Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə28/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   24   25   26   27   28   29   30   31   ...   48

109 
müstəqilliyini bərpa ertmək imkanı verdi. 1991-ci il oktyabrın 
18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında 
“Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya 
Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun 
illərdən bəri həsrətində olduğu azadlığa qovuşdu. Müstəqilliyi 
elan edilmiş Azərbaycan Respublikası çox mürəkkəb tarixi 
şəraitdə fəaliyyət göstərməyə başlamışdır. Müstəqilliyini 
qazandıqdan iki il sonra xalqımız yenidən onu itirmək təhlükəsi 
ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü 
nəticəsində geniş miqyas almış Qarabağ müharibəsi və daxildə 
gedən siyasi çəkişmələr, separatçılıq hərəkatı müstəqilliyin 
beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Lakin böyük 
siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə 
qayıdışı ilə bu təhlükə sovuşdu. İndi müstəqilliyimizin siyasi və 
iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün Ulu Öndərin 
layiqli davamçısı Prezident İlham Əliyev onun kursunu 
layiqincə davam etdirir.  
 
 
 


110 
Tədbirdə tarixi hadisələrdən bəhs edən videolent izlənildi, 
tarixdə əbədi yaşayacaq Məmməd Əmin Rəsulzadənin və 
Heydər Əliyevin çıxışları eşidildi. Vətənpərvərlik mahnıları ifa 
olundu, şeirlər söylənildi.  
Sonda məktəbin direktoru Səməndər Məmmədov 
Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından, müasir 
Azərbaycan Respublikasının qurucusu, memarı ulu öndər 
Heydər Əliyevin xalqımız qarşısındakı müstəsna xidmətlərindən 
danışdı. Tarix müəllimi Xatirə Əsədovanın əməyini və 
şagirdlərin çıxışlarını yüksək dəyərləndirdi.  
 
“Təhsil problemləri”, 08-15 iyun 2016-cı il 
 
 


111 
AZƏRBAYCAN PROFESSİONAL MUSİQİ             
SƏNƏTİNİN BANİSİ 
 
Dahi Üzeyir bəy Hacıbəylinin doğum günü münasibəti ilə 
Naxçıvan Dövlət Universitetində İncəsənət fakültəsinin Nax-
çıvan MR Bəstəkarlar Təşkilatı ilə birgə Milli Musiqi Gününə 
həsr olunmuş tədbir keçirilmişdir. Qeyd edək ki, 1995-ci ildə 
dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 
prezident Heydər Əliyevin müvafiq fərmanı ilə 18 sentyabrın 
Milli Musiqi Günü kimi qeyd olunması qərara alınmışdır.  
Musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyli 
həm Azərbaycan Xalq Cümhuriyyəti, həm də müasir Azərbay-
can Respublikası Dövlət himnlərinin musiqi müəllifidir. Yarat-
dığı musiqi inciləri dünya musiqi mədəniyyətinin qızıl fonduna 
daxil olmuşdur. Dünya şöhrətli musiqi xadimləri onu “profess-
sional Şərq musiqisinin atası” adlandırmışlar. Azərbaycan və 
dünya musiqi mədəniyyətinin inkişafında misilsiz xidmətləri 
olmuş Üzeyir bəy Hacıbəylinin (Hacıbəyovun) anadan olması-
nın 100 illik yubileyi YUNESKO-nun qərarı ilə beynəlxalq 
miqyasda qeyd olunmuşdur.  
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin 
rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının muxbir üzvü 
Saleh Məhərrəmov açaraq salona toplaşanları yeni tədris ili və 
Milli Musiqi Günü münasibəti ilə təbrik etmişdir. Sonra NDU-
nun İncəsənət fakültəsinin dekanı, sənətşünaslıq üzrə fəlsəfə 
doktoru, Naxçıvan MR Bəstəkarlar Təşkilatının məsul katibi 
Günay Məmmədova bütün zamanların dahi bəstəkarı Üzeyir bəy 
Hacıbəylinin yaradıcılığından, onun zəngin irsi, ölməz əsərləri 
haqqında tələbələrə geniş məlumat vermişdir. 
Üzeyir bəy Hacıbəyli yarım əsrə yaxın müddətdə milli 
musiqimizə xidmət etmiş, onun nəzəri əsaslarını yaratmışdır. 
Əsərləri dünya musiqi incisinin nümunələri hesab olunan bəs-
təkarın istedadı hərtərəfli, fəaliyyəti çox şaxəli idi. Musiqişünas 
alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim Azər-
baycan professional musiqi sənətinin milli operasının banisi idi. 


112 
 
 
Ü.Hacıbəyli Azərbaycan musiqisində köklü dönüş 
yaratmış dahi bəstəkardır. O, müasir Azərbaycan elmi musiqi-
şünaslığının əsasını qoymuş, musiqiyə aid çoxlu məqalələr 
yazmış, tədqiqatlar aparmışdır. 
Gələcəyin dahi bəstəkarı ilk növbədə jurnalist və publisist 
kimi qələmini müxtəlif mövzularda sınamış, çoxsaylı məqalələr, 
felyetonlar, satirik miniatürlər, oçerklər, parodiyalar yazmışdır. 
65-dən çox gizli imza ilə çıxış etsə də ən çox istifadə etdiyi imza 
“Filankəs" olmuşdur. 
Ü.Hacıbəyli Şərq aləmində ilk opera olan “Leyli və 
Məcnun", eləcə də ən yaxşı operalarından biri, Azərbaycan 
mədəniyyətinin gözəl incilərindən sayılan “Koroğlu”nun müəlli-
fidir. “Ər və arvad", “O olmasın, bu olsun”, “Arşın mal alan” 
komediyaları Hacıbəylinin bu janrda da qiymətli əsərlər yazdı-
ğını sübut edir. “Arşın mal alan" komediyasının uzunömürlü-
lüyünü və şöhrətini sübut etmək üçün təkcə onu qeyd etmək 
lazımdır ki, bu operetta 70-ə yaxın dilə tərcümə olunmuş, 100-
dən çox teatrın səhnəsində tamaşaya qoyulmuş, 5 dəfə 


113 
ekranlaşdırılmışdır. Bəstəkar irihəcmli əsərlərlə yanaşı, çoxsaylı 
mahnı və romansların da müəllifidir. 
Tədbirin sonunda universitet tələbələrinin ifasında 
Ü.Hacıbəylinin əsərləri səslənmişdir. Fortepiano ixtisası üzrə 
birinci kurs tələbəsi Aysel Rzayevanın ifasında “Cəngi", Nər-
minə Qədimovanın müşayiəti ilə solo oxuma ixtisası üzrə ikinci 
kurs tələbəsi İlkin Abdullayevin ifasında “Arşın mal alan” 
operettasından Əsgərin ariyası, solo oxuma üzrə üçüncü kurs 
tələbələri Nurbəniz Niftəliyeva və Məhərrəm Quliyevin ifasında 
“Arşın mal alan” operettasından Telli və Vəlinin dueti, solo 
oxuma ixtisası üzrə üçüncü kurs tələbəsi Nurbəniz Niftəli-
yevanın ifasında “Çırpınırdı Qara dəniz”, Xalubər Namazovanın 
müşayiəti ilə nəfəsli alətlər üzrə birinci kurs tələbəsi Türkanə 
Rzayevanın ifasında “Arşın mal alan" operettasından Gülçöh-
rənin ariyası, ansamblın müşayiəti ilə aktyor sənəti ixtisası üzrə 
üçüncü kurs tələbəsi Ləman Əhmədovanın ifasında “Qara-
göz”əsəri tələbələr tərəfindən alqışlarla qarşılanmışdır. 
Tədbirdə Ü.Hacıbəyliyə ithaf olunmuş Bakı Musiqi Aka-
demiyasının magistrantı Ülvi Əhmədovun ifasında K.Əhmə-
dovun “Aşıqsayağı”, Y.Xəlilov “İblis" operasından Arif və 
Xavərin dueti, həmin operadan Əsgəri marş “Haqqa doğru irəli" 
müəllifin ifasında səsləndirilmişdir. 
Tədbir tələbələrdə xoş duyğular oyatmışdır. 
Yeni tədris ilindən 1068 bakalavr, 114 magistr univer-
sitetin tələbələri sırasına qoşulub. Hazırda 5000-dən çox tələbə 
12 fakültədə 56 ixtisas üzrə təhsil alır.  
 
Bağır Qədimov, 
Azərbaycan Jurnalistlər Birliyi və 
Teatr Xadimləri İttifaqının üzvü 
 
Əşrəf Hümmətov, 
“Təhsil problemləri”, 24-30 sentyabr 2016-cı il  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə