Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə36/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   32   33   34   35   36   37   38   39   ...   48

148 
mərkəzimizdə rus və ingilis bölmələri fəaliyyət göstərir. 
Azərbaycan bölməsi üçün geniş imkanlarımız var. Təəssüf ki
Azərbaycan bölməsinə müraciət edən valideynlər hələ yoxdur. 
Yəqin ki, uğurlarımızı görən, eşidən valideynlər bizə müraciət 
edəcək və bu bölməmiz də yaradılacaqdır.  
Bu gün biz sizə rus və ingilis dillərində keçirilən dərslərin 
nəticələrindən təxminən 30 faizini, məşğələlərin bəzi hissələrin 
təqdim etməyə çalışacağıq. Eyni zamanda, üç əlamətdar günü və 
bayramı – 28 may – Respublika Günü, 1 iyun – Uşaqları 
Beynəlxalq Müdafiə Günü və 6 yaşlılarımızın mərkəzimizi 
uğurla bitirib məktəbə yollanmasını qeyd edəcəyik. Beləliklə, 
tədbirimizi açıq elan edirik.  
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi
böyüklərlə bərabərlə bu il məktəbə yollanacaq uşaqlar da Him-
nimizi ifa etdilər. Sonra uşaqlar şən mahnılar oxuyub, rəqs edib, 
şerilər söylədilər. Arada bir-birindən maraqlı kiçik dərslər 
aparıldı. Yüksək səviyyədə keçilən dərslərdə əyani vəsaitlərdən 
geniş istifadə olundu. Uşaqların cavabları heyranedici idi və 
qonaqlar da onları maraqla dinləyərək alqışladılar. Bu il 
məktəbə getməyə hazırlaşanlar Bayrağımız, gerbimiz və himni-
miz barədə müəllimin verdiyi sualları düzgün cavablandırdılar. 
Onlar ölkəmiz, onun təbiəti, sərvətləri haqqında, Yer kürəsi və 
planetlər barədə, ev və vəhşi heyvanlardan, becərilən və çöl-
lərdə, meşələrdə bitən güllər, çiçəklər, ağaclar haqqında, fəsillər 
və təbiət dəyişkənliklərindən və digər mövzulardan söhbət 
açdılar, müəllimlərin suallarına qısa və doğru cavab verdilər. 
Balacalar səhnələşdirdikləri “Turp” nağılını ingilis dilində 
təqdim etdilər. Uşaqlar bayram tədbirini “Qoy həmişə günəş 
olsun” və “Uçot v şkole” mahnıları ilə yekunlaşdırdıqdan sonra 
söz qonaqlara verildi. Sitarə Məmmədova, Tahirə Qədimova
Könül Təhməzova və başqaları çıxış edərək uşaqların fəallığın-
dan, ayrı-ayrı mövzuları yaxşı mənimsəmələrindən danışmaqla 
bu yolda müəllimlərin çəkdikləri zəhmətin hədər getmədiyini 
vurğulayıb, onlara yeni uğurlar arzuladılar. Sitarə müəllim 
“Super Kids Club” Uşaq və İnkişaf Mərkəzinin ildən-ilə öz 


149 
fəaliyyətini genişləndirəcəyinə əmin olduğunu bildirdi. Qeyd 
etdi ki, qısa bir müddətdəəldə edilən nailiyyətlər daha uğurlu 
inkişafdan xəbər verir. 
Sonda mərkəzin direktoru Pərvanə İsmayılova müəl-
limlərə təşəkkür edib, qonaqlara minnətdarlığını bildirdi. 
Qarşıya qoyulan vəzifələrdən, mərkəzin gələcəkdə həyata keçir-
məli olacağı işlərdən söhbət açdı, kollektivin və valideynlərin 
gücünə arxalandığını söyləydi. 
 Bir də, öz növbəmizdə onlara yeni-yeni uğurlar diləyirik. 
 
“Təhsil problemləri”, 08-15 iyun 2016-cı il 


150 
“SON ZƏNG” ÇALINDI 
 
İyunun 14-də respublikamızın ümumtəhsil müəssisələrində 
2015-2016-cı tədris ilinin “Son zəng” tədbiri keçirildi. Bakının 
Nərimanov rayonundakı Dilqəm Nəbiyev adına 178 nömrəli tam 
orta məktəbdə Dövlət himni səsləndirildikdən sonra söz 
məktəbin direktoru, respubklikanın əməkdar müəllimi Yusif 
Məmmədova verildi. Yusif müəllim onbirinciləri, müəllim və 
valideynləri təbrik edib, xoş arzularını bildirdi. Onbirincilərə 
qarşıdakı buraxılış və ali məktəblərə qəbul imtahanlarında 
uğurlar dilədi. Qeyd etdi ki, 2015-2016-cı tədris ilində Azərbay-
can Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə 
bir qrup təhsil işçisi “Tərəqqi” medalı ilə təltif olunub, Bir qrup 
təhsil işçisinə isə “Əməkdar müəllim” fəxri adı verilib. “Ən 
yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində müvəffəqiyyət qa-
zanmış 50 ümumtəhsil məktəbinin hər biri on min, “Ən yaxşı 
müəllim” müsabiqəsində qalib gəlmiş 100 müəllimin hər biri isə 
beş min manat birdəfəlik pul mükafatı ilə mükafatlandırılıb.  
Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə bir qrup 
müəllim isə “Azərbaycan Respublikasının “Qabaqcıl təhsil 
işçisi” döş nişanı və Təhsil Nazirliyinin Fəxri Fərmanı ilə təltif 
edilib. Ölkəmizdə təhsil sahəsində çoxsaylı mühüm tədbirlər və 
layihələr reallaşdırılıb. Təhsil Nazirliyi tərəfindən 12 ümum-
təhsil məktəbi tikilib istifadəyə verilib, 2 internat, 3 orta ixtisas 
təhsil müəssisəsi əsaslı təmir olunub. Hazırda 18 müəssisədə 
tikinti və əsaslı təmir işləri davam etdirilir. Təhsil müəssisə-
lərinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi 
tədbirləri çərçivəsində 60 məktəbdə müasir laboratoriya otaqları 
yaradılıb. Bütün bunlar təhsilimizə göstərilən böyük diqqət və 
qayğının nəticəsidir.  
Aparıcılar – doqquzuncu sinif şagirdləri Aysel Nif-
təliyeva və Məhərrəm Hüseynov sözü birincilərə verdilər. 
Birincilər məktəblə vidalaşanları şeirlərlə təbrik etdilər. 
Sonra aparıcılar təhsil ocağının uğurlarından söhbət 
açdılar: Məktəbimizin uğurları onun məzunları ilə nəzərəçarpır. 


151 
2014-2015-ci tədris ilinin məzunları müəllimlərimizi və vali-
deynlərimizi sevindirmişlər. 66 məzundan 34-ü ali təhsil müəs-
sisələrinə qəbul olunub. Siz məzunlara da bu yolun davamçısı 
olmağı arzulayırıq.  
2015-2016-cı tədris ilində istedadlı şagirdlərimizin əldə 
etdikləri uğurlar sayəsində bir çox tədbirlərdə, müsabiqələrdə 
məktəbimizin adı ön sıralarda, birincilər siyahısında çəkilmişdir. 
Belə ki, Təhsil Nazirliyi tərəfindən keçirilən fənn müsabiqəsinin 
üçüncü turunda yeddinci sinif şagirdləri İlkin Mahmudlu və 
Heydər Qurbanlı riyaziyyat fənni üzrə, səkkizinci sinif şagirdləri 
Aysel Quliyeva və Nilgün Abbasova biologiya fənni üzrə, Mu-
rad Ağayarov və Sevinc Alıyeva fizika fənni üzrə, Anar Bəxti-
yarlı və Məhəmməd Abdullayev kimya fənni üzrə sevindirici 
nailiyyətlər qazanmışlar. 
Doqquzuncu sinif şagirdi Ayla Məhərrəmova, onuncu sinif 
şagirdi Təvəkkül Məmmədov və on birinci sinif şagirdi Fəridə 
Şaiqzadə rayon üzrə keçirilmiş ikinci tur “Gənc kimyaçıların 
yaradıcılıq müsabiqəsi”ndə göstərdikləri müvəffəqiyyətlərə görə 
3-cü dərəcəli diplomla təltif olunublar. Səkkizinci respublika rus 
dili və ədəbiyyatı olimpiadasında 7-ci sinif şagirdi İsgəndər 
İsmayılov və 8-ci sinif şagirdi Tural Məhərrəmov fərqləndikləri 
üçün sertifikatla təltif ediliblər.  
Səkkizinci sinif şagirdi Nilgün Abbasova “Ədəbiyyat 
biliciləri” müsabiqəsinin şəhər mərhələsinin qalibi olduğu üçün 
fəxri fərmana, onuncu sinif şagirdi Zəkiyyə Həsənova orta 
ümumtəhsil məktəbləri arasında keçirilən Səməd Vurğunun 110 
illik yubileyinə həsr olunmuş inşa-yazı müsabiqəsində 3-cü yeri 
tutduğuna görə diploma layiq görülmüşdür. “Müstəqilliyimiz 
dünəndən bu günə – tarixin izi ilə” adlı inşa-yazı müsabiqəsində 
10-cu sinif şagirdləri Ayşən Həsənova 1-ci yerə, Zəkiyyə 
Həsənova 2-ci yerə və 9-cu sinif şagirdi Aysel Niftəliyeva 3-cü 
yerə layiq görülmüş və diplomla təltif olunmuşlar.  
Şagirdlərimizdən Gülüm Rüstəmli və Şükufə Xanlarova 
ulu öndərimiz Heydər Əliyevin anadan olmasının 93-cü 
ildönümünə həsr olunmuş şeir müsabiqəsində rayon üzrə 2-ci 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə