Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə46/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

196 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÒßÇß ÊÈÒÀÁËÀР


197 
ŞƏHİDİN ÖMÜR YOLUNA İŞIQ SALAN KİTAB 
 
Şair, publisist, tədqiqatçı Əli Rza 
Xələflinin “Söz və qan” kitabını bu yaxın-
larda “Vətən” nəşriyyatı oxuculara çatdırıb. 
Kitabın redaktoru və ön sözün müəllifi 
fəlsəfə üzrə fəlsəfə doktoru Sabir Bəşirov, 
rəyçisi filologiya elmləri doktoru, professor 
Asif Rüstəmlidir.  
Ədəbi-publisistik düşüncələrlə yazıl-
mış povest-xronika –“Söz və qan” əsəri 
haqqında kitabın ön səhifəsində oxucuya 
verilən məlumatda deyilir: “Müəllif əsəri orijinal formada – 
ədəbi-publisistik, tarixi və nəhayət, bədii üslubların qovuşuğun-
da qələmə alıb. Forma oynaqdır, hadisədən-hadisəyə dəyişən 
ovqat oxucuya da sirayət edir. Forma və üslub rəngarəngliyi 
əsərə canlı ruh gətirir. Oxucu zamandan-zamana keçdikcə yeni-
yeni həyəcanlar yaşayır.  
Müəllif “Söz və qan” əsərinin məzununda qəhrəman bir 
döyüşçünün taleyini etiva etsə də, onun bir igid, vətənpərvər 
kimi formalaşmasında böyük rolu olan ədəbi sözün, xüsusilə
poeziyanın təsir gücündən də geniş şəkildə bəhs edir.Oxucu 
Ceyhun Orucəliyevin timsalında döyüşçünü, Xanəli Kərimli 
obrazında şairi yaxşı tanıyır. Sözün və qanın birliyində ədəbi 
diriliyə aparan yolun mahiyyətindən də fəlsəfi ümumiləşdir-
mələrlə danışan müəllif ədəbi obrazları oxucuya sevdirə bilir. 
Dəqiq və xarakterik cizgilərlə onları yaddaşa yazır. Cəsarətlə 
demək olar ki, “Söz və qan” həm də hərbi vətənpərvərlik dərsli-
yi kimi də qavranılır... Cazibəli dil və oynaq forma dəyişən səh-
nələrlə oxucu marağını təmin edir”. 
Ümumi ruhu – ideyanı əks etdirən “Söz və qan” əsəri 37 
bölümdən (hekayətdən) ibarətdir. 240 səhifəlik kitabda əlavə 
olaraq 32 səhifədə Ceyhun Orucəliyevin ömür yolunu əks 
etdirən foto və sənədlərin şəkilləri də verilib ki, bu da oxucunun 
diqqətini çəkir və şəhidin həyatını göz önündə canlandırır. Ön 


198 
sözdə Sabir Bəşirov “Söz və qan” əsərində üç əsas obraz 
olduğunu qeyd edir: “Şair Xanəli Kərimli və digər söz adamları– 
qələm sahibləri, Ceyhun Orucəliyev və Ceyhun Orucəliyevi 
yetirən mühit – ailə, məktəb: ibtidai, orta və ali hərbi məktəblər, 
cəmiyyət, geniş mənada Vətən – Azərbaycan. Bu şərti bölgüdə 
çox vaxt bunlar birləşir: mühit-ailə, Ceyhunun atası Pirəli 
müəllim, Xanəli Kərimli və digərləri...” 
 
 
 
Müəllifin özünün qeydləri isə kitabın 12-ci səhifəsində 
oxucuya çatdırılıb: “Əsərin baş xətti qəhrəman Azərbaycan 
əsgəri-kapitan Ceyhun Orucəliyevin həyatı ilə bağlıdır. Bu 
fonda erməni faşizminə qarşı döyüşün,  


199 
 
 
Vətən torpağı uğrunda mübarizənin motivi daha qabarıqdır. 
Ayrı-ayrı canlı səhnələr, bədii hekayətlər oxucuya düşməni 
tanıtmaqda yardımçı olur. Ancaq əsər, əslində, təkcə Qarabağ 
uğrunda mübarizədən yox, bütövlükdə Azərbaycan uğrunda 
savaşdan bəhs edir. Ona görə də oxucu ədəbi-publisistik düşüncə 
düzənində yaşın və sənətin müxtəlifliyini təmsil edən insanlarla 
qarşılaşır, sözün və qanın məntiqində onlarla ünsiyyətə girir. 
...“Söz və qan” mənim üçün üzü Vətənə sarı yoldur. Nə 
qədər qanlı, qadalı olsa da...” 
İnanırıq ki, Əli Rza Xələflinin yanğı və çağlar bir ilhamla 
yazdığı “Söz və qan” əsərini oxucular maraqla mütaliə edib, 
yüksək dəyərləndirəcəklər. 
  
“Təhsil problemləri”, 08-15 sentyabr 2016-cı il 


200 
VƏTƏNDAŞLIQ LİRİKASININ ƏSAS 
YARADICILQLARINDAN BİRİ 
 
Xanəli Kərimlinin “Bir ömrün işığı” (Məqalələr, məktub-
lar, tədbirlər) kitabı Qanun Nəşriyyatından çapdan buraxılıb. 
384 səhifəlik kitaba şairin həyatının bəzi məqamlarını yada salan 
8 ədəd rəngli şəkil də əlavə edilib. Toplu haqqında oxucuya 
verilən qısa məlumatdan aydın olur ki, “Bir ömrün işığı” tanın-
mış şair, araşdırıcı alim və gözəl pedaqoq Xanəli Kərimlinin 
yaradıcılığından bəhs edən 4-cü kitabdır. Bundan əvvəl “Şairə 
məktub “ (2007), “Sözün Əlincə qalası” (2011) və fəlsəfə dokto-
ru Sabir Bəşirovun “Xanəli Kərimli: Bir ömrün nağılı” (2011) 
kitabları nəşr olunub. 
 
 


201 
Ön bölmədə görkəmli ziyalıların qələmindən çıxan məqa-
lələr verilib. Fəlsəfə elmləri doktoru, professor, Əməkdar Elm 
Xadimi Camal Mustafayev, filologiya elmləri doktoru, professor 
Maarifə Hacıyeva, filologiya elmləri doktoru, professor Sədaqət 
Həsənova, filologiya elmləri doktoru Yaşar Qasımbəyli, filologi-
ya üzrə fəlsəfə doktoru, dosent Fərqanə Kazımova , filologiya üz-
rə fəlsəfə doktoru, dosent Aypara Behbudova şair Xanəli Kərim-
linin yaradıcılığını geniş işıqlandırmaqla yüksək dəyərləndiriblər.  
Akademik İsa Həbibbəyli: “Xanəli Kərimlinin şeir yara-
dıcılığında həssaslıq və vətəndaşlıq mövqeyi ön sırada dayanır. 
Həyata və insanlara həssas münasibətlər Xanəli Kərimlinin 
şeirlərinə dərin lirizm gətirir. Xanəli Kərimli yeni dövr Azərbay-
can şeirində vətəndaşlıq lirikasının əsas yaradıcılarından biridir. 
Yaxşı cəhət ondan ibarətdir ki, Xanəli Kərimlinin vətəndaşlıq 
lirikası sadəcə qələmə aldığı aktual mövzuları ilə deyil, daha çox 
bu bədii nümunələrdəki fikrin ifadə vasitəsi ilə yadda qalır. 
Daha doğrusu, Xanəli Kərimli bir qayda olaraq vətəndaşlıq 
lirikasını bədii biçimdə təqdim etməyi bacarır. Bu cəhət 
Xanəlinin mühüm yaradıcılıq nailiyyəti kimi səciyyəylənir.”  
Şairin müəllim həmkarı, mərhum filologiya üzrə fəlsəfə 
doktoru və dosent Fərqanə Kazımova isə “Ağrılı və inamlı 
şair” məqaləsində onun yaradıcılığını incələyərək vurğulamışdır: 
“Xanəli müəllim poetik düşüncələri ilə nakam şairimiz Almas 
İldırımın içində boğulan səsinin davamçısıdır. Əgər Almas 
İldırım “Əsir Azərbaycan”ın dərdlərini hayqırırdısa, Xanəli 
Kərimli sinəsində Qarabağ və 20 Yanvar yarası olan “Yaralı 
Azərbaycan”ın sızıltılarını dünyaya car etməyə can atır. 
 
Azərbaycan- dərd içində solan anam, 
Yarı canı yad əllərdə qalan sonam!.. 
Azərbaycan-mənim canım, mənim balam! 
Danışdıqca qövr eyləyir içindəki yaraları, 
Bir atəş tək səpələnir dörd bir yana paraları: 
Azərbaycan- hər yerində şəhidistan..” 
və ya 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə