Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə48/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

206 
SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN,  
AUTİZM XƏSTƏLİYİNƏ TUŞ GƏLMİŞ UŞAQLAR, 
YAXUD XXI ƏSRİN YADA DÜŞMƏYƏN BƏLASI 
 
Cəmiyyət mövcud olandan bu günədək valideynlər daim 
övladlarının sağlam olması, sağlam böyüməsi üçün çalışmış, 
hətta bu yolda bir çox əzab-əziyyətlərə də dözmüşlər ki, bu da 
təbii haldır. Hər bir valideyn dünyaya gətirdiyi övladının sağlam 
olmasını və sağlam böyüməsini istəyir. Lakin bəzi hallarda 
dünyaya gələn uşaq müxtəlif formalarda problemli doğulur ki, 
hazırda buna “sağlamlıq imkanları məhdud uşaqlar” da deyilir. 
Belə uşaqlardan bir qisminin tutulduğu xəstəliyə “autizm 
xəstəliyi” də deyirlər.  
Autizm nədir?  
Bu sualın cavabı bu yaxınlarda Əməkdar elm xadimi, 
professor Oruc Həsənlinin yenicəçapdan çıxmış “Autizm” 
kitabında  geniş şəkildə verilmiş və xəstəliyin mahiyəti, qanu-
nauyğunluqları, valideyinlərin uşaqlarla davranma qaydaları, 
xəstəliyi yüngülləşdirməyin və aradan qaldırmağın yolları, üsul-
ları və texnologiyaları öz əksini tapmışdır. Kitabda həmçinin 
autizm xəstəliyinin aradan qaldırılması və ona yanaşmalar da öz 
əksini tapmışdır. 
Müəllif kitabda autizm xəstəliyinin diaqnozunun qoyulma-
sından və bununla bağlı bir sıra problemlərə öz ilkin münasibəti-
ni bildirərək yazır ki, “Autizm xəstəliyinin diaqnozu Azərbay-
canda təqribən 2000-ci ildən problemli uşaqlara qoyulmağa 
başlayıb. Valideynlərə “uşağınız autizm sindromundan əziyyət 
çəkir” deyəndə onlara çox zaman heç nə aydın olmur. Həmçinin 
bunun əqli problem olmağına valideyn inanmır.  
Nəzərinizə çatdırırıq ki, “autizm sindromu”nun yaranma 
səbəbi hələ də dəqiqləşməmiş, müalicə metodu və əqli problem 
olub olmaması 100% təsdiqini tapmamışdır. Bu problemdən 
yeganə çıxış yolu gərgin metodik işdir. Bu prosesdə uşağın 
ailəsi əsas vasitədir. Çünki tək əldən səs çıxmır. Mütəxəssislər 
ancaq yol göstərə bilərlər. Autizm sindromu əsasən uşaqlarda 2-


207 
4 yaşlarında özünü göstərir. Nə qədər tez bu problem aşkarlanıb 
üstünə düşülərsə, bir o qədər də tez bu problem öz həllini 
tapacaq. 
Övladınızda, yaxınlarınızın uşaqlarında, bağçada və 
ətrafınızda autizm sindiromlu uşaq gördükdə, daha diqqətli olun. 
Çünki, onların diqqətə, qayğıya, xoş rəftara, təbəssümə və 
cəmiyyətə ehtiyacları var. 
 
 


208 
Bəs autizm sindiromlu uşağı necə müəyyən etməli, necə 
tanımalı? Əvvəla autizm 1-4 yaşlarında daha dəqiq özünü 
büruzə verir. Autizm sindiromlu uşaqlara məxsus olan tipik 
xüsusiyyətlər əsasən aşağıdakılardır:  
• Autizm sindiromlu uşaq onunla danışan adama baxmır; 
• işarə ilə göstərilən yerə baxmır; 
• yersiz ağlayır və ya gülür; 
• bir sözü və ya bir hecanı dəfələrlə təkrar edir; 
• gedib-gələcəyi yola bağlanır;  
• gözünün yaxınlığında əli ilə təkrar hərəkət edir;  
• özünə bilə-bilə xəsarət yetirir;  
• tələbatı yoxdur; 
• ünsiyyətə girməyə çətinlik çəkir; 
• göz təmasından yayınır; 
• işığı yandırıb-söndürməyi sevir; 
• elektron əşyalara həvəsi olur; 
• valideynə hədsiz bağlılıq və ya əksinə; 
• bir yerdə çox yellənir; 
• diqqətini bir yerə saatlarla zilləyir;  
• musiqiyə həvəslidir və s.” 
Müəllif eyni zamanda, dünyanın bir sıra psixoloq və 
psixiatrlarının da fikirlərinə və Autizm sindromunun tarixinə 
müraciət edərək yazır: “1943-cü ildə Amerika psixiatrı Leo 
Kanner özünün psixiatrik klinikasında bir neçə uşaq üzərində 
apardığı araşdırmalara əsasən yazılarında “erkən autizm sindro-
mu” haqqında ilk dəfə məlumatlar verib. 1944-cü ildə Avstri-
yada Hans Asperger, Asperger sindromu haqqında məlumatlar 
yayımlayır. Amma bu yayımlama II dünya müharibəsindən 20 il 
sonra Avropada oxucuların və bu sferada çalışan mütəxəssislərin 
ixtiyarına verilir. 
Kannerin fikrincə, autizm sindromlu uşaqların əsas xüsu-
siyyətləri bunlardır: Yaratdıqları, seçdikləri qaydalara riayət 
edirlər və yenilikləri qəbul etmirlər. Çəkici, diqqətli və bilikli, 
xarici görkəmi, nə isə öyrənməyə qarşı çətinlik, ünsiyyətdə anor-
mallıq və s. özünü göstərir. Hans Aspergerin fikrincə asperger 


209 
sindromlu uşaqların əsas xüsusiyyətləri bunlardır: Başqalarına 
qarşı safca və uyğun olmayan ümumi yaxınlaşmalar, ikili söhbət 
deyil monoloq olaraq seyr edən monoton bir danışmaq tərzi, sırf 
1-2 dəfə xüsusi bacarıq və s. Kannerin fikrincə bu xəstəliyə görə 
oğlanların sayı qızların sayından 4 dəfə çoxdur. Bu fikir hazırda 
öz təsdiqini tapıb. Kanner əvvəldən sindromun doğuşdan var 
olduğuna inanırdı və buna görə də bu sindroma “erkən körpəlik 
autizmi” adını vermişdi.  
Daha sonra autizm sindromu olmadan əvvəl bir ya da iki il 
normal inkişafı göstərən uşaqlarda da eyni sindromun olduğunu 
aydınlaşdırdı. Onun fikrincə, 3 yaşdan əvvəl uşaqlardakı sind-
rom tipik autizmdir. Sonra yaranarsa atipik autizm sayılır. 
  Autizmin başlanmasını isə Kanner belə şərh edirdi: Vali-
deynlər 3 yaşa qədər uşaqlarındakı hansısa bir problemin oldu-
ğunu hiss etmirlər. Bu yaşlarda uşağın nitqində gecikmənin çox 
zaman normal olmasına inanırlar. Daha sonralar nitqdə və 
hərəkətədə olan problemlər valideynləri narahat edir. Zaman–
zaman bu başlanğıcdan sonra yüksək qızdırmalar olur. Yüksək 
qızdırmanın səbəbi ensefalit (beyində virus infeksiyası) ya da 
travmaların olması müşahidə olunur. Ancaq bəlli bir səbəb 
olmaya da bilər. Bu sıralanmaya ev dəyişmə, 2-ci bacı və ya 
qardaşın dünyaya gəlməsi kimi hallar da aid ola bilər. Hans 
Aspergerin fikrincə, aisperger sindiromlu uşaqların 3-yaşına 
qədər danışma və hərəkətində heç bir problem olmur. Sonralar 
isə hərəkətlərində qeyri-adi dəyişmələr, ünsiyyət problemi, 
insanlardan qaçma kimi hallar baş verir. Əsas günahı isə ailədə 
görürdü. Bu fikir isə ehtimal olaraq qalırdı”. 
Ümumiyyətlə, müəllif kitabda autizm problemini müxtəlif 
mövzular adı altında verir ki, bu da kitabın oxunaqlı və anlaşıqlı 
olmasını təmin edir.  
 Məsələn: Autizm sindromunun tarixindən, Mütəxəsislər 
autizm haqqında, Autizm haqqında mütəxəsislərin rəyi və məs-
ləhətləri, Autizmin xüsusiyyətləri və əlamətləri, Autizm sind-
romu, Hər bir ananın bilməli olduğu xəstəlik-autizm, Autizm 
haqqında valideyinlərə bir neçə tövsiyyələr, Autik uşaqlarda 


210 
diqqətin tərbiyəsi və inkişafı, Autizm və yaranması, Autizm və 
cəmiyyət, Tanınmış autizm sindromlu şəxslər, Autistlərin təffə-
kür səviyyələri, Autizm nəticəsində zədələnən sosial sahələr, 
Uşaqlarda dezinteqrativ pozuntu və autizm, Autizmli uşaqlarda 
göz kontaktı, Autizm uşaqlar üçün terapiya rejimi, Autizm 
uşağın ailəsinin keçirdiyi sosial psixoloji adaptasiya mərhələsi
Əqli inkişafdan geri qalmış uşaqlarla təlim-tərbiyə işinin psixo-
loji əsasları, Autogen məşq texnikası belə aparılır, İnsan moti-
vasiyası ilə bağlı testlər, Psixi sağlamlıq günün tələbidir, Autizm 
Azərbaycanda, Autizmlə bağlı görulməli işlər, Autizmi tanıyaq - 
kimi başlıqlar altında araşdırılan və münasibət bildirilən 
məsələlər oxucunun sağlamlıq imkanları məhdud uşaqlar haq-
qında hərtərəfli məlumatlar əldə etməsinə şərait yaradır.  
 Kitabda autizm xəstəliyini doğuran səbəblər, diaqnoz 
müddəti, yaş hədlərinə görə təhsil imkanları, dil danışıq 
terapiyası, məşğələ terapistləri və təkliflər mühüm yer tutur.  
 Bu mənada professor Oruc Həsənlinin “Autizm” kitabı 
hər bir ailə üçün, eyni zamanda hər bir pedaqoq-psixoloq və 
loqopedlər üçün gərəkli bir kitabdır.  
Əşrəf Hümmətov, 
İlham Hüseynli, 
“Təhsil Problemləri”, 24-31 dekabr 2016-cı il,  
01-07 yanvar 2017-ci il 
 
 


211 
ÖYRƏDƏNLƏR, ÖYRƏNƏNLƏR... 
 
Əməkdaşımız Əşrəf Hümmətovun “Öyrədənlər, öyrənən-
lər, uğurlar” kitabı bu yaxınlarda “Elm və təhsil” nəşriyyatında 
çapdan çıxıb. “Təhsilimizin inkişafı sahəsində uğurları ilə fərq-
lənən müəllimlər”, “Uğurları ilə seçilən təhsil ocaqları”, “Etima-
dı doğruldan məzunlar, tələbələr, şagirdlər” və “Yeni kitablar” 
bölümlərindən ibarət 312 səhifəlik kitabın redaktorları yazıçı-
jurnalist, “Təhsil problemləri” qəzetinin Baş redaktoru Malik 
Rəcəb (Qurbanov) və sabiq əməkdaşımız İlahə Rəhimovadır.  
 
 


212 
Kitabda respublikanın əməkdar müəllimləri Yusif Məm-
mədov, Nərgiz Kazımova, Ayaz Həsənov, “Azərbaycan Respub-
likasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmiş 
Rüxsarə Əlizadə, Elxan Məmmədov, Səkinə Bədəlova, İradə 
Bayramova, Naibə Kərimli (Kərimova), təhsilin inkişafındakı 
xidmətlərinə və gənc nəslin təlim-tərbiyəsindəki yüksək nailiy-
yətlərinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin 
Fəxri Fərmanı”na layiq görülmüş Sona Hacılı, “Ən yaxşı 
müəllim” müsabiqəsinin qalibləri Təranə Məhəmmədova, Gül-
bəniz Valehova, müxtəlif mükafatlara, təltiflərə layiq görülmüş 
Şakir Mikayılov, Bəxtiyar Əhmədov, Ləzifə Hüseynova, Günay 
Babatova, Vüsalə Həsənova, Nərgiz Kərimova, Gülnurə Əliye-
va, Pərvanə Həsənova, Əhliman Ağaverdiyev, Nail Bayramov, 
Tarix Fətullayev və başqalarının pedaqoji fəaliyyətindən geniş 
bəhs olunub.  
“İstedadlı alim, müəllim dost” məqaləsində Azərbaycan 
Milli Elmlər Akademiyasının müxbir üzvü, tarix elmləri dok-
toru, professor Vəli Əliyev haqqında 46 il bundan öncə tələbəsi 
olmuş Həsən Əliyevin xatırlaması, Vəli müəllimin isə Həsən 
Əliyevin atası, dövlət xadimi Zülfəli Əliyevin onun bir alim 
kimi yetişməsində göstərdiyi səmimi, təmənnasız diqqət və 
qayğısından söhbət açması oxucuda ülvi hislər doğurur.  
“Uğurları ilə seçilən təhsil ocaqları” bölümündə Xırdalan 
şəhərindəki 5 nömrəli, Bakıda fəaliyyət göstərən Füzuli rayon 
48 nömrəli, paytaxtın Nizami rayonundakı 12 nömrəli, Sabunçu 
rayonundakı 69 və 94 nömrəli tam orta məktəblərin nailiyyət-
lərindən ətraflı söhbət açılıb.  
Məktəblərdə aparılmış “Açıq dərs”lərdən, müxtəlif mövzu-
larda keçirilmiş tədbirlərdən qələmə alınmış məqalələr oxucu-
lara müəyyən bilgi-məlumat verir və maraqla oxunur. “Türkün 
Çanaqqala zəfəri”, Beyləqanda görüş”, “Vətən əmanətdir”, “Ri-
yaziyyat elmlərin şahıdır”, “Horadiz şəhərinə səfər, əsgərlərlə 
görüş”, “Tamaşanı ikincilər hazırlamışdı”, “Sərkərdənin yubile-
yi qeyd olundu”, “Ana dili bizim milli mənliyimizdir”, “Məktəb 
illəri arxada qaldı” və digər məqalələr sadə, oxunaqlı bir dildə 


213 
qələmə alınıb. Məqalələr oxucunu yormur, onu ardıcıl oxumağa 
və yaddaş üçün qeydlər aparmağa sövq edir.  
“Etimadı doğruldan məzunlar, tələbələr və şagirdlər” 
bölümündə müəllif Bakı Dövlət Universitetinin tələbələri Aytac 
Məmmədova, Aysel Heydərova, Lənkəran Dövlət Universi-
tetinin tələbəsi Ruslan Baxşeyişli, Azərbaycan Respublikası 
Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi 
Xəyalə Əfəndiyeva, Azərbaycan Dövlət Aqrar Universitetinin 
tələbəsi Rəsul Qasımov, Azərbaycan Dövlət Pedaqoji Univer-
sitetin tələbəsi Nərgiz Qasımova, məktəbli Vüsal Məmmədzadə, 
Rüfət Bayramov, İsmayıl Əsədli, naxçıvanlı məktəbli-rəssam 
Ülviyyə Şirinova və başqaları ilə oxucuları yaxından tanış edir.  
“Yeni kitablar” bölümündə isə Səməndər Məmmədovun 
“El sevəni aləm sevər”, Amil Əsgərovun “Musiqi tarixi”, Asif 
Kəngərlinin “Bəla”, Cəvahir Ağayevanın “Unudulmayan xatirə-
lər” və digər kitabların qısa məzmunu və təqdimat mərasim-
lərində söylənilən fikirlər oxuculara çatdırılıb.  
İnanırıq ki, Əşrəf Hümmətovun “Öyrədənlər, öyrənənlər 
və uğurlar” kitabı təhsil işçiləri, tələbə və məktəblilər, eyni 
zamanda digər oxucular tərəfindən də maraqla qarşılanacaqdır. 
 
 
 
 
Günay Əlizadə, 
“Təhsil problemləri”,  
08-15 sentyabr 2016-cı il  
 


214 
MÜƏLLİF HAQQINDA MƏLUMAT 
 
Hümmətov Əşrəf Əli oğlu 25 oktyabr 
1947-ci ildə Naxçıvan rayonunun (indiki 
Babək) Zeynəddin kəndində müəllim 
ailəsində anadan olub. 1961-ci ildə 
kənddəki 7 illik məktəbi, 1965-ci ildə 
qonşu Leninabad (indi Kərimbəyli) kənd 
orta məktəbini bitirib. 1965-1966-cı 
tədris ilində Bakı Kooperativ Texniki 
Peşə Məktəbində təhsil aldıqdan sonra 
Bakı Kooperativ Texnikumunda təhsilini 
qiyabi davam etdirməklə bərabər əmək 
fəaliyyətinə başlayıb. 1967-ci ilin yanvarında hərbi xidmətə 
çağırılıb. 1969-cu ilin iyun ayında ordu sıralarından tərxis 
olunan Əşrəf Hümmətov Azərbaycan Dövlət Univer- sitetinin 
Jurnalistika fakültəsinə (Bakı Dövlət Universiteti) qəbul olunub 
və 1974-cü ildə ali təhsilini başa vurub. 1973-cü ildən ehtiyatda 
olan zabitdir. Dəfələrlə hərbi təlimlərdə olub, rota komandiri 
vəzifəsinədək yüksəlib. O, 1974-75-ci illərdə Bakıda «Gənclik» 
nəşriyyatında, 1975-ci ilin avqust ayından 1995-ci ilin avqust 
ayınadək Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri 
Komitəsində, 1995-ci ilin avqust ayından 2009-cu ilin noyabr 
ayınadək «Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı 
Səhmdar Cəmiyyətində redaktor, böyük redaktor, şöbə müdiri 
və digər vəzifələrdə təhsil, gənclik və xəbərlər readksiyalarında 
işləyib və əsasən təhsildən yazıb. 1974-1975-ci tədris ilində 
Azərbaycan Pedaqoji Xarici Dillər Institutunda yeni təşkil 
olunmuş ictimai peşə fakültəsində (Jurnalistika ixtisası üzrə) 
müəllimlik edib. 1976-1978-ci illərdə Azərbaycan KP MK 
Marksizim-Leninizm Universitetinin Naxçıvan filialında 


215 
Jumalistika şöbəsinin İdeoloji kadrlar fakültəsində Ali Siyasi 
Təhsil alıb. 1979-cu ildən keçmiş SSRİ Jumalistlər İttifaqının 
üzvü olub. Ölkəmiz müstəqilliyə nail olduqdan sonra 
Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 2009-cu ilin dekabr 
ayından Təhsil Problemləri Institutu, həftəlik «Təhsil 
problemləri» qəzetində şöbə müdiri vəzifəsində çalışır. 2012-ci 
ildə “Ötən günlər, ötən illər” 2014-cü ildə “Təhsilimizin tərəq-
qisi yolunda”, 2015-ci ildə “Müəllimlər, məktəblər, tədbirlər...”, 
2016-cı ildə “Öyrədənlər, öyrənənlər, uğurlar” kitabları nəşr 
edilib. “Uğurlar təsadüfi deyil” onun beşinci kitabıdır. 


216 
MÜNDƏRİCAT 
 
HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCAN                  
DÖVLƏTİNİN QURUCUSUDUR................................................... 3 
PREZİDENT İLHAM ƏLİYEVİN
 
FÜZULİ RAYONUNA                    
BİR GÜNLÜK SƏFƏRİ.................................................................... 8
 
 
MÜƏLLİM ÖMRÜ YAŞAYANLAR
 
HƏBİBƏNİN SƏNƏT FƏLSƏFƏSİ.............................................16 
BƏSTƏKAR YAŞAR XƏLİLOVUN                                   
YARADICILIQ PORTRETİ ..........................................................23 
QALİB MƏKTƏBİN DIREKTORU (Şəfayət Orucova) .........28 
MÜƏLLİM ƏMƏYİ ŞƏRƏFLİDIR (Fətdanə Rəhimova)......31 
ÖMRÜM BOYU ÇALIŞMIŞAM Kİ (Zeynəb Rzayeva)... ........34 
MÜƏLLİM ADI YÜKSƏK HÖRMƏTƏ VƏ                           
EHTİRAMA LAYİQDİR (Sahirə Məmmədova)....................38 
LAYİQLİ MÜƏLLİM,  BACARIQLI TƏŞKİLATÇI                 
(Rəmziyə Mövsümova)...............................................................41 
ONUN YENİ UĞURLARINA İNANIRIQ                                        
(Günay Sadıqova) ........................................................................44 
NƏNƏXANIM MÜƏLLİM.............................................................47 
KOLLEKTİVİN FƏXRİ– ELFİRA MÜƏLLİM ...........................50 
YUBİLEYİ QEYD OLUNDU (Leyla Qarayeva).......................56 


217 
MƏQSƏDİNƏ NAİL OLAN MÜƏLLİM                                             
(Vəfa Məmmədova).....................................................................59 
FİZİKİ TƏRBİYƏ MÜƏLLİMİ (Emil Qaybalıyev).................62 
MƏHRUBƏ MÜƏLLİM.................................................................65
 
ZİYASINDAN NUR ALIRLAR (Ziyarət Rzayeva)..................68 
DİL ÖYRƏDƏN MÜƏLLİM (Aybəniz Qasımova)..................71 
ZƏNGİN TƏDRİS TƏCRÜBƏSİ VAR (Zenfira Eyvazova)...74 
MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ                                
(Gülsənəm Rüstəmova)..............................................................77 
MƏQSƏDƏ ÇATMAQ ÜÇÜN
                                                         
İNAMLA ÇALIŞMALISAN (Naibə Əliyeva).............................80 
FİZİKA MÜƏLLİMİ MEHRİBAN ƏHMƏDOVA ......................83 
 
TƏDBİRLƏRDƏN MƏQALƏLƏR
 
YADDAQALAN BIR GÜN (271 nömrəli məktəb).................88 
ANIM TƏDBİRİ KEÇİRİLDİ (155 nömrəli məktəb)............93 
MÜSTƏQİLLİYİMİZİN 25 İLLİYİNƏ HƏSR OLUNMUŞ 
TƏDBİRDƏ (271 nömrəli məktəb) .........................................97 
DÖVLƏT MÜSTƏQİLLİYİMİZƏ  HƏSR EDİLƏN                    
TƏDBİRDƏ (147 nömrəli texniki-humanitar lisey)....... 101 
ƏSRƏ BƏRABƏR 25 İL (155 nömrəli məktəb) ................ 103 
RESPUBLİKA GÜNÜ QEYD OLUNDU                                             
(271 nömrəli məktəb) ............................................................. 108 


218 
AZƏRBAYCAN PROFESSİONAL MUSİQİ                                    
SƏNƏTİNİN BANİSİ (Naxçivan Dövlət Universiteti)....... 111 
ƏRTOĞRUL CAVİD NAXÇIVAN DÖVLƏT 
UNİVERSİTETİNDƏ ANILDI................................................... 114 
VƏTƏN BÖLÜNMƏZ, ORDUMUZ YENİLMƏZ!                               
(314 nömrəli məktəb) ............................................................. 118 
ORDUM VARSA, YURDUM VAR (155 nömrəli məktəb).122 
TARİXİN DƏRİNLİKLƏRİNDƏN SÜZÜLÜB GƏLMİŞ 
AZƏRBAYCAN (Naxçivan Dövlət Universiteti)................. 126 
MƏKTƏBDƏ GÖRÜŞ (155 nömrəli məktəb) ..................... 129 
“AÇIQ DƏRS”DƏN RAZI QALDILAR                                                       
(155 nömrəli məktəb) ............................................................. 135 
TƏBİƏT ONU SEVƏNLƏRİNDİR                                                    
(238 nömrəli məktəb) ............................................................. 138 
DÖRDÜNCÜLƏRİN BAYRAM TƏDBİRİ                                                     
(80 nömrəli məktəb)................................................................ 142 
UŞAQLARIN BAYRAM TƏDBİRİNDƏ                                                 
(“Super Kids Club” Uşaq və İnkişaf Mərkəzi).................... 146 
“SON ZƏNG” ÇALINDI (178 nömrəli məktəb)................... 150 
YENİ TƏDRİS İLİ BAŞLADI (80 nömrəli məktəb) ............154 
KİTAB ARZULAR DOĞURUR                                               
(Bakıxanov qəsəbəsi, Uşaq kitabxanası)........................... 158 
NARKOMANİYA ƏSRİN BƏLASIDIR                                            
(142 nömrəli məktəb) ............................................................. 160
 


219 
YENİ UĞURLAR DİLƏYİRİK 
YENİ UĞURLAR DİLƏYİRİK                                                                             
(13 nömrəli  Bakı Peşə Məktəbi) ...........................................165
 
NƏTİCƏLƏR ÜRƏKAÇANDIR (39 nömrəli məktəb) ....... 168 
TƏLƏBƏ ADIN MÜBARƏK! (Şəhanə Vəliyeva) ................ 170 
UĞUR OLSUN, TƏLƏBƏ DOSTLAR! ..................................... 172 
O GÜNLƏRİ QÜRURLA XATIRLAYIRAM                                    
(Aysel Tağızadə) ....................................................................... 178 
ZÖHR BABAZADƏNİN UĞURU (271 nömrəli məktəb) .. 180 
BAYRAQ MƏNLİYİMDİR (142 nömrəli məktəb) ............. 182 
YENİ UĞURLARA DOĞRU (Orxan Əliyev).......................... 185 
UĞURLAR TƏSADÜFİ DEYİL (Xədicə Baxışlı) .................. 189 
 
TƏZƏ KİTABLAR 
ŞƏHİDİN ÖMÜR YOLUNA İŞIQ SALAN KİTAB.................. 197 
VƏTƏNDAŞLIQ LİRİKASININ ƏSAS 
YARADICILQLARINDAN BİRİ................................................ 200 
TƏDBİRLƏ BAĞLI AÇIQLAMA............................................... 204 
SAĞLAMLIQ İMKANLARI MƏHDUD OLAN,
                          
AUTİZM XƏSTƏLİYİNƏ TUŞ GƏLMİŞ UŞAQLAR,                                          
YAXUD XXI ƏSRİN YADA DÜŞMƏYƏN BƏLASI................ 206 
ÖYRƏDƏNLƏR, ÖYRƏNƏNLƏR... ......................................... 211 
MÜƏLLİF HAQQINDA MƏLUMAT........................................ 214 


220 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Elm və təhsil” nəşriyyatının direktoru: 
professor Nadir MƏMMƏDLİ 
 
 
Çapa imzalanmış: 06.02.2017 
Şərti çap vərəqi: 13,75. Sifariş: № 087 
Kağız formatı: 60x84 1/16. Tiraj: 300 
 
 
QİYMƏTİ: 10 AZN 
 
Kitab “Elm və təhsil” nəşriyyat-poliqrafiya müəssisəsində  
hazır diapozitivlərdən çap olunmuşdur. 
E-mail: 
elm.ve.tehsil@mail.ru  
Tel: 497-16-32; 050-311-41-89 
Ünvan: Bakı, İçərişəhər, 3-cü Maqomayev döngəsi 8/4 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə