Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə22/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   18   19   20   21   22   23   24   25   ...   48

82 
təblərində müəyyən olunmuş müddətdə müəllim köməkçi kimi 
çalışmayanları birbaşa müəllim vəzifəsinə qəbul etmirlər. Ölkə-
mizdə isə hələlik bir neçə özəl məktəb və liseylərdə köməkçi 
müəllim işə götürülür. Bir neçə il bundan əvvəl “Azərbaycan 
müəllimi” qəzetində (14 noyabr 2014-cü il. Redaksiya) ibtidai 
siniflərə müəllim köməkçisinin lazım olub-olmaması barədə bir 
məqalə oxumuşdum. Xəzər Universiteti “Dünya Məktəbi”nin 
ibtidai sinif müəllimi qeyd edirdi ki, pedaqoji fəaliyyətə köməkçi 
müəllim kimi başlayıb. İndi də onunla birlikdə çalışan köməkçi 
müəllim var. Birlikdə daha səmərəli fəaliyyət göstərirlər. O, dərs 
vaxtını tədrisə sərf edir, yerdə qalan işləri isə köməkçi müəllim 
yerinə yetirir. Yəni təşkilatı işləri görür. Şagirdlərin gündəlik-
lərinin yazılması, cədvəldəki dəyişikliklərlə bağı görülən işlər, 
valideynlərlə ünsiyət əsasən onun üzərinə düşür. Günün ikinci 
yarısında keçirilən fiziki-tərbiyə dərslərində şagirdlərin soyunub-
geyinməsi, zəif şagirdlərlə məşğul olmaq və digər işlərlə də 
köməkçi müəllim məşğul olur.  
Hər bir insanın qarşısına qoyduğu xoş məqamlı məqsədə 
çatması üçün inamla çalışması, fəaliyyət göstərməsi onun 
həyatının əsl mənasıdır. Müəllim daim irəliyə, inkişafa doğru 
getməli və öz peşəsinə aid yeni biliklərə mütləq yiyələnməlidir. 
Əgər belə etməsə, o geri qalmış olar və böyüyən nəslin təlim-
tərbiyəsində səmərəli fəaliyyət göstərə bilməz. Belə bir müdrik 
kəlam var: “Xoşbəxtliyə nail olmağın yeganə vasitəsi bilikdir, 
maarifdir, müdriklikdir”. 
Naibə müəllim ailəlidir, iki övladı var. Oğlu Ülvi Mahir 
oğlu Quluzadə 2015-ci ildə yüksək balla Naxçıvan Dövlət 
Universitetinin İqtisadiyyat fakültəsinə daxil olub. 2016-cı ildə 
təhsildəki uğurlarına görə Heydər Əliyev adına adlı təqaüdə 
layiq görülüb. Qızı Quluzadə İnci Mahir qızı onbirinci sinif 
şagirdidir.  
Biz də, Naibə müəllimə pedaqoji fəaliyyətində, övladlarına 
isə təhsildə yeni-yeni uğurlar arzulayırıq. 
 
 “Təhsil problemləri”, 01-07 yanvar 2017-ci il 


83 
FİZİKA MÜƏLLİMİ MEHRİBAN ƏHMƏDOVA 
 
1983-cü ilin oktyabr ayının 17-də 
gözəl bir payız günündə Şamaxı şəhə-
rində yaşayan Namiq Səbirxan oğlu 
Səmidov və Fəridə Eyni qızı Qəri-
bovanın ailəsində bir qız uşağı dünyaya 
gəldi. Ailədə böyük sevinc, şadlıq 
yaşandı. Adı Mehriban qoyulan bu qız 
ailədə olan mehribanlığı daha da artırdı. 
1989-2000-ci illərdə anasının ça-
lışdığı Şamaxı şəhəri, Məhəmməd Hadi 
adına 9 nömrəli tam orta məktəbdə təhsil 
aldı, yaxşı oxudu, ictimai işlərdə fəallıq 
göstərdi, bir çox şagird yoldaşlarına nü-
munə oldu, həmişə valideynlərinin başını uca etdi. 2001-ci ildə 
isə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil oldu. İllər 
ötdü, bütün semestr imtahanlarını uğurla başa vuran IV kurs 280-
ci qrup tələbəsi Səmidova Mehriban Namiq qızı Fizika bakalavr 
ixtisas dərəcəsi almaq üçün “Yükdaşıyıcıların səthdən səpilmə-
sinin nazik təbəqələrin elektrik keçiriciliyinə təsiri” mövzusunda 
buraxılış işini də müvəffəqiyyətlə müdafiə etdi.  
Maddə quruluşu kafedrasının dosenti, f.r.e.n. N.B.Barxalo-
vanın onun buraxılış işinə verdiyi rəydə də deyilir: “Əvvəlcə, 
paylama funksiyasıüzərinə qoyulmuş sərhəd şərtləri daxilində 
kinetik tənlik həll olunmuş, paylama funksiyası tapılmışdır. 
Bunun əsasında nazik təbəqələrin elektrik keçiriciliyi iki hal 
üçün yəni, təbəqənin qalınlığı yükdaşıyıcıların  sərbəst yolunun 
uzunluğundan böyük və kiçik olan hallarda tapılmışdır. 
Yükdaşıyıcıların səthdən səpələnmiş elektrik keçiriciliyinə təsiri 
araşdırılmışdır”.  
Tələbəlik həyatı sona yetdi. Dövlət Attestasiya Komis-
siyasının 30 iyun 2005-ci il tarixli qərarı ilə Səmidova 
Mehriban Namiq qızına bakalavr dərəcəsi verildi. Ali təhsil 
haqqında diploma sahib oldu. 


84 
Şamaxı Rayon Təhsil Şöbəsinin 1 sentyabr 2005-ci il 224 
nömrəli məktubuna əsasən sentyabrın 15-də Şamaxı şəhəri, 3 
nömrəli əsas məktəbə (sonralar tam orta məktəbə çevrilib) 
ixtisası üzrə müəllim təyin edilən Mehriban Səmidova hazırda 
da orada uğurla çalışır. 
Ötən illər ərzində onun qazandığı sertifikatların, layiq 
görüldüyü təltiflərin bir qisminə diqqət yetirək:  
• Sertifikat. Azərbaycan Respublikası Təhsil Nazirliyi və 
“Mədəd Azərbaycan” MMC tərəfindən təşkil edilmiş “Fənlər 
üzrə Elektron Təhsil Kursları” təlim kursunu müvəffəqiyyətlə 
bitirib. 
•Sertifikat. “Yaşlıların Təhsil Assosiasiyası”İctimai Birli-
yinin 9-13 noyabr 2013-cü il tarixində Bakı şəhərində təşkil 
etdiyi “Öyrədənlərin öyrədəni” kursunda fəal iştirak edib.  
• Birinci dərəcəli Sertifikat. 5 Sentyabr 2013-cü il. 2013-
2014-cü tədris ilində Fizika fənnindən dərs deyəcək müəllimlər 
üçün yeni ümumi orta təhsil kurikulumu üzrə Təlim (ikinci 
modul) kursundan keçib. 
• Şamaxı Rayon Təhsil Şöbəsi və ATİAHİ Şamaxı Rayon 
Komitəsi 2012-ci ildə 8 Mart – Beynəlxalq Qadınlar Günü 
münasibətilə Fəxri Fərmanla təltif edib. 
• 2014-cü ildə fizika fənni gecəsinə həsr olunmuş tədbiri 
yüksək səviyyədə təşkil etdiyinə görə Diploma layiq görülüb. 
Diplomu məktəbin direktoru Sevda Əliyeva, dərs hissə müdiri 
Sahibə Məmmədova və Maarif xadimi Əliağa Abdullayev 
imzalayıblar.  
• 2015-ci ildə fizika fənni üzrə yeni təlim metodlarına 
əsaslanan bilik yarışmalarının təşkilinə görə məktəb rəhbərliyi 
tərəfindən Diplomla mükafatlandırılıb. 
Şamaxı şəhəri, 3 nömrəli tam orta məktəbin qabaqcıl fizika 
müəllimi Mehriban ailə həyatı qurduqdan sonra Əhmədova 
soyadını (familyasını) daşıyır. Ömür-gün yoldaşı Əhmədov 
Seymur Tağı oğlu “Embawood Mebel” dükanında işləyir. Qızı 
Səadət anasının çalışdığı məktəbin ikinci sinfində oxuyur. Oğlu 
Seymur 2010-cu ildə anadan olub, məktəbə hazırlaşır. 


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə