Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə24/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   20   21   22   23   24   25   26   27   ...   48

91 
Ofelya müəllim sözü məktəbin direktoru, “Qabaqcıl 
təhsil işçisi” Səməndər Məmmədova verdi. O dedi: – 
Dünyanın tanınmış dövlət və siyasət xadimləri Süleyman 
Dəmrəl, Putin, Oljas və digərləri müstəqil, müasir Azərbaycanın 
memarı, dahi şəxsiyyət Heydər Əliyev haqqında çox dəyərli 
fikirlər söyləyiblər. Böyük alman filosofu Tomas deyirdi ki, Yer 
üzündə elə oğullar var ki, xalqlar onun arxasında gizlənib. Məhz 
belə oğullar öz xalqı, dövləti uğrunda mübarizə apararaq onun 
gələcəyini müəyyənləşdirir. Dünyada sayı çox olmayan belə 
oğullardan biri də ulu öndər Heydər Əliyevdir. Allah məhz onu 
Azərbaycan xalqına xilaskar kimi bəxş etmişdir. 
 
 
 
Bu gün Prezident İlham Əliyev bütün sahələrdə 
Ümummilli Liderimizin kursunu uğurla davam etdirir. 
Ölkəmiz hər bir sahədə yeni-yeni nailiyyətlər qazanır. Bu 
Heydər Əliyev ideyalarının real bəhrəsi, onların gerçəkləşmə-
sidir. Bu gün yaddaqalan bir gündür. Siz hamınız balalarımızın, 
nəvələrimizin uğurlu çıxışlarını, fəaliyyətin gördünüz. Onlar 
vətənə layiq övladlar kimi böyüyürlər. Təcrübəli, öz peşəsinin 
vurğunu olan Səlbinaz Babayeva tədbiri ulu öndər Heydər 


92 
Əliyevin həyat və fəaliyyəti, vətənə sevgi, vətənpərvərlik, 
qəhrəmanlıq üzərində qurmuşdur. Hər bir çıxışın alqışlarla 
qarşılanması onu göstərir ki, Səlbinaz müəllim, tədbirin hazır-
lanmasında fəallıq göstərən digər müəllim və şagirdlər qarşıya 
qoyduqları məqsədə nail olublar. Hamınıza təşəkkür edirəm və 
əminəm ki, bundan sonrakı tədbirlərimiz də layiqincə keçiri-
ləcəkdir. 
Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi 
Fərman Abdullayev iştirak edirdi. 
 
 “Təhsil problemləri”, 01-07 iyun 2016  
 


93 
ANIM TƏDBİRİ KEÇİRİLDİ 
 
Dekabrın 12-də Azərbaycan xalqının ümummili lideri 
Heydər Əliyevin xatirəsi Sabunçu rayonundakı şəhid Cəlal 
Məmmədyarov adına tam orta məktəbdə ehtiramla yad edildi. 
Anım mərasimində Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik 
sükutla yad olunduqdan sonra, məktəbin direktoru Zöhrə 
Məhəmmədova çıxış etdi. O, Heydər Əliyevin həyat və fəaliy-
yəti, Azərbaycan Respublikasının müstəqilliyinin qorunub sax-
lanılması və möhkəmləndirilməsində əvəzolunmaz xidmətləri və 
ölkəmizə qazandırdığı nailiyyətlər haqqında danışdı. Bildirdi ki, 
təhsilimizin səviyyəsinin yüksəlməsi ilə bağlı uğurlarımız da 
Heydər Əliyevin siyasətinin, uğurlu fəaliyyətinin parlaq nümu-
nəsidir. Xalqımız bugünkü firavan həyata görə də Ümummilli 
Liderə minnətdardır. Əldə edilmiş nailiyyətləri, Ulu Öndərin 
kursunu bugün Azərbaycan Respublikasının Prezidenti İlham 
Əliyev uğurla davam etdirir. 
 
 
 


94 
Tədbirdə müasir Azərbaycanın qurucusu, memarı Heydər 
Əliyevin ömür yolunu işıqlandıran, sovet dönəmindən üzü bəri 
xalqımız qarşısındakı müstəsna xidmətlərini əks etdirən video-
süjetə baxıldı. Video-süjet sovet hakimiyyəti dövründə Heydər 
Əliyevin Azərbaycan Respublikasına rəhbərlik etdiyi və SSRİ 
Nazirlər Sovetinin birinci müavini vəzifəsində çalışdığı illərdə 
İttifaq miqyasında gördüyü nəhəng quruculuq işlərini, ikinci 
dəfə azadlığa qovuşan Azərbaycan dövlətinin qorunub saxlanıl-
ması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi yolundakı 
əvəzsiz xidmətlərini bir daha yada saldı. 
 
 
 
Anım mərasimində təqdim edilən ikinci bir video-süjet 
böyüyən nəslin müstəqilliyimizi dönməz və əbədi edən Heydər 
Əliyev ideyalarına inamının, Ümummilli Liderin əziz xatirəsinə 
ehtiramının nümunəsi idi. Dekabrın 8-də sinif müəllimi 
Gülşən Qurbanova və gənclərin çağırışaqədərki hazırlıq 
müəllimi Qabil Rəhimov üçüncü sinif şagirdləri ilə birlikdə 
Fəxri Xiyabana getmiş, ümummilli lider Heydər Əliyevin 
xatirəsini ehtiramla yad etmiş və məzarı önünə gül düz-
müşlər. Akademik Zərifə xanım Əliyevanın da məzarı önünə 


95 
gül düzməklə xatirəsini yad etmişlər. Qabil müəllim müsa-
hibə verərək, Heydər Əliyevin əbədiyaşar olduğunu söylə-
mişdir. Ulu Öndərin məzarı önündə şagirdlər Azərbaycan 
xalqının xilaskarı Heydər Əliyevin xidmətləri vəsf olunan 
şeirlər söyləmişlər. 
 
Böyük Oğul görmüşəm, doğma xalqına Rəhbər, 
Bir ömürdə yaşadı neçə ömrə bərabər. 
Keçilməz yollar keçdi, qovdu çəni, dumanı, 
Xalqı təhlükədəydi, qalmamışdı gümanı. 
 
Sinəsin sipər etdi, qalxdı Oğul ayağa, 
Qəlblərə işıq saçdı, O çevrildi mayağa, 
Milləti bölünmədi, ayrılmadı heç yerə. 
Sınaqdan qalib çıxdı, qalib oldu min kərə.  
 
Möhkəm ordu yaratdı, müstəqil dövlət qurdu
Qəlbinin döyüntüsü Azərbaycanla vurdu. 
Böyük Oğul bütövdü hər işində, sözündə 
Azərbaycan ucaldı dünyamızın gözündə. 
 
Rəsul, Nilufər, Nihad Gülşən, Dursunəli, Rəşad, Aysun, 
Ayan, Fidan, Aysu, Sənan və Firuzənin söylədikləri şeirlər qəlb-
lərə süzülür, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevə 
sonsuz məhəbbətlərini bəyan edirdi. 
 
Ey parlayan Günəş, 
Qüruba ensən də sən, 
Hər zərrəndən nur alan 
Bütün könüllərdəsən! 
Yardın qaranlıqları, 
Qovdun dumanı, çəni 
Sən bəşər övladısan 
Bəşər unutmaz səni. 


96 
Video-süjetin izlənməsindən sonra Azərbaycan dili və 
ədəbiyyat müəllimi Ağazadə Əzizov, ibtidai sinif müəllimi 
Gülşən Qurbanova, yuxarı sinif şagirdləri Çingiz Məmmədov, 
Alparslan Məmmədli, Fidan Ələkbərova, Nərmin Həmzəyeva və 
Səftər Ağayevin çıxışları dinlənildi. Onlar da Ulu Öndərin 
mənalı ömür yolunun bəzi məqamlarını xüsusi vurğulamaqla 
müasir, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevə 
olan məhəbbətlərini ifadə etdilər.  
Tədbiri məktəbin direktoru, şair, Azərbaycan Yazıçılar 
Birliyinin üzvü Zöhrə Qaraqızı (Məhəmmədova) yekunlaşdırdı.  
 
 “Təhsil problemləri”, 16-23 dekabr 2016-cı il 
 
 
 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə