Microsoft Word Eshref m. 2017 kitab



Yüklə 31,38 Mb.
Pdf görüntüsü
səhifə20/48
tarix08.07.2018
ölçüsü31,38 Mb.
#53734
1   ...   16   17   18   19   20   21   22   23   ...   48

74 
ZƏNGİN TƏDRİS TƏCRÜBƏSİ VAR 
 
Ümummilli liderimiz Heydər 
Əliyev demişdir: “Müəllim sənəti, 
peşəsi cəmiyyətdə yüksək qiymətə 
layiq olan bir peşədir. Müəllim olmaq 
kimi şərəfli bir iş yoxdur. Çünki 
müəllim xalqın elminin inkişaf etmə-
sinin əsasını qoyanlardandır”.  
Bakı şəhəri, Qaradağ rayonunun 
Ələt qəsəbəsindəki şəhid Elman 
Rzayev adına 127 nömrəli tam orta 
məktəbin ibtidai sinif müəllimi Zen-
fira Eyvazovanın yetirmələrinin xoş 
sorağı, sədası ölkəmizin hüdudlarından çox-çox uzaqlardan
respublikamızın nüfuzlu universitet və kolleclərindən, peşə lisey 
və məktəblərindən, xalq təsərrüfatının müxtəlif sahələrindən, 
çalışdığı təhsil ocağının yuxarı siniflərindən gəlir. Məktəbin 
direktoru Mərhəməd Allahverdi oğlu Məmmədov Zenfira 
müəllimin işindən razılıqla söhbət açır:  
–Onun zəngin tədris təcrübəsi var. Səriştəlilik və peşəkar-
lıq səviyyəsi yüksəkdir. Dərslərini imkan daxilində, yerli şəraitə 
uyğun olaraq müasir tələblər səviyyəsində qurur. Şagirdlərin 
keçilən hər bir mövzunu sinifdəcə mənimsəməsinə çalışır. Dərs 
dediyi şagirdlərdə mütaliəyə maraq oyadır. Onlara izah edir ki, 
kitab insanlara bilik verir. Mütaliə adamların dünyagörüşünü 
genişləndirir. Hər dəfə dördüncüləri yuxarı sinfə yola salıb 
yenidən birinciləri qəbul edəndə valideynlərin əksəriyyəti, 
xüsusilə Zenfira müəllimdən dərs almış valideynlər çalışırlar ki, 
övladları onun sinifdə oxusun.  
Onu da deyim ki, qısa bir müddətdən sonra digər birinci 
siniflərə qəbul etdiyimiz uşaqların valideynləri də razılıqlarını 
bildirirlər. Çünki ibtidai sinif müəllimlərimizin hər biri haqqında 
xoş sözlər söyləmək olar. Ona görə ki, onlar da öz vəzifələrini 
layiqincə yerinə yetirirlər.  


75 
Eyvazova Zenfira Sadıq qızı 5 iyun 1950-ci ildə Salyan 
rayonunun Atbulaq kəndində dünyaya göz açıb. (Atbulaq 
kəndi indi Hacıqabul rayonunun ərazisinə daxildir). Atası Sadıq 
Sadıq oğlu Balacayev (ilkin sənədlərdə Sadıqov Sadıq Balaca 
oğlu yazılıb) orta ixtisas təhsili dəmir yolu ustası vəzifəsində 
işləyib. Arxa cəbhədə böyük fədakarlıq göstərib. Gecə-gündüz 
çalışıb. Müharibə bitdikdən sonra o, 1946-cı ildə “1941-1945 
Böyük Vətən müharibəsi illərində rəşadətli əməyə görə” medalı 
və digər medallarla təltif olunub. Zenfira müəllimin bildirdiyinə 
görə atası müharibə illərində arxa cəbhədəki fədakar əməyi də 
nəzərə alınmaqla o dövrün yüksək mükafatı olan Lenin ordeni 
ilə də təltif edilib.  
Zenfira Eyvazova 1966-ci ildə orta məktəbi bitirib və 
ibtidai sinif müəllimi ixtisasına yiyələnmək üçün Əlibayramlı 
Pedaqoji Texnikumunda (məktəbində, indiki Şirvan Dövlət 
İqtisadiyyat və Humanitar Kollecdə) təhsil alıb. Pedaqoji 
fəaliyyətə Atbulaq kənd orta məktəbində başlayıb. Sonra 
Qızılburun kənd orta məktəbində, Qaradağ rayonunun Qobustan 
qəsəbəsindəki (Qobustan 1972-ci ilədək Duvannı adlanırdı və 
ona şəhər tipli qəsəbə statusu 1951-ci ildə verilib) 195 nömrəli 
orta məktəbdə fəaliyyətini davam etdirib. Zenfira müəllim ailə 
vəziyyəti iləəlaqədar olaraq 1980-ci ildən köçürmə yolu ilə Ələt 
qəsəbəsindəki 127 nömrəli tam orta məktəbə gəlib. 1986-cı ildə 
Azərbaycan Dövlət Pedaqoji İnstitutun (indiki universitetin) 
qiyabi şöbəsinə daxil olub və oranı da müvəffəqiyyətlə bitirib.  
Əlli ilə yaxındır ki, ömrünü gənc nəslin təlim- tərbiyəsi 
yolunda şam kimi əridən Zenfira müəllimin fəaliyyətinin 35 
ildən çoxu Ələt qəsəbəsindəki 127 nömrəli tam orta məktəblə 
bağlıdır. Ötən illəri qürurla, iftixarla yada salan təhsil fədaisi 
yetirmələri ilə haqlı olaraq fəxr edir, onların hər bir uğuruna 
sevinir və şadlanır. Yetirmələri arasında müəllim adını şərəflə 
daşıyanlar da az deyil. Onlar respublikamızın ayrı-ayrı 
bölgələrində və Ələt qəsəbəsindəki məktəblərdə uğurla fəaliyyət 
göstərir, tədris etdikləri fənləri şagirdlərə mənimsədirlər. 
Yetirmələrindən bir neçə nəfəri, o cümlədən qızı Könül də 


76 
onunla bərabər 127 nömrəli məktəbdə işləyir. Hələ orta məktəb 
illərində kiçik yaşlı uşaqlarla müxtəlif tədbirlərdə fəal iştirak 
edən Könül Qayıbova ali təhsilli ibtidai sinif müəllimidir. Azər-
baycan Müəllimlər İnstitutunun məzunudur. Hazırda dördüncü 
sinifdə dərs deyir və üzümüzə gələn 2017-2018-ci tədris ilində 
məktəbə qədəm qoyacaq birinciləri qəbul edəcək. Zenfira 
müəllimin oğlu Nəsimi isə Türkiyədə ali təhsil alıb.  
Zenfira Eyvazova hazırda dördüncü sinifdə dərs deməklə 
bərabər 2017-ci ildə birinci sinfə qədəm qoyacaq 30 uşağın cəm 
olduğu hazırlıq qrupunu da aparır. Rus ədəbi tənqidçisi Belinski 
təxminən iki əsr bundan əvvəl deyirdi: “Tərbiyənin alət və 
vasitəsi məhəbbət, qayəsi isə insanpərvərlik olmalıdır. Uşaq öz 
məhəbbətini yalnız o adama bağlayır ki, o adam öz məhəbbətini 
uşağa işlə sübut etsin. Tərbiyə böyük işdir, insanın taleyini o 
həll edir”. Heçşübhəsiz ki, uşağın düzgün təlim-tərbiyəsi 
tərbiyəçidən, müəllimdən, yəni onun kim olmasından asılıdır. 
Zenfira Eyvazova və qızı Könül Qayıbova da gözəl tərbiyəçi, 
bilikli, bacarıqlı, uşaqları və şagirdləri sevən və onlara qəlbən 
bağlı olan insanlardandır. 
 
 “Təhsil problemləri”, 16-23 dekabr 2016-cı il  


77 
MÜASİR TƏLƏBLƏR SƏVİYYƏSİNDƏ 
 
Gülsənəm Rüstəmova 34 ildir ki, 
Bakı şəhəri, Qaradağ rayonunun Ələt 
qəsəbəsindəki Elman Rzayev adına tam 
orta məktəbdə ibtidai sinif müəllimi 
işləyir. Gənc nəslin təlim-tərbiyəsindəki 
uğurlu fəaliyyətinə görə dəfələrlə fəxri 
fərman və diplomlara layiq görülüb. 
Ötən illərdə bir neçə müsabiqəyə 
qatılıb, “İlin ən yaxşı sinfi” nominasiya-
sında qalib gəlib və mükafatlandırılıb. 
İbtidai siniflər üzrə təlim kurslarını 
dinləməsi və müvəffəqiyyətlə bitirməsi 
barədə ona sertifikatlar verilib.  
Məktəb rəhbərliyi onun fəaliyyətini yüksək qiymətləndirir.  
Direktor müavini Fazil Qərib oğlu Güləliyev deyir:  
– Gülsənəm Rüstəmova məktəbin ən fəal sinif müəllim-
lərindən biridir. Zəhmətkeşdir, məsuliyyətlidir. Özünə qarşı 
tələbkardır. Tapşırılan işin məsuliyyətini dərindən dərk edərək, 
öhdəsindən layiqincə gəlir və etimadı tam doğruldur. Dərs 
zamanı və sinifdənxaric tədbirlərdə şagirdləri yaxşı oxumağa 
həvəsləndirir. Onların vətənpərvər ruhda tərbiyə olunmasına və 
mənəvi zənginləşməsinə çalışır. Bayramlar, yubileylər, tarix-
əlamətdar günlər haqqında uşaqlara bilgi verir. Məzmun və 
mənasın sadə, onların başa düşüb qavrayacağı tərzdə izah edir. 
Sinfin tərtibatı da Gülsənəm müəllimin pedaqoji səriştəsinin, 
işini müasir tələblər səviyyəsində qurmasının nəticəsidir. 
Haqqında deyilən xoş kəlmələr Gülsənəm müəllimə işində 
daha məsuliyyətli olmasına, vəzifəsini daha uğurla reallaş-
dırılmasına böyük təkan verir. Gülsənəm müəllim deyir:  
– “Almanlarda belə bir atalar sözü var: “Xoş söz böyük 
hədiyyədən qiymətlidir”. Xoş bir söz, xoş bir kəlmə insana 
sevinc gətirir, fərəhləndirir, qarşıdakı işlərə ruhlandırır və yeni 
uğurlar əldə etməsi üçün ona qol-qanaq verir.  


Yüklə 31,38 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə