Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə30/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   26   27   28   29   30   31   32   33   ...   48

118 
VƏTƏN BÖLÜNMƏZ, ORDUMUZ YENİLMƏZ! 
 
12 aprel 2016-cı il tarixində Binəqədi rayonunun Biləcəri 
qəsəbəsində yerləşən 314 nömrəli məktəbin şagird, müəllim 
kollektivi və valideynlərinin iştirakı ilə Azərbaycan ordusuna 
dəstək məqsədilə “Vətən bölünməz, ordumuz yenilməz!” möv-
zusunda ümumməktəb tədbiri keçirildi.  
 
 
 
Tədbirdə Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan pol-
kovnik Əzizağa Qənizadə, muzeyin şöbərəisi Gülşən Hüsey-
nova, Binəqədi rayon Qarabağ Müharibəsi Əlilləri, Veteranları 
və Şəhid Ailələri İctimai Birliyinin sədri İlham Qaibzadə, 
Binəqədi rayon Biləcəri qəsəbə Bələdiyyəsinin sədri Hikmət 
Quliyev, Laçın rayonu 45 nömrəli məktəbin direktoru Şakir 
Əhmədov, “Sahil” uşaq bağçasının müdiri Sevil Əliyeva və 
digər qonaqlar iştirak edirdilər.  
Tədbir dövlət himnimizin oxunması ilə başlandı və söz 
məktəbin direktoru Nazir Əliyevə verildi. Nazir Əliyev tədbir 
haqqında şagirdlərə və qonaqlara məlumat verdikdən sonar bir 
dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildi. Sonra tədbir 
ssenariyə uyğun olaraq davam etdirildi.  


119 
Tədbirin aparıcıları mək-
təbin Azərbaycan dili və ədə-
biyyatı müəllimi Asif Salma-
nov və 11a sinif şagirdi Ayşən 
Bayramova şəhidlərimizə həsr 
olunan Oktay Zəngilanlının 
“Şəhidlər ölməzlərdir, ölməzi 
ağlamazlar!” şeirini söylədilər. 
Bundan sonar Azərbaycanın 
üçrəngli bayrağı ibtidai sinif 
şagirdlərinin iştirakı ilə tədbir 
meydançasına gətirildi. Bayraq 
meydana gətirildiyi an aparı-
cılar tərəfindən Ramiz Quru-
çaylının “Azərbaycan bayrağı!” 
şeiri səsləndirildi. Sonra tədbiri 
məktəbimizin hərbi rəhbəri ehtiyyatda olan kapitan Sahil 
Hüseynovun rəhbərliyi altında məktəbin 9, 10, 11-ci sinif 
şagirdlərinin birgə təşkil etdikləri döyüş nümunələri “Cəngi” 
sədaları altında şagirdlərə və qonaqlara təqdim olundu.  
 
 


120 
Şagirdlər bir-birindən çətin döyüş nümunələrini məharətlə 
göstərirdilər. Sonra akrobatik piramida yaradaraq üçrəngli 
bayrağımızı yaratdıqları qüllə üzərində dalğalandırdılar. 
Sonda şagirdlər simvolik hazırlanmış erməni bayrağını 
akrobatik tullanışla sındırıb ayaqlar altında qırdılar.  
Tədbirdə musiqiyə də yer verildi. 26 nömrəli Bədii Yara-
dıcılıq Uşaq-Gənclər Mərkəzinin şagirdlərinin ifasında “Qara-
bağım” musiqisi ifa olundu. Tədbirdə iştirak edən qonaqlar söz 
alaraq tədbir, Qarabağda gedən döyüşlər və əsgərlərimizin 
göstərdiyi qəhrəmanlıqlar haqqında danışıb öz fikir, istək və 
arzularını bildirdilər.  
 
 
 
Tədbirdə növbəti musiqi vətənpərvərlik mövzusunda olan 
“Cənab leytenant” mahnısı oldu. Mahnını məktəbin şagirdləri 
ifa etdilər. Şagirdlərdən Turabəxanım Şamilli və Nihad 
Ələsgərli Xəlil Rza Ulutürkün “Silahlan” şeirini söylədilər. 
Sonra söz yenidən musiqiyə verildi, bədii yaradıcılıq mərkəzinin 
şagirdlərinin ifasında “Qarabağ şikəstəsi”, həmin musiqinin 
ardınca növbəti musiqi, məktəbin 11C sinif şagirdi Hikmətin 
ifasında “Ana, əsgər gedirəm” mahnısı səsləndi. Aparıcılar sözü 
yenidən tədbir iştirakçılarına verdilər.  


121 
Aprel döyüşlərində qəhrəmancasına şəhid olan pilotları-
mızdan Bəkir İsmayılovun yaxın ailə üzvü olan məktəbin ibtidai 
sinif müəllimi Kərim müəllim qəhrəman pilotlarımızın vətən 
sevgisi barədə şagirdlərə və qonaqlara məlumatlar verdi. 11a 
sinif şagirdi Ayşənin ifasında “Şəhid arzusu” mahnısı dinlənildi. 
Ayşənin ifa etdiyi musiqidən sonra döyüş nümunələri göstərən 
şagirdlər yenidən tədbir meydançasına gəldilər. Onlar meydanda 
yaradılmış alovun içərisindən atlayaraq nəinki Azərbaycan 
əsgərinin, heç Azərbaycan məktəblisinin göstərdiyi döyüş 
nümunələrini Ermənistan ordusunun göstərə bilməyəcəyini bir 
daha göstərdilər. Göstərilən döyüş nümunələrindən sonra 
aparıcıların ifasında “Gedək Qarabağa, gedək millətim” şeirinin 
sədaları ətrafa yayıldı. Sonda bədii yaradıcılıq mərkəzinin 
şagirdləri “Yaşa Azərbaycan” musiqisini səsləndirdilər və 
bununla da əsgərlərimizə dəstək tədbiri başa çatdı. 
 
 “Təhsil problemləri”, 16-23 aprel 2016-cı il 


122 
ORDUM VARSA, YURDUM VAR 
 
Bakı şəhəri, Sabunçu rayonunun Sabunçu qəsəbəsindəki 
Cəlal Məmmədyarov adına 155 nömrəli tam orta məktəbdə bu 
ilin aprel-may aylarında şagirdlərin vətənpərvərlik və hərbi 
vətənpərvərlik tərbiyəsi yönündə xeyli sayda söhbətlər, görüşlər, 
müzakirələr, müsabiqələr, ədəbi-bədii kompozisiyalar və digər 
tədbirlər reallaşdırılıb. Dursun Qasımova, Fatma Həsənova, 
Abuzər Şirinova, Humay Vəliyeva, Şəhlə Bağırova, Zöhrə 
Əhmədova və başqa müəllimlərlə birlikdə şagirdlər Şəhidlər 
Xiyabanını ziyarət ediblər. Rəfiqə Hacıyeva və Şəhri Hüsey-
novanın təşkilatçılığı ilə “Vətən torpağı əzizdir mənə” mahnı və 
şeir müsabiqəsində fərqlənən məktəblilər mükafatlandırılıblar.  
 
 
 
İcrasına məsul olan direktorun müavinləri, ibtidai sinif və 
fənn müəllimlərin rəhbərliyi ilə “Məktəblilərin Vətən qarşısında 
vəzifəsi” (Qabil Rəhimov), “Vətəndaş əxlaqının yüksək olması 
milli həmrəyliyin təməlidir” (Solmaz İsmayılova, Humay 
Vəliyeva), “Baba və atalarımızın keçdiyi qəhrəmanlıq yolları” 


123 
(Ağazadə Əzizov, Mehman Səfərli), “Biz hamımız Mübarizik” 
(Roza Kərimova), “Ermənilər Azərbaycan xalqının düşmənidir” 
(Elza İmanova, Könül Mirzəyeva), “Ordumuzla fəxr edirik” 
(Sevil Şükürova) “Vətənin müdafiəsinə hazıram” (Mehman 
Səfərli), “Müharibəsiz dünya” (Lalə Mustafayeva), “Ordum 
varsa, yurdum var” (Vəfa Məmmədova) və başqa tədbirlərdə 
məktəbin şagirdləri fəal iştirak ediblər. 
 
 
 
Zəngin pedaqoji təcrübəyə malik ibtidai sinif müəllimi 
Vəfa Məmmədovanın rəhbərliyi ilə 2b sinif şagirdlərinin 
hazırladıqları “Ordum varsa, yurdum var” ədəbi-bədii kom-
pozisiya mayın 18-də keçirildi. Tədbirdə ulu öndər Heydər 
Əliyevin və onun layiqli davamçısı Azərbaycan Prezidenti İlham 
Əliyevin ordu quruculuğu, ordumuzun güclənməsi, hər zaman 
düşmənə layiqli cavab verməsi qüdrətində olması haqqında 
söylədikləri fikirlər dinlənildi, videogörüntülər izlənildi. Aparı-
cılar isə diqqətə çatdırdılar: İlk milli ordumuzun yaranması 
1918-ci ilə təsadüf edir. Lakin Azərbaycan Xalq Cümhuriyyə-
tinin süqutu ilə müstəqil ordumuzun da varlığına son qoyuldu. 
70 ilə yaxın bir dövrdə Sovet imperiyasının əsarəti altında qalan 
ölkəmiz, nəhayət, 1991-ci ildəöz müstəqilliyini bərpa etdi. 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə