Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə43/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

182 
BAYRAQ MƏNLİYİMDİR 
 
162 metr yüksəklikdə dalğalanan Azərbaycan Bayrağı 
dünyanın ən yüksək bayrağıdır. Ginnes Dünya Rekordları Təşki-
latı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyi-
nin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.  
 
 
 
Bayrağımız Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı və 
Azərbaycan Dövlətinin suverenlik rəmzidir. 1918-ci il noyabrın 
9-da Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis edilib. 
Üçrəngli bayrağımız hər zaman yüksələcəkdir. Azərbaycan 
Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 
17-də Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında Sərən-
cam imzalayıb. Hər il 9 noyabr ölkəmizdə Dövlət Bayrağı Günü 
kimi qeyd olunur. Ümumtəhsil məktəblərində də bu münasibətlə 
tədbirlər keçirilir.  
Bakı şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında 
keçirilən “Mənim Bayrağım” mövzusunda inşa yazı və şeir 
müsabiqəsi ötən ay yekunlaşdırılıb. Birinci, ikinci və üçüncü 
yerlərə layiq görülən və müsabiqədə fərqlənən iştirakçılar müka-
fatlandırılıb.  


183 
Sabunçu rayonunun Bilgəh qəsəbəsindəki Telman 
İsgəndərov adına 142 nömrəli tam orta məktəbdə də şagird-
lər arasında inşa yazı müsabiqəsi keçirilib. Məktəbin direk-
toru, Əməkdar müəllim Gülnaz Abdullayeva ilk yerlərə 
sahib olan şagirdləri mükafatlandırıb və onları fəxri fərman-
la təltif edib. Doqquzuncu sinif şagirdi Sona Rəsulovanın 
inşası birinci yerə layiq görülüb.  
Onun inşa yazısını təqdim edirik.  
 
BİR KƏRƏ YÜKSƏLƏN BAYRAQ  
BİR DAHA ENMƏZ 
 
Bir kərə yüksələn bayraq enə bilməz. Onu yüksəldən 
torpaq uğrunda canlarını fəda etmiş ərən igidlərimiz olmuşdur. 
Onlar öz adlarını tarixin yaddaşına qanları ilə əbədiyyən yazmış-
lar. Hər dəfə əvəzlənən yeni nəsil onların igidlikləri haqqında 
dastanları və rəvayətləri dinləmişlər.  
Bayrağım dalğalanır. Göylərin rənginə qarışmış mavi rəng 
mənim türk oğlu, türk olduğumu bütün cahana yayır. Qırmızı 
rəng igidlərimizin qanından qızarıb ölkəmizdə hər bir insanın 
hüquqlarının qorunduğunun və yolumuzun demokratiya yolu 
olduğunu anladır.  
Azadlıq ideologiyası bayrağımızda öz əksini tapmışdır. 
Bayrağımız harada dalğalansa onu görən hər bir insan 
dinimizdən də xəbər bilər. Biz müsəlman ölkəsiyik və bütün 
dünyanı çalxalandıran, anaları gözü yaşlı qoyub, uşaqlara yetim-
lik və səfalət gətirən terrora yox deyirik. Biz həm də tolerant 
dövlətik. Torpağımızda gəzən hər bir kəs burada bütün dinlərdən 
olan insanların səadət içində yaşadıqlarının şahidi olar. 
Bayraq mənim mənliyimdir. Yarışlarda, müxtəlif tədbirlər-
də onun dalğalandığını görən hər bir azərbaycanlı qürur hissi 
keçirməyə bilməz. O, harda dalğalanırsa oradan vətənimin, dili-
min, dinimin səsi, sorağı gəlir. Babalarımızdan bizə miras qalan 
bayrağımızın keşiyində igid ərənlər möhkəm dayanıb. Onu 
endirmək istəyən kəslərin qılıncla əllərini kökündən kəsərlər. 


184 
And yerimiz bayrağımızdır. Dövlətimizin başçısı onun 
qarşısında diz çökərək öpüb gözünün üstünə qoyur. Vətənimizin 
adını ucaldan hər bir şəxs onun qarşısında baş əyir. Yarışlarda 
qələbə çalmış hər bir igidimiz onu dalğalandıraraq ucaldır, onun 
əzəməti qarşısında dayana bilməyən başqa millətlər ayağa 
qalxır. Ulu tanrıdan ricam budur ki, igidlərin, ərənlərin qanı 
bahasına yüksələn bayrağım bir daha enməsin.  
 
 “Təhsil problemləri”, 16-23 dekabr 2016-cı il 
 


185 
YENİ UĞURLARA DOĞRU 
 
Səbail rayonunun Bayıl qəsəbəsində yerləşən 91 nömrəli 
tam orta məktəb 1937-ci ildən fəaliyyət göstərir. Hazırda təhsil 
ocağında təxminən 1100-ə yaxın şagirdin təlim-tərbiyəsi yolun-
da 90-a yaxın müəllim çalışır.  
Məktəbin direktoru Svetlana Məcid qızı Zülfüqarova 
zəngin pedaqoji təcrübəyə malikdir, müəllim, valideyn və 
şagirdlər arasında böyük hörmət və nüfuz sahibidir. Məktəb-
də olduğum və onunla söhbət zamanı bunun tam şahidi oldum 
və öyrəndim ki, məktəbin müəllim və şagirdləri son illər xeyli 
uğur qazanıblar. Fəxri ad daşıyan, müxtəlif müsabiqələrdə qalib 
gəlmiş qabaqcıl təhsil işçilərinin fədakarlığının, dərslərini ən 
müasir tələblər səviyyəsində qurmalarının, bir sözlə, gənc nəslin 
təlim-tərbiyəsi sahəsindəki uğurlu fəaliyyətlərinin nəticəsidir ki, 
bu təhsil ocağının adı öncüllər sırasında çəkilir.  
Məktəb 2010-2011-ci tədris ilində respublika üzrə keçiril-
miş "Ən yaxşı ümumi təhsil müəssisəsi" müsabiqəsinin qalibi 
olub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 
Sərəncamı ilə digər qaliblər kimi 10 min manat məbləğində bir-
dəfəlik pul mükafatı ilə mükafatlandırılıb.  
14 sentyabr 2015-ci ildə keçirilmiş Bakı şəhər təhsil işçilə-
rinin "Sentyabr konfransı"nda 42 ümumi təhsil müəssisəsi 
Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman”la təltif edilib. Həmin 
məktəblərin sırasında 11 ümumtəhsil müəssisəsi təhsilin keyfiy-
yətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər və 
2014-2015-ci tədris ilində doqquzuncu siniflər üzrə buraxılış 
imtahanlarının nəticələrinə əsasən irəliləyiş əldə etdiyi üçün 
“Fəxri Fərman”la təltif olunub ki, onlardan biri də 91 nömrəli 
tam orta məktəbdir. 
40 il bundan əvvəl – 1970-ci illərdə Naxçıvan Teleradio-
sunda həmkarım olmuş jurnalist Əzizə Şamilova bu yaxınlarda 
məktəbli Orxanın istedadından, uğurlarından söhbət açmış, 91 
nömrəli məktəb və müsabiqə qalibi olan bu şagird barəsində 
məqalə hazırlamağın vacibliyini qeyd etmişdir.  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə