Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   40   41   42   43   44   45   46   47   48

190 
öyrəndik ki, Federasiyanın təqvim planına uyğun olaraq Kombat 
ciu-citsu üzrə il ərzində müxtəlif miqyaslı yarışlar təşkil edilir. 
Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən 
yarışlarda qaliblər layiqincə mükafatlandırılır. Bu da onları növ-
bəti yarışlara daha ciddi hazırlaşmağa sövq edir. Hazırda İdman 
cəmiyyətinin zalında 100 nəfərdən çox uşaq ciu-citsu ilə məşğul 
olur. Baş məşqçi Rəsul Məmmədov və təlimatçılar 2-ci Dan Qara 
kəmər ustaları, milli komandanın üzvləri Əmir Xudadatov və 
Nazim Qasımov onlara böyük diqqət və qayğı göstərirlər. Uşaqlar 
da əlbəyaxa döyüşün sirlərinə əzmlə yiyələnirlər.  
 
 
 
Biz onlardan biri – Xətai rayonundakı 55 nömrəli tam 
orta məktəbin 5-ci sinif şagirdi Xədicənin adını çəkən də baş 
məşqçi dedi: İnadkardır, özünə inamlı, özünə güvənənndir, 
zəhmətkeşdir və ağıllı qızdır. Məşqlərə müntəzəm davam edir, 
hətta xəstələnəndə də məşqədən azad etmək istəmişik, lakin o 
razılaşmayıb, özünün gücünə , qüvvəsinə əmin olub və məşqlərə 
davam edib. Xədicə uşaqlardan ibarət Respublika yığma koman-
dasının üzvüdür. Ona və digər fəallara böyük ümidlər bəsləyirik. 
Əminik ki, onlar bizim inam və etimadımızı doğruldacaqlar. 


191 
 
 
İdman Cəmiyyətinin yaxınlığında yerləşən 55 nömrəli 
tam orta məktəbdə beşincilərin sinif rəhbəri Telnaz Teymu-
rova və Xədicə ilə böyük tənəffüs zamanı elə sinif otağında 
görüşdük. Xədicə Baxışlı ilə maraqlanmağım Telnaz müəlli-
mi və şagirdləri çox sevindirdi. Telnaz müəllim dedi: Baxışlı 
Xədicə sinfimizin ən fəal şagirdlərindən biridir. Amma o, digər 
fəal şagirdlərdən çox ciddi fərqlənir. Xədicə bütün fənləri əla 
oxuyur, sinif nümayəsi kimi zəif oxuyan şagirdlərə yaxından 
kömək edir və həmişə onların qayğısına qalır. Qeyri-adi istedada 


192 
malik olan bu qız həmişə axtarışdadır. O, həm gözəl şeirlər 
deyir, gözəl rəsmlər çəkir, həm də idman yarışlarında iştirak 
edir. Xədicə sakit təbiətli bir qızdır. Dostluqda çox vəfaldır. 
Gözəl xarakterinə, bacarığına və biliyinə görə bütün fənn 
müəllimləri Xədicəni çox sevir. Mən də bir sinif rəhbəri kimi, 
fəxr edirəm ki, sinfimdə belə bir şagird var. Azərbaycanımızın 
belə hərtərəfli inkişaf etməkdə olan balasına eşq olsun! Ona hər 
zaman uğurlar arzulayırıq. 
 
 
 
Xədicənin dediklərindən: Doqquz yaşımdan idmanla 
məşğul oluram. İndi 11 yaşım var. Qazandığım uğurlarda baş 
məşqçi Rəsul Məmmədovun və məşqçilər Nazim Qasımov və 
Əmir Xudadatovun zəhməti əvəzsizdir. Sinfimizdə yaxşı oxuyan 
uşaqlar çoxdur. Natəvan, Xanım, Nəzrin, Emil, Ləman və başqa-
larının adını çəkə bilərəm. Səid Səlimov və Teymur Aslanov 
idmanın cüdo növü ilə məşğul olurlar. Təhsildə, bilik yarışların-
da, tədbirlərdə və idman yarışlarındakı nailiyyətlərimiz bizim 
hamımızı sevindirir. Çalışırıq ki, müəllimlərimizin və məşqçilə-
rimizin tövsiyələrinə əməl edək, tapşırıqlarını vaxtında yerinə 
yetirək.  


193 
 
 
Xədicənin təhsildə və idmanda əldə etdiyi müvəffəqiyyət-
lər həqiqətən də ürəkaçandır.  
•  
Üçüncü sinifdə nümunəvi şagird olduğuna görə 
2015-ci ildə “Hüquq çərçivəsində” qəzetinin Fəxri diplomuna 
layiq görülüb.  
•  
Kombat Ciu- Citsu üzrə turnirdə, 8-9 yaş 
qrupunda, 35 kq çəki dərəcəsində birinci yer tutub və Federasiya 
tərəfindən Diplomla təltif edilib. 
•  
12 dekabr 2015-ci ildə ona Avrasiya Kombat Ciu-
Citsu Federasiyasının sertifikatı verilib. 
•  
8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə 
ibtidai sinif şagirdləri arasında “Ana müqəddəsdir” mövzusunda 
keçirilən şeir müsbiqəsində fərqləndiyinə görə Xətai Rayon 
Gənclər və İdman İdarəsinin Diplomu ilə təltif olunub.  
•  
2015-2016-cı ildə ibtidai siniflərdə riyaziyyat 
fənni üzrə keçirilən “Bilik yarışı”nda fərqləndiyinə görə mayın 
28-də məktəb rəhbərliyi Tərifnamə ilə mükafatlandırıb.  
•  
“Sunami” idman klubunu yaranmasının 15 illik 
yubileyinə həsr olunmuş klubun açıq birinciliyində 11-12 yaş 
qrupu, 40 kq çəki dərəcəsində birinci yer tutduğuna görə 
Diploma layiq görülüb.  


194 
•  
23-28 avqust 2016-cı ildə 11-13 yaş qrupunda 
birinci yer tutduğuna görə dörd idman təşkilatının birgə 
Diplomu ilə mükafatlandırılıb.  
•  
Şəxsi təhlükəsizlik qaydaları və xidməti əlbəyaxa 
döyüş üzrə ilkin hazırlıq kursu keçib, 5 oktyabr 2016-cı ildə 
Beynəlxalq Döyüş və Xüsusi Hazırlıq Federasiyası tərəfindən 
ona Sertifikat təqdim olunub.  
•  
29 oktyabr 2016-cı ildə yenə də yarışda birinci 
yeri tutduğuna görə Diplomla təltif olunub. 
•  
Beşinci sinif şagirdi Baxışlı Xədicə 9 noyabr – 
Dövlət Bayrağı Günü münasibəti ilə Xətai rayon məktəbləri 
arasında keçirilmiş “Mənim Bayrağım” şeir müsabiqəsində 
fəqləndiyinə görə Xətai Rayon Gənclər və İdman İdarəsi 
tərəfindən Diplomla təltif edilib.  
 
 
 
Xədicənin təhsildə və idmanda nail olduğu uğurlar 
babası Mətləbin ürəyincədir. Onlar bir-birinə qol-qanad verir. 
Babanın fərəhi, nəvəsi ilə öyünməsi Xədicəni sabahkı uğurlu, 
sevincli günlərə səsləyir. O, deyir ki, övlad, nəvə, nəticə, 
kötücə... nəslin, kökün davamçılarıdır. Biz onların şəxsində 


195 
sabahımızı, gələcəyimizi görürük. Hər kəs öz soyuna bağlı 
olmalı, nəslini layiqincə davam etdirməli, xalqını, dilini, 
Vətənini sevməli, bundan böyük fəxarət və qürur duymalıdır. 
Xədicənin yaxşı oxuması, idmandakı fəallığı, mükafatlara layiq 
görülməsi bir baba kimi ona böyük sevin gətirir. Onun müvəf-
fəqiyyətlərindən necə sadalanmağını sözlə ifadə etmək çox 
çətindir və heç bu mümkündə deyil. Xədicənin yeni uğurlarına, 
gələcəkdə xoş xəbərlərinin yüksək kürsülərdən eşidəcəyimizə 
əmindir.  
Sonda qeyd edim ki, bu gün şərq döyüş növləri dünyanın 
hər yerində geniş təbliğ olunur və öyrədilir. Ciu-Citsu, karate, 
uşu, taekvando kimi döyüş növləri əslində böyük bir mədə-
niyyətin, düşüncə tərzinin göstəricisidir. Hazırda ölkəmizdə də 
şərq döyüş növlərinə böyük maraq göstərilir. Bu döyüş növlər 
hücum xarakterli deyil, müdafiə üçündür.  
Ümumiyyətlə, idmanda əldə etdiyimiz uğurlar heç də 
təsadüfi deyil. İnanırıq ki, may ayında Bakıda keçiriləcək IV 
İslam Həmrəylik Oyunlarında da idmançılarımız yeni uğurlara 
nail olacaqlar.  
 
 “Təhsil problemləri”, 24-31 yanvar 2017-ci il 
 
 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə