdlərindən biridir. Orxanda riyaziyyata olan 
maraq, həvəs ailədən gəlir. Atası Təhmasib Əliyev iqtisadçı-
kibernetiqdir, anası Arzu Əliyeva isə mühasibdir. Onlar 
məktəblə, müəllimlərlə müntəzəm əlaqə saxlayır və övladlarının 
təhsilinə böyük diqqət yetirirlər. 
91 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinə yeni 
uğurlar arzulayır və inanırıq ki, onlar cari tədris ilini də yüksək 
nəticələrlə başa vuracaqlar. 
 
 “Təhsil problemləri”, 08-15 may 2016-cı il 
 


189 
UĞURLAR TƏSADÜFİ DEYİL 
 
Sağlamlığın əsasını hərəkət təşkil edir, hə-
rəkət bütün dərmanları əvəz edə bildiyi  halda, 
heç bir dərman hərəkəti əvəz edə bilməz. 
Pisso Noel-Laran (1770-1815),  fransız yazçı 
 
  Azərbaycan Respublikasının Prezidenti, Milli Olim-
piya Komitəsinin Prezidenti İlham Əliyev 2016-cı ilin idman 
yekunlarına həsr olunmuş mərasimdəki nitqində deyib: 
“Artıq 20 ilə yaxındır ki, mən Milli Olimpiya Komitəsinin 
prezidenti kimi bu görüşləri keçirirəm... 19 il ərzində görülən 
işlər göz qabağındadır. Artıq Azərbaycan dünya miqyasında 
güclü idman dövləti kimi tanınır. Bizim idman uğurlarımız par-
laqdır... Biz Avropa ölkələri arasında 7-ci yerdəyik, dünya 
miqyasında, medalların sayına görə, 14-cü yerdəyik, Müstəqil 
Dövlətlər Birliyi və postsovet məkanında 2-ci və müsəlman 
aləmində 1-ci yerdəyik... Ötən il Bakıda keçirilmiş Avropa 
Oyunlarında əldə etdiyimiz uğurlar təsadüfi deyildi. Biz o Oyun-
larda da çox böyük nəticə göstərmişik, 56 medal qazanmışıq və 
komanda hesabında 2-ci yerə layiq görülmüşük”. 
Qazanılmış uğurları layiqincə davam etdirəcək idmançıla-
rımızın hazırlığı daim diqqət mərkəzindədir. Təkcə paytaxtımız-
da deyil, ölkəmizin hər yerində onlar üçün lazımi şərait yara-
dılır, imkanlar ilbəil genişləndirilir.  
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İdman 
Cəmiyyətinin rəisi, polis polkovniki, olimpiya çempionu, dün-
ya şöhrətli idmançı Zemfira Meftaxedinovanın rəhbərliyi 
altında çalışan Fiziki hazırlıq şöbəsinin baş təlimatçısı Rəsul 
Məmmədovla görüşümüzdə çox şey öyrəndik. Öncədən qeyd 
edim ki, Rəsul Kəramət oğlu Məmmədov həm də Ciu-Citsu Milli 
Federasiyasının vitse-prezidenti və milli komandanın baş məşqçi-
sidir. Azərbaycan Respublikasının Əməkdar məşqçisi fəxri adına, 
Kombat ciu-citsu üzrə 5-Dan Qara kəmər dərəcəsinə sahibdir. 
Əlbəyaxa döyüş üzrə SSRİ idman ustasıdır. Söhbət zamanı 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə